BÖYÜK İNKİŞAF YOLUNUN AĞSU GERÇƏKLİYİ

 

   Gecələr ulduz tək alışıb, yanan...   

 

   Son illər Ağsu rayonunun televiziya və mətbuatın diqqət mərkəzində olması səbəbsiz deyil. Bu rayon sürətli inkişafı ilə ciddi uğurlar qazanmaqdadır. "Ədalət" qəzeti olaraq biz də müntəzəmliklə bu inkişafın gedişindən yazılar dərc edirik. Bəzən bu gözəl rayonun tarixi keçmişindən, bənzərsiz təbiətindən, Azərbaycan mədəniyyətinə bəxş etdiyi böyük sənətkarlardan və başqa özəlliklərindən də söz açaraq oxucuları xoş bir nostaljiyə çəkirik.bütün hallarda o məşhur dolaylardan aşağıları seyr edərkən gecələri də gündüzlər kimi işıq saçan bir gözəl şəhərin ovsununa düşürük.   

   Təbii ki, istisna deyil. Respublikamızın çox yerlərində sürətli inkişafın, müasirləşmənin şahidiyik. Ancaq Ağsu gerçəkliyi tamam başqa sevdadır. Qarış-qarış gəzib bu sevdanı yaşasan da belədir, dolayların zirvəsində dayanıb bu əzəməti bütövlükdə seyr etsən də belədir...  

  

   İqtisadi göstəricilərin dinamik yüksəlişi  

  

   Son illərdə reallaşan irimiqyaslı layihələrin nəticəsi olaraq Ağsu rayonu böyük inkişaf yolu keçmiş və iqtisadi göstəricilər artan dinamika ilə yüksəlmişdir. Əsas kapitala yönəldilən sərmayələr əhəmiyyətli dərəcədə artmışdır. Ötən il iqtisadiyyatın ayrı-ayrı sahələrinə qoyulan investisiyaların məbləği 30 milyon 838 min manat təşkil etmişdir ki, bu, əvvəlki ildəkindən 50,8 faiz, 2003-cü il səviyyəsindən isə 109,7 dəfə yüksəkdir.   

   2011-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi 114 milyon 89 min manata çatmışdır ki, bu, əvvəlki illə müqayisədə 23 milyon 572 min manatya 26,0 faiz çoxdur. Tikinti-quraşdırma işlərinin həcmi 2010-cu illə müqayisədə 1,6 dəfə artmış və 2011-ci ildə məhsul buraxılışının ümumi həcminin 26,3 faizini təşkil etmişdir. Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin ümumi məhsul buraxılışında xüsusi çəkisi 46,7 faiz olmuş, hesabat ilində 53 milyon 290 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir.   

   Əhalinin gəlirləri 110 milyon 163 min manat təşkil etmişdir ki, bu, əvvəlki ildəkindən 9,1 faiz çoxdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 79 milyon 435 min manat olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlər 2010-cu ildəki səviyyəni 1 milyon 628 min manat ötərək 13 milyon 774 min manata çatmışdır. Orta aylıq əmək haqqı 11,8 faiz artaraq 221 manata çatmışdır.  

   Həyata keçirilən tədbirlər nəticəsində hesabat ilində rayonun müəssisə və təşkilatlarında 354-ü daimi olmaqla 958 yeni yeri açılmışdır ki, bu, əvvəlki illə müqayisədə 26 yer çoxdur. Son 8 ildə isə rayonda ümumilikdə 8989 yeri yaradılmışdır.

 

   Başçı nikbin danışır...   

 

   Səbəb qazanılan uğurlardır

 

    "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" Ağsu rayonunda uğurla icra edilir. Proqram üzrə nəzərdə tutulmuş tədbirlər abadlıq və yenidənqurma işlərini, əhalinin kommunal tələblərinin yüksək səviyyədə təmin olunmasını və digər bu kimi tədbirləri əhatə edir.  

   Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev rayon üçün ötən ilin ən yaddaqalan hadisələrindən söz düşərkən iftixar hissi ilə deyir:   

   - 2011-ci ilin ən fərəhli və yadda qalan hadisəsi isə ölkə Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 30-da rayonumuza səfəri olmuşdur. Dövlət başçısı rayonumuzun sosial-iqtisadi inkişafında baş verən müsbət dəyişikliklərlə tanış olaraq 2009-cu ildəki səfərindən sonra görülmüş işlərə yüksək qiymət vermişdir. Cənubi Qafqazda iri istehsal müəssisələrindən sayılan "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodu, sutkada 5 ton keyfiyyətli çörək buraxan "Ağsu Çörək" Məhdud Məsuliyyətli Cəmiyyət Avropanın və MDB-nin aparıcı ölkələrində istehsal olunmuş ən müasir avadanlıqlarla təchiz olunmuşlar. Ötən il həmçinin regional Qaz İstismar Sahəsinin müasir dizaynda inzibati binası, Ağsu şəhərində beynəlxalq standartlara cavab verən 3000 yerlik stadion, Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin nəfis tərtibatlı binasının inşası başa çatmış, Ağsu şəhər Mədəniyyət və İstirahət Parkı tamamilə yenidən qurulmuş, burada müasir səviyyədə istirahət guşələri və uşaqlar üçün əyləncə mərkəzi yaradılmışdır. Həmin obyektlərin açılışında Prezident İlham Əliyev iştirak etmişdir...   

   Hesabat ilində kəndlərdə də iri miqyaslı tikintiinfrastruktur Proqramı həyata keçirilmişdir. Çiyni kəndində abadlaşdırma tədbirləri miqyasına görə daha geniş xarakter almışdır. Qısa müddət ərzində yerli icra hakimiyyəti orqanı və kənd bələdiyyəsinin Aparatı üçün müasir layihə əsasında iki mərtəbəli inzibati bina, 100 yerlik Mədəniyyət evi inşa olunmuş, kənd stadionu istifadəyə verilmişdir. Kəndin yol, qazelektrik təsərrüfatı tamamilə yeniləşdirilmişdir.  

   Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də Ağsu şəhərinin küçə və meydanlarında genişmiqyaslı bərpa və abadlıq işləri görülmüşdür. M.Ə.Rəsulzadə və Nizami küçələrində, Ağsu-Kürdəmir magistralının Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində yaşayış fasadı əsaslı təmir olunmuş, istinad divarları yeniləşdirilmiş, küçələrə və piyadaların gediş-gəliş yollarına yeni asfalt örtük salınmış və müasir küçə işıqlandırma sistemi qurulmuşdur. Büdcə vəsaiti və digər maliyyə mənbələri hesabına yaşayış məhəllələrinə və məhəllədaxili yollara ümumilikdə 18 kilometr uzunluqda 183 min kvadrat metr asfalt örtük vurulmuşdur.  

   Yaşıllaşdırma tədbirləri də diqqət mərkəzindədir. Ötən il müəssisə və təşkilatları cəlb edilməklə rayon ərazisində və magistral yolların kənarlarında 5600 ədəddən çox ağac əkilmişdir.  

   Sahibkarlığın inkişafı və xüsusi mülkiyyətin genişləndirilməsi məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisinin artmasına səbəb olmuşdur. Ötən il aqrar sahə və nəqliyyat özəl əsaslara fəaliyyət göstərmişdir. Sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun payına 484.3 min manatlıq məhsul düşür ki, bu da ümumi istehsalın 26,2 faizini təşkil edir.   

   Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi tədbirləri davam etdirilmişdir. 2011-ci ildə rayonda 6665 nəfər torpaq mülkiyyətçisinə yanacaqmotor yağlarına, buğda əkininə görə 1 milyon 904 min manat vəsait verilmiş, güzəştlə 313 ton mineral gübrələr satılmışdır.  

   Hesabat ilində rayon büdcəsinin mədaxil proqnozu 12 milyon 502 min manata qarşı 12 milyon 491 min manatya 99,9 faiz icra olunmuşdur. Bu da 2010-cu ilə nisbətən 1 milyon 675 min manat ya 15,5 faiz çoxdur. Ötən il rayon büdcəsinə 2 milyon 525 min manatlıq vergi rüsumlar daxil olmuş gəlirlər proqnozuna 100,2 faiz əməl edilmişdir. Rayon büdcəsinin gəlirləri əvvəlki ilin səviyyəsini 86 min manat ya 3,5 faiz çox ötmüşdür.

  

 

   (ardı gələn sayımızda)

 

   MƏZAHİR ƏHMƏDOĞLU

 

   Ədalət.- 2012.- 6 aprel.- S.7.