SƏHƏR-AXŞAM GÜNAYDIN

 

(İctimai televizya kanalında "Qərib axşamlar" verilişinin aparıcısı, qələm qardaşım Yusif Günaydının 60 yaşının tamam olması münasibətilə)

 

Yurdun çinarı boydasan,

Sən - Vətənin vətən daşı.

İsminlə ulu soydasan;

Həzrəti-nurun adaşı...

 

Zaman sözün altmış kərə,

Altmış səhfə kitabısan.

Tarixdəki Yusiflərə,

Sən bir salam xitabısan.

 

Ekrandan baxan gözlərin

Sınıq könüllərə məlhəm

Torpaq nisgilli sözlərin

Atəşdir həm, üsyandır həm...

 

Möhnətlərə düçar oldu

Yad ellərin mehmanları...

Doğma ruhlar uçar oldu

"Qərib axşamlar"a sarı.

 

İllər saçını darayıb...

Biz də yaşını öyürük.

Səni səhərlər arayıb,

Axşam - Günyadın! – deyirik

 

 

Yusif Nəğməkar

 

Ədalət.- 2011.- 26 yanvar.- S. 6.