Təcnis
Ey məhliqə, gəl,
eyləmə viranə könlümü,
Salma bəlavü
möhnəti-hicranə könlümü.
Bəsdir o zülmlər
mənə bu çərxdən yetib,
Qoyma dəxi cəfa
oduna yanə könlümü.
Zalım olubdu xalü xətin,
mah tələtin,
Zülm ilə çəkdirir
hərə bir yanə könlümü.
Zöhdü riya xarab
qılıb xanimanımı,
Viran qaldı səbheyi-səddanə
könlümü.
Təsbihü tilsani
atıb, tutmuşam səni,
Sənan kimi buraxma
biyabanə könlümü.
Əncümşümar
olubdu bu xunbar gözlərim,
Bilməm nə vəqtədək
salacaq qanə könlümü.
Cürmüm nədir,
neyləmişəm, tövbələr edim?
Yandırma sən bu atəşi-suzanə
könlümü.
Nəvvab ahü nalə
ilə düşdü çöllərə,
Şurun edibdi məst bu
məstanə könlümü.
***
Gözün
gözümə otur, ta görüm o gül üzünü,
Danışgilən,
eşidim, ey şəkərzəban, getmə.
Səni görəndə
bu qəlbim gülü şükuftələnir,
Əgər görməyəm
ol dəm, olur xəzan, getmə.
Tələttüf eyləgilən,
kəsmə sayəni sərdən,
Təhərrüm eylə ki, halım
olub yaman, getmə.
Əgər
gözümdən uzaq olsan, ey gözüm nuru,
Yəqin qıl salı
gözdən məni zaman, getmə.
Əlim üzülsə
o tubamisal qəddindən,
Dəxmi mən istəmənəm
hurü həm cinan, getmə.
Yəqin eylə ki, sənsiz
fəğanım ərşə çıxar,
Dəxi nə kara gəlir,
cismim içrə
can, getmə.
Ki, ta qiyamətədək
doymanam vüsalından,
Fəraqa tab gətirməz
bu xəstə can, getmə.
Gözü üzündədi
Nəvvabın, ey mələkmənzər,
Gecə-gündüz
eşidir ahü əlaman, getmə.
MÜRƏBBE
Bir
nigari-növbaharın gül camalın istərəm,
Cuybari-hüsn ara, şəhdi-zülalın
istərəm.
Mey içib, məstan gəzən
çeşmi-ğəzalın istərəm,
Lölöi-tər tək
camalı üzrə xalın istərəm.
Aşiqin tərk eyləyib,
amma özü məstan gəzər,
Naz edər hər dəm
rəqibə, bağ ara şadan gəzər.
Yadına bilmərrə
düşməz əhd ilə peyman, gəzər,
Bir belə insafsız
yarın vüsalın istərəm.
Yarını həsrət
qoyub, aləm ara xar eyləyən,
Sındırıb
iqrarını, firqətdə bimar eyləyən,
Şad edən əğyarını,
hər ləhzə təkrar eyləyən,
Gərdəni-mina, qədi-tubamisalın
istərəm.
Baği-gülzar
içrə ahu kimi hər yana baxan,
Aşiqi-zarın canın
hicran ilə
Etinalar eyləyib
əğyarə nazilə
axan,
Dərgahi-payində əğyarın
zavalın istərəm.
Rövzeyi-hüsn
içrə guya ahuyi-tatardır
Xali-mişkini zənəxdanında
ənbərbardır,
Ləbləri gül,
dişləri həm lölöi-şəhvardır,
Bir belə rəna ğəzalın
xəttü xalın istərəm.
Bülbüli-şuridə
tək cəh-cəh vuran, dad eyləyən,
Məst olan tavus tək
məstan geyib, məstan gəzən,
Aşiqini görcəyin
tərlan kimi gərdan çəkən,
Naz edən, nazik bədən,
tuti məqalın istərəm.
Əl çəkib Nəvvabdan,
yarəb, o yari-bivəfa,
Naz ilə eylər ona hər
ləhzə min cövrü cəfa,
Bir deməz: Biçarə
məndən görmədi zövqü səfa,
Rəm yeyən, ram
olmuyan vəhşi ğəzalın istərəm.
***
Əfsus ki, yar məndən
rəhm etmədən qaçdı,
Ahu kimi dağlara üz
tutub qaçdı.
Hicrdən ürək və
sinəyə dağlar çəkdi,
Üzüylə
dağları, çölləri laləzar etdi.
Elə ki, o səadət
hüması kölgəsin başımdan çəkdi,
Yarəb! Rəqiblər
qol-budağında qərar tutdu.
Leylanın eşqi Məcnunun
bədənindən qüvvət aldı,
Səbrin Əzrası
Vamiqin qəlbindən fərar etdi.
İntizar gözləri,
dərd qəlbləri
Nobahar buludu tək nəmlə
doldurdu.
İşıqlı qəlbimi
gündüz gecə tək qaranlıq etdi,
Gözlər hicran
çəkib, gecələr ulduzları saydı.
Nəvvab elə ki
bütün dünya əhlindən ürək üzdü,
Yüz ümidlə pərvərdigarın
qapısına pənah apardı.
***
Nuri-ruxun aşiqlərə
icab deyilmi?
Bayram ayı tək
görməyə bitab deyilmi?
Ayinə nədir,
gül üzünü etsə əhatə,
Əksi-ruxun ayinəyə
cəzzab deyilmi?
Qaş ilə
gözün tir çəkib tutdu kamanı,
Can almağa
bu hər iki pürtab deyilmi?
Simin zənəxin,
şəms ruxun şəşəə salmış,
İqlimi-dilə hər biri məhtab
deyilmi?
Minu kimi ruxsarın ara
abi-dəhanın,
Kövsər təki
firdövsdə mirab deyilmi?
Olmaqlığa layiq həcərül-əsvədi-xalə,
Əbruyi-hilalın mənə
mehrab deyilmi?
Şut etməyə
beytüllahını, ey məhi-taban,
Kəbə kimi kuyin yenə
ətyab deyilmi?
Əğyarların
canına, ey nəcmi-səadət,
Müjganın oxu əşhəbül-əşhab
deyilmi?
Xaki-dərinə səcdə
edən çoxdu cahanda,
Sərkərdə o
sacidlərə Nəvvab deyilmi?
***
Dərdliyəm, qəmxarım
yoxdur, nə edim?
Dərdim artıb, dildarım yoxdur, nə edim?
Taqətim tükəndi,
səbr üzdü məni,
Bu qan axıdan gözdən
başqa bir şey yoxumdur, nə edim?
Baxan gözlər
dildar edir, lakin mənim
O yardan əl çəkməyə
tabım yoxdur, nə edim?
Zahid məni eşqdən
hər gecə-gündüz mən edər,
Mənim ki bu dünyada
bundan özgə işim yoxdur, nə edim?
Hiyləgər gözəlin
fərağında ürəyim əzabdadır,
Qaranlıq gecədən
başqa bir həmdəmim yoxdur, nə edim?
Əğyarların
cövrü, dünya əhlinin zülmü,
Bu iki zülmə
çarəm yoxdur, nə edim?
Nəvvabın məqsədi
yardan özgə bir şey deyildir,
Bəxt əgər yar
olsa idi, yarım yoxdur, nə edim?
QƏZƏL
Harada onu
yad etsəm, sinəm köz olur,
Vay, əgər
üzünü görsəm, daha şöləvar olur.
Hər şəxsin
dünyada bir sənəti olar, lakin
Zahidlər qilü
qaldadır (səs-küydədir), aşiqlər isə kar
olur.
Axırda günəş
və ay mənim ahımdan qaralacaq,
Yanar sinəm tor-tor olacaq, ulduz kimi.
Əgər üzün
göstərsə, hər iki dünyanı ələ
alır,
Onun hüsnü hər
iki dünyanı fəth edər, ürəyim kimi.
Mirvari və mərcan
kimi göz yaşımı və ürək qanımı
Yoluna səpərəm,
çünki gözəllər qızıl ardınca
qaçır.
Əgər onun fərağında
Nəvvab dünyada məşhur olsa da,
Orucluq ayında olduğu kimi hilal olar.
***
Əcaib
düşdü başım qilü qalə,
Qəmi-hicran məni saldı nə halə?
Dedim: Ey dil, camali-yara uyma,
Düçar etmə
özün dərdü məlalə.
Sözümü
tutmadın, ey qana dönmüş,
Düş indii zəhmətü
rəncü məlalə!
Sənin hicrində, ey
şuxi-sitəmkar,
Vücudum gül kimi
yetdi zəvalə.
Vüsalın görməmiş
övci-şərəfdə,
Düşübdür
kövkəbi-bəxtim vəbalə.
Qədi-şümşadımı
döndərdi yayə,
Qəza cismi -zəifimi
hilalə.
Rəqibin
cövrünü, yarın cəfasın,
Çəkim mən, ya
ki, bülbül kimi nalə?
Gül üzlü yar vəsli
çıxdı əldən,
Fələk saldı məni
yüz min xəyalə.
Sənin ahından, ey Nəvvabi-məhcur,
Gün ilə ay tutdu
göydə halə.
***
Səthi-damağ
tapdı kədər dudi-ahilə,
Hicrində ağlaram, gözəlim,
salü mahilə.
Heyhat, gər yetişsə
əlim bir də vəslinə,
Güman etməm bu
şövkəti bəxti-siyahilə.
Əncümşümar
gözlərini bu şikəstənin
Olmaz ki, şad eyləyəsən
bir nigah ilə?
Min kəz dedim: Usangilən,
ey dil, usanmadın,
Çeşmi-xumara uyma
o müjgani-siyah ilə.
Sınmış
sipahü bisərü pa rənc ləşkəri,
Müşkül
müqabil olmaq olur padşah ilə.
Et bir kənar tellərini ruyi-mahdan,
Şəmsin
üzüni tutma o miği-siyah ilə.
Nəvvab ahü nalə
ilə vəslin axtarır,
Əfğanü
zarü ədiyeyi-sübgah ilə.
MİR MÖHSÜN NƏVVAB
Ədalət.- 2011.- 22 yanvar.- S. 20.