Ötən ilin büdcəsi
hara xərclənib?
Azərbaycan Respublikasının 2010-cu il icmal büdcəsinin
gəlirləri 19,3 mlrd.
manat və ya 125,2 faiz icra
olunub ki, bu da 2009-cu ilə
nisbətən 4,9 mlrd.
manat və ya 33,7 faiz, icmal
büdcənin xərcləri
13,5 mlrd. manat və ya 94,7 faiz icra olmaqla
2009-cu ilə nisbətən
1,3 mlrd. manat (10,2 faiz) çox olub.
Maliyyə Nazirliyinin
mətbuat xidmətindən
verilən məlumata görə, 2010-cu ilin icmal büdcəsi 1,2 mlrd. manat profisitlə
proqnozlaşsa da, faktiki olaraq 5,8 mlrd. manat profisit
olub.
Dövlət büdcəsinin
mədaxili 11,4 mlrd. manat və ya
99,1 faiz, 2009-cu illə
müqayisədə isə
1,1 mlrd. manat və ya 10,4 faiz çox icra edilib.
2010-cu ildə
dövlət büdcəsinin
xərcləri 11,8 mlrd.
manat və ya 95,9 faiz, 2009-cu illə müqayisədə
isə 1,3 mlrd. manat və ya
12,0 faiz çox olub.
2009-cu ilə
nisbətən 2010-cu ildə
dövlət büdcəsindən
elm, təhsil, səhiyyə,
mədəniyyət, sosial
müdafiə və sosial təminat, müdafiə, məhkəmə
hakimiyyəti, hüquqi-mühafizə
və prokurorluq orqanlarının saxlanılması,
dövlət əsaslı
vəsait qoyuluşu xərclərinə 11,6 faizədək
çox vəsait yönəldilib.
Hesabat dövründə
dövlət büdcəsinin
cari xərclərinin
3,7 mlrd. manatı və ya 31,5 faizi sosialyönümlü
xərclərin maliyyə
təminatına sərf
edilib ki, bu da 2009-cu illə
müqayisədə 120,0 milyon
manat və ya 3,3 faiz çoxdur.
Ölkənin müdafiə
potensialının gücləndirilməsi
məqsədi ilə
2010-cu il dövlət
büdcəsinin cari, əsaslı xərclərindən
və ehtiyat fondlarından üst-üstə
2,2 mlrd. manat və ya 2009-cu illə müqayisədə
562,0 mln. manat (35,5 faiz) çox vəsait yönəldilib.
2010-cu il
dövlət büdcəsinin
dövlət əsaslı
vəsait qoyuluşu xərcləri 4,1 mlrd. manat icra olunub
ki, bu da
2009-cu illə müqayisədə
600,0 mln. manat və ya 16,3 faiz çoxdur.
Bu mənbədən
sosial təyinatlı layihələrə 508,0 mln.
manat, infrastruktur təyinatlı layihələrə
1,9 mlrd. manat, müdafiə və digər təyinatlı layihələrə isə
1,7 mlrd. manat vəsait sərf edilib.
Hesabat dövründə
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan məcburi köçkün ailələrin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə yaşayış
binalarının tikintisinə,
Bakı şəhərində
aparılan yenidənqurma
və abadlıq işlərinin təmin edilməsinə, Ağcəbədi,
Beyləqan, İmişli,
Saatlı, Ağdaş
rayonlarında və Şəki şəhərində
yeni xəstəxanaların,
Bakı sağlamlıq
mərkəzinin tikintisinə,
Ağcabədi, İmişli,
Saatlı, Qusar, Sabirabad rayonlarında avtomobil yollarının yenidən qurulmasına, kütləvi informasiya vəsaitlərinə maliyyə
yardımı və mətbuat işçilərinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə yaşayış
evlərinin tikintisinə
və yardıma və digər dövlət əhəmiyyətli
tədbirlərə 159,5 milyon
manat vəsait yönəldilib.
"2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin
ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın
icrasına 2010-cu il dövlət büdcəsindən
106,0 milyon manat vəsait yönəldilib,
Dövlət Taxıl
Fonduna tədarük edilməsi üçün
idxal olunan taxıl və taxıl emalı məhsulları əlavə
dəyər vergisindən
azad edilib.
Hesabat dövründə
sahibkarlara maliyyə dəstəyinin artırılması
məqsədilə Sahibkarlığa
Kömək Milli Fonduna dövlət büdcəsindən 44,0 mln.
manat vəsait yönəldilib.
2010-cu ildə
dövlət büdcəsindən
"Aqrolizinq" Səhmdar
Cəmiyyətinə 40 milyon
manat, o cümlədən
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 5,0 milyon manat vəsait ayrılıb.
Büdcə və maliyyə sektorlarında şəffaflığın artırılması
və səmərəliliyin
daha da yüksəlməsi
beynəlxalq maliyyə
institutları və ekspertləri tərəfindən
müsbət qiymətləndirilib.
Hesabat ilində
"Standard & Poor""s" reytinq agentliyi Azərbaycanın reytinqini
dəyişməyərək 2009-cu ilin səviyyəsində saxlayıb, "Fitch" agentliyi
iqtisadi perspektivi "Stabil" saxlayaraq, Azərbaycanın xarici və yerli valyutada
uzunmüddətli kreditlər
üçün reytinqini
"BB+" səviyyəsindən ilk investisiya səviyyəsinə,
yəni "BBB-" səviyyəsinə
qaldırıb.
Dövlət büdcəsi prosesinin
şəffaflığının səviyyəsi ilə bağlı 100-ə yaxın
ölkədə sorğu
aparan nüfuzlu Beynəlxalq Büdcə Əməkdaşlığı təşkilatının hesabatında
isə Azərbaycanın
büdcə sahəsində
həyata keçirdiyi
islahatlar və məqsədyönlü tədbirlər
müsbət qiymətləndirilərək
100 ballıq şkala üzrə ölkəmizin
göstəricisi 6 bal artırılaraq
43 bala çatdırılıb.
Anar
Ədalət.- 2011.- 18 yanvar.- S. 2.