ONLAR VƏ MƏMLƏKƏTİMİZ
FİRUDİN ANDAC - 1
Çox hörmətli baş redaktorumuz İradə
xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində
maarifçilik deyilən ab-havanın üstün bir cəhət
olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində
açıq-aydın görünməkdədi. Və indiki məqamda
təbii ki, maarifçilik bir az bir-təhər
səslənsə də, təbliğatın bir çox sahələrində
bunu təkrar-təkrar eşitməkdəyik. Yeni nəslin maarifçilik həyatı bizləri son
dərəcə narahat etməkdədir. Kimsə kimsəni
savadsız hesab eləmir, amma qələm sahiblərinin bir
üstünlüyü var ki, onlar adətən elə
insanlarla görüşürlər ki, sıradan insanların
o adamlarla görüşməyə imkanı olmur və bu baxımdan mənim yeni
başladığım yazı dizisində, seriasında bir
vaxtlar Türkiyədə yaşadığım illərdə
görüşdüyüm insanların ÖZLƏRİ və
MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğurmaya bilməz. Təbii ki, bu
yazılara arada bir ara versəm də, yeni ildən həmin
yazıların sırasını davam etdirmək niyyətindəyəm.
Onlar Kimlərdir və bizim Məmləkətimiz haqqında nə
fikirləşirlər və nə düşünürlər.
Və ya nə düşünüblər? Tarix
üçün çox maraqlı bir məqam olan bu
Tanışlıq və Tanışlar yeni nəsil
üçün daha çox maraq doğura bilər fikrindəyik.
Beləliklə, indiki qəzetçiliyimizin dili ilə desək,
yeni proyektimiz olan ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə
təqdim olunur.
Firudin Andac:
-Azərbaycanla və
onun bir neçə sənət sirdaşlarıyla
- Vaqif Səmədoğlu, Abbas Abdulla, Sabir Azəri, Mayıs Əlizadə,
Mailə Muradxanlı, Şəfəq Sultan qızı, Azərbaycan
Yazıçılar Birliyinin katibi, şair Vahid Əzizlə
və xüsusilə məni bu adamlarla yaxından tanış
eləyən arkadaşım Tofiq Abdinlə anlaşmadan sonra
belə qənaətə gəldim ki, biz sizləri daha az
tanıyırıq. Mənim üçün böyük bir
qəbahətdir ki, Rəsul Rza kimi bir şairin və onun həyat
yoldaşı Nigar xanım Rəfibəyli kimi bir şairənin
olduğunu Tofiqlə görüşdən sonra
tanıdım. Bu mənim böyük günahımdır.
Əcəba, bəs bu
Türkiyəyə gələnlər nə yaxşı bunlar
barədə bir kəlmə də olsun
danışmayıblar. Bəlkə mənə rast gəlməyib.
Hər halda sizin anlatmadan sonra belə düşündüm
ki, Rəsul Rza çox böyük şairdir və sizin
İsmayıl İşıqlı (Şıxlı) kimi
gözəl yazarınız var. Mənə elə gəlir ki,
bu anlamda elə sizlərin də az günahı yoxdur.
- Qardaşım, Firudin, məndən on dörd yaş
kiçik olduğunuz üçün Sizə belə
müraciət eləyirəm. Deyə bilərsizmi ilk
yazınız nə vaxt olub və bu yazı nə haqda idi.
Firudin Andac - İlk yazım şey Puşkin üzərinə
- Puşkinin əsərləri barədə olub, eləmi?
Firudin Andac - Puşkinin sənəti üzərində olub. Amma
bu çox gec çap olunub.
- Yaxşı, belə bir şey soruşum sizdən: nə
yaxşı Siz elə birbaşa rus ədəbiyyatı və
rus yazarları barədə çalışmısız və
onların yazıçılarının əsərlərinə
müraciət eləmisiniz. Yəqin ki, bizim ədəbiyyatla
tanışlığınız az olub və yaxud heç
olmayıb?
Firudin Andac: - Əlbət, mənim əslim Ərzurumdan olduğundandır
ki, biz doxsan üç hərbi deyirik, rus-türk
savaşı zamanında babam ruslara əsir
düşmüşdü və uzun illər Rusiyada qalmaq,
yaşamaq məcburiyyətində
olmuşdu. Və biz hələ kiçik
yaşlarımızda olanda o, bizə ruslar barədə və
onların ədəbiyyatları haqqında anladırdı. Əlbəttə,
özü başa düşdüyü kimi. Burada heç bir
politika yox idi. Bir də ki, o, geniş dünyagörüşlü bir insan olduğu üçün
oxuyurduq, bizi çox çalışdırırdı,
çoxlu kitablar alırdı, bizə verirdi. İstər-istəməz
Qafqaz soylarının həyatına bir meyli vardı. Mən
Puşkindən "Yüzbaşının
qızı"nı oxumuşdum. Xoşum gəlmişdi.
Orada Qafqazda yaşayan xalqların həyatını
anlatmışdı. Sonra Tolstoyun "Kazaklar"ını
oxumuşdum...
Bunları Siz hansı dildə oxumuşdunuz?
Firudin Andac: - Təbii,
canım türk dilində. Bunlar artıq türk
dilinə çevrilmişdi.
Sonra Qoqolun bir neçə
əsərini oxudum və türkcəyə çevrilən bütün
kitabları alırdım.
Mənə elə gəlir
ki, rus ədəbiyyatı
türkcəyə çox
yayınlanmış və
tərcümə olunmuş.
Bəlkə də başqa
xalqlarda daha azdır. Artıq son zamanlar qazaxlardan,
qırğızlardan, özbəklərdən,
türkmənlərdən və
təbii ki, Azərbaycan ədəbiyyatından
da tərcümələr
edilməyə başlandı.
Onu da deyim ki,
elə bu baxımdan fransız ədəbiyyatına da, alman ədəbiyyatına
da çox meylim vardı. Bütün bunlarla məni Qafqaz ədəbiyyatına
və həyatına meylim daha artıq
idi. Sonralar mən bu əsərlərin cərəyan
etdiyi yerlər və tarixlər barədə araşdırmalara
başladım. Rus tarixi,
İran tarixi, gürcü tarixi və
Azərbaycan tarixi yenicə bir toplu halında çap olunmuş. Mən tarix və ədəbiyyatı
iç-içə öyrənməyə
başladım. Bununla da
mənim tənqidçiliyim
və araşdırmaçı
olmağım yazıçılığımı,
romançılığımı üstələdi. İlk yazılarım
çıxandan sonra bizim tənqidçilərin
üzünü mənə
tərəf çevirməyə
məcbur elədim, mənim haqqımda yazdılar, diqqəti çəkdim. Bu məni həvəsləndirdi.
- Üzr istəyirəm,
yadınızdamı, sizin
yazılarınızı ilkin
kim bəyəndi
və təriflədi,
təqdir elədi...
Firudin Andac: - Baxın,
məsələn, bizdə
bir araşdırmaçı
var - Əslibəy Zövci. Bu insan
da çox böyük tənqidçidir.
Nurlu Atəşdən sonra onun adı gəlir.
Təbii, insan ədəbiyyatın içində
olduqca artıq ondan qaça bilmir və adam öz
yazdıqlarına bir qədər sonra baxanda yazığa dönür. Mən də sonralar
əvvəllər yazdığım
hekayə və romanıma baxanda, onu yenidən işləməli oluram və mən də həmin romanımda Türkiyə Cümhuriyyətinin sonrakı
halını düşünmək,
araşdırmaq üzərə
yazmışdım. Romanımdakı hadisələr iyirminci illərdə başlayır
Ərzurumda, burada ermənilərlə savaşın
ilişkiləri var,
1945-ci illərin təkpartiya
deyilən bir dövrü - bunu əks etdirməyə çalışıram. 1950-ci
illər demokrat dönəmi var, 1980-ci illərə qədər gəlib çıxır
hadisələr. Kiçik bir
ailənin içərisində
Türkiyənin böyük
panoramını vermək
fikrindəyəm. Onu deyim
ki, elə oturub ağıla nə gəldi yazılan bir roman deyil, hadisələr tarixi ilişgilərlə
verildiyi üçün
çətindi mənə,
mən o hadisələri
görməmişəm. Bununla bərabər, başqa işlər görürəm,
yazılar yazıram, tənqidi qeydlərim və müasir nəsr, roman, şeir barədə araşdırıcı
məqalələrim çıxır.
Dörd yüz səhifəlik bir kitabım artıq çapdadı, o
bu yaxınlarda yayınlanacaq. Sonra bizdə belə bir şey var:
mən istəyirəm
ki, bu iki
kitabı birlikdə çap etdirim. Bir də ki, əgər
mən əvvəlcə
roman yazıb, sonra tənqidə keçdiyim
üçün mənim
işim bir qədər cəsarət
və qorxu içindədir. Sən özgələri
araşdırarkən özünün
pis bir roman və əsər yazmağa gərək ki, haqqın olmasın. Bizdə Bəkir Yıldız var, Osman Tahir
var, nə bilim, o qədər romançımız var. Yaşar
Kamalımız var. Öncül
yazarlarımız var. Mən
bunların heç birinin yazdığı kimi yazmaq istəmirəm.
Əgər mənim yazdıqlarımda
öz içimin əksi olacaqsa,
özgünlüyüm əks
olunacaqsa, onda o işi görməyə dəyər. Bir Firudin
Andac olmayacaqsa, ona heç işləməyə dəyməz.
Deyim ki, Tevfik, qardaşım,
bu tənqidlə, bu araşdırmayla məşğul olmanın
mənə ən böyük köməyi və dəyəri bunda olmuşdur. ÖZÜM ÖZÜMDƏN
QORXURAM. İşim bu
oldu ki, ədəbiyyatı tanıdım:
kimin nə yazdığını bilmirəm,
əksiyi nədi, yaxşısı nədi.
FİRUDİN ANDAC KİMDİR?
Türk yazarı. 1954-cü ildə Ərzurumda doğulub. İlk
və orta təhsilini doğulduğu şəhərdə
almış, sonra İstanbulda oxumasını davam
etdirmişdir. Qəhrəman Maraş, Ədirnə, Kütahya
bölgələrində müəllimlik etmişdir. Türk ədəbiyyatı
üzrə dərs demişdir. 1987-ci ildən öz arzusuyla dərs
deməkdən ayrılmışdır. Müəllimlikdən
uzaqlaşdıqdan sonra özəl bir şirkətdə
yönətmən olaraq çalışmağa
başlayır. 1980-ci ildən başlayaraq yazarlıqda
tanınmağa başlamışdır. Andaç bir yazar
olaraq türk və dünya ədəbiyyatı sahəsində
çalışmaqdadır. Yazdıqlarını Yozko Somut,
Yozko Ədəbiyyat, yeni düşüncə,
Günümüzdə kitablar, Çərçivə, Marti,
Şəhər, Varlıq, Adam sənət, Qovram kimi dərgilərdə
və mətbu orqanlarında çap etdirmişdir.
Yaradıcılığa başladığı gündən
yazdıqlarının bir hissəsini toplayaraq 1987-ci ildə
"Gerçəklik yolunda" adlı kitabda çap
etdirmişdir. Bu kitab Akademik kitab evinin təqdimində
araşdırma dönəmi sahəsində prizə layiq
görülmüşdür.
Tofiq Abdin
Ədalət.- 2011.- 8 yanvar.- S. 15.