MİLYARDLAR QAZANA BİLƏRİK...
Azərbaycanın təbii ehtiyatları və sərvətləri
həmişə bol olub. Elə buna görə də bir
çox ölkələrin gözü bizim məmləkətdə
olub. Ona görə bizim məmləkətimizdə olub ki,
nefti, qazı və digər yeraltı sərvətləri zəngin
olan məmləkətimizdən nəyisə qoparmağa
çalışıblar. Ən azından bu varlı ölkənin
sərvətindən nəsə qoparmaq kimlərinsə
böyük marağında olub.
Ancaq buna baxmayaraq, həmişə
Azərbaycanın dünya siyasətində özünəməxsus
yeri və mövqeyi var. Bu da ondan irəli gəlir ki, artıq
dünyanın ən inkişaf etmiş ölkələri və
super dövlətləri belə milli sərvətimizə -
neftimizə, qazımıza görə, bizimlə
razılaşmaq məcburiyyəti qarşısında
qalıblar. Artıq Azərbaycan bir çox Avropa ölkələrinə
və eləcə də digər məmləkətlərə
neft ixrac etməklə yanaşı, qaz da ixrac edir. Nəzərə
alsaq ki, Azərbaycan Rusiyaya da qaz ixrac edir və bununla
yanaşı, "Nabucco" qaz kəmərinə
qoşulmağı planlaşdırır, bütün bunlar gələcəkdə
qaz satışından əldə edilən gəlirlərin
ölkə iqtisadiyyatında əsaslı rol
oynayacağından müjdə verir. Deməli, neft sektoru ilə
yanaşı, təbii qazın istehsalının və
inkişafının sürətləndirilməsi də
böyük uğurlara təkan verir.
Əlbəttə,
ölkəmizin qaz ehtiyatları günbəgün
çoxalır. Yeni qaz yataqlarının tapılması və
istismara verilməsi, eləcə də bir çox yerlərdə
geoloji işlərin aparılması onu deməyə əsas
verir ki, Azərbaycan yaxın gələcəkdə təbii
qazın istehsalına görə, yüksək yerlərdən
birini tutacaq və qazdan əldə etdiyi gəlirlər
milyardlarla dollara çatacaq. Həmin məsələlərlə
bağlı iqtisadçı- ekspert Vüqar Bayramov bildirib ki,
təbii qazın nəqli ilə bağlı İran və
Avropa Komissiyası ilə müqavilə imzalanması praktiki
yaxın gələcəkdə qaz satışından Azərbaycanın
gəlirinin artacağından xəbər verir. Vüqar
Bayramov deyib: "İranla müqavilədə hələlik
bir milyard kub metr təbii qazın ixrac edilməsi nəzərdə
tutulub. Bu da böyük həcm hesab edilə bilməz. Amma
güman edilir ki, Avropa Birliyinə ixrac ediləcək mavi
yanacağın həcmi kəskin artacaq". Ölkənin qaz
satışından gəlirlərinin 2015-ci ildən
başlayaraq kəskin qalxacağını vurğulayan
iqtisadçı-ekspert bunu 2014-cü ilin sonlarında
"Şahdəniz-2" platformasının istifadəyə
veriləcəyi ilə izah edir.
İqtisadçı-ekspert
Vüqar Bayramov onu da qeyd edir ki, yaxın on il üçün
dövlət gəliri baxımından Azərbaycan
iqtisadiyyatını iki mərhələyə ayırmaq olar. Birinci
mərhələ 2011-2015-ci illərdə dövlət gəlirlərinin
formalaşmasında neft gəlirlərinin üstünlük təşkil
edəcəyidir. İkinci mərhələ isə 2015-2020-ci
illərdə qaz satışından əldə olunan gəlirlərin
kəskin artması nəticəsində dövlət gəlirlərində
bu mənbədən əldə olunan vəsaitin dominantlıq
etməsidir. Ekspertin fikrinə görə, Azərbaycanın
növbəti iyirmi ildə inkişaf şəklini
çızsaq, neft gəlirlərinin deyil, qaz gəlirlərinin
dominantlıq etməsi diqqət çəkir. Ekspert fikrini
davam etdirərək bildirib: "Mavi yanacaq hesabına gəlirlərin
formalaşmasının neft gəlirlərindən əsas fərqi
birincinin qiymətinin stabil olmasıdır. Son beş ildə təbii
qazın qiymətində azalmalar müşahidə edilməyib.
Əksinə artımlar baş verib. Neftin qiyməti isə
gündəlik dəyişir. Bu da dövlət gəlirlərinin
proqnozlaşdırılması məbləği ilə
bağlı problemlər yaradır. Qazın qiymətinin stabil
olması və artan tendensiya üzrə inkişaf etməsi
ölkənin stabil, proqnozlaşdırılan gəlirlər əldə
etməyinə müəyyən imkanlar yaradacaq".
Əksər ekspertlər
Azərbaycanın yaxın 15-20 il ərzində təbii qazdan
milyardlarla dollar qazanacağını bildirirlər. Onlar bir
fikri də xüsusilə vurğulayırlar ki, məmləkətimizin
təbii ehtiyatlarının zəngin olması əsas problemlərin
həllində önəmli rol oynaya bilər. Ən başlıca
məsələ isə yaxın gələcəkdə
müstəqil Azərbaycanı iqtisadi cəhətdən
güclü, hərbi baxımdan hər cür qüvvəyə
malik olan bir dövlət kimi görmək mümkün olacaq. Deməli,
ölkə iqisadiyyatı nə qədər zəngin olarsa və
inkişaf edərsə, ilk növbədə həmin məmləkətdə
sürətli inkişafın nəticəsi öz əksini
tapmış olar. Sürətli inkişaf isə həm
ölkənin iqtisadi və hərbi qüvvəsinin
artmasına, həm də insanların rifah halının
yüksəlməsinə gətirib çıxara bilər. Artıq
məmləkətimizdə qeyri-neft sektorunun inkişafına
böyük sərmayələr qoyulur. Turizmin yüksələn
xətlə inkişaf etməsi və kənd təsərrüfatının
yüksəlişinə dövlət qayğısı dediklərimizə
əyani sübutdur.
Prezident İlham Əliyev
çıxışlarının birində qeyd edib ki, 2011-ci
il ölkədə turizm ili olacaq. Yəni məmləkətimizin
müxtəlif regionlarında turizmin inkişafı diqqət mərkəzində
saxlanılacaq və Bakıda bu il beş ulduzlu dünya
standartlarına cavab verən mehmanxanalar istifadəyə veriləcək.
Bunun özü isə onu deməyə əsas verir ki, neft və
qazdan əldə olunan qazanc ölkənin sürətli iqtisadi
inkişafına yönəlib və artıq bu istiqamətdə
ilk uğurlar əldə edilib.
Azərbaycanın təbii
ehtiyatları və sərvətləri həmişə bol
olub. Elə buna görə də bir çox ölkələrin
gözü bizim məmləkətdə olub. Ona görə
bizim məmləkətimizdə olub ki, nefti, qazı və digər
yeraltı sərvətləri zəngin olan məmləkətimizdən
nəyisə qoparmağa çalışıblar. Ən
azından bu varlı ölkənin sərvətindən nəsə
qoparmaq kimlərinsə böyük marağında olub.
Ancaq buna baxmayaraq, həmişə
Azərbaycanın dünya siyasətində özünəməxsus
yeri və mövqeyi var. Bu da ondan irəli gəlir ki, artıq
dünyanın ən inkişaf etmiş ölkələri və
super dövlətləri belə milli sərvətimizə -
neftimizə, qazımıza görə, bizimlə
razılaşmaq məcburiyyəti qarşısında
qalıblar. Artıq Azərbaycan bir çox Avropa ölkələrinə
və eləcə də digər məmləkətlərə
neft ixrac etməklə yanaşı, qaz da ixrac edir. Nəzərə
alsaq ki, Azərbaycan Rusiyaya da qaz ixrac edir və bununla
yanaşı, "Nabucco" qaz kəmərinə
qoşulmağı planlaşdırır, bütün bunlar gələcəkdə
qaz satışından əldə edilən gəlirlərin
ölkə iqtisadiyyatında əsaslı rol
oynayacağından müjdə verir. Deməli, neft sektoru ilə
yanaşı, təbii qazın istehsalının və
inkişafının sürətləndirilməsi də
böyük uğurlara təkan verir.
Əlbəttə,
ölkəmizin qaz ehtiyatları günbəgün
çoxalır. Yeni qaz yataqlarının tapılması və
istismara verilməsi, eləcə də bir çox yerlərdə
geoloji işlərin aparılması onu deməyə əsas
verir ki, Azərbaycan yaxın gələcəkdə təbii
qazın istehsalına görə, yüksək yerlərdən
birini tutacaq və qazdan əldə etdiyi gəlirlər
milyardlarla dollara çatacaq. Həmin məsələlərlə
bağlı iqtisadçı- ekspert Vüqar Bayramov bildirib ki,
təbii qazın nəqli ilə bağlı İran və
Avropa Komissiyası ilə müqavilə imzalanması praktiki
yaxın gələcəkdə qaz satışından Azərbaycanın
gəlirinin artacağından xəbər verir. Vüqar
Bayramov deyib: "İranla müqavilədə hələlik
bir milyard kub metr təbii qazın ixrac edilməsi nəzərdə
tutulub. Bu da böyük həcm hesab edilə bilməz. Amma
güman edilir ki, Avropa Birliyinə ixrac ediləcək mavi
yanacağın həcmi kəskin artacaq". Ölkənin qaz
satışından gəlirlərinin 2015-ci ildən
başlayaraq kəskin qalxacağını vurğulayan
iqtisadçı-ekspert bunu 2014-cü ilin sonlarında
"Şahdəniz-2" platformasının istifadəyə
veriləcəyi ilə izah edir.
İqtisadçı-ekspert
Vüqar Bayramov onu da qeyd edir ki, yaxın on il üçün
dövlət gəliri baxımından Azərbaycan
iqtisadiyyatını iki mərhələyə ayırmaq olar. Birinci
mərhələ 2011-2015-ci illərdə dövlət gəlirlərinin
formalaşmasında neft gəlirlərinin üstünlük təşkil
edəcəyidir. İkinci mərhələ isə 2015-2020-ci
illərdə qaz satışından əldə olunan gəlirlərin
kəskin artması nəticəsində dövlət gəlirlərində
bu mənbədən əldə olunan vəsaitin dominantlıq
etməsidir. Ekspertin fikrinə görə, Azərbaycanın
növbəti iyirmi ildə inkişaf şəklini
çızsaq, neft gəlirlərinin deyil, qaz gəlirlərinin
dominantlıq etməsi diqqət çəkir. Ekspert fikrini
davam etdirərək bildirib: "Mavi yanacaq hesabına gəlirlərin
formalaşmasının neft gəlirlərindən əsas fərqi
birincinin qiymətinin stabil olmasıdır. Son beş ildə təbii
qazın qiymətində azalmalar müşahidə edilməyib.
Əksinə artımlar baş verib. Neftin qiyməti isə
gündəlik dəyişir. Bu da dövlət gəlirlərinin
proqnozlaşdırılması məbləği ilə
bağlı problemlər yaradır. Qazın qiymətinin stabil
olması və artan tendensiya üzrə inkişaf etməsi
ölkənin stabil, proqnozlaşdırılan gəlirlər əldə
etməyinə müəyyən imkanlar yaradacaq".
Əksər ekspertlər
Azərbaycanın yaxın 15-20 il ərzində təbii qazdan
milyardlarla dollar qazanacağını bildirirlər. Onlar bir
fikri də xüsusilə vurğulayırlar ki, məmləkətimizin
təbii ehtiyatlarının zəngin olması əsas problemlərin
həllində önəmli rol oynaya bilər. Ən
başlıca məsələ isə yaxın gələcəkdə
müstəqil Azərbaycanı iqtisadi cəhətdən
güclü, hərbi baxımdan hər cür qüvvəyə
malik olan bir dövlət kimi görmək mümkün olacaq. Deməli,
ölkə iqisadiyyatı nə qədər zəngin olarsa və
inkişaf edərsə, ilk növbədə həmin məmləkətdə
sürətli inkişafın nəticəsi öz əksini
tapmış olar. Sürətli inkişaf isə həm
ölkənin iqtisadi və hərbi qüvvəsinin
artmasına, həm də insanların rifah halının
yüksəlməsinə gətirib çıxara bilər. Artıq
məmləkətimizdə qeyri-neft sektorunun inkişafına
böyük sərmayələr qoyulur. Turizmin yüksələn
xətlə inkişaf etməsi və kənd təsərrüfatının
yüksəlişinə dövlət qayğısı dediklərimizə
əyani sübutdur.
Prezident İlham Əliyev
çıxışlarının birində qeyd edib ki, 2011-ci
il ölkədə turizm ili olacaq. Yəni məmləkətimizin
müxtəlif regionlarında turizmin inkişafı diqqət mərkəzində
saxlanılacaq və Bakıda bu il beş ulduzlu dünya
standartlarına cavab verən mehmanxanalar istifadəyə veriləcək.
Bunun özü isə onu deməyə əsas verir ki, neft və
qazdan əldə olunan qazanc ölkənin sürətli
iqtisadi inkişafına yönəlib və artıq bu istiqamətdə
ilk uğurlar əldə edilib.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2011.- 18 yanvar.- S. 4.