Avropa Birliyi enerji resurslarında maraqlıdır?
"Biz münasibətlərimizi dərinləşdirmək istəyirik"
"Biz bu məqsədlə Cənub
qaz dəhlizinin reallaşdırılmasını misal çəkə bilərik. Bu layihə Xəzər regionundan Avropa istehlakçılarına birbaşa
qaz tədarük edəcək. Mən
əminəm ki, biz birlikdə bu strateji təşəbbüsün
həyata keçirilməsi
üçün lazımi
şərait yaradacağıq"
Avropa Komissiyasının
rəhbəri Joze
Manuel Barrozo Bakıda səfərdədir. Avropalı diplomat səfəröncəsi
verdiyi açıqlamada
Azərbaycan və Türkmənistan Avropa İttifaqı üçün
"Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində
və Mərkəzi Asiya Strategiyası üzrə əsas tərəfdaş ölkələr
olduğunu deyib.
"Biz bu ölkələrlə
münasibətlərimizi dərinləşdirmək
istəyirik",-deyən Barrozonun
səfəri ilə bağlı Avropa Birliyinin Bakıdakı nümayəndəliyinin yaydığı
məlumata görə,
Azərbaycana səfəri
öncəsi Avropa İttifaqı Avropa Komissiyasının rəhbəri
qeyd edib ki, Aİ enerji resursları təchizatının
uzunmüddətli təhlükəsizliyinə
böyük maraq göstərir.
"Biz bu məqsədlə Cənub qaz dəhlizinin reallaşdırılmasını
misal çəkə
bilərik. Bu layihə
Xəzər regionundan
Avropa istehlakçılarına
birbaşa qaz tədarük edəcək.
Mən əminəm ki, biz birlikdə bu strateji təşəbbüsün
həyata keçirilməsi
üçün lazımi
şərait yaradacağıq",- deyə Barrozo
bildirib.
Məlumatda bildirilib ki, Barrozu Bakıya səfəri çərçivəsində
Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və
Cənub dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayacaq. Aİ rəsmisi
dövlət başçısı
ilə "Aİ-Azərbaycan:
modernləşmək üçün
tərəfdaşlıq" adlı birgə bəyannaməni də razılaşdıracaq. Bu bəyannamə Azərbaycanda
iqtisadi islahatları dəstəkləyəcək. Xatırladaq ki, J.M.Barrozo yanvarın 13-də Azərbaycana
gəlib. Bu gün o, Bakıdan Türkmənistana yola düşəcək. Qeyd edək
ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin
hüquqi əsası
Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişi
ilə qoyulub.
Bu Saziş Azərbaycanla Avropa İttifaqı və onun üzv
dövlətləri arasında
ticarət, investisiya, iqtisadi qanunvericilik və mədəni əməkdaşlıq, eyni
zamanda, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının
alınması sahələrində
münasibətləri əhatə
edən ümumi sənəddir.
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi
1996-cı ilin aprel ayında imzalanıb və 1999-cu il
1 iyul tarixində bütün tərəflərin
parlament orqanlarında
ratifikasiya olunduqdan sonra qüvvəyə minib. Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişinin məqsədi
Azərbaycanın dünya
iqtisadiyyatına inteqrasiyası
və ölkədə
bərabər hüquqla
fəaliyyət göstərən
xarici və daxili iqtisadi operatorlar vasitəsilə açıq, bazar-əsaslı
iqtisadiyyatın yaranmasını
təmin etməkdir.
Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişinə əsasən
Azərbaycanla Avropa İttifaqı arasında üç əsas qurum yaradılıb ki, bunlara da
Əməkdaşlıq Şurası,
Əməkdaşlıq Komitəsi
və Parlament əməkdaşlığı Komitəsi aiddir. Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi 105 maddədən
və 5 əlavədən
ibarətdir. Sazişin
ilk bölməsi ümumi
müddəalar adlanır
və burada sazişin BMT Nizamnaməsi,
Helsinki Yekun Aktı və 1990-cı il
Yeni Avropa haqqında Paris Xartiyasına
əsaslandığı bəyan
olunur. İkinci bölmə siyasi
dialoq haqqındadır.
3-cü bölmə mal ticarəti adlanır və burada ən əlverişli rejimin aid olduğu sahələr, azad ticarət prinsipi əks olunub. Avropa İttifaqı ilə Azərbaycan Respublikası
arasında əməkdaşlığın
yeni səviyyəyə
keçməsi Avropa qonşuluq siyasəti ilə başlandı.
Avropa Qonşuluq Siyasəti 2004-cü
ildən həyata keçirilməyə başlayıb
və əsas məqsədi genişlənən
Avropa İttifaqı ilə qonşu ölkələr arasında
yeni parçalanma hallarının qarşısını
almaq, davamlı (stabil) təhlükəsizlik
və firavanlığı
təmin etməkdir. Avropa Qonşuluq
Siyasətinin əsas mexanizmini ikitərəfli qaydada razılaşdırılan
Avropa Qonşuluq Siyasətinin fəaliyyət
planı təşkil
edir. Bu plan Cənubi Qafqaz ölkələri ilə
2006-cı ildə razılaşdırılıb
və plana əsasən əməkdaşlıq
zamanı qısa və orta müddətə
həyata keçiriləcək
iqtisadi və siyasi islahatların siyahısı verilir, atılacaq konkret addımlar müəyyənləşdirilir.
Azərbaycan Respublikası - Avropa
İttifaqı Fəaliyyət
Planı 14 noyabr
2006-cı ilin tarixində
Brüsseldə Əməkdaşlıq
Şurasının iclası
zamanı qəbul edilib.
Beləliklə, daha əvvəl TƏS ilə tənzimlənən
münasibətlərin gələcək
inkişafının istiqamətləri
AQS çərçivəsində Fəaliyyət Planı ilə müəyyən olunub. 2006-cı ildə Avropa
Qonşuluq Siyasəti
fəaliyyətə başladıqdan
sonra 31 dekabr
2006-cı ildən Tərəfdaşlıq
və Əməkdaşlıq
Sazişinin əsas maliyyə aləti olan TACİS proqramı, Yaxın Şərq və Aralıq dənizi ölkələri
üzrə MEDA proqramı
və digər tematik planlar öz fəaliyyətini yekunlaşdırdı və
Avropa Qonşuluq Siyasətinin təqdimatı
ilə bütün tərəfdaşlıq ölkələri
üçün yeni və vahid olan
Avropa Qonşuluq və Tərəfdaşlıq
Aləti təklif olundu. Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin
əsas məqsədləri
ümumi iqtisadi sistemin sabit inkişaf etməsi üçün edilən
səylərin artırılmasına,
sahibkarlıq mühitinin
yaxşılaşdırılması və dövlət sektorunun müasirləşdirilməsinə,
vergi və gömrük qanunvericiliklərində
islahatların aparılmasına,
neftdən gələn
gəlir və özəlləşdirmə sahəsində
şəffaflığın təmininə, dünya Ticarət Təşkilatına
daxilolma prosesində inkişafa əsaslanır.
Həmçinin, Azərbaycan
dövlətlərarası (regional) proqramlarda iştirak edir: İNOQEYT - Avropa neft və qazın
nəql edilməsi üzrə dövlətlərarası
proqram; TRASEKA - "Yeni
İpək Yolu" adlandırılan Avropa-Qafqaz-Asiya
nəqliyyat dəhlizi.
Hər zaman Avropa İttifaqı
ölkələri ilə
münasibətlərin yüksələn
xətlə inkişafında
maraqlı olan Azərbaycan dövləti
bu gün də öz prioritetlərinə sadiqdir.
Hazırda Avropa İttifaqı
ilə Azərbaycan arasında əlaqələr
dinamik inkişaf edir.
Bu gün yerləşdiyi Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanın
həm geopolitik durumu, həm də iqtisadi vəziyyəti Avropa məkanında mövqelərinin
daha da möhkəmlənməsinə
şərait yaradıb. Nəzərə alsaq ki, bu gün dünyanın
əsas aparıcı
şirkətləri Aİ-ya
daxil olan ölkələrə məxsusdur,
bu nöqteyi-nəzərdən
Azərbaycan-Aİ münasibətlərinin
daha da yüksələn
sürətlə inkişafını
iqtisadi uğurlarımızın
artmasında mühüm
amil kimi də dəyərləndirə
bilərik.
Gültəkin
Ədalət.- 2011.- 14 yanvar.- S. 3.