Kamal Abdullanın
"Sehrbazlar dərəsi"
Azərbaycan Yazıçılar Birliyinin
"Natəvan" klubunda
Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullanın Sankt-Peterburqun
"Zlatoust" nəşriyyatında
çap olunmuş
"Sehrbazlar dərəsi"
("Dolina Kudesnikov")
romanının təqdimatı
keçirilib. Əsərin
tərcüməçisi və
ön sözün müəllifi Lyudmila Lavrovadır. Lent.az-ın
məlumatına görə,
tədbirdə çıxış
edən AYB sədri, xalq yazıçısı
Anar geniş ictimaiyyətə təqdim
olunan romanın rus dili versiyasının
böyük marağa
səbəb olacağına
inandığını deyib.
O bildirib ki, əslində Yazıçılar
Birliyində Kamal Abdullanın 60 illik yubileyinin qeyd olunması planlaşdırılıb.
Lakin sonradan bu kitabın təqdimat mərasiminin keçirilməsi qərara
alınıb.
Təqdimatı mərasimində
"Zlatoust" nəşriyatının təsisçisi
Stanislav Nikolayeviç Qolubev və baş redaktoru Anna Qolubeva
da çıxış ediblər. Onlar Kamal Abdullanın
sözügedən kitabı ilə bağlı
düşüncələrini bölüşüblər:
"Düşünürük ki, yazıçı Kamal
Abdulla bu kitabda imkansız kimi görünən bir şeyi
gerçəkləşdirib: o, yaradıcı təxəyyülün
üfüqlərini reallığın hüdudlarına kimi
genişləndirib, onlara sözlərin nəfəsini verərək,
elə vəziyyətə çatıb ki, bu zaman özün
illüziyaya, başqalarının bəlkə də əski
zamanlarda gördüyü röyaya çevrilirsən və
bu röyalar haqqında roman yazırsan".
Ədalət.- 2011.- 26 yanvar.- S. 8.