NUMEROLOGİYA,

 

YAXUD ƏDƏDLƏR HAQQINDA ELM

 

(əvvəli ötən şənbə sayımızda)

  

 AD RƏQƏMLƏRİ

 

Numerologiyada hər adın öz vibrasiya rəqəmi vardır, bu rəqəm həmin adda olan hərflərin rəqəmə çevrilməsi yolu ilə əldə edilir. Alınan rəqəm sonadək sadələşdirilir. Adın rəqəmi - insan şəxsiyyətinin təzahürü, onun səy və nailiyyətlərinin açarıdır. O ya doğum tarixi ilə üst-ütə düşməli, ya da ona uyğunlaşmalıdır. İnsan şəxsiyyətinin inkişafında təbii meyl və təsirlər ona görə zəruridir ki, şan-şöhrət qazananda ad onun bütün qüdrətini və əsl xarakterini ifadə etsin. Əgər insanın adı onun xarakteri ilə uyğun gəlirsə, bu yaxşıdır, uyğun gəlmirsə, yaxud ziddirsə- pisdir.

 

1 2 3 4 5 6 7 8 9

A B C Ç D E Ə F G

Ğ H X I İ J K Q L

M N O Ö P R S Ş T

U Ü V Y Z

 

1 rəqəmi

 

Yüksək şəxsiyyət, şöhrət qüdrət simvoludur. Ayın 1-də doğulan adam bu cəhətlərə riayət etməli, yolunu heç vaxt dəyişməməli, həmçinin vaxtından əvvəl görməyə tələsməməlidir. O hər şeyi özü, həm tədricən qazanır. Eqoizm tamahkarlıqdan, özbaşınalıq xudbinlikdən qaçmalıdır. Tədbirli olmalı, öz maraqlarını başqalarının marağı ilə uyğunlaşdırmalıdır ki, aralarında münaqişə yaranmasın, yoxsa dostlarını itirə, düşmən qazana bilər. 1 güclü rəqəmdir, çox şey vəd edir, göstərişlərinə əməl etsən səni yüksək tərəqqi gözləyir.

Ad rəqəmi kimi, 1- şəxsiyyət, güclü enerji hərəkət deməkdir. 1 daha çox fəaliyyət zamanı, hazırki anda, qəfil gözlənilməz məqamlara təsir edir. Riskli işlər sərfəli bizneslə məşğul olmağı qəti zidd hesab edir. Ən yaxşısı - tapşırılan işi icra etməkdir. 1 rəqəmi öz güc imkanlarına inam, həmçinin cəsarət deməkdir. Amma belə adamların naturası yaradıcı olmaqdan çox, təqlidçidir. Pulu həm yaxşı qazanır, həm bacarıqla xərcləyirlər. Tələsik qərarlar qəbul etmək olmaz.

 

2 rəqəmi

 

Doğum tarixi kimi, 2 - əhval-ruhiyyədə, davranışda, hərəkətdə tarazlıq deməkdir, xarakterin yumşaqlığı, kompromis axtarışı, sərt kəskin vəziyyətləri aradan qaldırmaq meyli, deməkdir. Daxili ziddiyyətlər, sonsuz götür-qoy, həmişə hamıya məsləhət vermək adəti ona öz işlərini həll etməyə mane olur. 2 rəqəmi - antiteza, ziddiyyətlərin tarazlığı, kontrastdır. İşıq zülmət, yaxşılıq pislik, soyuq isti, var-dövlət yoxsulluq, həyat ölüm deməkdir. Belə adamlar şəraiti necə var, elə qəbul etməli, vəziyyətlə barışmalı, ona uyğunlaşmalıdırlar. İfratçılıqdan, hər cür inamsızlıqdan, hədsiz xeyrxahlıqdan qaçmalı, təkcə başqaları haqqında deyil, özü haqqında da düşünməlidir. Onlar yaxşı məsləhətçi olur, icraçı yox. Onların mütləq partnyoru, yoldaşları olmalıdır, onları seçəndə isə qoy hisslə yox, ağılla hərəkət etsinlər.

Ad rəqəmi kimi, 2- dəyişkən xarakterin, insanı inamsızlığa hətta fatalizmə gətirib çıxaran emosional daxili narahatlığın simvoludur. Hər xırda, əhəmiyyətsiz şeyə görə əsəbiləşmək, mübahisə qalmaqal salmaq olmaz. Dost-tanışlarla əlbir daha çox fayda verər.

 

3 rəqəmi

 

Doğum tarixi kimi, 3- digər rəqəmlərdən çevikdir, iti intuitiv ağıl, bilikləri cəld asanlıqla mənimsəmək bacarığı ona erkən yaşlardan öz qabiliyyətini üzə çıxarmağa imkan verir. İstedadlıdır, amma təklikdə istedadını tam göstərə bilmir, çünki məqsədinə çatmaq üçün yüngül asan yollar arayır. Mənfəət gətirən hər şeyə uyğunlaşmağa çalışır. Adi həyatı ciddi qəbul etmir. Ona maraqlı adamlar, yüngül, daimi əyləncələr lazımdır. O yalnız bu günlə yaşayır. Gələcək onu düşündürmür. İşini düz qursa, uzağa gedə bilər, çünki öz gücünə inanır, işini bilir. Amma təbiətən səbirsiz, yüngül asan işlərə meylli olması, həmçinin ötəri uğurlar daha əlverişli perspektivli sahəyə keçməkdə ona mane ola bilər.

Ad rəqəmi kimi, 3- istedad, hərtərəfli qabiliyyət deməkdir, elm, incəsənət idmandır, insanın sevdiyi sənət hobbidir. Əgər belə adam faydalı məsləhətləri qəbul edib sənət-peşə seçməkdə ağıllı hərəkət etsə, uğur şöhrət qazana bilər.

 

4 rəqəmi

 

Doğum tarixi kimi, 4- sabit, əməksevər, təbiətən ehtiyatlı, riskli işlərə girişməyən adamdır. Bacarıqlıdır, ideya və planları ilə bütün işlərini özü görmək istəyir, məsləhət almağı sevmir. Devizi - etibarlılıq, möhkəmlik, düzlükdür. Onu aldatmaq olmaz, özü də özünü aldatmamalıdır. Əgər bu adamın həyatda məqsədi kiçik, tələbləri cüzidirsə, onda 4 rəqəmi ona yoxsulluq və məğlubiyyət gətirə bilər. Eyni zamanda, bu rəqəm adamlara müxtəlif ixtisaslarda bilik və peşəkar vərdişlərini inkişaf etdirmək üçün möhkəm əsas verir.

Ad rəqəmi kimi, 4- elm və texnika, xüsusən, sənaye sahəsində uğur gətirir. Etibarlılıq, sabitlik, vicdanlılıq, dostluq və hörmət deməkdir. Belə adam ekstremal şəraitdə daha çox fayda verir, onun xarakterinin ən yaxşı cəhətləri məhz çətin vəziyyətlərdə açılır. Bunu qiymətləndirməmək olmaz.

 

5 rəqəmi

 

Doğum tarixi kimi, 5- sərgüzəşt və riskli işləri sevən, həmişə qeyri-adi şeylərə meyl edən şəxsin həyata keçmiş entuziazmı, istəyidir. Belə adamlar həmişə hərəkətdə olur, səfər və səyahətlərə çıxır, hər yerdə özlərini evdəki kimi hiss edirlər. Onlar xarici dilləri tez öyrənir, başqa xalqların adət-ənənələrini asanlıqla mənimsəyirlər. Gözlənilməz nəticələr verən qəfil və anlaşılmaz hərəkətlər edirlər. Amma hər dəfə sudan quru çıxırlar. Hazırcavab və iti ağılları, şən xasiyyətləri onları darda qoymur. Tez-tez dəyişən maraqları vacib olanı qiymətləndirməkdə, real perspektivləri görməkdə onlara mane olur. Yalnız irəli baxır, əllərində olan imkanı da görmürlər.

Ad rəqəmi kimi, 5- mənəvi azadlığı və hərəkət müstəqilliyini göstərir. Belə adamlar kənar məsləhət əvəzinə özlərinin qazandığı təcrübəyə üstünlük verir. Qəlbən narahatdırlar, səfər və səyahəti xoşlayırlar. Əgər bu enerji gündəlik əməyə sərf olunsa, çox məhsuldar nəticə alınar. 5 rəqəmi həm də fəlsəfi düşüncə tərzindən, bəzən də gözlənilməz xoş nəticələrdən xəbər verir.

 

 

(Ardı var)

 

Ədalət.- 2011.- 29 yanvar.- S. 10.