İTALYAN OLAN
İNGİLİS YAZIÇI...
Mən inanıram ki, Tanrının yaratmaq, kəşflər etmək üçün göndərdiyi adamlar da Seçilmişlər sırasındadır. Onlar yalnız mənsub olduqları xalqın deyil, bəşəriyyətin övladları sayılırlar. Lakin mən onu da bilirəm ki, məhz "yaradıcı", "sənətkar", "söz adamı"... adını qazanmaq üçün min oyundan çıxan diletantlar da var və bu cür insanlar müəyyən zaman kəsiyində hansı nədənlərə görəsə, heç olmasa mənsub olduqları cəmiyyətdə tanınmağı bacarıblar, lakin tarix onları sonradan unudub. Çünki belələri Allahın missiya verdiyi şəxslər yox, iddialrının əlində qalmışlar olublar. Dahilər, söz adamları, məşhurlar... isə kimsələrin bilmədiyi səbəblər üzündən mükafatlandırılmışlardı. Onlar məgər Tanrının verdiyi imkanlar, istedad hesabına Nizami, Füzuli, Şekspir, Van Qoq, Dostoyevski, Bethoven... olmadılarmı? Onlar dünyadakı insanlar üçün yaratmadılarmı?
Əlbəttə, hər bir məsələdə müqayisələr olduğu kimi yaradıcılıqda da təbii bir müqayisə mövcuddur. Yəni, xüsusi missiya ilə gələnlərin hansı daha çox üzərinə düşəni layiqincə yerinə yetirə bilib? Məhz bu ampluada da dediyimiz müqayisələr və belə demək mümkünsə, şöhrət formalaşıb. Hətta bəziləri zamanında layiq olduğu qiyməti ala bilməsələrdə...
RAFAEL
Onu bəzən ingilis, bəzən də italyan yazıçısı hesab edirlər. Maraqlıdır ki, 40-dan çox tarixi və macəra romanlarının müəllifi olan bu böyük sənətkardan hər iki tərəfin ədəbiyyat tarixlərində çox xəsisliklə məlumatlar verilib. Onun bioqrafiyası köklü yazılmayıb, əsərləri digər müəlliflər kimi geniş tənqidi müzakirələrə çıxarılmayıb, nədənsə müasirləri nadir hallarda onun adını yazılarında xatırlayıblar. Yazıçı haqqında indi əldə olan bütün məlumatları sonradan tədqiqatçılar müxtəlif yerlərdən toplayıblar.
Əslində Rafael Sabatinin ana vətəni İtalia idi, amma o əsasən ingiliscə yazmış, daha çox ingilis yazıçısı kimi tanınmışdır. Əlbəttə, hər iki xalqa aid olmasının genetik, "vətən" kimi nədənləri olsa da məncə onun sənətkar kimi hansı tərəfə mənsubluğunu birmənalı şəkildə söyləmək də asan deyil. Təkcə ona görə yox ki, onun atası italyan, anası isə ingilis, doğulduğu yer, yaşadığı və yaratdığı ölkələr fərqli idi. Yaxud, yaradıcılığında hər iki xalqın milli kolariti hiss olunurdu. Xeyr. Məhz ona görə ki, Rafael Sabatini yalnız hansısa xalqlar üçün deyil, bütün dünya üçün yazmışdı. Hər yerdə onu sevə-sevə oxuyurdular. Çünki ona da bu missiya verilmişdi...
Rafael 1875-ci il, aprelin 29-da İtaliyada, Adriatik dənizi sahillərindəki Ankoni yaxınlığında Yezi şəhərciyində anadan olub. Əvvəldə qeyd etdiyim kimi, atası Vinçenço Sabatini italyan, İngiltərənin Liverpul şəhərindən olan anası isə Anna Trafford ingilis idi. Belə hesab etmək mümkündü ki, Rafaeldəki istedadın uşaqlıqdan formalaşmasında valideynlərinin incəsənət adamı olması az rol oynamamışdır. O dövrlərdə müğənni kimi ad qazanmış Anna tez-tez konsertlər verir, ara-sıra əcnəbi ölkələrə uzun müddətli qastrollara çıxırdı. Yeri gəlmişkən, onu da qeyd edim ki, Anna Filippində məhz qastrolda olarkən Vinçenço ilə tanış olmuş, sonradan da onlar evlənmişdilər. Daha sonra Rafal dünyaya gəldi və bununla da ailə iki yol ayrıcında qaldı. Anna ya işini buraxıb övladına baxmalı, qastrollardan imtina etməliydi, ya da uşağı öz atasıgilin yanına - İngiltərəyə göndərməliydi. Belə qərara alındı ki, Rafaeli müvəqqəti Annanın Liverpulda yaşayan valideynlərinin himayəsinə versinlər. Və belə demək mümkünsə, bununla da Rafaelin həyatındakı səyahətlərin, yerdəyişmələrin bünövrəsi qoyuldu.
Liverpula yaxın bir kəndə gələn Rafael burada ingilis dilini daha da mükəmməl öyrənməyə başladı və ədəbiyyata, nağıllara olan marağı onu kitablara bağladı. O, əlinə düşən kitabları həvəslə oxuyur, uşaq təsəvvürlərində özünəməxsus xəyallar qururdu. Bir müddət sonta isə valideynləri artistlik karyeralarına son verib işlərini dəyişdilər. Yəni artıq konsert salonları, qastrollar bitdiyindən İtaliyada daimi yaşamaq da onlar üçün mütləq məna kəsb etmədi. Onun üçün də Anna ilə Vinçenço bu dəfə Portuya gəlib şəxsi musiqi məktəblərini açaraq orada ifaçılıqdan dərs verməyə başladılar.
TƏHSİL İLLƏRİ VƏ
TƏRCÜMƏÇİLİK
Onların o vaxtadək qazandıqları musiqi bacarıqları işlərini çox asanlaşdırmışdı. Xüsusilə bu sahənin bilicisinə çevrilmiş Vinçenço Sabatini qısa müddət ərzində işində böyük uğurlar qazanaraq adını ətrafda məşhurlaşdırmışdı. Artıq övladlarına musiqi savadı vermək istəyən imkanlı və vəzifəli şəxslərin əksəriyyəti məhz ona müraciət edirdilər. Bu cür effektli fəaliyyəti onun şöhrətini kral sarayınadək daşıdı. Elə bu üzdən idi ki, bir müddət sonra Portuqaliya kralı Vinçençoya rıtsar rütbəsi verdi. Bu ad artıq ailə üçün çox böyük bir uğur idi. İndi Rafaelin uzaqda yaşamasına zərurət qalmamışdı. Tezliklə artıq 7 yaşını adlamış oğlanlarını yanlarına gətirərək onu səviyyəli bir katolik məktəbə qoydular. Və Rafael məktəbdə italyan və ingilis dillərini dərindən öyrənməklə yanaşı, həm də portəgiz dilində dərslər almağa başladı. İti zəkasına görə az vaxtda bu dili də mənimsədi.
Lakin ailə heç Portuda da təməlli
otura bilmədi. Bir neçə
ildən sonra onlar yenidən İtaliyaya gəlməyə
qərar verdilər və bu dəfə
Yeziyə yox, Milana yerləşdilər.
Burada uşaqlarının oxumağa
həvəsini görən
valideynlər təhsilini
davam etdirmək üçün Rafaeli İsveçrəyə göndərdilər
və o burada bildiyi nəhəng dillər sırasına alman və fransız
dillərini də əlavə etdi, özü də mükkəməl şəkildə.
Mən ona görə mükəmməl deyirəm
ki, Sabatini məhz təhsil illərində
ilk bədii qələm
nümunələrini məhz
fransız dilində ərsəyə gətirdi.
Əslində Rafaelin Avropanın,
elə dünyanın
da ən böyük dillərini bilməsi onun daha çox məlumat almasına, daha çox mənbələrə müraciət
etməsinə maneəsiz
şərait yaradırdı.
O, Şekspri, Dümanı,
Mantsonini, Valter Skottu, Jül Verni və digərlərini
orjinaldan oxuyurdu. Məşhur
amerikalı tarixçi
Uilyam Preskottun tarixi əsərlərini dönə-dönə mütaliə
edirdi.
On yeddi yaşında məktəbdən
ayrılan Rafael Sabatini evə
qayıtdıqdan sonra
atası oğlunun beş dili
yüksək səviyyədə
bilməsindən yararlanaraq
onun gələcəkdə
daha yaxşı işlərdə çalışa
bilməsi üçün
yenidən İngiltərəyə
göndərdi. Az sonra Rafael kommersiya firmalarının
birində - "Liverpul
Merkurisi"ndə tərcüməçi
vəzifəsində çalışmağa
başladı. Lakin
Sabatini daim hiss edirdi ki, bütün bu işlər onun ürəyincə deyil. İndi onu yazmaq, ədəbiyyat daha çox özünə çəkirdi. Və bu
istək Rafaelin fikrini o həddə qədər məşğul
etməyə başlamışdı
ki, o, təsəvvürlərindəkiləri
qələmə almağa
girişdi və yazdıqlarını yerli
jurnallara göndərməkdən
çəkinmədi. Qeyd edim ki, fitri
istedadı və zəngin mütaliəsi ona imkan verirdi
ki, hələ çox gənc yaşlarında aparıcı
nəşrlərin diqqətini
özünə cəlb
etsin. Bəlkə də elə
bu səbəbdən idi ki, heç
vaxt iri həcmli əsərlərdə
qələmini sınamayan
Rafael Sabatini naşirlərdən biri ilə hələ
yazmadığı roman üçün
müqavilə bağladı.
YAZIÇILIĞA GEDƏN YOLUN BAŞLANĞICI
Onun ilk romanı "Meyxana rıtsarı" işıq üzü görəndə Rafael Sabatininin
cəmi 29 yaşı
vardı. Bir il sonra
Sabatininin ikinci romanı - "İvonnanın
pərəstişkarları" çap ediləndə ilk
əsəri kimi diqqəti cəlb etmədi. Demək olar ki, bu roman uğur qazanmadı. Amma Rafael heç
də adi həvəs üzündən
ədəbiyyata gələnlərdən
deyildi. O, ruhdan düşmədi. İnadla yazmağını
sürdürdü. Hətta
kommersiya karyerasını
bir kənara qoyaraq özünü bütünlüklə yaradıcılığa
həsr etməyə qərar verdi.
Və əslində onun bədii uğurlara imza atması məhz XX əsrin ilk dövrlərindən başlayır.
Ümumiyyətlə, məhsuldar
yazıçı hesab
edilən Sabatini 1905-ci ildən
başlayaraq, hekayələri
nəzərə almasaq,
hər il
roman, povest yazıb. Onu da qeyd etmək
lazımdı ki, ilk uğusruzluqlarına və
uğurlarına rəğmən
gənc yazıçı
artıq ətrafda tanınırdı.
Təkbaşına yaşaması, maddi
imkanlarının yaranması
və artıq 30 yaşı haqlaması onu bu illərdə
ailə qurmağa həvəsləndirdi. Özü də
gözaltısı da
vardı. Liverpulun irəlidə
gedən kommersantlardan
birinin qızı ilə evlənərək
Londona köçdü.
Həm də indi ona
daha böyük auditoriya gərək idi.
Qeyd edim ki, Rafael Sabatinin beş
dildə bilməsi ona yaradıcılqada əvəzsiz imkanlar verdiyi kimi, karyerasında
da müəyyən rol oynadı. Belə ki, Birinci
Dünya Müharibəsi
illəırində dövlət
onun imkanlarından istifadə etməyə qərar verdi
və o, Britaniya kəşfiyyatında tərcüməçi
kimi fəaliyyətə
başladı. Lakin buradakı işin çox məsuliyyətli
və çətinliyinə
baxmayaraq o, yaradıcılığa
ara vermədi.
Yaradıcılığının ilk dövrlərinə və müharibə illərinə nəzər
salsaq Rafael Sabatininin inanılmaz bir enerji ilə yazmasının və bir sıra iri
həcmli əsərlərini
ərsəyə gətirdiyinin
şahidi olarıq.
"Möhtəşəm Bardelis" (1906), "Məhbbət
və silah" (1907),
"Natiq təlxək"(1908),
"Müqəddəs Martinin
yayı" (1909) "Entoni
Ualdinq" (1911), "Şir
dərisi" (1910), , "Çezare
Borcun həyatı"
(1912), "Hersoqun məhkəməsi"
(1912), "Öküz bayrağı"
(1912), "Torkvemada və
ispan inkiviziyası"
(1913), "Dəniz qırğısı"
(1915), "Tələ" (1917), iki cildlik "Tarixin gecələri"
(1917-19)... əsərləri məhz həmin illərin qələm nümunələri idi. Və bu bir daha
sübut edir ki, Sabatini yaradıcılığa,
zəhmətə nə
qədər bağlı
olmuşdur.
Həmin əsərlər yazıçının tanınmasını,
ona diqqətin yönəlməsini təmin
etsə də bu qədər zəhmətin qarşılığı
kimi heç də gözlənilən
şöhrəti ona gətirməmişdi. Elə ədəbiyyatşünaslar
da ona ya
lazımi diqqəti göstərmir, ya da tənqidlə yanaşırdılar. Hətta mətbuatda
ona qarşı qərəzli, kəskin yazılar da dərc edilirdi.
Sabatini o dövrdə verdiyi
müsahibələrin birində
həmin tənqidçilərə
yönəlik belə
demişdi: "Başqalarının
mənim romanlarımdan
daha yaxşısını
yaza biləcəyi mənimçün heç
bir məna kəsb etmir. Ancaq mən ona nifrət
edirəm ki, kimsə daha böyük bir balıq tutur".
"SKARAMUŞ"
VƏ ŞÖHRƏT
Sabatini heç nəyə fikir vermədən yazır, inanırdı ki, haqq öz
yerini tapacaq. Və tapdı da. 1921-ci ildə onun
Böyük Fransız
İnqilabındakı hadisələrdən
bəhs edən məşhur "Skaramuş"
romanı sübut etdi ki, Rafael Sabatini dünya səviyyəli bir yazıçıdır.
Çünki əsər
işıq üzü
görəndən az sonra böyük uğur qazandı, çox qısa müddətə dünyanın əksər
dillərinə tərcümə
olunaraq nəşr edildi. ABŞ-da
çapdan çıxan
bu əsər tez bir zaman
içərisində Rafaeli
okeanın o tayında
da məşhurlaşdırdı.
Qeyd edim ki, "Skaramuş" rus dilində də çap olunub və çox geniş oxucu kütləsinin rəğbətini
qazanıb. Həmin möhtəşəm
uğur Sabatinini diqqət mərkəzinə
gətirdi. İndi naşirlər
də, tənqidçilər
də onun yaradıcılığından çox səxavətlə
bəhs edirdilər.
Artıq
hər kəs ondan yeni bir
əsər gözləyirdi.
Və həmin əsər də doğuldu.
(Ardı qəzetin 10 aprel sayında)
BABƏK
YUSİFOĞLU
Ədalət.- 2012.- 3 aprel.- S.4.