Səfir Brayzanın planları...
ABŞ-Azərbaycan
münasibətlərində nə dəyişəcək?
Amerika Azərbaycana səfir təyinatını gecikdirməsi
ilə iki dövlət arasındakı
münasibətlərdə sərinliyin olmasını
açıq-aşkar ortaya
qoydu. İki ilə yaxın
vaxt aparan səfir təyinatı məsələsi nəhayət,
ötən ilin sonlarında - sentyabrda həllini tapdı. Daha doğrusu, rəsmi Vaşinqtonun Azərbaycana
göndərəcəyi səfirin
kimliyi bəlli oldu. Dağlıq Qarabağ məsələsinin
tənzimlənməsində ABŞ-ı təmsil edən keçmiş həmsədr
Metyu Brayza bundan sonra Azərbaycanda
səfir kimi çalışacaq. Onun təyinatına
qarşı çıxan
erməni diasporunun fəaliyyətinin nəticəsi
olaraq ABŞ Konqresində
səfir təyinatının
təsdiqi müəyyən
qədər uzandı.
Amma sonda prezident Barak Obama bu
təyinatı təsdiqləmiş
oldu. Maraqlıdır,
bu qədər mübahisələrə səbəb
olan səfir Metyu Brayzanın sərinləşən ABŞ-Azərbaycan
münasibətlərinə və demokratiyanın bərqərar olmasına nə kimi təsiri
ola bilər?
Bu məsələ ilə bağlı siyasi şərhçilərin
fikirləri birmənalı
deyil və bir çox hallarda haçalanır.
Presedenti olmayan hadisə
Politoloq Zəfər Quliyevin sözlərinə görə,
ABŞ-Azərbaycan münasibətlərinin
inkişafı və demokratiya sahəsində hansısa yeni nailiyyətlərin əldə
olunmasını birbaşa
səfir təyinatı
ilə bağlamaq düzgün olmazdı. Səfir
təyinatının bu
qədər uzanmasını
presedenti olmayan hadisə hesab edən ekspertin fikrincə, ABŞ-ın iki ilə yaxın
bir müddətdə
Azərbaycana səfir
təyin etməməsi
istər-istəməz dövlətlərarası
münasibətlərə təsir
göstərirdi: "Hər
halda Azərbaycan ictimaiyyəti bu məsələni təəccüblə
qarşılayırdı. Hətta Metyu
Brayzanın səfir təyinatının təsdiqinin
uzanmasını çoxları
Azərbaycana əlavə
təzyiq kimi qiymətləndirirdi. Bu da onun göstəricisidir
ki, Vaşinqton bəzi məsələlərdə
Azərbaycan hökumətinin
apardığı siyasətdən
narazıdır və
ona görə də bu məsələni
uzadır. Bu məsələnin uzanması
isə istər-istəməz
müxtəlif versiyaların
irəli sürülməsinə
yol açırdı.
Bu mənada səfirin
təyin olunması və onun bu
ayın sonlarına kimi Azərbaycanda öz fəaliyyətinə
başlaması gərginliyi
nisbətən azalda bilər".
Bu baxımdan
səfirin fəaliyyətinin
münasibətlərə hansısa
formada təsir göstərəcəyini istisna
etməyən Z.Quliyev
daha geniş konteksdə ABŞ-Azərbaycan
münasibətlərindəki yeniliklərin aparılan danışıqların nəticəsindən
asılı ola
biləcəyini düşünür.
Onun sözlərinə
görə, ötən
ilin sentyabrında Azərbaycan prezidentinin
ABŞ-a rəsmi səfəri
və prezident Barak Obama ilə
aparılan danışıqlar
münasibətlərdəki gərginliyin aradan qaldırılmasına təsir
göstərdi: "Nəzərə
alsaq ki, keçən ilin yayına kimi Azərbaycanda antiamerika təbliğatı aparılırdı,
Amerika Azərbaycanın
yürütdüyü siyasətdən
narazı idi, iki dövlət arasında olduqca müəmmalı vəziyyət
yaranmışdı, onda
atılan addımları
əhəmiyyətli saymaq
olar. Əvvəlcə ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfəri, ardınca prezidentlərin görüşü
nəzərəçarpan gərginliyin yumşaldılmasına
kömək etdi.
Səfirin fəaliyyətə başlamasını isə
bütün bu proseslərin məntiqi nəticəsi kimi dəyərləndirmək olar".
Ekstraordinar hadisə nəyisə
dəyişə bilər
Z.Quliyev hesab edir ki,
2011-ci ildə də hansısa ekstraordinar hadisələr baş veməsə, ABŞ-Azərbaycan
münasibətlərində yeni gərgin dönəmin başlanacağını
düşünmək olmaz. Ona görə
ki, rəsmi Vaşinqton da dəfələrlə Azərbaycanın
önəmli strateji partnyor olduğunu, regionda böyük əhəmiyyət kəsb
etdiyini və münasibətləri intensivləşdirməkdə
maraqlı olduğunu bəyan edib. Eyni zamanda Azərbaycanın da bir sıra
problemlərinin, xüsusilə
də Dağlıq Qarabağ məsələsinin
həlli istər-istəməz
Ağ Evlə münasibətlərdən asılıdır.
Bu baxımdan münasibətlərdə ciddi
dəyişikliklərin baş
verəcəyini düşünmürəm.
Azərbaycanda demokratik proseslərin inkişafında səfirin
roluna gəlincə, siyasi şərhçi bu məsələdə ölkəmizin son zamanlar həm beynəlxalq təşkilatlar, həm də Amerika mətbuatında ciddi tənqid olunduğuna diqqəti yönəldir. Bu tənqidlərin
artan xətt üzrə getdiyini nəzərə alsaq, o zaman düşünmək
olar ki, 2011-ci ildə də bu istiqamətə diqqət azalmayacaq: "Əslində son vaxtlar Barak Obama Administrasiyası
demokratiya sahəsini
formal bir prioritet kimi saxlamamağa, məsələlərə daha
ciddi yanaşmağa çalışır. Bu mənada indiki iqtidarla müqayisədə
əvvəlki Corc Buş hakimiyyəti dönəmində Amerika siyasətçiləri demokratiyaya
o qədər də önəm vermirdilər.
Güman
etmək olar ki, bir çox
məsələlərin həllində
həm geosiyasi, həm də enerji məsələlərinin
həllində əvvəlki
illərdə olduğu
kimi demokratiya amilindən təzyiq metodu olaraq istifadə
siyasəti davam edəcək. Lakin demokratik dəyərlər
tək vasitə kimi deyil, eyni
zamanda da Azərbaycanın daxilindəki
proseslərə təsir
etmək üçün
ola bilsin
tamamilə avtonom sahə kimi daim diqqətdə saxlanılacaq. Hesab edirəm ki,
Azərbaycan hakimiyyəti
də ötən ilki bəzi məsələlərdən özü
üçün nəticə
çıxarmalıdır".
Ekspertin qənaətincə, Azərbaycan hakimiyyətinin jurnalist Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı Avropa Məhkəməsinin çıxardığı qərarın icrasını ötən ilin sonuna kimi uzatması, məsələnin indiyə qədər də həllini tapmaması bir qədər narahatlıq yaradır. Eyni zamanda da bloqçuların məsələsində Azərbaycan hakimiyyətinin güzəştə getməyə məcbur olması diqqətdən yayınmadı. Bununla da hakimiyyət heç olmasa, beynəlxalq təşkilatlarla, demokratik dünya ilə gərginliyi azaltmaq istədi: "Əgər Azərbaycan hakimiyyəti 2011-ci ildə də öz imicini bir balaca düzəltməkdə və gərginliyi aradan qaldırmaqda maraqlıdırsa, onda bir sıra zəruri addımlar atmalıdır. Ümid edirəm ki, bu il bəzi müsbət tendensiyalar müşahidə olunacaq. Yəni Eynulla Fətullayevin azadlığa buraxılması da, siyasi plüralizm məsələsi də həll olunacaq. Azərbaycan hakimiyyətinin siyasətinin ciddi şəkildə dəyişməsinə də inanmıram. Lakin bu kosmetik, imitasiya xarakterli addımlar atılmalıdır. Həm beynəlxalq ictimaiyyətlə, həm beynəlxalq institutlarla münasibətləri normallaşdırmaq, eyni zamanda da cəmiyyətdə yaranmış narazılığı azaltmaq zəruridir. Mən buna optimist yanaşır və inanmaq istəyirəm. Amma daxildəki siyasi proseslərin hansı istiqamətə yön alacağı və ABŞ-Azərbaycan münasibətlərində dəyişikliklərin necə olacağını zaman göstərəcək".
Rəsmi səviyyədə nüfuz
önəmlidir
Siyasi təhlilçi Leyla Əliyevanın sözlərinə
görə, ABŞ-ın
yeni təyin olunmuş səfiri Metyu Brayza həm
Azərbaycan, həm də hazırki iqtidarı çox yaxşı tanıyır. Həmçinin
regionla bağlı məlumatlı olması ilə yanaşı, həm də onun nüfuzu da var: "Əlbəttə
ki, sosial-siyasi qruplardan, təbəqələrdən
asılı olaraq Metyu Brayzanın müxtəlif dairələrdə
nüfuzu var. Ancaq, onun özəlliklə rəsmi səviyyədə
nüfuzlu olması diqqətçəkəndir. Təkcə bu
faktor onu deməyə əsas verir ki, onun
fəaliyyəti dövründə
ABŞ-Azərbaycan münasibətlərindəki
gərginlik aradan qaldırıla bilər".
Azərbaycanda demokratik proseslərin inkişafına Metyu Brayzanın verəcəyi töhfələrə toxunan L.Əliyeva deyir ki, yeni səfir hər şeydən öncə Amerika prezidenti Barak Obamanın siyasətini yerinə yetirməyə məcbur olacaq: "Əgər yeni səfirə demokratik proseslərin bərqərar olması və inkişafı iqtiqamətində təzyiqlər olacaqsa, o zaman o da buna əməl etməyə məhkumdur. Bu məsələdə iki amil var. Birincisi, əvvəlki hakimiyyətlərdən fərqli olaraq Obamanın siyasətini həyata keçirərkən daha ciddi şəkildə demokratiyaya diqqət yetiriləcək. İkincisi, əgər ölkədə ona uyğun olaraq hansısa daxili təzyiq olmayacaqsa, deməli demokratiya amili özünü təsdiq etməyəcək".
Gültəkin
Ədalət.- 2011.- 13 yanvar.- S. 2.