DAHA BU YERLƏRƏ DAĞLAR DA HEYRAN
Oğuz rayonu haqqında söhbət açdıqda, hətta təkrar səslənsə
belə, bir məsələni xüsusi
vurğulamaq lazım gəlir. Özəlliklə
adla bağlı çox uğurlu əvəzləməni. Xatırlayırsınızsa
müstəqillik ərəfəsində
respublikamızın bir
sıra şəhər
və rayonlarında, hətta kəndlərində
belə əzəli adların bərpası və ya bəzi
yöntəmsiz, milli təəssüb baxımından
nəcabətsiz adların
dəyişdirilməsi prosesləri
müəyyən bir dövr üçün uğurla davam etmişdi. Xüsusilə əvvəllər Jdanov, Dəvəçi, Qutqaşen,
Vartaşeng adlandırılan
rayonlarımızın yeni
və ya əzəli adlarıyla tanınması həm tarixi gerçəkliyin, həm də soykökün təsdiqi baxımından hadisəyə
çevrilmişdi. Prinsipial
olaraq, məsələn,
Qəbələ Azərbaycanın
orta əsrlər Alban
dövrünün, hətta
bəzi məqamlarda daha qədimlərin yadigarı kimi çoxdan arzulanan məsələ idi. Ancaq ilk baxışda müəyyən qədər
"yiyəsiz" görünən
və eyni zamanda çox eybəcər səslənən,
sakinlərdə qıcıq
yaradan Vartaşen adının doğma və qürurlu Oğuzla əvəzlənməsi
də toponimikanın coğrafiya, tarix və etnoqrafiya ilə sıx əlaqədə olduğunu
bir daha xatırlatdı. Nəyə
görə məhz Oğuz sualının cavabını da elə bu istiqamətdə
araşdırmaq lazım
gəldi.
Kiçik rayon haqqında
bir qədər geniş söhbət açmağımız səbəbsiz
deyil. Oğuz son illər xeyli inkişaf edərək sosial-iqtisadi və mədəni yüksəlişə
nail olmaqdadır. Rayon mərkəzi
özünün yeni tikililəri, abadlığı
ilə modernləşməkdə,
diqqət çəkməkdədir.
Bilirsinizmi?
On, on-beş
il bundan əvvəllərə kimi
rayon mərkəzində ən
hündür bina ikimərtəbəli idi. Oğuzun müasir inkişafı ləngiyirdi.
Mövcud tikililər,
qurğular sovet dövrünün primitiv üslubunun cüzi dəyişikliyi ilə yeniləşirdi. Uçuq
yerləri suvamaqla, dağılmış yolları
yamamaqla, boya üstündən boyamaqla,
əhəngləməklə müasirləşmək baş
tutan iş deyildi. Bütün bunlar solğun bir dekorasiya görüntüsü yaradırdı.
Və yolu Muğanlı-Qəbələ-Oğuz-Şəki
magistralından düşənlər
qəsəbə tipli
bu kiçik şəhərin "qapısı
ağzından" necə
laqeyd və saymazyana ötürdülər...
Bu şəhərin fərli-başlı
geniş qapısı
da yox idi,
sovet dövrünün
kolxoz alaqapılarına
oxşayırdı.
Prezident özü
Oğuza gəldi. Yəni İlham Əliyev cənabları Azərbaycan Respublikasının
prezidenti vəzifəsində
ilk dəfə bu rayona səfər etdi. Oğuzlular onu böyük sevinclə, iftixar hissi ilə qarşıladılar.
Bundan sonra bütün məsələlər
sürətlə yeni
məcraya düşdü.
Çünki Oğuzun
bir sıra problemləri, həlli vacib olan məsələləri
və bütün bunların bəzi səbəbləri xüsusi
nəzarətə götürülmüşdü.
Rayona təyin edilən yeni icra başçısı
Aydın Əlihüseynovun
simasında oğuzlular
Prezidentin yüksək
etimadını doğrultmağa
çalışan, ciddi,
işgüzar, səmimi
və ziyalı bir icra başçısı
qazandılar. Bu bir təsadüf idimi?
Bu bir təsadüf
idimi?
Çünki Aydın
Əlihüseynov vaxtı
ilə Ulu Öndərin respublikadan kənarda təhsil almağa göndərdiyi seçmə gənclərdən
olub. Heydər Əliyev məktəbinin layiqli davamçısı
sonralar müxtəlif
vəzifələrdə çalışıb,
xarici ölkələrdə
vətəni ləyaqətlə
təmsil edən xüsusi mütəxəssis
kimi fərqlənənlərdən
olub. Az vaxt ərzində Prezident fərmanlarının,
eləcə sərəncam
və göstərişlərinin
rayonda uğurlu icrası rəhbərliyin
səriştəsinin, xalqa
və dövlətçiliyə
sədaqətinin, irəliləyişlər
yolunda təşəbbüskarlığının
və mübarizliyinin
göstəricisidir. İcra
başçısının istər yerlərdəki görüşlərdə, istərsə
də aparatdakı qəbullarda əhali ilə, ayrı-ayrı vətəndaşlarla sağlam
ünsiyyəti, dialoq
mədəniyyəti, məsələlərin
icrasına yönəlik
düzgün və
real mövqe tutması
nümunəvi iş üslubudur. Oğuzlular daim onların mənafeyi uğrunda çalışan bu mübariz və səmimi insanı özlərinə arxa və dayaq hesab
edirlər.
Doğrudan da son illər Oğuzda çox işlər görülür. Prezidentin
bu ucqar rayona səfərləri İlham Əliyevin "Mən hər bir azərbaycanlının
prezidentiyəm" gerçəkliyini
təsdiqlədiyi qədər,
həm də diqqət və qayğının reallaşması
baxımından da hadisəyə çevrildi.
Eyni zamanda Oğuz-Qəbələ-Bakı su kəməri bu rayonun respublika
əhəmiyyətli strateji
bir xüsusiyyətini
də ortaya qoydu. O vaxt hörmətli
prezidentimiz əbəs
yerə deməmişdi:
"Oğuz rayonu çox gözəl təbii sərvətlərə
malikdir. Gözəl təbiəti var, iqlimi var. Çox gözəl mənzərəli
yerləri var. Əminəm
ki, turizm də Oğuz rayonunun gələcək inkişafına böyük
xidmətlər göstərəcəkdir".
Sitat özü
vacib məsələyə
işıq saldı.
Bu günlərdə Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu
ilin sosial-iqtisadi inkişafın yekunlarına
həsr olunmuş iclasında çox mühüm bir məsələ diqqəti
cəlb etdi. Prezident 2011-ci ilin "Turizm ili" elan edilməsinin zəruriliyindən danışdı.
Budur, Prezidentin də 2 il bundan
əvvəl söylədiyi
kimi turizm həqiqətən Oğuz
rayonu üçün
də geniş perspektivlər vəd edir. Qeyd etmək
lazımdır ki,
2010-cu ildə, eləcə
də əvvəlki dövrlərdə Oğuz
rayonunun turizm mərkəzinə çevrilməsi
ilə bağlı Prezidentin qarşıya qoyduğu vəzifələrin
layiqincə yerinə yetirilməsi üçün
müəyyən işlər
görülmüşdü. Belə ki, lazımi
infrastrukturun yaradılması,
dövlət tərəfindən
iş adamları və özəl qurumlar tərəfindən
investisiyaların cəlb
olunması istiqamətində
işlər davam etdirilir. Bununla əlaqədar rayon rəhbərliyi
bu sahənin inkişafına köməkliyin
gücləndirilməsi, iş
adamlarının regiona
marağının artırılması,
onlara müvafiq şəraitin yaradılması
üçün bütün
imkanlardan istifadə edir. Oğuz şəhəri, Calut, Bucaq və Xalxal
kəndləri ərazisində
yeni turizm obyektlərinin tikintisinə
başlanılmışdır.
Regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramında nəzərdə
tutulmuş tədbirlərin
vaxtında yerinə yetirilməsi üçün
Oğuz rayonunda xeyli işlər görülmüşdür. Əvvəlki
illərdə başlanmış
obyektlərin inşası
uğurla davam etmiş, bir sıra yeni tikintilərin təməli
qoyulmuşdur. Əsaslı
obyektlərdən olan
"Qlükoza" zavodunun
tikintisi başa çatdırılaraq istifadəyə
verilmişdir. Rayon Poils
Şöbəsi üçün
müasir görkəmli
yeni inzibati bina da keçən
ilin tikintilərindəndir.
"Qoşabulaq"
adlanan ərazidə müasir memarlıq üslubunda yerli iş adamının sərmayəsi hesabına
inşa edilən turizm obyektinin müəyyən hissəsi
istifadəyə verilmiş,
qalan işlər isə bu il
başa çatdırılacaqdır.
Bu obyektin smeta dəyəri 2 milyon manat təşkil edir.
Oğuz kənd
təsərrüfatı rayonudur.
Rayonun iqtisadiyyatında
taxılçılıq, bağçılıq
və heyvandarlıq mühüm yer tutur. Ötən il zəmilərdən
17516 ton taxıl biçilmişdir.
Tərəvəz istehsalı
2765 ton olmuşdur. 2010-cu ildə
5 min tondan çox meyvə məhsulları əldə edilmişdir. Rayonda iribuynuzlu mal-qaranın sayı 29289 baş, qoyun və keçilərin sayı isə 60958 baş olmuşdur.
Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi
ilə əlaqədar
2010-cu ilin birinci yarısı ərzində
əvəzlənərək mülkiyyətə verilmiş
torpaq sahələri Xalxal, Calut, Tayıflı, Kərimli, Sincan, Dəymədağlı,
Mollalı, Tərkeş,
Bayan, Muxas kənd sakinlərinə bütövlükdə, Şirvanlı
kəndi üzrə torpaqların bir hissəsi isə naturada mülkiyyətçilərə
tanıdılmışdır.
Son illər
Oğuzda təhsilin, səhiyyə xidmətinin
inkişafı, müasirləşməsi
sevinc doğurur. Biz əvvəllər bu barədə geniş söhbətlər açmışıq.
Əlavə olaraq qeyd edək ki, keçən il rayonda ən
müasir tələblərə
cavab verən xəstəxana kompleksi də istifadəyə verilmişdi.
Gözəlliklər
Oğuz rayonu təbiət gözəllikləri
ilə daha çox fəxr etməlidir. Rayonun relyefi əsasən dağlıqdır. Ən
hündür dağ zirvələri 3900 metrə
yaxındır. Ərazisindən
Türyançay, Xalxal,
Əlican, Daşağıl,
Qalaçay kimi gursulu çaylar keçir. Alp və subalp çəmənləri
var. Enliyarpaq meşələr
geniş yer tutur. Ümumi meşə sahələri
41 min hektara yaxındır.
Ərazidə bir çox nadir heyvan və quş növləri məskunlaşır.
Keçən il Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin
direktoru bacarıqlı
mütəxəssislə əvəz
olunduqdan sonra meşələrin mühafizəsi,
yeni zolaqların salınması və digər zəruri tədbirlərin görülməsi
diqqəti cəlb edir.
Oğuz yeni inkişaf mərhələsində
özünün iqtisadiyyatı,
müasirləşməsi və
təbiət gözəlliyi
ilə daha firavan, daha işıqlı
günlərə boylanır.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 26 yanvar.- S. 7.