QƏHRƏMANLIQ DASTANI

 

   Sənədli hekayə

 

   Muğan qədim və gözəl diyarımızın düzən bölgəsidi. Yaz-yaz fəsillərində Günəş bu yerlərə od ələyir, təkcə insanlar yox, gəlirli təsərrüfat, o cümlədən qoyunçuluq inkişafdan qalır, xəstəliklərdən ölüm-itim baş alıb gedir. Neyləyəsən, 40-45 dərəcəlik istidən əziyyət çəkməmək mümkünsüzdü. Buna görə, bir zamanlar hökumətin qərarı var idi və bu qərarı əldə dəstəvuz eləyən qoyunçuluq təsərrüfatları Novruz şənlik əri qurtarar-qurtarmaz qalxırdı Ermənistanın şimal tərəflərinə, Kəlbəcərin Sarıyer yaylağına, xəzan fəsli başlayana kimi çobanlar yaylaq həyatı yaşayırdı. O yerlərə getmək də, gəlmək də bayram idi, əsl şənlik idi. Mənfur, məkrli qonşularımız dönük çıxana kimi vəziyyət beləydi. İndi o illərin çobanları Ermənistan, Dağlıq Qarabağ olaylarını eşitdikcə dərindən köks ötürür, əllərini-əllərinə vurub, o dığalara yaxşılıq etdiklərini xatırlayırlar, "nankor çıxdılar, bizim çörəyimiz, hörmət-izzətimiz gözünü tutacaq alçaqların" söyləyirlər. Bəzi hövsələsiz, dözümü bir əlcə olan qocalar o yaylaqlarda axçelərlə keyf çəkdiklərini arvad-uşağın yanında belə utanıb-eləmədən dilə gətirir.  

     Budur 23 il qabaq, 1989-cu il. Sarıyer yaylağı. Payızın soyuq nəfəsi hiss edilir. Deyəsən, payız həmişəkindən tez gəlir, göylər qızı Günəşin odu-alovu azaldıqca, boz buludlar səhər-səhər karvanını cənuba sarı sürür, göylərə çətir tutan, çobanların, davarların kölgəsində dincəldiyi, sərinlədiyi şam ağacları xəzəllənir. Yarpaq tökümüdürg Bunlar işarədi çobanlara: hazırlaşın, bu gün-sabah doğma yerlərə - Muğana köç başlanacaq. Gənc çobanlar geriyə dönməyə yamanca sevinirlər, axı doğmalar, ələlxüsus gəlinlər nigaran baxışlarla, həsrətlə, intizarla yollarını gözləyir onların.  

     Həsənqulu-dünyanın zahirən bu fağır bəndəsi, özünün söylədiyi kimi, düz 13 il Sarıyerdə qoyun-quzu otarıb və oralarda Seyran adlı bir erməniylə qardaşlıq olub. Amma faciəvi sonluqla qurtarıb bu qardaşlıqg İndi Həsənqulu qoca vaxtında dostluq elədiyi cavanları günəşli havalarda başına yığıb, o yaylaq dövründəki igidliyini yox ey, əsl qəhrəmanlığını şövqlə, həvəslə dilə gətirir. Cavanlar bu kişinin hekayətini eşidib qürurlanırlar, Həsənquluya xüsusi rəğbət, məhəbbət bəsləyirlər  

   Bir şənbə günü inəyimizi götürüb evdən uzaqlara getdim, yoncalıqda qoyun-quzusunu otaran Həsənquluyla çənə söhbəti elədim və elə o axşam yuxuma haram qatıb eşitdiklərimi olduğu kimi, bəzək-düzəksiz, düzüm-düzüm düzdüm kağıza.

   İlk öncə Həsənqulunun portret cizgiləri:  

   70-i ötüb, əlini uzatsa, 80-a çatır. Amma 50 yaş verməzsən. Ömrü-günü çöl-bayırda, qoyun-quzu arxasında keçib. Hələ yanaqlarının qızartısı, səsinin ahəngi dəyişməyib. Tay-tuşları kimi sual işarəsinə dönməyib. Qıvraqdı, haylı-küylüdü. Ucadan danışır, bir sıçrayışla yəhərsiz-yüyənsiz atın belinə qalxır. At çapmaqdan xoşu gəlir. Heç nədən, heç kimdən qorxacağı, çəkinəcəyi yoxdu onun. Yalan-palan kimsəni tovlamaq, aldatmaq haqqında fikirləşməz! Söz dedisə, o sözünün ağasıdır. Səni səsləyəndə, "ehey, ay, filankəs" demir, fitlə çağırır istədiyi şəxsi. Dodağıyla, barmaqlarıyla fit verməyi xoşlayır.  

   Özü demişkən, dükan-bazar, alver işlərindən başı çıxmır. Malı, qoyun-quzunu böyük oğlu Sərdar satır, evə nə lazımdı-bunlar hamısı Gülcənnətin boynunadı. Hətta Həsənqulunun geyim-kecimi də arvadlıq işdi.   

   Ayrıca satdığı var və orada paltardan əlavə bıçağı, baltası, dəhrəsi var. Bir də gördün, Gülcənnət demiş, tutması tutdu, götürdü silahlarını çox yox, 20 dəqiqəyə qoyunu kəsdi, soydu, doğrayıb verdi arvad-uşağa "aparın, yeyin" dedi.  

   Ağartını çox sevir. Səhər-səhər bişmiş südə 2-3 qaşıq şəkər tozu töküb qarışdırır, sonra çörəyi doğrayır, ye ki, yeyəsən  

   Qoyunçuluğu əla bilir Həsənqulu.  

   Deyir: doğulanda dişi quzu 10-11 dəqiqəyə anasının döşünü tapır, erkək əfəldi, 14-15 dəqiqəyə ayağa durub, əmməyə başlayır  

   Allah vursun itquyruq merinosu. Bizim bir Qarabağ cinsli qoyun 2-3 merinos qədər ət, yun verir. Böyük qızın toyunda bir qoç kəsmişdim, çəkdilər 72 kq ət verdi. Məəttəl qaldı uşaqlarg təkəsiz sürü olmaz. Keçinin südü can dərmanıdır.  

   Uşaqlarla məzələnməyi, zarafatlaşmağı var Həsənqulunun. Amma hərdən hirslənir onların üstünə: buna bax, sən Allah heç 20 yaşları yoxdu, qabırğaları sananır. "Qarnı cırılsın sizi doğan anaların. Malışdı-talışdı nədi, onnan böyüdüblər sizidəg Keçi südü içsəydiniz, belə sısqa, əcaz, çəlimsiz olmazdız axıg Eynək taxıb dərsə gedən uşaqları görəndə deyinir öz-özünə: buna bax, indidən dörd göz olublar. Kişilikləri necə olacaq bu yazıqların?..."  

   Son vaxtlar zəmanəylə tən gəlmir o. Bəzi-bəzi işlər, yaşam tərzi ürəyincə deyil. İstəyir nəsə danışsın, desin, sonra dilini dişiylə tutub saxlayır, üzdə olmasa da, arxasınca "kişi qocalıb, ağlı çaşıb" deyirlər. Amma sözdü, dözə bilmədi o gün, yataqda - heç tək yata bilər? Gülcənnət yanında olmasa, gözünə yuxu gedər - sıxışdırdı arvadı: "özün bilirsən, mən gəlinlərlə pərdəli dolanıram. Sən onları başa sal, de ki, bu yaxşı döyül axı, üç gəlinin neçə balası var? - Beş. Belə ailəlik olar? Noolub, Allaha şükür, hərənizin ev-eşiyi, işi-gücü, çörəyig Bə niyə 3 ailədə 5 uşaq, hə? Sən Allah, o Fuada bax ey-ortancıl oğlunun qarasınca danışdı, ədə, ay oğraş, acından ölürsən? Özün müəllim, arvadın müəllim, bircə dənə qızınız varg Arvadağız kopoyoğlu"  

   Həsənqulunun qardaşlığı Seyran haqqında da bir neçə söz. Gəncənin qulağının dibində - Xanlar rayonunda anadan olmuşdu. Peşə məktəbində oxumuşdu. Onun-bunun evində rəngsazlıqla, bəzək-düzəklə məşğuldumg Bizim adət-ənənələri, dastanları, nağıl və rəvayətləri bizdən yaxşı bilirdi əclaf. Sənlə danışanda, atalar sözümüzü, zərb məsəllərimizi elə yerli-yerində işlədirdi, əlin üzündə qalırdı, tanımasaydın deməzdin ermənidi. Hərdən Aşıq Ələsgərdən təcnis, gəraylı söyləyib, irişə-irişə baxırdı üzüvə, göz vurub, səni ələ salırdı, sanki demək istəyirdi: bax ha, ay müsəlman, mən sənin Aşıq Ələsgərini əzbər bilirəm.  

   Seyranın arvadı Anuş Basarkeçərdən idi və bir gün kişini yoldan çıxartdı, köçdülər Sarıyer tərəflərə. Burda qaz vurub, qazan doldururdu Seyran. Qoyun-quzu sürüsü vardı. Yaylağa gələn çobanlardan ucuz qoyun alıb, aparıb uzaqlarda baha satırdı.  

   Hə, beləcə gəlib çatdıq o vaqiəyə ki, gözünə döndüyüm Həsənqulu əsl igidlik, şücaət göstərmişdi və o igidlik, o şücaət indii Biləsuvarda dillər əzbəridi, cavanlar bir-birinə Həsənqulunu göstərib deyirlər: baxmayın, qocalığına, cavanlıqda iki ermənini ağacla öldürüb. İndi bu yaşında əlini sıxanda gözündən yaş süzülür.  

   Bəs o vaqiə harda, necə baş vermişdi? Seyran - tülküyə biclik, hiyləgərlik dərsi verən erməni bilib, o daha doğrusu, Həsənqulu özü ona çatdırıb ki, bəs Biləsuvardan xəzinadar Qaçay gəlib yaylağa və irəliki ay üçün əməkhaqqını gətirib çobanların. Həsənqulu yaxşı məvacib alıb - 275 manat. Hə, bu xəbəri bilən Seyran tovlayıb, fırlayıb, pulunu qoparmaq istəyir Həsənqulunun və axşam onu evə dəvət eləyir:  

   - Bizə gəl, Anuş bacın səni qonaq çağırır. Ad günümdür mənim.  

   Pah, məzən olsun Həsənqulu, gözləri alışıb-yanır, az qalır şadlığından qol götürüb oynasın. Anuşkanı görəcək axıg Yamanca kəsdirir onnan. Hətta bir dəfə meşədə istəmişdi Anuşu süpürləyib işini görsün, alınmamışdı, daha doğrusu, məqamında Seyran agac arxasından çıxıb onların yanına gəlmişdi.  

   Hayıl-mayıllığına görə qınağa çəkmək olmaz Həsənqulunu. Neyləsin, böyük-böyük şəhərlər və bu şəhərlərdə seksual həyat yaşanan mehmanxanalar görüb? Yox! Kurortlara gedib, dənizdə lüt-üryan çimən qızlara doyunca tamaşa eləyərək, gözünün qurdunu öldürüb? Yox! Səhər Gülcənnət, axşam Gülcənnət  

   Süfrə açılıb Seyranın ikiotaqlı mənzilində. Hər cür nazı-nemət var. o biri otaqdan tez-tez səssizcə yemək, şoraba, göyərti, gətirən, bəzənib-düzənmiş Anuşu görəndə gözləri alışıb-yanır, ağzı açıla qalır Həsənqulunun. Serən "Əsli və Kərəm" dastanını nəql edir. Gəncəli Ziyad xanın oğlu Kərəmin xəzinədar Qara Keşişin qızı Əsliylə bir könüldən min könülə vurulması və Keşişin bu ilahi sevgiyə qarşı hiyəlsi, məkri heyrətləndirir Həsənqulunu. Zoğal arağının birini boşaldıblar. Butulkasını 20 manata Anuşdan alır bizim qəhrəman. İki qırmızı onluğu da o, ötürür Anuşkaya. Bu da qurtarır, üçüncü gəlir. Artıq özündə deyil, ucadan danışır. Dastana qulaq asdıqca əlini dizinə çırpır, söyür Keşişi. Əclaf Keşiş də Əslini qaçırır Gürcüstana, Qarsa, Bəyazidə, Vanna, Ərdahana. Kərəm də Sofi lələsiylə onun ardınca düşüb çölə, dağa-daşa qərib diyarlara. Əraq odunda yanan Kərəmin iztirablarına dözə bilmir Həsənqulu. Keşiş Əslini lap uzaqlara - Hələb şəhərinə götürüb qaçanda tabı-tavanı tükənir. Qışqırır Seyrana:  

   - Ədə o Keşiş alçağı tay qaçırtma o yan-bu yana. De, qızı versin Kərəmə. Bağrı çatdadı uşağın.  

   - Yoox, bəs bilmirsən ki, Kərəm müsəlman, Əsli ermənidi? Olmaz! Keşiş düz eləyir - Seyran lap hövsələdən çıxarır Həsənqulunu.  

   - Ədə, sənə demirəm qaçırtma Keşişi? Ay biqeyrət bəsdi də  

   Həsənqulu, de bayaq, cumur qapı dalında qoyduğu qızılı çomağa. Bir göz qırpımında 3-4 zərbə endirir Seyranın kəlləsinə. Qan götürür ermənini. O biri otaqdan Anuş qaçır haya, əlindəki "Aynalı" tuşlayır Həsənquluya. Havaya qalxan çomaq bu dəfə qoluna dəyir Anuşun. Tətik çəkilir, güllə deşik-deşik eləyir Seyranın kəlləsinig yerə düşən tüfəngi götürməyə cəhd eləyən qadının başına zərbələr endirən Həsənqulu görür ki, çomaq Anuşun kəllə sümüyünü xınc-xınc eləyir. Nəfəs dərir, baxır, baxır. Ər ölüb, arvad xırıldayır və bir azdan bu xırıltı da kəsilir. O biri otağa cumur, qız yoxdu, yəqin qaçıb bayıra. İndicə qonşular gələcəkg dayanmaq olmaz! Tez qapı dalına qoyduğu yapıncısını geyir, heybəsini götürür, özünü atır gecənin qucağına. Asta qaçana iman qənim.  

   Özünü yetirir baytar həkim Alı kişi Talıbova. Bəs hal-qəziyyə belə-belə. Moskvanın əliylə ermənilərin Azərbaycan torpaqlarını işğal etmək siyasətini dövrü mətbuatdan müntəzəm izləyən baytar həkimi Həsənqulunun aqibətini göz önünə gətirir və ağıllı tədbir tökür:  

   - Yubanma, elə bu gecə qayıt Muğanag Sabah səni damlaya bilərlər - deyir tələs, gecikmə! Sonra çoban qapıdan çıxanda məsləhət verir:  

   - Ədə, maşına minmə. İki tranzitdə, yoxlamada ələ keçə bilərsən hag gündüz orda-burda daldalan, gecə yol get.    

   Üç gündən sonra Həsənqulu evə gəlir. Eşidir ki, milis onu axtarır. Yaxşı qonşu qohumdan irəlidi - demişlər. Əslən Lerik rayonundan olan qonşu Gülağa kişi aparır onu Lerikin Mistan kəndinə. O camaat da etibarlı çıxır, 8 ay meşədə, dağlarda gizlədir Həsənqulunug Dünya dəyişir, "Ümumittifaq axtarış"ı ləğv olunur.

 

 

   Əlibala Rəhimov

 

   Ədalət.- 2012.- 6 aprel.- S.7.