OĞUZ: MÜASİRLİK VƏ FİRAVANLIQ YOLUNDA...

 

   (əvvəli ötən saylarımızda)  

 

   Aqrar sahədə ciddi irəliləyiş  

  

   Oğuz ölkənin kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsulları istehsalı da artır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi rayonun ümumi sahəsinin 36,5 %-ni təşkil edir.  

   Hesabat dövründə rayonda 20.515 ton buğda, 11.116 ton arpa olmaqla cəmi 31.631 ton payızlıq taxıl istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq buğda sahələri üzrə 22.7 sentner, arpa sahələri üzrə 24.7 sentner olmuşdur.   

   Keçən ilin müvafiq dövrünə nisbətən payızlıq taxıl istehsalı 14.115 ton və ya 80.6%, o cümlədən buğda istehsalı 8.516 ton və ya 71 %, arpa istehsalı 5.599 ton və ya 2 dəfə artmışdır.  

   Hesabat dövründə 695 hektar dən üçün qarğıdalı səpilmişdir. Bu keçən ilin müvafiq dövrünə nisbətən 325 ha çoxdur.   

   2011-ci ildə dən üçün səpilmiş qarğıdalı sahəsindən 2656 ton məhsul istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən məhsul istehsalı 1406 ton və ya 2.1 dəfə çoxdur.   

   Hesabat ilində rayonda 2274 ton kartof istehsal edilmişdir. Bu əvvəlki ilə nisbətən 93 ton çoxdur. Tərəvəz istehsalı 2571 ton olmuşdur. Bu əvvəli ilə nisbətən 49 ton çoxdur.   

  

   Təhsil, səhiyyə, mədəniyyət  

  

   2011-ci ildə respublikanın hər yerində olduğu kimi Oğuz rayonunda da sosial infrastrukturun inkişafı sahəsində mühüm irəliləyişlər əldə edilmiş, iqtisadi, mədəni, sosial, o cümlədən təhsil sahəsində nəzərə çarpan uğurlar qazanılmışdır.   

   Rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, inventar avadanlıqlarla, əyani, texniki didaktik təlim vasitələri ilə təchizat sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.  

   2011 -2012-ci dərs ilində Oğuz rayonunun 34 ümumtəhsil məktəbində, o cümlədən, 28 tam orta, 4 ümumi orta 2 ibtidai məktəbdə, 18 məktəbəqədər 5 məktəbdənkənar müəssisədə 9 minə yaxın uşaq yeniyetmənin təlim-tərbiyəsi ilə 1300-ə yaxın pedaqoji işçi məşğul olur. Ötən dərs ilində əldə edilən ən böyük uğurlardan biri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Oğuz şəhər 1 N-li tam orta məktəbin "İlin ən yaxşı məktəbi" elan edilmişdir.  

   Rayonda müasir xəstəxana kompleksinin istifadəyə verilməsi rayon əhalisinə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə, əhalinin müalicə üçün başqa yerlərə getməsinin aradan qaldırılmasına böyük imkanlar yaratmışdır. Xəstəxana kompleksində bütün şöbələr yerləşdirilmiş yeni tibbi avadanlıqları, istilik sistemi ilə təmin olunmuşdur.  

   2011-ci il ərzində rayonun ambulator poliklinika müəssisələrinə 270 247 müraciət olunmuşdur. Təcili yardım şöbəsi tərəfindən 6342 çağırış qeydə alınmış, 6354 nəfərə təcili tibbi yardım göstərilmişdir.  

   Hesabat dövründə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsində 354 cərrahi əməliyyat aparılmışdır.  

   Rayon mədəniyyət turizm şöbəsinin şəbəkəsində 4 mədəniyyət evi, 27 klub, mərkəzi kitabxana sistemi onun 29 filialı, tarix diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, 7- illik uşaq musiqi məktəbi, mədəniyyət istirahət parkı fəaliyyət göstərir.

   2011-ci ildə şöbənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli görülmüşdür. Heydər Əliyev muzeyi yenidən qurularaq Heydər Əliyev Mərkəzi adlandırılmışdır.   

  

   Gənclər idman sahəsi  

  

   Rayonda yeniyetmə gənclərin ideya - siyasi, vətənpərvərlik, mənəvi, dini, estetik tərbiyə təhsil üçün bütün şərait yaradılacaqdır.  

   2011-ci il ərzində gənclərlə işin təşkili İdman sahəsi üzrə Oğuz rayon Gənclər İdman İdarəsi rayonun əlaqədar təşkilatları ilə birlikdə 64 tədbir həyata keçirilmişdir. Bu tədbirlərdə 8 min 136 nəfər uşaq, yeniyetmə gənc iştirak etmişdir.   

   Hesabat ilində gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində təbliğat maarifləndirmə işinin təşkili, onların intellektual səviyyəsinin artırılması məqsədilə müəyyən tədbirlər keçirilmişdir. Rayon gəncləri respublika əhəmiyyətli tədbirlərdə iştirak etmiş yüksək yerlər tutmuşlar.  

  

   Əhalinin sosial müdafiəsi  

  

   Hesabat ilində Oğuz rayonu üzrə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 5931 nəfər pensiyaçıya xidmət olunmuşdur.  

   Qeyd olunan dövr ərzində pensiyaların müavinətlərin ödənilməsinə 8699.1 manat vəsait xərclənmişdir ki, bunun da 7447 min manatı mərkəzləşmiş qaydada Fond tərəfindən ödənilmiş, 1252.1 min manatı isə yerli yığım hesabına maliyyələşdirilmişdir.  

   Rayonda pensiyaçıların hər biri öz pensiyalarını plastik kart vasitəsilə Beynəlxalq Bankın rayon ərazisində yerləşdirilmiş 4 bankomatı vasitəsilə alır. 

   2011-ci ildə Ünvanlı Sosial Yardım almaq məqsədilə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (ƏSMM)577 ailə müraciət etmiş onlardan 545-nin sənədləri qəbul edilərək ünvanlı sosial yardım təyin edilmişdir.   

   Oğuz rayonunda Qarabağ əlilləri şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülməsinə baxmayaraq müəyyən həlli vacib problemlər mövcuddur. Bu məqsədlə Oğuz şəhərində yeni 36 mənzilli yaşayış binasının tikintisinə ehtiyac vardır.  

  

   Rabitə xidməti nümunəvidir  

 

   Hesabat ilində rabitə müəssisələrinin fəaliyyəti nəticəsində müəssisə təşkilatlara, habelə əhaliyə faktiki qiymətlərlə 323 min manatlıq informasiya rabitə xidməti göstərilmişdir.  

   Hesabat ili ərzində rayon üzrə nəzərdə tutulmuş 221 ədəd telefon çəkilib istifadəyə verilmiş, qovşaq üzrə istifadə tutumu 6158 ədədə çatdırılmışdır.  

   Digər sahələrin inkişafı, uğurları əhalini razı salan məqamlardır. Belədə təbii olaraq rayonda ümumi əhval-ruhiyyə yüksəlir sakinlər daha böyük uğurlar qazanılmasını arzulayırlar. Elə 2012-ci ildə oğuzlular üçün belə bir inamla yaşanmaqdadır.

 

 

   MƏZAHİR ƏHMƏDOĞLU

 

   Ədalət.- 2012.- 5 aprel.- S.7.