OĞUZ:
MÜASİRLİK VƏ FİRAVANLIQ YOLUNDA...
(əvvəli
ötən sayımızda)
2012-ci ildə Xaçmaz
1 saylı, Kərimli, Padar kənd tam orta məktəbləri
əsaslı şəkildə təmir ediləcəkdir.
Bundan başqa vətəndaşlar tərəfindən
rayonda 60-a qədər fərdi tikililərin
inşası da aparılır və bunlardan əksəriyyəti başa
çatmaq üzrədir.
Şəhərin Şəhidlər
Xiyabanının əsaslı təmiri işlərinə
başlanılmış və bu iş cari ildə başa çatdırılacaqdır.
Şəhərin cənub hissəsində
ictimai-yaşayış binalarının yerləşdiyi ərazidə
daxili imkanlar
hesabına "Xeyir-şər" evinin tikintisi davam edir, bu obyekt
tezliklə əhalinin istifadəsinə veriləcəkdir.
Su! Oğuzun ən qiymətli
sərvətlərindən biri...
Oğuz
şəhərinin sel sularından qorunması və
kiçik su keçidlərinin qoyulması üçün vəsait
ayrılmış və layihələndirmə
üçün ilkin təklif variantı verilmişdir.
Hesabat dövründə rayonun
şəhər və kəndlərinin içməli su ilə təminatı sahəsində xeyli işlər görülmüşdür.
Şəhərin su-kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsinin təməli
2010-cu ildə qoyulmuş və 2013-cü
ildə başa çatması
planlaşdırılır. Hal-hazırda layihədə nəzərdə
tutulmuş 1000 kubmetrlik
iki ədəd su
anbarı, 300 p/m üfüqi suqəbuledici xətti tikilmiş, şəhər daxilində H. Əliyev
küçəsində, Heydər Əliyev küçəsi
dalan 3-də, M. Müşfiq,
Babək, K. Marks, Q. Qarayev,
M. Ə. Sabir, Nəsimi, 20 yanvar,
S. Xasməmmədov, M. Əzizbəyov və Xəqani
küçələrində işlər başa
çatmış, digər küçələrdə davam etdirilir.
Çəkilmiş kanalizasiya xəttinin uzunluğu
11200 metr, su xəttinin
uzunluğu 7100 metrdir.
Layihə əsasında inzibati binanın
və iki ədəd 250 kubmetr
su anbarının tikintisinə
başlanılmışdır.
Hesabat
dövründə rayonun kəndlərinin
içməli su probleminin
həlli sahəsində əsaslı işlərə
başlanılmışdır.
Belə ki, 29 km-lik Böyük
Söyüdlü - "Balaşum"
su kəmərinin əsaslı təmir
işlərinə başlanılmış və 25 km magistral su
kəməri dəyişdirilmiş, Xaçmaz
kəndində 2 ədəd 800 kubluq su anbarı tikilmiş, 6 km magistral, 5 km küçə su kəməri
çəkilmişdir. Rayonun Kərimli
kəndində 2 ədəd 400 kubluq su anbarının tikintisinə
başlanılmış, 3 km magistral su kəməri
çəkilmişdir. Bayan kəndində
500 kubluq su
anbarının tikintisinə başlanılmış və
500 metr magistral su kəməri çəkilmişdir.
Rayonun Bucaq və Muxas kəndlərinə
içməli suyun çəkilişi və
daxili şəbəkənin qurulması
ilə əlaqədar lazım olan materiallar gətirilmiş və cari ildə işə başlanılması nəzərdə
tutulur. Bu işlər
rayonun digər kəndlərində də
davam etdiriləcəkdir.
Tikinti, quruculuq və abadlıq
işlərinin digər istiqamətləri
Hesabat
dövründə Azərbaycan Respublikası
regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"ndan irəli gələn
vəzifələrə uyğun olaraq Bucaq kəndinin
qazlaşdırılması işləri əsasən başa
çatdırılmışdır.
Hal-hazırda evlərə qazın
verilməsi işləri davam etdirilir. Rayonun Bayan və Padar kəndlərinin
qazlaşdırılması üçün
layihə -smeta sənədləri
hazırlanmışdır. Yaqublu və
Yenikənd kəndlərinin yeraltı qaz
kəmərlərinin yenidən qurulması başa
çatdırılmışdır. Oğuz
şəhərində aparılan quruculuq
və abadlıq işləri ilə əlaqədar yüksək
təzyiqli xətlərdə yerdəyişmə
aparılmışdır. Oğuz şəhərində
yeni salınmış "Gənclik"
yaşayış massivinin
qazlaşdırılması işləri tam
başa
çatdırılmışdır. Kərimli kəndində
istismara tam yararsız
hala düşmüş
3 km məsafədə yeraltı qaz kəməri yenidən qurulmuşdur.
Oğuz-Qəbələ magistral avtomobil yolunun əsaslı təmiri Oğuz
rayonu ərazisində 25 km
məsafəni əhatə edir və tikinti işlərinə cari
ilin may ayında
başlanmışdır. Həmin ərazidə
40 ədəd su keçidinin,
2 ədəd körpünün tikilməsi
və 175000(25 km) kv metr yolun ikiqat
asfalt betonla üzlənməsi
nəzərdə tutulmuşdur. İndiyədək
ərazidə iki ədəd körpünün tikintisi,
6 ədəd su keçidi
tikilib istifadəyə verilmiş
və 98000 kv metr
(14 km) yol sahəsi asfalt-betonla üzlənmişdir.
Rayon rəhbərliyi
tərəfindən Oğuz - Xaldan avtomobil yolunun Oğuz rayonunda olan 26 km-lik hissəsində əsaslı təmir
işlərinə başlanılması ilə əlaqədar
Nazirlər Kabineti qarşısında məsələ
qaldırılmışdır.
Cari ildə Oğuz rayon
İcra Hakimiyyətinin,
Tarix-Diyarşünaslıq muzeyinin, Şahmat məktəbinin, şəhər 2
saylı uşaq bağçası
körpələr evinin yeni
binaları, şəhər stadionu və Oğuz Paylayıcı Elektrik
şəbəkəsinin inzibati
binasının tikintisinə başlanması nəzərdə
tutulmuşdur.
Sahibkarlığın inkişafına qayğı və
diqqət
Oğuz rayonunda regionların sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramında nəzərdə tutulmuş
tədbirlərə uyğun olaraq sahibkarlar üçün imkanlar
yaradılması, investisiyaların cəlb olunması sahəsində
müəyyən işlər görülmüşdür.
Sahibkarlığa özəl sektorun
inkişafına, bu sahədə qanunsuz müdaxilələrin
qarşısının alınmasına xüsusi
diqqət yetirilir.
Respublikada, eləcə
də Oğuz rayonunda
sahibkarlığa göstərilən qayğı nəticəsində
kənd təsərrüfatı məhsulları istehsalı və
emalı, südlük və ətlik növ mal-qara
yetişdirilməsi sahəsində işlər davam etdirilir. Mal-qara və quşların sayı
artırılır, rayonda fərdi sahibkarlar tərəfindən yeni
inkubasiya sexi
quraşdırılmışdır.
2011-ci ildə İqtisadi
İnkişaf Nazirliyinin
yanında fəaliyyət göstərən Sahibkarlığa
Kömək Milli Fondu
tərəfindən rayonumuzun
sahibkarlarına 1 milyon 290 min
manat məbləğində kreditlər verilmişdir. Belə kreditlərin verilməsi
rayonda sahibkarlığın
inkişafına güclü təsir
göstərir.
Hesabat ilində
Kərimli kəndində iş adamı tərəfindən
quşçuluq fabriki
tikilib istifadəyə verilmişdir.
(ardı gələn
sayımızda)
MƏZAHİR ƏHMƏDOĞLU
Ədalət.- 2012.- 4 aprel.- S.7.