Eldar Quliyev
70 illik yubileyini qeyd edir
Yanvarın 18-də Azərbaycan
kinosunun görkəmli
nümayəndəsi, kinorejissor
və ssenarist Eldar Quliyevin doğum günüdür. Onun 70 yaşı tamam
olur.
Lent.az-ın məlumatına görə,
Eldar Quliyev 1941-ci ildə Bakıda dünyaya göz açıb. , Görkəmli
bəstəkar Tofiq Quliyevin oğlu olan Eldar Quliyev
ailəsində 1960-1966-cı illərdə Moskvanın Kinematoqrafiya İnstitutunun
rejissorluq fakültəsində
Serqey Gerasimovun kursunda təhsil alıb. İnstitutu bitirdikdən sonra
"Azərbaycanfilm" kinostudiyasında
yaradıcılıq fəaliyyətinə
başlayıb və
"Biri var idi, biri yox
idi" adlı ilk qısametrajlı filmini çəkib.
Eldar Quliyev 1970-ci ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi
ilə özünü
təsdiqləyib və
bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin
təməlini qoyub.
Eldar Quliyev 1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi
və batal səhnələrin miqyasına
görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən
geri qalmırdı. Həmin illərdə
"Babək" filmi
52 ölkə tərəfindən
satın alınıb.
Bunlarla yanaşı
"Ən vacib müsahibə", "Var
olun qızlar",
"Ürək... Ürək", "Nizami", "Nə gözəldir bu dünya", "Girov"
və digər filmlərə quruluş verib. Son işi keçən il
rejissoru və ssenari müəllifi olduğu "İstanbul reysi" filmidir.
Mədəniyyət və İncəsənət
Universitetinin kino kafedrasının professoru
olaraq Eldar Quliyev öz bilik və təcrübəsini
cavanlara ötürməyi,
"Debüt" Eksperimental
Gənclik yaradıcılıq
studiyasının rəhbəri
kimi isə neçə-neçə gəncə
yardımçı olmağı
özünə borc bilib. Professional Kinorejissorlar
Gildiyasının ən
fəal yaradıcılarından
olan Eldar Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidentidir. Eldar Quliyev və onun yaradıcılığı
Azərbaycan dövləti
tərəfindən layiqincə
qiymətləndirilib və
o, Dövlət Mükafatı
laureatı, Azərbaycanın
Xalq artisti fəxri adlarına layiq görülüb, Qırmızı Əmək
Bayrağı Ordeni,
"Şöhrət" və
"Şərəf" ordenləri
ilə təltif olunub.
Ədalət.- 2011.- 19 yanvar.- S. 8.