Əsrin sökülən və tikilən şəhəri

 

   (əvvəli ötən sayımızda)  

  

   Dənizin üst və dənizdaxili məkanlarda görüləcək işlər daha orijinal və maraqlıdır. Dənizüstü quraşdırılacaq yol ötürücüləri şəxsi və ictimai nəqliyyat üçün etibarlı məkan olacaqdır. Bu ünvana üz tutan hər bir insan dənizin əsrarəngiz gözəlliyinə məftun olmaqla yanaşı, həm də təbiətin munis gözəlliyinə valeh olacaqdır. Dənizin daxili qatlarına uzanan yollar isə tamamilə başqa, bəlkə də çoxları üçün möcüzə xarakteri daşayan yenilik olacaq. Yapon arxitekturasının nailiy yətləri tədbiq olunmaqla daha münasibxarakterik bir dənizdaxili mini şəhərciyin salınması daha üstünnadir cəhətlərini üzə çıxaracaqdı. Belə ki, qalın örtüklü şəffaf şüşələrlə əhatə olunmuşbu halda beton dəmir məmulatları ilə bərkidilmiş bu tipli şüşə arakəsmələr genişuzun keçidləri əhatə edəcək. Uzandıqca uzanan bu yollar dənizin alt qatlarına gedib çıxacaq və bu yolları addımlayıb keçən insanlar dənizin daxilində yaşanan sirli-sehrli məkana tamaşa edib təbiətin əvəzsiz gözəlliyinə məftun olacaqdır. Buradaca müxtəlif xidmət, iaşə və digər xidmət sahələri səyyah-müsafirlərin üz tutduğudinclik tapdığı yer kimi yadda qalacaqdır.  

   Sülh kücəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi məkan xüsusi ilə diqqət mərkəzindədir. Müşahidələr və söylənən mülahizələr belə bir rəy yaradır ki, burada əsaslı söküntü, həm də tikinti işləri aparılacaqdır. Heydər Əliyev heykəli ətrafında olan yaşıllıq və dekorativ çəmənlik N. Nərimanov heykəli səmtinə genişlənəcək. Bu ərazidə salınacaq fəvvarə və hovuzlar bu xiyabanı daha gözəl edəcəkdir. Hətta təklif var ki, Heydər Əliyev sarayının qarşısındakı fəvvarəli kompozisiya burda da inşa edilsin. Bu minvalla rəhbərin böyük dühası qarşısında genişlik və açıqlıq olsun. Burdakı Nəriman Nərimanov heykəlini başqa bir məkana köçürmək və Nərimanov mədəniyyət evinin yerində rəhbərin adını daşıyacaq və şəhərimizin bugünkü simasını əks etdirəcək möhtəşəm bir mədəniyyət evinin bünövrəsi qoyulacaqdır.  

   Mühümolduqca vacib bir məsələyə diqqəti çəkməyin vaxtıdır. Şəhər böyüyür, insanlar artdıqca keçidmagistral yollarda tıxaclar yaranır. Belə olan halda yeraltı və yerüstü keçidlərin inşasına ehtiyac duyulur. Əgər yeraltı keçid Heydər Əliyev prospektinin Sülh küçəsi ilə kəsişdiyi yerdə və buna müvafiq "Qalatasaray"ticarət mərkəzinə yaxın keçiddə inşa edilərsə, bu, həm şəhərə gözəllik verər, həm də insan və maşınların gür hərəkəti olan yerdə münasib şərait yaradar. Bu baxımdan Sumqayıt-Bakı arasında metro xəttinin çəkiləcəyi nəzərdə tutulursa, yeraltı keçidlərin tikintisivacib və təxirə salınmazdır. Bununla yanaşı daha vacib təkliflər də vardır ki, bunların icrası mütləq vacibdir. On ildən artıq bir müddətdir ki, maşın bazarı ilə Sumqayıt yüngül sənaye fabriki arasındakı ərazidə "İpək yolu" bazarı istifadəsiz qalmaqdadır. Əksər obyektləri götürülmüşbununla yanaşı bu gün də fəaliyyətdə olan sex və müəssisələrin yerini həmin bazara köçürməklə bir tərəfdən də həmin obyektlərin əvəzi kimi təzə yer təklif olunar, başqa tərəfdən həmin bazarın fəaliyəti bərpa edilər. Bu halda yüngül və ağır yeyinti sənaye malları, qapı-pəncərə və dəmir məmulatı istehsal edən sexləri həmin məkana cəmləyib bütün istehsal sahələrini şəhərdən uzaqlaşdırmaq mümkündür. İctimai nəqliyyatı bu sahəyə cəlb etməklə camaatla yeni ticarət mərkəzi arasında sıx vəhdət yaratmaq olardı. Həm də nəzərə alınmalıdır ki, bu bazarın fəaliyyəti geniş planlar üzərində qurulmuşdu və belə bir yəqinlik yaranmışdır ki, onun fəaliyyəti xüsusi əhəmiyyət kəsp edəcək. Fəaliyyətilə Təbrizdən tutmuş MahaçqalaQafqaz xalqlarına qədər bir ərazini özündə cəmləyəcək. Bir təklifində şərhi vacibdir deyə diqqəti onun üstünə yönəltmək istərdim. Bu gün məhəllə və mikrarayonlar hesabı bilinməyən maşınların dayanacaq və mühafizə yerlərinə çevrilmişdir. Tikilən qarajlar və hörülən daş hasarlar məhəllə-həyətləri zəbt edib.  

   Artıq böyük şəhərlərdə belə bir praktika mövcuddur. Bu gün şəhərimizdə ona ehtiyac duyulur. Əgər hər mikrarayonda 5-10 mərtəbəli maşın dayanacaqları tikilib istifadəyə verilsə, şübhəsiz bu günçox böyük işlər görülər və həm də müstəsna əhəmiyyət daşıyan tərəflər bəhrələnər.

   Bu gün sökülən təkcə daş tikililər deyil. Son günlərə qədər bürokratik əngəllər şəhər icra hakimiyyətinin icra mexanizmini az qala iflic etmişdir. İdarələrdə kök salan özbaşınalıq elə bir həddə çatmışdı ki, qanunsuzluq dövlətin qanun və sərəncamlarını üstələmiş və çox halda onları kölgədə saxlamışdır. Belə bir fikir formalaşmışdır ki, idarə müdirləri rəhbərlik etdikləri müəssisəni dövlətdən icarəyə götürübbu halda bir icarədar-sahibkar kimi istədiyi qaydanı qoya da bilər. Haqlı olaraq bütün bu xoşagəlməz hallarciddi qüsurlar ictimaiyyət arasında narazılıq yaradır və dövlətlə xalq arasında olan birliyə zərbə vururdu. Bir qrup korrupsioner və rüşvətxorun əməlləri elə bir mənəvi aşınmalara səbəb olurdu ki, onun yaratdığı əyintilər ölçüyə gəlmirdi. Sahibkarlar sənəd və digər müvafiq razılaşmanı almaq üçün uzun zaman bu idarələrə təpik döyür, bürokratik əngəlləri aşmaq üçün müsübətlər çəkirdilər. Məsələ saysız-hesabsız sənədlərin alınması ilə yekunlaşmırdı, həm də bu halda böyük məbləğli maliyyə vasaiti rüşvət halında kiminsə nəfsinin qurbanı olurdu. Bu gün sevindirici haldır ki, fərqli mənzərə ilə rastlaşırıq. İcranın gücü və məsələlərin həllində operativlik artıq vardır və bunlar bir illüziya deyil. O, icra olunan qanunların özüdür, o reallıqdır! İllərlə bir qarış torpaqa həsrət qalan sahibkar fəaliyyətdə olan yerini bir neçə dəfə artırmaq imkanına malikdir. Dünənə qədər darısqal bir yerdə ticarətini qurmaqda çətinlik çəkən sahibkar geniş və yaraşıqlı, hər cür imkantexniki ləvazimatlarla təchiz olunmuş gözəl və dəbdəbəli obyektlərdə həm ticarətini qurur, həm də biznesini artırır. Bir qədər əvvəl biz bunları xəyal kimi təsəvvür edirdik. Doğurdan da bugünkü reallıqla müqayisə etsək, çox şey yuxu kimi görünür. Memarlıq və şəhərsalma idarəsinin əməkdaşı obyekt sahibinin görüşünə gəlir və hazır layihə təqdim edir ki, buyurun belə bir obyektin tikintisini aparın. Xarakterik haldır ki, tikintini icra hakimiyyətinin müvafiq inşaat briqadası yerinə yetirir. Bu gün göz oxşayan və şəhərə xüsusi gözəllik verən ticarət obyektləri belə hala gəlmişdir. Görülən işlərin icra mexanizmi məhz belədir. Şəhərin siyasi rəhbərliyi qərar qəbul edir, sənədlər hazırlanır və icra olunur. Deməli, istənilən halda gür axarın məcrasını dəyişib bu axını məqsədyönlü və planlı şəkildə idarə etmək mümkündür.

   Bir daha bu mühüm məqama diqqəti çəkərkən xırda və böyük biznesin təşəkkülünə və onun inkişafına yönəldilən xüsusi diqqət və qayğının da artıq təşəkkül tapdığına, həm də Şəhər Sahibkarlar Konfederasiyası xətti ilə keşirilən və keçiriləsi planlaşdırılan seminar və görüşlərin intensiv hal aldığını göstərmək lazımdır. Bu gün şəhərin ərzaq proqramı gündəmdədir. Əgər sənaye mallarının ixracı və buna müqabilbarter yolu ilə sənaye və yaxud ərzaq məhsullarının idxalı önəm təşkil edirdisə, artıq məsələ başqa cür qoyulur və reallıq elmi-praktiki prinsiplər əsasında analiz olunur.  

   Bu mənada sahibkarlığın inkişafı əsas və həlledici amil olaraq həllini tapmaqdadır. Kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və şəhər əhalisinin təminatı bu gün əsas və taxirəsalınmaz məsələdir. Sahibkarlar qarşısında belə bir vəzifənin qoyuluşu olduqca gərəkli və qanunidir. Şəhərin ərzaqla təminatı həllin tapmalı və bu proqram şəklində yerinə yetirilməlidir. Bu gün şəhərin kanalizasiya sistemi dəyişilir. Çirkab sular artıq dənizə əvvəlki kimi axıdılmayacaq. Natəmiz sular H.Z.Tağıyev qəsəbəsi həndəvərində qurulmuş müəssisəyə axıdılacaq. Sovet dövründən qalma zavodlar sökülüb yenimüasir texnologiya ilə əvəzlənir. Şəhər idxal malları ilə yox, münasib və gərəkli ixrac malları ilə seçiləcəkdir. Artıq bu yöndə böyük işlər görülür. Güclü istehsal sahələri sərmayədarlar və xarici tərafdaşlarla birgə birliyinə qoşulur. Artıq yeni sənayə sahələri bu günün və zamanın tələblərinə müvafiq tərzdə qurulmaq üzrədir. Bu cür gedişatla zaman bir daha göstərir ki, bu ən münasib və sərfəli yoldur.  

   Çünki bu gün gələcək zamanların şəhəri qurulursa onun həyat ritmi, istehsal gücüona uyğun olmalıdır. Bu əminliklə deyə bilərik ki, indiki rəhbərlik belə bir iradə nümayiş etdirironun uğurları irəlidədir.

 

 

  Rasim Vəliyev

 

  Ədalət.- 2011.- 28 sentyabr.- S.3.