AĞRI DAĞININ ƏTƏYİNDƏ
Hardansa,
nədənsə bilmirəm, lap körpəliyimdən
Ağrı dağının ağrılı, acılı əfsanəsi
mənimlə iç olub yaşamışdı, mənimlə
boy atmışdı və hələ də mənimlədi,
mənimlə də yaşayır. Hardansa, nədənsə
bilmirəm, körpəliyimdən Sara adlı bir gəlini
qabağına qatıb aparan Arpa çayının əfsanəsi
mənim dərdlərimlə qoşalaşıb, qoşa
böyümüşdü, mənimlə boy verib
ucalmışdı və həl də mənimlədi, mənimlə
də yaşayır.
Göyçə gölünü balıqlarının
dadından tanıyırdım. Bir də atamın söhbətlərindən.
Göyçə mahalını yaylaqlarmızın ö
üzündə olmasından, bir də atamın yanında at
belində bazarlığımızı
yapmağmızdan...
11-12
yaşımda olarkən Türkün təmiz şivəsini,
ləhcəsini Mayıl əmimin evində ki, daş radionu təklənib
də dalğalarından qulağım alan səslərin,
sözlərin və şirin-şəkər kəlmələrin
nöqtəsinə, düyününə varıb da
yaşamıma çevirə bilməyimdən və bir də
qanımın doğma bir qan üstündə çiçək
açıb, çiçəklədiyinin şahidi
olduğumdan özümü tanımışdım onda.
Onda, hələ
Gəncə xanı Ziyad xanın oğlu, fani olmuş Kərəmin
Ərzurum gədiyində qara-borana düşdüyü bir səfərin
ağrılarından ağrıyırdıq.
Onda hələ
Koroğlunun Ərzurum, Qars, Bolu, Toqat, Bağdad və s. səfərləri
ilə paşalarmız, xanlarmız adıyla yerlə yeksan
olmuş mədəniyyətimiz, mənəviyyatımız qəhrəmanlıq
obrazı kimi köçürlürdü
yaddaşmıza.
Onda hələ
İrəvan adlı bir məmləkətin tarixi anlamı
haqda bilgilərdən qulaqlarmız qapanmışdı.
Heç bunun fərqinə varan da, saf-çürük edən
də yox idi onda.
Onda hələ
Naxçıvan adlı bir məmləkətə
girişimiz-çıxışımız yadların,
düşmənlərin əliylə nəzarətə
götürülmüş xüsusi buraxılış tələb
edirdi. Bütöv bir məmləkətin övladları
yurddan-yurda nəzarət altında gedib gəlirdi. Tarixin və
xüsusən də tarixən öz səhfimizin
ağrılarını, özümüz bilmədən
unuda-unuda, şuara çevrilmiş bir ağ yalanın
altında, elə ağ umudumuza da sığınıb səhərlərdən
səhərlərə varırdıq.
Bax onda o
umud dolu ağ yalan və şuarlar bizi aldatsa da, gedənlərmiz,
gələnlərmiz bizim ağrılarmızın
çözülməsində bizə yar oldu, həmdərd
oldu. Bax onda, Ağrı dağının ətəyində,
Naxçıvanın Sədərək kəndində (indiki Sədərək
r-nu), Kəmaləddin Qədim adlı bir şair
qardaşımız öz ağrılarını belə ifadə
edəcəkdir:
Bizim
böldüyümüz bəs deyildimi
Dolu da
ikiyə böldü bu kəndi.
O gün
yada saldım Arazı niyə,
Niyə
pıçıldadım Vətən, Vətəndi?
Unuda
bilmirəm o yazı niyə,
O dolu
yadımdan çıxmır nədəndi?
Tanrı
ətəyindən dolaylanıb onu və onun kəndini öz
ağuşuna alan bu dopdolu dolu yağış, təkcə bu
kəndi iki yerə bölmür, həm də şairin
yaddaşında gizlənib dərd olmuş
ağrılarının üstünə yeni bir ağrı gətirir,
yük gətirir. Və bu yük də, bu ağrı da
Ağrı dağından Arazın üstünə enib gələn
kölgənin civarında gizlənmiş bənövşəyi
rəngli yaz bənövşələri kimi koluna-kosuna
sığınıb qalmışdı hələ... Kəmaləddin
Qədim adlı bir şair ömrünün
ağrısının, acısının Təbrizə qədər,
Kərkükə qədər yol-yolağanı ayaqlarına
çarıq ipliyi edə-edə təzələnib, tər
olduğu və sovet dönəminin bürkülü
keçirdiyi bir zaman kəsiyində, vaxt kəsiyində gah
üzü Araza, gah da üzü dağlara, ya da
Gündoğana tərəf pıçıldadığı
bu şeirlər hələ də təzə tər
göründü mənə. Bu şeirlərin yazılma
tarixindən düz beş il əvvəl Naxçıvanda,
Ordubadda, Şərurda, Şahbuzda, Sədərəkdə
olmuşdum. Onda Kəmaləddin Qədimlə
tanışlığım yox idi. Həmin dövrlərdə
istiqanlı el-oba camatının toy-busatlarında iştirak
edirdim və onda ustadımız M. Arazın "Duman salamat
qal, dağ salamat qal", Cavanşir Dərvişin "Əlincə
qalasının başına dolanması", Əbülfəz
Naxçıvanlının
Keçmə
"Zabul"undan, "Şikəstə"sindən,
Qurbanın
zilindən, Xanın səsindən,
Təpinsən
uşağa Qarabağda sən,
Muğamat
üstündə ağlar, deyərlər.
R.Behrudinin
"çarmıxa çəkilmiş şairlər"
kimi . o bölgədən bütöv Türk dünyasına
pərvazlanmış şairlərin şeirləri yol
yoldaşımız, təsəllimiz, məclislərdə
nitqimizin damarlarında tarıma çəkilmiş
ovqatmızın hal-əhvalında ilmələnmiş
söz-şeir dünyasıydı onda.
Kəmaləddin
Qədimin imzasıyla bu son on ildə, özüylə də
bu son beş altı ildəki, tanışlığım, məni
vadar etdi ki, onun söz-şeir dünyasından söz
açım.
Kəmaləddin
Qədim dərdimizin, ağrımızın o başından
bu başına yol almış, Vətən, yurd həsrətini
də bu ağrının-acının içindən
canına can etmiş geniş diapozonlu bir şairdi. O, şeirlərində
nəinki bədii söz oynatmalarından, çevrilmələrindən,
eləcə də fəlsəfi tutumlardan geniş bəhrələnərək
bizə ərmağan edən və söz
dünyamızın müasir, bədii təfəkkür
sahiblərindəndir. O, yolun ağına düşüb gedən
şairlərdən fərqli olaraq "yolları özüylə
çəkib aparan" şairlərmizdəndir.
Bizik bu
yolları çəkib aparan-
İşə
bax, vədəsiz bir ölümlə də,
Onları
yarıda qoyub gedirik...
Şair
yaxşı bilir ki, dünya əbədi, dünyanın belinə
örkən olan bu yol əbədi, onun sərbanı olan insan
ömrü fanidi və bu faniliyin içində sadəcə
olaraq özünü darıxmaqdan, bezməkdən çox,
fikirlərini, düşüncələrini
saf-çürük etməyə, bədiiləşdirməyə
və əbədiləşdirməyə
çalışır. Və o da haqdı ki, şair;
"baxmayın yaşımın böyüklüyünə,
əsl böyüklüyü yaşamamışam" deməklə
gələcəyə uzanan yolların ayrıcında
yaddaşında yad olmuş dünənimizin, bu
günümüzün çevrəsindəki,
yanlışıqları, unutqanlıqları təkrar etmir, həm
də təkrir formada oxucularına çatdıra bilir:
Bir
günahkar dünənimiz bir gün beləcə,
Üzümüzü
qaraldacaq, bilirəm, qardaş.
deməklə,
aldana-aldana ömr etdiyimiz bu qosqoca dünyanın həndində-həndəvərində
günahlarmızın da yer aldığını ürəyinin
sarı simində yanıqlı-yanıqlı oxuya bilmişdi,
dindirə bilmişdi.
Bu
yazını Ağrı dağından başlamağım
heç də təsadüfi deyildir, çünki Kəmaləddin
Qədim bir şair olaraq göz açıb, gözünə
təpər bildiyi bu ucsuz-bucaqsız məkanın
bağlantıları Ağrı dağının yayın
cırhacırında ərimək bilməyən qar
laylarında tamamlanır və şair bu qar laylarında yeni
bir iz açır, acısı acı kimi, şirini də
şirin kimi...
İstək
qəlbdə saxlanmasın,
Axtar,
gözün bağlanmasın
Gözlə,
sinən dağlanmasın,
Dağlandısa- bu dağ acı...
əslində
Ağrı dağına aid olmayan "Söz
ağacım" adlı şeirdən
götürülmüş bu bir bənd şeirin çəkisi
və qədəri öz bədii ruhu etibarı ilə dağ
vadilərində gizlənib qalmış və
açmasını gözləyən sözün
qıfılbəndidir. Və bu qıfılbənd bəlkə
də şairdən xəbərsiz bir "söz
ağacı" olaraq öz dərin köklərilə həmin
Ağrı dağının qar laylarından
süzülüb gələn bumbuz suyuyla şirələnə-şirələnə
onun yaddaşına çəkilmiş çəpərlərin
aradan götürülməsini sürətləndirə
bilmişdi. Belə olmasaydı 1984-cü ildə bu
misraların çözümünə əl qata bilməzdi
Kəmaləddin Qədim.
Sərhədə
çevrilib qaldığı bəsdi,
İllərdi
bir hava çaldığı bəsdi.
Bir xalqa
göz dağı olduğu bəsdi,
Açın qollarını bu dirəklərin.
O, təkcə
bu dirəklərin qollarını açmaqla kifayətlənmir,
həm də bu qolların özü açılmasından
şübhələnir, bir qorxu, vahimə içində
gileyini gizlətmir.
Özü
açılası günündən qorxun,
Açın qollarını bu dirəklərin..
Şair
burda ümumsiyasi güc potensialına işarə edərək,
zorla sinəmizdə yer almış bu oxa bənzər dirəklərin
elə zor gücünə də yox edilməsini təsadüfi
hesab etməməsidir. Çünki o, yaxşı bilir ki,
azadlıq bağışlanılmır, azadlıq zor
gücünə, qan bahasına əldə edilir. Azadlıq
ağrılarmızın dan üzüdür, rahat nəfəs
almağın, təmiz hava udmağın anoloji tərəfləridi.
Ağrılar qoymayır özümdən
çıxam,
Ağrılar özümə qaytarır məni.
Ağrılar zaman kimidi. Şairlər isə zamanın
çevrəsində təkcə yol yolçusu kimi deyil, həm
də onun ziddiyətlərinin, qalmaqallarının,
ağrılarının
ölçüsünün-biçisinin barometri kimi
çıxış edir. Və bu zaman kəsiyində
"dünya bu kişiləri", bu şairləri
çiynindən yerə salır, "yaşada bilmir". Və
bunun poetik anlamı təkcə kişiləri
yaşatmamağında deyil, eyni zmanda dərin poetik
axtarışın son ucunda yer alması qənaətindədir.
Kişilər
çiynində tutar dünyanı,
Dünya
kişiləri yaşada bilməz.
Ümumiyyətlə,
poeziyanı məhəbbət poeziyası kimi, satirik poeziya
kimi, yurda, Vətənə bağlı poeziya kimi
bölünmənin tərəfdarı deyiləm. Istər
klassik, istərsə də müasir poeziyada sevgi, məhəbbət
anlamında olan məfhum tamamilə siyasiləşmiş bir məfhumdur.
Belə ki, məhəbbət şairi kimi tanınan
istedadlı şairimiz mərhum N. Kəsəmənlinin məhəbbət
şeirləri başdan-başa siyasi və vətəndaşlıq
motivləri daşıyırdı. Bu gün yazıb yaradan
ustad şairimiz S. Tahirin Vətənlə, yurdla bağlı
bütün poetik baxışları qəmə, kədərə
bürünmüş həsrətin, hicranın sevgi, məhəbbət
fonunda Abbas Tufarqanlı zirvəsinə kimi ucalmış və
ucalarda dayanmış çiçəkli bir yaz kimidi. Bu
baxımdan Kəmaləddin Qədim poeziyasının zirvəsində
dayanmış Vətən, yurd ağrıları onun məhəbbətinin
bir istiqamətli sevgi motivləri deyil, çoxşaxəli və
hərtərəfli, yəni üfiqi, horizontal, vertikal xətləri
özündə ehtiva etmiş bir poeziyadır. Bu xətlərin
çevrəsində məhəbbətə, sevgiyə
çevrilmiş şair ağrısının mərkəzində,
hətta riyazi təhlillər də mühüm yer tutur:
Ölkə
var min ildi mötərizədə,
Arzu var, min
ildi kökaltda qalıb...
Kəmaləddin
Qədimin poeziyasındakı bu ənənəvilik və rəngarənglik
onun yaşadığı və boya-başa
çatdığı yurdla, el-obayla bağlı olan
mühitin ona bəxş etdiyi ödül və töhfələridi
ki, o, bunlarsız yaşaya bilməz, şeirlərində yenidən
doğula bilməz... O, həm də doğulduğu
mühitin, doğulduğu zamanın kəsiyində doğma
yurdu olan Sədərəyin boz torpaqları kimi isti və
xoşduyğulu təsirə malik şairlərmizdəndir:
Hər kəs
yaşadığı yerə bənzər-
Rəngindən,
Üz-gözündən,
Söhbətindən-sözündən.
Hər kəs
özüylə daşıyar
Yaşadığı yeri.
Ona bəxş
edilmiş " bir ömrü künc-bucaqda, tində
yaşamaqdan" vaz keçən şair dünyanın beynəlxalq
təşkilatlarına etiraz əlaməti olaraq:
Bu nə Vətən,
nə torpaqdı,
Sülhnən,
silah arasında?
deməklə,
ikiyə bölünmüş dünyanın
ayrı-seçkiliyinə üsyan edir, poetik bir ifadə tutumu
ilə etirazını, ağrılarını öz
ünvanına istiqamətləndirir.
Azərbaycan
Xalq şairi ustadımız M.Araz hələ keçən əsrin
70-ci illərində deyərdi ki, bir Fransada və bir də Azərbaycanda
dahi olmaq çox çətindir. Kəmaləddin Qədim isə
yazır:
Bu
xalqın dərdindən ölə bilərsən,
Bu
xalqın şairi olmaq çətindi...
Ümumiyyətlə,
Kəmaləddin Qədim kövrək və duyğusal
şairlərmizdəndir. Onun şeirlərində sərt
yanaşmalar torpağmıza, suymuza, elmizə, obamıza
yönəlmiş yad baxışlara qarşı nə dərəcədə
köklənibsə, o, çıxdığı yolun civarında
bir o qədər də kövrək baxışlarına
köklənmiş görünə -görünə,
ümidinə sarılıb addımlaya bilmişdi bu
yolları.
Bir
ömürlük səfərdəyəm yol boyu,
Kövrəkləşib,
uşaqlaşıb gedirəm.
İnamımla,
ümidimlə qol-boyun,
Qismətimdən
uzaqlaşıb gedirəm.
Ancaq qismət
anlamı həm maddi və həm də mənəvi forma
daşıdığına görə, belə hesab edirəm
ki, yuxarıda səsləndirdiyim bəndin axırıncı
misrası mənəvi gücə malikdir və bu insanın
alın yazısıdır, onunla doğulur, onunla da əbədiləşir.
Odur ki, şair dostum inciməsin həmin misranı belə
işlətmək daha mükəmməl olardı bəlkə-"qismətimə
yaxınlaşıb gedirəm."
Şairin
şeirlərində siyasi baxışlar daha qabarıq və
rəmzi xarakter daşıyır və bu şeirlərin
mahiyyəti ondan ibarətdir ki, o, qəhrəmanlarını
bu arxayınçılıq vərdişində
saxlmağın əksinə olaraq, bu
arxayınçılığın sərhəddində, səddində
bir az da ova tutub ovlandıra bilir, kinayə yolu ilə
özünə dönməyə, mübarizəyə səsləyə
bilir.
Nə
Şuşa, nə İrəvan
Ay gor gəzən
binəva.
Nə
savaş var, nə dava,
Hələ
barışıqdı, öl.
Və
yaxud:
Yaşa,
ölüncə yaşa,
Öl də,
yaşadıqca öl...
Və
bununla yanaşı "şeirin də qeyrətlisi, qeyrətsizi
var axı" misralarına önəm verən istedadlı
şairimiz qara rəngin içində ağ rəngin də
ola biləcəyi ehtimalını ustalıqla öz
yaradıcılıq süzgəcindən keçirməklə
bu və ya digər stiuasiyalarda iynənin ulduzu boyda
işığın da saxlanılmasını ehtiva edə
bilmişdi. Yəni bizə bəxş edilmiş
dünyanın incəliklərinə davranışda hər
cür qabarıq və kobud yanaşılma prosesləri, namərdlik
və s. elementlər şairin söz dünyasında
lazımınca incələnə bilmişdir. Şairin ədəbiyyatımızın
cəngavəri H,Cavidə həsr etdiyi şeirdə oxuyuruq:
Şairlər
anadan şair doğulur.
Namərdi
namərd,
Mərdi mərd,
Kövrəyi
kövrək,
Sərti sərt
doğulur.
Taleyinə,
baxtına,
Alnına
yazılmış dərd doğulur.
Ümumiyyətlə,
şairlər doğulmamışdan qabaq. Kəmaləddin Qədimin
yaradıcılığı geniş əhatə dairəsini
təmsil etdiyindən bu yaradıcılığın bəzi
məqamlarına toxuna bildim. Bu məqalədə şairin bu
yaxınlarda mənə hədiyyə elədiyi
"Vektor" nəşrlər evi tərəfindən 2009-cu
ildə çap edilmiş "Allahdı, şeytandı, mənəm"
və həmin nəşriyyat tərəfindən 2007-ci ildə
buraxılmış "Yığış gedək,
günahım" şeirlər toplularından istifadə
edilmişdir. Kitabların redaktoru və ön sözün
müəllifi dostumuz və qardaşımız, istedadlı
şairimiz Adil Mirseyid olmaqla, bu kitablarda Azərbaycan Xalq
şairi Türk dünyasının görkəmli şairi Bəxtiyar
Vahabzadədən üzü bəri bir çox sənət
adamları Kəmaləddin Qədimin
yaradıcılığını lazımınca qiymətləndirərək,
onun bu yaradıcılıqda tutduğu mövqeyə öz
isti münasibətlərini bildirmişlər.
Yaradıcılıq və yaşam tərzində ulu
Türk dünyasının övladı olması ilə fəxarətlənən
dostum, qadaşım Kəmaləddin Qədimə, onun
aşağıdakı misralarıyla yeni-yeni
yaradıcılıq uğurları arzulayıram.
Fizuli məzarı
desəm az olar,
Qan çəkir
İraqa-Kərkükə məni...
FƏXRİ MÜSLÜM
Ədalət.- 2012.- 3 aprel.- S.7.