"Dilin qanunu qanunların dili"

 

Dünən "Azərbaycan-türk ocağı" mətbuat mərkəzində Azərbaycan Dil Qurumunun (ADQ) təşəbbüsü ilə "Dilin qanunu qanunların dili" mövzusunda elmi-praktik konfrans keçirildi.

 

Konfransı giriş sözü ilə açan ADQ-in sədri, millət vəkili Sabir Rüstəmxanlı ana dilinin qorunması sahəsində son aylar atılan addımlardan danışdı. "Dil millətin varlığıdır. Əgər bir millətin dili varsa, deməli millət yaşayır", - deyən deputat qeyd etdi ki, "Dil haqqında" Qanun var dövlət orqanları da onunla işləyir deyib, arxayın olmaq olmaz: "Ədəbi dil normaları ilə bağlı fikir ayrılığı olmasa da, təəssüf ki, media nümayəndələri bu qaydalara əməl etmirlər. Ötən həftə Azərbaycan Dil Qurumu olaraq xarici qurum media adlarının yazılış qaydası barədə bir xatırlatmamız oldu. Media müraciətimizi isti qarşılandı buna görə həmkarlarımıza təşəkkür edirəm. Amma təəssüf ki, ötən müddət ərzində yenə bu normaların pozulmasını müşahidə edirik. Yəni media mənsubları həqiqəti, qaydanı, normanı bilir, amma əməl etmək istəmir. Bunun adı laqeydlikdi. Mən bir daha mediaya müraciət edib ana dili ilə bağlı laqeydliyi bir kənara qoymağa çağırıram".

Qurum sədri dövlət, özəl müəsisələrinin adının ana dili ilə yanaşı, xarici dildə yazılmasının yolverilməz olduğunu söylədi: "Bəzən ən ucqar dağ kəndlərimizdə bələdiyyə binasının önünə ana dili ilə yanaşı ingilis dilində lövhə vurulur. Bu dağ kəndində qurumun adının ingilis dilində yazılmasının anlamı nədir?"

Daha sonra hüquqşünas Əlövsət Əliyev "Qanunların dili dilin qanunu" mövzusunda məruzə elədi. "Dövlət dili haqqında" Qanunun təkmil olmadığını söyləyən natiq dil xətalarına yol verənlərin hansı qurum tərəfindən inzibati məsuliyyəti cəlb edilməsi barədə qanunda heç bir səlahiyyət nəzərdə tutulmadığını önə çəkdi: "Dövlət dili haqqında" Qanunun 18-ci maddədə göstərilir ki, dövlət dilinin əleyhinə təbliğat aparan fiziki, vəzifəli hüquqi şəxslər müvafiq olaraq 20, 50-90 150-300 manat cərimə edilir. Ancaq onları məhkəmə məsuliyyətinə kim cəlb etməlidir? Bu barədə heç bildirilmir".

"Azərbaycan Respublikasının dövlət dili haqqında" Qanunu bir sıra Avropa Baltikyanı ölkələrin qanunları ilə müqayisə edən Ə.Əliyev Qanundan sonra Əsasnamənin qəbul edilmədiyini ana dilinə qarşı ögey münasibətin bariz nümunəsi saydı: "İndiyə qədər Əsasnamə qəbul olunmayıbsa, bu artıq dövlət dilinə münasibətin acı göstəricisidir".

Ə.Əliyev qanunvericilikdəki boşluqlarla yanaşı dəyərli maddələrin olduğunu da bildirdi: "Amma təəssüf ki, həmin maddələr işləmir. Bunun nəticəsidir ki, dil normalarını pozduğuna görə indiyə qədər heç bir fiziki ya hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməyib".

Milli Məclisdə qəbul edilən qanunların Azərbaycan dilinin normalarına uyğun olmadığını, bəzən anlaşılmazlıq yaratdığını söyləyən hüquqşünas əsas problemin tərcümə ilə bağlı olduğunu söylədi: "Məsələn, "Əməkçi miqrantlar" ifadəsi "Zəhmətkeş miqrantlar" kimi tərcümə olunub beləcə Milli Məclisdən keçib. Bu ifadə deməkdir? "Zəhmətkeş miqrant" Azərbaycan dilində nəyi ehtiva edir?"

 

Məruzədən sonra tədbir canlı müzakirələrlə davam etdirildi. AMEA Dilçilik İnstitutunun nümayəndəsi Şahlar Göytürk, yazarlar Əkbər Qoşalı, Rasim Qaraca, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, ictimai fəal Azər Həsrət, VİP sədri Əli Əliyev vətəndaş laqeydliyi, televiziya mətbuatdakı dil qüsurları, rus ingilisdilli orta məktəblərin sayının artması cəmiyyətin əcnəbi dillərə meyllənməsi problemlərini müzakirəyə çıxardılar, təklif mülahizələrini bölüşdülər.

 

 

Gültəkin

 

Ədalət.- 2011.- 26 yanvar.- S. 3.