Əsrin
sökülən və tikilən şəhəri
Sumqayıtın bu günləri əlamətdar
hadisələrlə diqqət mərkəzindədir. Əgər
son onillikləri nəzərdən keçirsək bu günləri
xatırlayacaq məqamlara çətin ki, təsadüf edilə.Şəhər
gözlərimiz qarşısında dəyişir və
gözəlləşir.Həm də təkcə onun zahiri dəyişmir,
şəhərin həyat ritmi də nizamlanır.
Miqyasına, forma və mahiyyətinə görə daha
böyük və əzəmətli layihələrin
bünövrəsi qoyulur,daha məqbul və şanslı
işlərin icrasına start verilir.
Bəli, bu gün bunlar
reallıqdır.Həm də bunlar görüləcək
böyük və əzəmətli işlərin
başlanğıc -təməl
daşıdır.Müşahidələr və mülahizələr
belə bir qənaətə əsas verir. Deyək ki, bu
gün bu zəmin üzərində əsrin yeni şəhəri
tikilməkdədir. Elə bir şəhər ki, o gələcək
dövrlərin və zamanların şəhəri
olacaqdır. O həm də zamanın fövqündə nəsillərdən
nəsillərə ərməğan ediləcək yadigar kimi
də qalacaqdır Əlbəttə, bütün bunlar birdən-birə
baş tutulası məsələ deyil.Yarım əsirdən
artıq tarixi olan bir şəhərin özünəxas və
xarakterik xüsusiyyətləri, həyat mexanizmi var. Həm də
onun uğurlu tərəflərilə yanaşı, olduqca
ciddi və ağrılı problem tərəfləri də
vardır. Bütün bunları əngəlləyən maneələr
və ziddiyyətlər də yox deyil. Köhnə ehkamlar, məkirli
və qərəzli maraq sahiblərinin bəd niyyətləri
hələ də çəkilməyib.
Bütün bunlar Eldar Əzizovun
şəhər İcra Hakimiyyətinə gəlişi ilə
gündəmə daxil oldu. Qəribə sözlər
dolaşmağa başladı. Deyildi ki, təzə
başçı adi maşınlarda şəhəri gəzib
dolaşır, marşurutlara minib camaatla birgə yol gedir, tək-tənha
şəhərin küçələrini nəinki var-gəl
edir, hətta camaatla fərdi söhbətlər edib, hal-əhval
tutur. Hətta xəstəxanalara belə baş çəkib
müalicə olunan xəstələrin vəziyyəti ilə
də maraqlanır ki, həkim-xəstə münasibətlərinin
əslində necə olduğunu bilsin.
Bir sözlə, keçmişdə
deyildiyi kimi başçı təxyiri-libas olub rəiyyətin
görüşünə gedib ki, məmləkətin həyat
və yaşam tərzindən xəbərdar olsun. Əlbəttə,
bunlar xoş xəbəri idi. Amma nə qədər qəribə
olsa da inandırıcı görünmürdü.
Çoxları üçünsə bunlar xəyalvari, əfsanəsayağı
olacağa bənzəyirdi. Amma bu da uzun sürmədi.
Çox keçmədi ki, bir çox mətləblərə
aydınlıq gəldi. Ən izdihamlı görüşlərdə
belə İcra başçısı mövqeyini və
görüləsi işlər barədə qəti qərarını
bildirməklə yanaşı bəyan etdi ki, daha belə
keçmiyəcək. Bir qrup vəzifə sahiblərinə
barmaq silkələyib -özünüzü
yığışdırın, nə olub keçmişdə
qaldı, - deməklə başçı xatırlatdı
kı, tələb və qanunlar hamı üçün
birdi, heç kimin fərqli, yaxud xüsusi imtiyazı
yoxdu.
Bu baxımdan buna ciddi əsaslar
vardı. Şəhər
bir qrup dəstəbazların şəxsi
inhisarına çevrilmişdi.Küçələr
başdan-başa lüzumsuz
ticarət köşklərilə
zəbt edilmişdi.Onlarca
obyektə,cəm halda
böyük torpaq sahəsinə sahiblik edən insanlar vardı.Kim harada və necə istəyirdisə yer tutub elə kök atırdılar ki, sanki dədə
payına yiyəlik edirlər.Söz də düşəndə bu insanlar pul verib
sənəd almışam
deyirdilər.Əslində baxanda
məsələ məhz
beləydi.Kim daha çox pul verib zirək tərpənirdisə, o da
yer alıb tikirdi.Bir sözlə, şəhər dəllal bazarında hərraca qoyulmuş mülk kimi idi,nə satan, nə də alan üçün
sorğu-sual yox idi.Hamının şəhəri
əslində bir qrup işbazın maraq dairəsinə çevrilmişdi.
Mədəni kütləvi tədbirlər
vüsət aldı.Novruz
şənlikləri, xüsusilə
məktəbli şagirdlərin
parad-keçidləri böyük
maraqla qarşılandı
və əks-səda doğurdu.Mənəvi ruh
yüksəkliyi, könüllərdə
ümid qığılcımı
baş qaldırdı.
Bunun ardınca küçələrdən
köşklərin və
tikili mağazaların
söküntüsünə başlanıldı.Sülh küçəsi
ilə H.Əliyev prospektinin kəsişdiyi ərazidə nəinki obyeklər vardısa götürüldü. Balacalı-böyüklü bəzi tikililər
söküldü.Söküntü işləri daha geniş vüsət aldı və şəhərətrafı ərazilərə
də gedib çıxdı.Kimliyindən asılı
olmayaraq kimin ki, namünasib yerdə obyekti vardısa sökülməyinə
qərar verildi.Ceyranbatan
səmtindən başlayaraq
yolboyu uzanan daş hasarlar, müxtəlif təyinatlı
tikili obyektlər sökülüb təmizləndi.
Ən çox da yadda qalan və
güclü təəssürat
yaradan bunlar oldu. Nəinki şəhərin müxtəlif yerlərində
söküntü aparıldı,
ətraf yerlərdə,
qəsəbə və
kəndlərdə də
tikili imarətlər,
evlər sökülüb
dağıdıldı. Bağ evlərinin, ellilikcə qaçqınların məskunlaşdığı
yerlərdə istisnasız
olaraq söküntü
işlərinə məruz
qaldı.Belə bir söz gəzdi ki, təzə icra daşı daş üstə qoymayacaq. Bu olduqca ağır və qorxulu bir xəbər
idi.İllərlə daşı
daş üstə yığıb məskunlaşan
bir ailəni ev-eşiyindən etməklə
ona olmazın əzablarını verməkdəndə
ağır nə ola bilər!
Dolanışıq yerini birdən
-birə itirənlər
də ciddi maneəyələrlə üzləşəsi
oldular.Nə kompensasiya,
nə də itirdikləri yerin əvəzini ala bildilər.
Bəli,ilk günlər şəhər ictimaiyyəti
belə bir ziddiyyətli günlər
yaşadı. Lakin bu da çox sürmədi.Vəziyyət
getdikcə stabilləşdi.Camaat
gördü ki, təkcə söküntü
işləri getmir, həm də tikilir də.
Sülh küçəsi ilə Heydər Əliyev prospektinin bugünkü vəziyyəti
göz qabağındadır.
Şəhərin girəcəyindən
tutmuş dəniz səmtinə qədər
küçə başdan-başa
tikinti meydanını
xatırladır.Yol kənarı
daş dirəklər,
küçə boyu səkilər ,yol və
keçidlər indi başqa görkəmdədir.
Bu yerlərin əvvəlki
görkəmindən indi
az qalıbdır.Yolboyu
sıralanmış ömrünü
çoxdan yaşamış
ağaclar belə budanıb, əksər yerlərdə isə dekorativ ağaclar əkilib.Plastik məmulatdan
hazırlanmış materiallar
dirək və daş lövhələrin
üstünə üzlük
kimi çəkilibdir.Küçə
boyu köhnə asfalt yolları əvəz edən daş səkilər daha gözəl və cəlbedicidir.Şəhər
quruculuğunda bu cür praktika bəlkə də yeni və fərqli
yanaşmadır.Artıq Azadlıq,
Sülh və Heydər Əliyev prospektlərini əhatə
edən asfalt döşəmələr daş
üzlüklə əvəzlənib.
Görkəminə və keyfiyyətinə
görə daş döşəmələr küçələrə
xüsusi gözəllik
verir. Binaların fasadı daş
plitələrlə əvəzlənir.
Bu çür estetik fonda aparılan
tərtibat yeni çalarlar yaradır və küçəyə
rəngarənglik verir.
Bu baxımdan
küçə boyu sıralanmış ticarət
və müxtəlif təyinatlı obyektlər
heç də əvvəlki durumunda qala bilməzdi. Sıxlıq
və namünasib tikililər nəinki küçəni bərbad
hala salmışdı,
həm də bunlar şəhər quruculuğu və şəhər mədəniyyəti
baxımından xoş
təsir bağışlamırdı.Operativ
tədbirlər və
ciddi qərarların qəbulu da bu baxımdan zəruri idi. Beş-on obyekt sahibinin nəfinə bütöv bir şəhərin görkəmini,
müasirliyini güdaza
verib çox mətləblərin üstündən
xətt çəkilə
bilməzdi.Küçənin Sputnik yerindən Cavid ticarət mərkəzinə
qədər sahəsi
tamamilə ticarət obyektlərindən təmizləndi.Bir
sözlə, yaşayış
binaları ilə küçələr arası
mövcud vəziyyət
zaman və məkan baxımından qiymətləndirilirdi. Əslinə baxanda bütün bunlar dünyada qəbul olunmuş mövcud şəhər quruculuğu və şəhər mədəniyyəti
baxımından əsaslandırılırdı
və bu tələblər müqabilində
addımlar atılırdı.
Kəsə və adi məntiqlə yanaşsaq, bu o anlamdır ki, ev-ev olmalıdır, küçə də küçə! Şəhərin ticarət və xidmət obyektləri də öz məkanında və münasib coğrafi yerində fəaliyyət göstərməlidir.
Şübhə
yoxdur ki, şəhər rəhbərliyi
cəm halda məsələnin həllini
belə qoyurdu və bu nöqteyi-nəzərdən
işlərin gedişatını
nizamlayırdı.Şəksiz bir həqiqət var! Şəhər bu gün üçün qurulmur, o
gələcək nəsillərin
və yüz illiklərin tələbinə
hesablanır. Bu tələblə də onun yolları, küçələri, ticarət-iaşə
obyektləri belə tikilməli, fəaliyyətinə
yaşıl işıq
yandırılmalıdır.
Sülh küçəsi ilə Heydər Əliyev prospektində aparılan və perispektivdə planlaşdırılan
işlərin mühüm
məqamlarına diqqəti
çəkməklə cəm
halda şəhərdə
aparılan işlərin
miqyası barədə
təsəvvür yaratmaq
istərdim. Şəhərsalma və arxitektura İdarəsində, İcra
Hakimiyyətinin müvafiq
bölmələrində olarkən,
olduqca maraqlı və perspektivdə görüləcək işlərin
nəzəri tərəfləri
ilə tanışlıq
belə bir optimal fikrə əsas verir. Deyək ki, görülən işlər görülməkdə
olan işlərin başlanğıcıdır.Sülh küçəsi şəhərin
girəcəyindən dəniz
sahilinə gədər
uzanmaqla Xəzərin
sahil həndəvərini
və dənizin dərin qatlarını da əhatə edəcəkdir.Bu küçənin
sahil tərəfdən
yönü təzə
salınacaq kurort-milli
parka gedib sökənəcək.Milli
və mənəvi dəyərləri özündə
əks etdirən bu istirahət parkı həm şəhərimizin, həm
də şəhərimizə
gələn qonaqların
sevimli yeri olacaqdır.
(ardı
gələn sayımızda)
Rasim Vəliyev
Ədalət.- 2011.- 27 sentyabr.- S.3.