NUMEROLOGİYA,
YAXUD ƏDƏDLƏR HAQQINDA ELM
Dünya ədədlər
üzərində qurulub.
(Pifaqor)
Ədədlər
yalnız rəqəm və işarələrin ifadə etdiyi
kəmiyyət göstəricisi deyil, onlarda başqa bir
qüvvə də vardır. Ədədlərin ifadəsi
olduğu bu qüvvə təbiətdə şeylərlə qaydalar
arasında olan okkult əlaqələrdədir.
(Kornelius Aqrippa)
Numerologiya nisbətən
son zamanlar tanınsa da, əslində ən qədim elmlərdən
biridir. Müəyyən mənada ədədlərin öz
dili var, ibtidai qəbilələr bu dili başa
düşür və ədədlərin dilində bir-biri ilə
əlaqə saxlayırdılar. Qədim əlifbalarda (məsələn,
qədim yəhudi əlifbasında) hərflərin də ədədi
mənası vardı.
Kabalist kosmologiya və
onun ezoterik nəzəriyyələrinin dərinliklərinə
varmadan, müasir numerologiya qədim yunan
riyaziyyatçısı və mistik alimi, e.ə. əvvəl
550-ci ildə şöhrətinin zirvəsinə
qalxmış Pifaqorun nəzəriyyəsinə əsaslanan
sadə ədədi və əlifba koduna üstünlük
verir.
Məlum olduğu kimi,
Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin
sayını azaldaraq 1-9 arasında saxladılar, çünki
bu rəqəmlər başlanğıc rəqəmləridir,
qalan rəqəmləri onlardan düzəltmək
mümkündür.
İyirmi əsr
keçəndən sonra, məşhur Kornelius Aqrippa
1533-cü ildə nəşr etdiyi "Okkult fəlsəfəsi"
əsərində həmin rəqəmləri və
onların mənasını verdi.
1 - məqsədin rəqəmidir,
əlifbanın ilk hərfi olan "A" ilə başlanan hər
şeydə aqressivlik və ambisiya formasında təzahür
edir.
2 - gündüz və
gecə kimi əks anlayışların rəqəmidir.
Tarazlıq və kontrast mənasında işlənir, müsbət
və mənfi keyfiyyətləri birləşdirərək
tarazlıq yaradır.
3 - dəyişkənlik
deməkdir, keçmişin, indinin və gələcəyin rəmzi
olan üçbucaqla işarə edilir. İstedad və şən
əhval-ruhiyyəni ifadə edir, uyğunlaşmaq rəmzidir.
4 - sabitlik və möhkəmlik
deməkdir. Onun möhkəmliyi kvadratla- kosmosun tərəfləri,
ilin fəsilləri və od, torpan, hava və su ünsürləri
ilə ifadə olunub. Ən sadə ədəddir.
5 - son nəticəni səyahət
və sınaqlar vasitəsi ilə əldə edən risk və
təhlükə deməkdir. Onda sabitliyin olmaması bir tərəfdən
inamsızlığa gətirib çıxara bilər, digər
tərəfdən bu, ən xoşbəxt, ən gözlənilməz
ədəd sayılır.
6 - inam rəmzidir. O,
göy qurşağının yeddi rəngini ifadə edərək
təbiətlə harmoniyadadır. İdeal ədəddir, həm
tək, həm də tək ədədlərə
bölünərək sanki onları birləşdirir.
7 - sirli, məchul və
görünməz şeyləri öyrənmək və bilmək
yoludur. Yeddi əsas planet, həftənin yeddi günü, yeddi
musiqi qamması deməkdir. O, məqsədi (1) və
harmoniyanı (6) birləşdirərək, onu həqiqi
psixoloji ədədə çevirən öz
simmetriyasını yaradır.
8 - maddi uğur rəmzidir.
İki kvadratla ifadə olunduğu üçün kamil inam rəmzi
sayılır. İki yerə bölünəndə bərabər
hissələrə ayrılır (4-4). Yenə bölsən,
yenə bərabər hissələrə ayrılacaq (2-2-2-2),
bu isə dördqat tarazlıq deməkdir.
9 - elementar ədədlərin
ən böyüyü, uğur rəmzidir. Tam inkişaf etdikdə
bütöv bir qrupun cizgilərini birləşdirərək nəzarət
faktoruna çevrilir. Doqquz ədədi, 3x3-ün hasili kimi, dəyişkənliyi
irəliyə doğru hərəkətə çevirir.
Böyük ədədlərin
sadə ədədə çevrilməsi üçün
müxtəlif sistemlər işlənib
hazırlanmışdır. Ən sadə və geniş
yayılmüş üsul verilmiş ədədin
bütün rəqəmlərini toplamaq, sonra əgər 10 və
ya daha çox alınarsa, alınan rəqəmləri də
toplamaq lazımdır. Bu proses, 1-dən 9-a kimi
sadə ədəd alınana kimi davam eləyir.
Sadə bir nümunə
kimi, 125 ədədini götürək. Onun komponentlərini
belə toplayaq: 1+2+5=8. Beləliklə, 8 ədədi 125-in
vibrasiya kodudur. Yaxud, Apokalipsisdə "yırtıcı ədəd"
sayılan 666 ədədini götürək.
Toplayırıq: 6+6+6=18, sonra isə 1+8=9. 9 ədədinin
ümumi təsirini nəzərə alanda, bu, çox yerinə
düşən vibrasiyadır.
Çoxları belə
hesab edirlər ki, 11 və 22 ədələrinin xüsusi mənası
var. Onda bu ədədləri keyfiyyətcə yoxlamaq
lazımdır: yəni, əvvəlcə 11 kimi, sonra 2 (1+1)
kimi, bundan sonra 4 (2+2) kimi baxmaq lazımdır.
13 sayı 4-ə kimi
(1+3) sadələşdirilə bilər, 31 sayı da beləcə
(3+1). Bu ədədlərin heç birinin 4-dən başqa
vibrasiya kodu ola bilməz.
TARİXLƏR VƏ HƏYAT RƏQƏMLƏRİ
Tarixləri vibrasiya
koduna qədər azaltmaq üçün gün, ay və ilin
rəqəmlərini toplamaq lazımdır (yanvar -1, fevral -2,
dekabr-12=3 və sair). Məsələn, 4 iyul 1776-cı il-
Müstəqillik Bəyannaməsinin imzalanması
günüdür. Burada 4 - iyulun 4-cü günü, 7- yeddinci
ay, iyul və 1776 ədədləri vardır. Toplayırıq:
4+7+1+7+7+6=32=3+2=5. Heç bir ədədi vibrasiya bu
mühüm sənədin imzalanması zamanı
qarşıya çıxan risk və
inamsızlığı bundan dəqiq ifadə edə bilməzdi.
Bu, geri qayıdıb-qayıtmayacağına əmin olmadan təzəcə
düzəldilmiş gəmini suya buraxıb naməlum dənizlərə
yola salmağa bənzər. Risk simvolu olan 5 ədədi məhz
bunu ifadə edir. Tarixi günlər nə qədər
maraqlı olsa da numerologiyanın əsas vəzifəsi insan həyatını
öyrənməkdir. Onların ən sadəsi- doğum
günlərinin tarixidir.
Məsələn, 12
mart 1957-ci il doğum tarixini götürək, onları belə
toplayaq: 1+2+3+1+9+5+7=28=10=1. Deməli, bu tarixdə anadan olan
şəxsin vibrasiya ədədi 1-dir. Və yuxarıda
göstərilən rəqəmlərin mənası ilə
uyğunlaşdırılr. Doğum tarixi dəyişməzdir
və doğulan gündən ona vibrasiya təsiri göstərir. Bəs o insan xarakterini
nə dərəcədə
düzgün təyin
edə və ya insan taleyini,
onun gələcəyini
idarə edə bilir və bu,
sonra bəhs edəcəyimiz digər numeroloji amillərdən nə dərəcədə
asılıdır?
(Ardı gələn
şənbə sayımızda)
Ədalət.- 2011.- 22 yanvar.- S. 10.