"İSMAYILLI DƏFTƏRİ"NDƏN
Xalq şairi, dostum Z.Yaquba
1.
Bu sevgini elə
gördüm ki, səndə,
Allah sevgisiymiş,
tövbə, Zəlimxan.
Sizə yol gələndə
cığıra sindim,
Cığır çəmənlərə
köbə, Zəlimxan.
Baskal üstə, buz
bulaqdan başladım,
Bu görüş vəhy
idi, haqdan başladım,
Tək ağacdan,
gur irmaqdan başladım,
Gəldim yolu öpə-öpə,
Zəlimxan.
Az yeridim, çox yeridim, bilmədim,
Çox
dağlandım, çox əridim, bilmədim,
Ya odlu söz, ya şeir
idim, bilmədim,
Gəldim ümid səpə-səpə,
Zəlimxan.
Yamacların ətəyində
əylənib,
Yenə bir az
inadlanıb, səylənib,
Sevindim ki, zirvələrə
ceylənib,
Yatmır duyğum ipə-sapa,
Zəlimxan.
Yenə əl elədi,
Niyaldağ mənə,
Müşküllər
bir yol da oldu ağ mənə,
Çəkdi bir dəfə
də zaman dağ mənə,
Gəldim itki tapa-tapa, Zəlimxan.
2.
Axı bu dağların
nəyi kəmdi ki,
Qartalı oturub zirvə
qaşında,
Güneyi nazlanır zirvə
qaşında,
Qüzeyi nazlanır zirvə
qaşında,
Bulağı
çağlayır dağın döşündə.
Palıdı o qədər
möhtəşəmdi ki,
Cığırım
dırmaşıb budağa çıxdı.
Dağ çayı
yolumu kəsdi bir dəfə,
Söykənə-söykənə
qaya daşına,
Cığırım
dırmaşıb bu dağa çıxdı.
Beş pöhrə əkməsə
bir budaq kəsən,
Quru ağacı da
qırana lənət.
Beş-on bildirçinə
yuva tikməsə,
Bir turac, bir kəklik
vurana lənət.
Sən necə
adamsan, tapdadın yenə,
Çəməndə
çiçəyi, əvəliyi də.
Bəlkə heç
qabanı yoxmuş bu dağın,
Ağlına gəlmədi,
tətiyi çəkdin,
İnlədi yamaca
dağ əliyi də.
Duymadın bu ülvi
gözəlliyi də.
Ağac kölgəsində
daldalananlar,
Bu yurdu özünə
Vətən sananlar
Budağı
doğradı, kömür elədi.
Bir boylan zirvədən
üzü aşağı,
O dərin dərənin
dibi görünmür.
Çırthaçırt
ocaqda yanır ağaclar,
Amma
kömürçünün cibi görünmür.
Beləcə,
ömrünü od üstə qurub,
Beləcə,
ömrünü ömür elədi.
Şəlalə
çağladı dağın döşündə,
Bu dağlar atladı
bulaq gözüylə.
Nəfsin kölgəsində
isinir günah,
Hərə öz
işində, öz vərdişində,
Kimdi ki, çəkinən
öz əməlindən,
Şair qələmiylə,
şair gözüylə?
3.
Ürəyimdə
ağrı kinim,
Oyatma, qaşıma kini,
Əndəriblər
ağrı kimi,
Elə bil başıma
kini.
Həsrət
düşüb söz bağıma,
Yağı sinib
oylağıma,
Çökdürüb
duman dağıma,
Qayama, daşıma kimi.
Həsrət məni
qundaqlayır,
Ağrım sinəmi
dağlayır,
Hər fəslim qan
ağlayır,
Yazımdan
qışıma kimi.
Qisas yenə də
qana-qan,
Qoy canıma gəlsin
qadan,
Qalx ayağa, Azərbaycan
Doğma qardaşım
kimi.
İsmi Pünhan
şair qoca,
Bu torpaqdan güc alacaq
Həsrətindən
öc alacaq
75 yaşına kimi.
4.
O quzeylər yerindəmi,-
Bir qar yemək istəyirəm,
Darıxmırsan Musa əmi,
Sizin körpüdən
meşəyə
Şeir demək istəyirəm
Moruq yemək istəyirəm.
Niyaldağ duman
başladı,
Babadağ yaman
başladı,
Sözü buynuza
tuşladı
Axoxçay çox hikkələndi,
Göyçay onu
bağışladı,_
Gəlib qalmaq istəyirəm,
Sirri bilmək istəyirəm.
Duman sis meşəyə
sindi
Bir dilbər
guşəyə sindi
Baskalda Zəlimxan
qağa
Söykəyib
özünü dağa.
İki bulaqdayam indi
Ay Zəlimxan söz sənindi,
Səni görmək istəyirəm,
Bir söz-örnək
istəyirəm.
O yol hanı, o iz hanı,
O dalğalı dəniz
hanı?
Əbülhəsən
"Müharibə"də,
O nər oğlu
Çingiz hanı?
Yolumuz qayadan keçir,
Bəs dərə
hanı, düz hanı?
O yerlərə
bir də gəlib,
Gəlib qalmaq istəyirəm,
Mehman olmaq istəyirəm.
Cüyürlər mələşən
yerdə,
Zoğal, moruq həşəm
erdə,
Nər cüssəli
oğullarla
Dağ kəli güləşən
yerdə,
O gündoğanın
işığı
Günbatana düşən
yerdə,
Xan Çinarın lələkləri
Palıdla
görüşən yerdə,
Yağlı dürmək
istəyirəm,
Ömür sürmək
istəyirəm.
Mətləb Misir də
şairdi,
O da sözdü, o da
sirdi,
O da bu yurdda əsirdi,
Vallah onun da qələmi
Misri qılınc tək
kəsirdi,
Bu ağrılar, bu
gileylər
Elə sözdü, kəm-kəsirdi,
Mən sözü
ağ istəyirəm,
Bütün duyan
könüllərə
Ortaq olmaq istəyirəm.
P.S. Bir az o da dağlarda at oynatmağa,
Yeriyib,
yüyürüb haqqa çatmağa
Nə yol qalıbdı
ki, sizdən oyana,
O haça,
cıbırıq qozdan o yana.
Bülbülü
ağacda bikef görəndə
Lap elə
hönkürüb ağlamaq olar.
Belə şax
duruşlu, şərin yolunu
Lap yolkəsən kimi
bağlamaq olar
Hər sözü,
söhbəti düz istəyirəm,
Doğrunu düz görən
göz istəyirəm.
5.
Tanrım bu
dünyanı cənnət edəni
Nə olar bir dəfə
göstərin mənə.
Quşun dimdiyində dəni
güdəni,
Salın bir hədəfə,
göstərin mənə.
Kim tutsa kamanı,
sazı üzünə
Arayın, axtarın,
düşün izinə.
Kim ki, güvənirsə
yerə, özünə,
Sıralayın səfə,
göstərin mənə.
Sarınmış
yumağı olmasa, olar,
Qanmağı,
duymağı olmasa, olar
Heç qarası,
ağı olmasa, olar,
Sarıyın kələfə,
göstərin mənə.
Borca
düşübdüsə borcunu verim,
Xaralı, kisəni,
xurcunu verim,
Boş ovcuna, dolu ovcumu
verim,
Sevinsin bu kefə, göstərin
mənə.
İsmi Pünhan
yazdı, yazdı, qocaldı,
Yaxşılıq qəlbində
qalxdı, ucaldı,
Bir gün gördün
düşməndən də öz aldı,
Bu qazancı, nəfi,
göstərin mənə.
2 avqust 2010.
Mətləb MİSİR
Ədalət.- 2011.- 7 yanvar.- S. 7.