QOŞMALAR
1.
Keçən günə
indii hansı güman var,
Daş qələmlər yeriyəndə
gələrsən.
Üzü qışa
eh, o qədər duman
var,
Bu dağları bürüyəndə
gələrsən.
O qapını
bağlı qoyan ağla yan,
Əllər gəzən əllərini
ağla, yan.
Sən düşdükcə
yaddaşına, ağlayan
Kor şübhələr
kiriyəndə gələrsən.
Yazıq qismət,
Yarımazın odun üfür, külün dər
Bəxti dönük
ocağının külündən,
Od götürüb
yarıyanda gələrsən.
Öz dərdini öz
içində saxlamış,
Çarəsizdi,
beşiyində ağlamış,
Gözlərinin
selavını bağlamış,
Buz dəhnələr əriyəndə
gələrsən.
Susub haray,
boğazımda şilləyib,
Damcılayıb, sinəm
dolub, gölləyib.
Çəkdiyimi kürəyimə
şəlləyib,
Yurd axtarıb,
sürüyəndə gələrsən.
Nəyi var ki, görmədiyin
ağacın,
Kölgəsinə girmədiyin
ağacın,
Meyvəsini dərmədiyin
ağacın,
Yarpaqları
çürüyəndə gələrsən.
2.
Axtardığım məndən
küsüb, bircə gün,
Üz döndərib gedən
imiş, bilmədim.
Məni sevən
yüz il
susub, bircə gün,
Harayıma yetən
imiş, bilmədim.
Günahımış,
bu günahı unutmaq,
Nisgil olur, üzə
çıxır, unutmaq...
Deyirdim ki, nə var
axı, unutmaq,
Sevmək qədər
çətin imiş, bilmədim
Əldən
çıxan o illərin qarğışı,
Ürcahımda at oynadar
qar-qışı,
Dönmədiyim
doğmaların çağrışı,
Dincliyimə vətən
imiş, bilmədim.
Bir gecədə
açıb, solan çiçəklər,
Çox aldatdı məni,
yalan çiçəklər...
Dərdlərimə dərman
olan çiçəklər,
Lap yaxından bitən
imiş, bilmədim
Tənhalığın
gümanı az, səbri daş,
İşığının
qənşərində qəlbi daş...
Bu cığıra
daş atanın qəlbi daş,
Barmaqları nədən
imiş, bilmədim
3.
Doğma deyil, mənə
layla çalsa da,
Eyvanında
yuxladığım qapılar.
Damcılamaz, bulud kimi
dolsa da,
Yüyürdüyüm,
haqladığım qapılar
Qismət gülü
dönsə minə, açılmaz,
Hər taleyin tilsiminə
açılmaz...
Dar günlərin
"sim-siminə" açılmaz,
Xoş günlərə
saxladığım qapılar...
Tənhaların ətəyində
dərd əli,
Əl tutanda
halalların mərd əli...
Əl çatmayan pəncərədi,
pərdəli,
Həmişəlik
bağladığım qapılar...
Yaşılını
payızında geyənim,
Bu tərs dərdi
atım, yoxsa bəyənim?
Bağışlamır,
çöl tərəfdən döyəni,
İçəridən
baxmadığım qapılar...
Qoruq olmaz ölümlərə
hər ömür,
Günahların dəryazına
vər, ömür...
Açar istər,
kilidinə, bir ömür,
Yeri donub
çıxmadığım qapılar...
4.
Nə
götürdüm qucağından, qara daş,
Əli dolu, paylı
yollar, yalandı.
Diyirlənər
ocağından qara daş,
Qədəmləri
saylı yollar, yalandı...
Heçdi payız,
baharından dönmüşə,
Neylər axı,
budağından enmişə?..
Körpəlikdən
çıraqları sönmüşə,
Orta yaşda Aylı
yollar, yalandı...
Ha istədim tək
cığıra səs deyəm,
Batdı səsim, daha
gecdi, səsdiyəm...
Doğmaların
yandımına səs deyən,
yad hənirə
haylı yollar, yalandı...
Şər şübhələr
halalları qamçılar,
Yal verənin
züyün tutar yançılar...
Harda olsa haqqa dərya
damcılar,
Sel gətirən
çaylı yollar, yalandı...
Səndən tutan gəlib
səni ötürsə,
Dayan qardaş, tozanaqda
itirsən...
Dörd divarın
arasında bitirsə,
O tərəfə
ayrı yollar, yalandı...
5.
Gecələrim yuxu bilməz,
nə vaxtdır,
Gözlərimdə ayaq
açar səhərim.
Yaxın illər indi məndən
uzaqdır,
Ha çalışsam,
sənə çatmaz əllərim...
Başım üstə
neçə şimşək oynayar,
Dərdim coşub,
bulaq kimi qaynayar,
Həsrətimin seli
çağlar dünyada...
Bu get-gəlin əvvəli
nə, sonu nə,
Uşaq ömrüm heyrətimə
söykənib.
Qorxu olub ölüm
hökmü kiminə,
Dayanmışam qeyrətimə
söykənib...
İzlər
görüb, gör nə qədər, hər üzü,
Tamahkardı,
tamahkardı yer üzü,
Nəyim varsa alıb
saxlar dünyada...
Qiymaz yağır bu dərəyə
yağış da,
Dəli süküt, nə
yatmısan, oyan, hey.
Dağ
cığırı çətin olur yoxuşda,
Ay qaraltı,
yorulmuşam, dayan, hey...
Hovxuraram, zirvə buzu əriməz,
Dümsüklərəm
qayaları, yeriməz,
Daşa dönüb niyə
dağlar, dünyada...
Yorğun payız
qüssə dolu qaladı,
Durnaların son nəğməsi
hanı bəs?
Sazaq əsdi, meşələri
yaladı,
Ağacların haray səsi
hanı bəs?..
Burnumdadı
çiçəklərin ətiri,
Avazlayıb
söyüdlərin çətiri,
Yarpaqlayar haçan
bağlar, dünyada...
Öz inadım öz
canıma qənimdi,
Yetirdiyim, bitirdiyim
tapılmaz.
Hansı şeyi istəmirəm
mənimdi,
itirdiyim, itirdiyim
tapılmaz...
Ev də var ki, mən
çırağam, hardasa,
Kimsə məni diri
ağlar dünyada..
ŞEİRLƏR
Qarlı nəzərlərdən
əsəm,
üşüyəm,
İsti qucaqlara enə
bilmərəm.
Bir də baxıb
gördüm
yekə kişiyəm,
Təzədən
beşiyə dönə bilmərəm.
O yurdda bir qoca
torpağa dönüb,
Əcəl at oynadır
başının üstə.
Əlləri
saralmış yarpağa dönüb,
Əsə-əsə
qalıb qaşının üstə.
***
Hardasa görmüşəm
mən bu payızı,
Sarı yarpaqları əlimə
yatır.
Uzaqdan boylanan
dostlarım kimi,
Həsrəti, nisgili
dilimə yatır.
Kədər, qəm hər
şeydən
doğma olurmuş,
Dərd qədim
ağrıdı,
köhnə kimidi.
Dünya payızında
yaşa dolurmuş,
Bu payız oxunmuş
mahnı kimidi...
Dünən də beləcə
yağdı
yağışlar,
Dünən də
nağıla
döndü
çiçiəklər.
İçinə su
qaçmış ocaq yeritək,
Buğlana-buğalana
söndü çiçəklər...
***
Sözün də
keçəni,
keçməyəni
var,
Çətinə
düşədə atam deyərdi:
-Bala, ortalıqda
kişi sözü var.
Harama sızmadı dəhnə
kişilər,
Qılınc kəsməyəni
kəsdi sözünən,
Soğantək soyuldu
sözünün üstə
Hansı sözlərə
ki, yiyə çıxan var,
Sən demə o sözlər
kişi sözüymüş...
***
Əllərim çatanlar
qadağan deyil,
Gərəkli-gərəksiz
götürmək olar.
Elə bilirdim ki,
gecə yarısı,
Xoruzlar banlasa
açılar səhər.
İnandım mən
ağac olmadığıma,
İnandım əllərim
göyrəməyəcək.
***
Qapılar dalında
qadınlar qalar,
Tərsinə
vurulmuş afişalar tək.
Bu qışın harayı,
hayı buzlayıb,
Bu qış gecələrə
oğurluq gələr.
Qar kimi pərdələr
pəncərələrdə,
Yellənər təkliyin
al bayrağı tək.
Bu şeirlər Vahid Əlifoğlunun
arxivindəndir və heç bir yerdə çap olunmayıb.
Növbəti sayımızda da müəllifin çap
olunmamış yazılarını sizə təqdim edəcəyik.
Vahid Əlifoğlu
Ədalət.- 2011.- 15 yanvar.- S. 21.