İQDIR SOYQIRIM ANITI VƏ
MUZEYİ
Hələ 1995-ci ildə
İqdırda "Tarixi
gerçəklər və
ermənilər" mövzusunda
uluslararası bir simpozium keçirilmişdi.
Və bu simpoziuma da müxtəlif
ölkələrdən elm
və siyasət adamları qatılmışdı.
Simpoziumda Azərbaycandan
professor, görkəmli
memar Cəfər Qiyasi də iştirak edirdi. Və Cəfər Qiyasinin ermənilər tərəfindən soyqırıma
məruz qalan türklərin xatirəsinə
hazırladığı bir
anıt layihəsi simpoziuma qatılanlar tərəfindən yüksək
qiymətləndirilmişdi. Və bu, simpoziumun
bəyanatında bu şəkildə vurğulanmışdı:
"Doğu Anadoluda
əsrin əvvəllərində
qeyb etdiyimiz bir milyondan artıq
şəhidimizin əziz
xatirəsini gələcək
nəsillərə çatdırmaq
və 24 apreli Uydurma erməni soyqırımı günü
kimi qəbul edənlərə və dünyanın bir çox yerlərində bu uydurma soyqırım
anıtlarına cavab
verəcək bir Şəhidlər
Anıtının İqdırda
açılması qərarlaşdırılmışdı.
İqdırda inşa
ediləcək bu anıt keçmişdəki
ağır günləri
və bizləri düşmən edən müstəmləkəçi dövlətləri
daim ağlımızda tutmağımızı
saxlayacaq, gələcəyimizə
dostluq, yaxın qonşuluq və işbirliyi təməlində
işıq tutacaqdır".
Soyqırım
anıtı üçün seçilən yer İqdır
şəhərinin şərq girişində, yəni Azərbaycan,
İran və Ermənistandan gələn yolların
qovşağı seçilmişdi. Ayrılan ərazinin sahəsi
13 hektardı. Və Anıt Ağrı dağının
fonunda yüksəlməkdədi. Anıtın təməli 1
avqust 1997-ci ildə qoyuldu.
Anıt ərazidəki
720 metr yüksəklikdə olan təpə -kurqan üzərindədi.
Bu təpə türk sərkərdələrinin xatirələrinə
yapılmış süni təpə kurqanlardandı.
Süni təpənin
ortasında salonun içərisində ermənilərin qətl
etdiyi şəhidlərin rəmzi məzarı yerləşir.
Və bura muzeyin mərkəzi hissəsidi. Muzeyin dairəvi
salonunda erməni vəhşətinin qurbanı olan şəhidlərimizin
toplum məzarlıqlarına aid rəsm və sənədlər
sərgilənir. Eyni zamanda fotolar və burada kitabxana da var. Təpə
kurqanın ortasında isə yüksəkliyi 36 metr olan
beş türk qılıncı yüksəlməkdədir. Bunlar
məsum müsəlman xalqını soyqırımdan
qurtarmış Türk ordusunun şərəfinə, onun
şəhid və qazilərinin əziz xatirəsinə
ucaldılmışdı.
Keçmiş türk əsgərlərinin
savaşdan öncə öz qılınclarını
rüzgar, yağmur və ildırımların altında bir
itiləşdirmək törəni varmış. Qılınclarını
bir-birlərinə elə dayaq edərmişlər ki, günəş,
yağmur və rüzgar altında sərtləşsinlər.
Və türk torpaqlarının iştahında olan ermənilər
indi bu müqəddəs Türk dağının
(Ağrı dağı) önündə yüksələn
Türk qılınclarını hər gün görməkdədirlər.
Beş
qılıncın əyri ucları yuxarıda birləşərək
qübbə şəklini alır. Bu da Səlcuqlu türbələrinə
bənzəyən biçim və görüntünü
göstərmək üçündü. Türk-Oğuz
xatirə memarlığında sultanların, qəhrəmanların,
sərkərdələrin, nüfuzlu şəxslərin məzarı
üstündə qübbəyə bənzər türbələr
tikilirdi. Bu türbələr ənənəvi olaraq
yeraltı sərdabə qatı və yerüstü qüllə
qismindən ibarətdir. İqdır Soyqırım
Anıtı da iki qatlıdır. Alt qat sərdabə- muzey salonudur,
üst qat isə beş qılıncın yaratdığı
qüllədi.
İqdır
Soyqırım Anıtı memarlıq baxımından tarixin ən
əski çağlarından gələn türk xatirə
memarlığının üç böyük gələnəyini
(kurqan, səlcuqlu türbəsi və məzar daşları)
birləşdirir. Və eyni zamanda çağdaş memarlığın
tələblərinə uyğun bir kompozisiyaya malikdir.
İnsan əlindəki
qılınc qorxuludu. Baş-başa çatılmış
qılınclar huzur və barışın timsalıdı. Bundan
başqa, millətin savunma gücünü göstərir.
Qılıncların kəskin yerlərinin dışa yönəlməsi
dışarıdan gələcək hücumlara qarşı
hər zaman hazır olma anlamını verir. Eyni zamanda bu
Anıt türk memarlığının şah əsəri
olmuş Altın Çadırın rəmzidir. Əski
dönəmlərdə dövlət, hakimiyyət rəmzi
olan Altın Çadır üzərində dövlət
bayrağı dalğalanırdı. Yürüşdə olan
zaman Altın Çadır qərargahın tam mərkəzində
tikilərdi və özəl qorunardı. Anıtda da təpəsində
Türk dövlətinin bayrağı dikilmiş Altın
Çadırı beş qılınc qoruyur.
Qılıncın müqəddəsliyi onun gözəl,
estetik görünüşünə də
yansımaqdadı. Olduqca döyüş üçün
yararlı olan türk qılıncının qəbzəsi
naxışlarla bəzədilmiş və onlara özəl
bir estetik baxımlılıq verir. İqdır Anıtında
da qılınc qəbzələri qranit çərçivə
içərisinə alınmış tunc qabartmalarla işlənmişdi.
Hər qılınc qəbzəsində Boz qurd, at və iki
başlı qartal qabartması fiqurları təkrar edilir.
Ədalət.- 2011.- 26 yanvar.- S. 3.