DAHA ELƏ GÜMAN YOXDU YOZMAĞA
Sənin adın hara yazım,
necə mən
Qəlbimdə yer
qalmayıbdı
yazmağa.
Gümanlarım
bulanıbdı
gümanda,
Daha elə güman yoxdu
yozmağa.
Qapınızı kəsdirməyə
üz yoxdu,
Daha sənə deyiləsi
söz yoxdu,
Dərə yoxdu, təpə
yoxdu,
düz yoxdu
Ürəyimi
azdırmağa,
azmağa.
Saralıbdı
alnımdakı
yazılar,
Neçə yana,
neçə yerə
yozular.
Günü-gündən
hərif-hərif
pozular,
Əlim gəlmir mənim
onu
pozmağa.
GÖZLƏDİM
Əvvəl səni
gözlədim,
sonra eşqimi,
Ondan sonra ölmümü.
Nə sən gəldin,
Nə də eşqim.
Açdım gözlərimi
Qapımın
ağzını
Kəsdirib ölüm.
GEDİRƏM
Açılacaq bu gecədə
,
Üzü səhərə
gedirəm.
Hər gün yolumu
gözləyən
Qəmə-qəhərə
gedirəm.
Abır-həyadan
yırtılan,
Çöldə,
bayırda sırtılan,
Hər gün
üzümə çırpılan
Çora, zəhərə
gedirəm.
Köklənmişəm
cəngi üstə,
Gahdan zildə,
gahdan pəsdə.
Xoş arzuda, xoş həvəsdə
Durub şəhərə
gedirəm.
AXTARSAN MƏNİ
Gecələr
qaranlığın
bağrını
didərsən dişlərinlə.
Səhərlər
gündüzün
arxasınca
düşüb
qovarsan
Qan tərə bata-bata.
Tökərsən
üstünə hirsini,
qaldığım evə
birdə
iş yerinə.
Tapmazsan məni.
Sonra dayanacaqda
avtobus əvəzinə,
gözlərsən gecəni.
Özündən
başqa
Hamıdan
soruşarsan məni.
Bircə sənə
dəli deməsinlər.
Axı mən
çoxdan
ölmüşəm.
SƏNİ İNCİTMƏK ASAN
Səni sevindirmək
çətindən
çətin,
Bayram günü evə
gec gələsən,
əlində gül
buketi olmaya,
sakitcə keçəsən
otağına,
lal, dinməz uzanasan
yatağına,
gözlərin dikilə
tavana,
otağa dərin
sükut çökə
sonra ürəkdən
güləsən.
Səni incitmək asan.
Qalib Şəfahət
Ədalət.- 2011.- 26 yanvar.- S. 6.