SƏBRİM. İNADIM

 

   Kiminə qojayam, kiminə javan,  

   Gözlə ürək işi köhnə davadı.  

   Di gəl, bu dünyanın min oyunu var,  

   Mənimki sümüyə düşən havadı.

  

   Güjüm qaçaq imiş giley-güzardan,  

   Bəxtə əl açmadım gözü yumulu.  

   Yavan qismətimə toxam hər zaman,  

   Fikrimin şahıyam, andımın qulu.

  

   Yolu addımbaşı yalana çəkən,  

   Kürsüyə düşmənəm, qələmə öjəm.  

   Fikir tumlarını ulduza əkən,  

   Könül sabahına bağbandı gecəm.

 

   Qaranlıq boğuram işıq olunca,  

   Neyləyim, baharı qış haqlayıbdı.  

   Zirvə arzularım ucadan, uca  

   Uçqun qəzasını söz saxlayıbdı.

  

   Yenə ümidlərim cənnət soraqlı  

   Əzabı tanıyan yola inandım.  

   Durub ocağımda əli çıraqlı, 

   Qoca səbrimlə, cavan inadım.

  

 

   SƏNDƏN MƏKTUB GÖZLƏDİM

  

   Səndən məktub gözlədimg  

   Sözlə dirilərəm mən.  

   Nə cənnət niyyətliyəm,  

   Nə yorğunam kədərdən.

 

   Xoşbəxtlik səhra deyil, -  

   Atım çıxa cıdıra.  

   Quraqlıqdan sığındım,  

   Bulud sökən çadıra.

 

   Sən də uzaq adada,  

   Susdun yolların fağır.

   Pəncərə şüşəsindəg  

   Əksinə yağış yağır.

 

   Amma məni yaddaşa,  

   Yaxın qoymur xəyalın.  

   Önündə məğlub kimi,  

   Cavabsızdı sualım.  

   Bil ki, xəbər acıyam,  

   Məktubundu təsəllim.  

   De, qürbətmi doğubdu, -   

   Əlimdən qopan əli.

  

  

   MİSİRDƏ BİR UŞAQ...

  

   Misirdə bir uşaq...  

    Alnının arasından...  

    Güllə yarasından  

   Yzüqoylu qucub  

    torpağı,

     Ayıra bilmirlər  

    ölümdən bu uşağı  

   Dilində kilidlənmiş  

    nəğmə...  

   Sığandıqca  

    gözlərinə sığmayan mavilik...  

   Susdurub  

    bir güllənin niyyətini,  

   Yaşadıb bütün dostlarına -  

    və hamıya çatacaq hürriyyətini...

  

 

    İKİMİZ DƏ

  

   Ayrılığın hava kimi,  

   Sərxoş-sərxoş, udum-udum.  

   Yaşamağı tərgidimmi,  

   Yoxsa sənintək unudum.  

  

   İndi canı üzmək asan,

    Nəfəs olmaq zülm işidi.  

   Hərə damının altında,  

   Öz ömrünün keçmişidi.

 

   Bu tarixlə barışmaqdan,  

   Demirəm ki, tezcə əl çək.  

   Eh, onsuz da hay-həşirinə,  

   Sükut qılınc endirəcək.

  

   Gərək deyil hakim hökmü,  

   Tufanımız susan vədə.  

   Qızdırmalı günahlarda,  

   Üşüyürük ikimiz

  

   Uşaq şəklimə baxdımg  

   Əlimdən uçdu əsa.  

   Gələcək yadlaşardı,  

   Doğma keçmiş olmasa.

 

   Loğman olsa çarə qılmaz,  

   Hər dərdimi bilə-bilə.  

   Dünya mənə ana olmaz, -  

   Durum gedim anamgilə.

  

 

   YOXDU ÖZGƏ UANIM

 

   Sözün bəxti olurg  

   Günü yığvalnan gəlir.  

   Oda, ocağa çəkir,  

   Boy-buxun qannan gəlir.  

     

   Azı çoxdan abırlı,  

   Kəlməsi daşdan çıxır.   

   Əkini mürgü döyməz,  

   Günü o başdan çıxır.

  

   Yol çəkir, qapı açır,  

   Eldən, elatdan keçir.  

   Çəhlimi cıdır yorub,  

   Şimşək Qıratdan keçir.

 

   Küyə düşmən olanı,  

   Sükuta dost olurmuş.

   Sözün dəliqanlısı,  

   Fağıra rast olurmuş.

 

   Halal dənim, sünbülüm,  

   Könül təknəm, xırmanım,  

   Qan tutarg sözü kəsmə,  

   Sözdən yox özgə canım.

  

 

    HARA GEDƏK?..  

 

   Qələm dostum   

   Məmməd Dəmirçioğluna.

    

   Dostlar, durub hara gedək,  

   Bürkü gəlməsin yaxına.  

   Can qurtaraq qaçhaqaçdan,  

   Təslim olmayaq axına.

 

   Çox ömrün astarını,  

   Görə-görə üzüldüm mən.  

   Siz görüş yeri kimi,  

   Əl çəkməyin ümidlərdən.

 

   Hərdən dəli, tünd şəraba,

   Yer axtaraq bir küncdə biz.  

   Onsuz da ki, qılınclanır,  

   Bu körpə, məsum kölgəmiz.

 

   yaxşı ki, azmamışıq,  

   Sağlıqların dumanında.  

   Deyən, tamam yanıldılar,  

   Sərxoş günlər gümanında.  

 

   Səfərdəyik yol üstündə,  

   Fikirlidir oğul, uşaq.  

   Ürək tutan sancılarsa,  

   Heyif bizdən deyil uzaq.

 

   Dostlar, durub hara gedək,  

   Bürkü gəlməsin yaxına.  

   Can qurtaraq qaçhaqaçdan,  

   Təslim olmayaq axına.      

  

  

   QADINA MƏKTUB  

 

   Günlərimin üzünə bağlanıb təbəssümüng  

   Uçur, buludtək uçur, sinəmdə ahım göyə.  

   Yenə qorxu içində şəklinə yalvarıram,  

   Bu qorxunc əzabları qapımdan qovsun - deyə.

  

   Yoxsa sən darıxdın kədərin oyunundan,  

   İtirmisən mənimlə çoxdan görüş yerini.  

   Xatirə tünlüyündə elə çaşıb qalmışam,  

   İndi tapa bilmirəm eşələyib birini.

  

   Yarımçıq misaralarımg sökülmüş divar kimi,  

   Gəl mülkünə yiyə dur, qələbəni salamla.  

   Daha itib-batmışam, bu söz xarabasında,  

   Heç olmasa bu şeiri öz əlinlə tamamlag

  

 

   BAKI

 

   Sən mənim dağ olmuş   

   kədərimin   

   xəbərçisi...  

   Vağzaldan başlanan   

    qəribliyim...  

   Dağılmış ümidlərimi   

    sapa düzməyən küsdüyüm,   

   küsəndiyim şəhər.  

   Bu səhər...  

    ömür üstündən aşıb   

   gəldim bir təhər.  

   Əlini uzadıb   

   heç olmasa - salam de...  

   Bu kənd uşağına-  

   əlim boş,   

   canım naxoş...  

   olar   

    mehmanxana sahibi,  

    kədərimin xəbərçisi, - Bakı...

  

  

   NƏ QOVĞADIR ZALIM ÜRƏK  

  

    Orxan Vəliyə      

  

   qovğadır zalım ürək,  

   Eşq dolu bir cam içində.  

   Yerin-göyün qorxuları,  

   Rəqs edir bu can içində.

 

   Dərindi dərdin gözləri,  

   Naləsi tütək kimidig

   vərəqlər bəxt üzünə  

   Çəkilən örpək kimidir.

   

   desən gələr ağıla,  

   Huşun sözdən çıxan vaxtı.  

   Canım qələmə can tıkib  

   Öz evini yıxan vaxtı.  

 

   Bu ürəklə, bu ağılla,  

   İnanmayın bu dəliyə.  

   Mən halalca bir dərvişəm,  

   Qardaşam Orxan Vəliyə.

  

 

   KÖLGƏM DƏ DİRİDİ

 

   Gəl qurtar fəlakət oyununu, gəl,  

   Duman tor qurmamış yola çıxım mən.  

   Sən qaçaq saldıqca təbəssümünü,  

   Cəzamı çəkirəm gözüşlərimdən.

 

   Qorxulu olsa da gərək söyləyim,  

   Gizlində qalmasın şübhə toxumu.  

   Özünə düşmənsən röyalarda da,  

   Təsinə yozmuram daha yuxunu.

  

   qədər düşünsən falçı sayağı,  

   Beləcə uzanıb gedəcək kədər.  

   Mənimsə dilimdə yoxdu tilsimim,  

   Kölgəm diridi sevdiyim qədər.

 

 

   İnqilab İSAQ

 

   Ədalət.- 2012.- 4 aprel.- S.7.