"ONUN SƏNƏT HƏYATI"
Bu həyat həmişə göz önündə
olub
"Azərbaycan" nəşriyyatının 5-ci mərtəbəsində
qapısını ərklə döydüyüm bir ünvan
var. Orda ustad Nahid Hacızadə əyləşir. Bu otaq demək
olar ki, nəşriyyata gələn əksər qələm
adamlarının baş çəkdiyi, əyləşib bir
stəkan çay içdiyi, həmsöhbət olduğu bir
guşədir. Demək olar ki, hər gün Nahid müəllimin
Azərbaycanın tanınmış, həmçinin yeni-yeni
yazmağa başlayan yazar qonaqları olur. Təqribən
bir-iki ay bundan öncə Nahid müəllimin
qapısını döyüb içəri keçəndə
onun bir nəfərlə şirin-şirin söhbət
etdiyinin şahidi oldum. Məni görən kimi Nahid müəllim
özünəməxsus təbəssümlə dedi:
- Gəl, gəl, elə indicə sənin qəzetindən
danışırdıq.
Keçib hər ikisi ilə görüşüb
göstərilən yerdə əyləşdim. Yenə Nahid
müəllim üzünü mənə tutub həmsöhbətinə
işarə ilə dedi:
-
- Nahid müəllim,
tanıyıram - dedim.
- Yaxşı, de görək
kimdi? - deyərək
məni sınağa çəkdi.
-Ağakişi müəllimdi,
böyük teatr xadimidi - dedim və ardınca da əlavə etdim ki, təəssüf
ki, şəxsi tanışlığımız olmayıb. Ancaq televiziyada görmüşəm,
tamaşalarını izləmişəm.
- Çox gözəl,
indi də şəxsən
- Məmnuniyyətlə - deyib Ağakişi müəllimi öncədən
təbrik etdim. Beləcə
də onunla şəxsi tanışlığım
başladı.
Yaxın günlərin söhbətidi. Yenə həmin
5-ci mərtəbədəki otaqda Ağakişi müəllimlə qarşılaşdım.
Bu dəfə söhbətin mövzusu artıq dünyaya gəlmiş kitabla bağlı idi. Mən həm Ağakişi Kazımovu, həm də ustad Nahid müəllimi
təbrik edib kitabla
- Şairin xətrinə
dəyməyək, verək
kitabla
Təbii ki, arifə bir işarə kifayət edər- deyiblər. Mən də boynuma
hansı yükün düşdüyünü dərhalca
hiss etdim və heç bir tərəddüd, narahatçılıq
hiss etmədən (bəlkə
də bunun xoş bir təsadüf
olduğuna inandığımdan
-Ə.M) kitabı götürüb
otağıma qayıtdım.
Nəfis şəkildə
tərtib olunmuş və elə cildindən özünə
maraq yaradan "Onun sənət həyatı" kitabını
iş prosesi zamanı vərəqləməyə
başladım. Məhz
bu "vərəqləmə"
məni özünə
necə çəkdisə,
demək olar ki, günün axırına qədər
kitabın müəyyən
hissəsi ilə həmsöhbət ola bildim. Oxuduqca, Ağakişi Kazımovun həyat səhifələrini vərəqlədikcə
maraq güc gəldi...
Nahid Hacızadənin "Onun sənət həyatı"
kitabı "Elm və
təhsil" nəşriyyatında
işıq üzü
görüb. Kitabın redaktoru qələm
dostum Firuz Mustafadır. Elə ilk vərəqindən
istedad və zəhmətlə dolu bir ömrün ucalığa gedən yolunu qarış-qarış
addımlamağa, mən
deyərdim ki, nöqtə-vergülünə qədər duya-duya yaddaşıma köçürməyə
başladım. Və gördüm
ki, ilk vərəqdə
yazılmış "Ağakişi
Kazımovun ömür
və sənət yoluna həsr olunmuş bu kitabın səhifələrini
çevirə-çevirə dərinliklərinə baş
vuranda özün də bilmədən qəribə bir cazibəyə düşəcəksən.
Elə o andaca qəlbin işıqla, sevinclə dolacaq..."
Bəli, bu sətirlərin arxasındakı böyük
həqiqət məni
doğrudan da özünə tabe etdi. Məhz o tabe olduğum dəqiqələrdə
də ilk ağlıma
gələnlərdən biri
bu günlərdə,
daha doğrusu, mart ayında 75 yaşı tamam olacaq ustad
Nahid Hacızadənin
özünün dediyi
kimi, 50 illik dostu Ağakişi Kazımova olan böyük rəğbəti
oldu. Doğrudan doğruya da
bu qarşılıqlı
rəğbət o qədər
səmimi, işıqlı
idi ki, hər
vərəqdə onu
hiss etmək, onu görmək mümkün
olurdu. Özü
də təkcə Nahid müəllimlə Ağakişi müəllim
arasında yox, həm də bu kitabda adları
çəkilib sözləri
deyilən hər kəsin də...
Mən o işığın ucundan
tutub oxuduğum bu kitabda ömrünü
birmənalı olaraq səhnəyə, teatra bağlamış, səhnədən
səhnə yaratmağa
qədər cəfalı
bir həyat yolu keçmiş Ağakişi müəllimin
bir növ ömür ensiklopediyası
ilə üz-üzə
qaldım. Gördüm ki, Ağakişi Kazımov oxuduğu Teatr İnstitutunda özünü sadəcə
gün öldürən
tələbə kimi yox, səhnə ilə yaşayan, səhnə ilə nəfəs alan
bir tələb kimi tanıdıb. Demək olar ki, əksər yaşıdlarından fərqli
olaraq o Azərbaycan paytaxtının həmin
o tələbəlik illərində
mövcud olan bütün teatrlarına baş çəkib burada oynanılan əsərlərin az qala hamısı
ilə bir tamaşaçı kimi üz-üzə dayanıbdır.
O, tamaşanı seyr etdiyi anlarda özünü səhnədəki
rolların bir çoxunda hiss edib. Xəyalında məhz o rolda
özünü görüb,
öz təqdimatının
necə qarşılanacağını
duymağa çalışıbdı.
Bax, bu istək, bu sənətə vurğunluq onun həyatının mənasına
çevrilib.
Maraqlıdır ki, Ağakişi Kazımov o vaxtkı Leninqrad Teatr, Musiqi və
Kinematoqrafiya İnstitutunda
qazandığı biliklər
sayəsində Azərbaycanın
əbədiyaşar dramaturqu
Cəfər Cabbarlının
"Aydın" pyesini
özünün diplom
tamaşası kimi səhnələşdirdi və
bu ona haylı-küylü
uğur gətirdi. Hətta bu tamaşa barəsində televiziyada geniş disskusiya da açıldı.
Demək
olar ki, "Aydın" Ağakişi
Kazımovun həyatına,
ömür yoluna aydınlıq gətirmiş
oldu.
Təbii ki, bunun ardınca özünün səhnədə
yaratdığı obrazlar
və bu obrazların tərəf müqabillərini canlandıran
Azərbaycanın korifey
sənətkarları Ağakişi
Kazımovun bir aktyor kimi yetişməsində,
bir rejissor kimi püxtələşməsində
öz həyatdan gələn dərslərini,
bilgilərini öyrətməyi
bacardılar. Ona görə bacardılar ki, Ağakişi Kazımov da məhz öyrənmək
istəyirdi!
İllər keçdi, onun adı teatr afişalarını şərəfləndirdi. İstər paytaxt
teatrlarında, istər
bölgələrdə Ağakişi
Kazımovun səhnə
həyatı, bağışladığı
tamaşalar böyük
anşlaqlarla keçməyə
başladı. Bunun bir
səbəbi də Ağakişi müəllimin
tamaşaya hazırladığı
əsərlərə olan
fərdi yanaşması,
müəlliflərlə peşəkarcasına
işləmək qabiliyyəti
oldu.
Heç də təsadüfi deyil ki, Azərbaycanın çox böyük qələm adamlarına,
o cümlədən İlyas
Əfəndiyev, Bəxtiyar
Vahabzadə, Üzeyir
Hacıbəyli, Cəfər
Cabbarlı, Ənvər
Məmmədxanlı, Mehdi
Hüseyn, Süleyman Rüstəm, Əkrəm
Əylisli, eləcə
də Azərbaycan hüdudlarından kənara
aid olan Nodar Dumbadze, Şeksper, Firdovsi və digərlərinin əsərlərinə
böyük tamaşaçı
sevgisi qazandıra bildi. Onun tamaşaya qoyduğu
əsərlər təkcə
müəlliflərin, ifaçıların
deyil, həm də tamaşaçıların
rəğbətini qazandı.
Məhz ona görə də Ağakişi Kazımovla bağlı fikirlərini böyük ürək genişliyi ilə qələmə alan
şair-dramaturq Adil Babayev yazırdı: "Ağakişi Kazımov bir rejissor kimi
teatrın kollektivi ilə birlikdə xalqımızın maarifi,
tərəqqisi üçün
canından keçənlərə
ürəklərində, arzularında
heykəl yaratmışdılar".
Və yaxud xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: "Birgə
əməkdaşığım zamanı mən tam əmin olmuşam ki, Ağakişi Kazımov müəllifi sevən, ona kömək edən, onun fikirlərini müəllifin öz üslubunda açıb səhnədə canlandırmağı
bacaran rejissordu". Və yaxud xalq
yaxıçısı İlyas
Əfəndiyev: "Ağakişi
zəhmətkeş, öz
üzərində işləyən,
səhnəmizin qədrini
bilən bizim aktyorlarımızı, onların
hər birisinin potensial qüvvəsini dərindən öyrənən
bir rejissordu".
Nahid Hacızadənin
böyük istəklə
qələmə alıb
oxuculara tam bütöv
bir kitab kimi təqdim etdiyi "Onun sənət həyatı"
kitabında Ağakişi
Kazımovla bağlı
sənət dostlarının,
həmkarlarının, şair
və yazıçılarının,
teatr xadimlərinin, eləcə də ayrı-ayrı jurnalistlərin
fikirləri toplanmışdır.
Sadəcə bu fikirləri gözdən keçirdikcə xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
kafedra müdiri Ağakişi Kazımovun həm səhnədə, həm ekranda, həm efirdə milyonlarla tamaşaçıya
bəxş etdiyi sevincin, düşünüb
qərar çıxarmaq
məharətinin formalaşdırılması
istiqamətində göstərdiyi
xidmətlərin mahiyyətini,
əhəmiyyətini anlamaq
mümkün olur.
Bir də bu kitabda
hörmətli Ağakişi
müəllimin ekran, efir həyatı verdiyi, səhnədə canlandırdığı bir
çox əsərlərin
fotogörüntüləri də toplanıbdı. Təkcə o görüntüləri izləmək
bu böyük ziyalı, bu böyük teatr adamı barəsində əməlli-başlı bilgi
əldə etmək imkanı verir.
Çox qısa
bir zamanda
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 29 yanvar.- S. 17.