DÖRDÜNCÜ
GÖRÜŞ
ƏDƏBİ
HƏYAT
Mən tənha olanda
Çiçək
oluram,
Bir azca ağlağan,
Bir azca qəmli
Payız havasıtək
Kövrək oluram.
Şairlər həmişə təklikdən,
tənhalıqdan söz
açıblar. Təklikdən
və tənhalıqdan
yazılan şeirlərin
hamısını bir
yerə cəm etməli olsaq, deyərik ki, şairlər təkliyi, tənhalığı sevmiş,
ona can atmışlar.
Əlbəttə,
tənhalıq boşluq
deyil. Şeirlərini
demək olar ki, hər gün
oxuduğum Əli Kərim yazır ki: "Gözləyənin
yoxdursa, tənhalığın
da yoxdur. Harda dünya başlayır, hamısını
sən bilmirsən. Harda dünyayla birləşirsən, onu da bilmirsən. Yaşayırsınız -bir-birinə
bir ümid şüası verməyən
pis qonşular kimi. Tənhalıq istəyirəm-Böyük, dərin,
dolu tənhalıq!"
Yazının əvvəlində misal gətirdiyim şeir parçasının müəllifi
də tənhalığı
sevir. Şeirin son misraları belə bitir:
Təklik Allah ilə
Olmaq deməkdir.
Təklərə
tək Allah
Özü köməkdir.
Ofeliya Babayevadır bu şeirin müəllifi.
Təklikdən,
tənhalıqdan yazsa
da, onu həmişə
çoxsaylı insanların-dostlarının,
müəllim yoldaşlarının
əhatəsində görmüşəm.
İndi Sumqayıtda məktəb direktoru olan və bundan neçə il öncə həmin şəhərin təhsil
sisteminə rəhbərlik
edən Ofelya Babayeva hər gün onlarla, yüzlərlə insanla ünsiyyətdə olub. Amma min adamın içində olsa da, şeirində yazdığı kimi, o, təkdir, tənhadır, ona görə ki, ŞAİRDİR. Olsun
ki, onun dostları təbiəti etibarilə nikbin olan bu xanımın
bir anlığa da olsa, gözlərinə
çökən o tənhalıq
kədərini sezməyiblər.
Amma mən görmüşəm.
Gözlərində
yox, şeirlərində.
Onun təkliyi özü üçün
yaratdığı və
heç kəsin oraya daxil ola
bilməyəcəyi balaca
bir vadidir. Onun tənhalığından,
təkliyindən doğur
şeirləri.
Bu tökülən
yarpaqların biriyəm,
Payız qəmim qoymur daha kiriyəm.
Nə qədər ki, hələ sağam, diriyəm,
Ürəyimdən
bu asılan qara daş
Çiçəklənib
göyərəydi bir
gün kaş.
Bu dünyaya gəlişimiz ötəri,
Bu dünyadan gedişimiz əbədi.
Fırlandıqca
yerin-göyün məhvəri,
Gəlməyəydi
yaşısızın üstə
yaş
Qovuşaydı
həsrətlilər bir
gün kaş.
Ofelya xanımın şeirlərində
məhz ümidlər,
arzular dalınca boylanan bir qəlbin
nisgilləriylə üz-üzə
qalırsan. Onun lirik qəhrəmanı böyük Dünyamızın
amansız çarpışmaları,
ictimai -siyasi burulğaları, təzadları,
mənəvi ziddiyyətləri
fonunda bir mələk kimi sadədil, bir çiçək kimi kövrəkdir. Elə buna görə də Dünya onun nəzərində mələk və çiçək kimidir.
Körpələrin
gözlərində yuxusan,
Yuxularda şirin layla oxusan,
Yuxuların həmişə süd qoxusun,
Körpə dünyam, cavan dünyam,
gənc dünyam,
Qalmaqaldan uzaq dünyam,
dinc dünyam.
Kədərinə
mən şərikəm,
Mən, dünyam,
Sevinci də kədəri də tən dünyam.
Ay işığı,
gecələrin qərib
görünüşü, ulduzların xumar-xumar sayrışmasıgbu romantik
mənzərə Ofelya
xanımın şeirlərində
poeziyanın gur işığına bürünür.
Doğma dolaylar, həsrətlilər kimi qovuşan cığırlar
anasının qollarını
xatırladır, uzaqdan
görünən qarlı
gədiklər min ilin
sirrini özündə
saxlayır. Ofelya Babayevanın "Xızı
salnəməsi"ndə hər
bir məqam şeiriyyətlə qovuşur.
Xızı Azərbaycan
təbiətinin nadir bir
əsəridir və bu əsərin bir çox səhifələri O.Babayevanın
şeirlərində vərəqlənir:
"Son payız", "Bahar
yelləri", "Yağış"-bunlar təbiətin bir şairin gözündə, hissində,
duyğusunda yaşayan
gözəlliklərdir.
Seyrək bulud göydə üzür tül kimi,
Gülə-gülə
gözlərindən yaş
tökür.
Yoxsa qəmi səmadan da qəlbimi?
Şimşəklərin
qəzəbilə hönkürür.
Buludlardan qopub gələn ağ yağış,
Yer üzünə qovuşmağa
can atır.
Sən göylərin nəğməsisən,
yağ, yağış,
Hər xalında neçə-neçə
sirr yatır.
Salxım söyüd pərişandır,
ona bax,
Asta-asta tellərini bir dara.
Buludların qulağına sırğa
tax,
Qoy oxşasın toya gedən qızlara.
Lirik qəhrəmanın sevgi dünyası da təbiətin ritmi, ahəngi və nizamı ilə vəhdətdədir.
Sevənlər
içində tənha
qadının arzusu, diləyi pərən-pərəndir,
elə yalqızdı
ki... Və bu yalqızlıqmı buludları kövrəldib?
Dağlar da bu payız
mənə bənzəyib,
Dumanlar, tüstülər çıxır
başımdan.
Deyirlər saçıma qırov düşübdür...
Və sonra:
Ömrün qışı səndən,
məndən gen deyil
Qəlbin odu heç azalmır ilbəil.
Xatirələr
buludundan, ey könül,
Leysan kimi bu dünyaya
yağ yenə.
Və sonra:
Min aləm yaşayır hər həvəsində,
Gah sevinc oxunar, gah qəm səsimdə.
Yasin surəsitək son nəfəsimdə
Hamıyçün
avazla belə oxuma
Bu bənövşə ürəyimə
toxunma.
Kitabda ən həzin, ən qüssəli şeirlər Ana haqqındadır
və Ofelya xanım bir Ana obrazı ilə poeziyamızın Ana obrazlarına
yenisini əlavə edib. Görün nə yazır: "Yağış yağır
düzlərə Ana qayğısı
kimi. Şəfəq qonar üzlərə Ana qayğısı kimi".
Və ya:
Adı tək özü də günəşdi, aydıg
Camalı qüdrətdən bəxşişdi,
paydı.
Bir vaxt gözəllərə
sirdaşdı, taydı,
İndi yavaş-yavaş qocalan anam,
Qocala-qocala ucalan anam.
Mən istedadlı şairə Ofelya Babayevanın "Dünya, eşit məni" şeirlər
kitabından söz açıram.
Bu, onun dördüncü kitabıdır.
Qırx illik yaradıcılığı üçün
dörd kitab bəlkə də çox kiçik rəqəmdir.
Amma Ofelya xanım şeirə, sənətə
məsuliyyətlə yanaşır,
heç bir zaman bəzi həmkarları kimi yazdıqlarını əliyyül-əlaya,
reklama çevirmir, mürəkkəbi qurumamış
əlyazmalarını nəşriyyata
təqdim eləmir.
Bakıdan azca uzaqda-Sumqayıtda pedoqoji fəaliyyətini davam etdirir, amma onu bir
şair kimi tanıyanlar, sevənlər
az deyil.
Haqqında söz açdığım
kitabda Ofelya Babayevanın seçmə
şeirləri toplanıb.
Sevgi aləmindən, təbiətin
gözəlliklərindən, işıqdan, həyatın,
gerçəkliyin qaranlıq
nöqtələrindən, həm mərd, həm namərd adamlardan, sevincli və həm də kədərli anlarından yazır.
Bizim unudulmaz ağbirçək
şairimiz, vaxtilə
Məmməd Səid Ordubadinin "Müasir şeirimizin Məhsətisi"
adlandırdığı Mirvarid
xanım Dilbazi yazırdı: "Ofelya Babayevanın şeirlərini
bizə sevdirən cəhətlər hansılardır?
Hər şeydən əvvəl,
bu poeziya nümunələrinin səmimiliyi
və təsvir olunan hadisələrin təbiiliyi mənim diqqətimi cəlb edir.
Şairə nədən yazırsa-yazsın,
onu öz şəxsi ağrıları
və nəşələri
kimi yaşayır. Həyat hadisələrinə
fəal vətəndaş
mövqeyindən yanaşır,
aktual, müasir dünyamızı narahat edən məsələlərdən
bəhs edir.
Marten sobasının
qarşısında puçur-puçur tər tökən fəhlə,
Sumqayıt göydələnlərinin hər
qarışında, daşında, kərpicində
barmaqlarının izi olan inşaatçıguğursuz məhəbbətin
ağrılarını yaşayan, lakin əyilməyən məğrur
insangbudur Ofelya Babayevanın şeirlərinin tam olmayan
siyahisi".
Elə zənn edirəm, Ofelya
Babayevanın haqqında söz açmadığım digər
şeirləri barədə Mirvarid xanımın və eləcə
də kitabdakı şeirlər barədə öz təəssüratını
ifadə edən gözəl publisist Məmməd Muradın
xarakteristikası kifayət edər.
Amma mən sözümü yeni
kitabda ən çox bəyəndiyim nümunələrdən
biri ilə bitirmək istəyirəm:
Yaşa bu dünyada bir az narahat,
Bir azca qüssəli, bir az pərişan.
Adımı dilinə gətirmə heç vaxt,
Qəlbində,
könlündə yaşat
hər zaman.
Səni kim itirə... məni kim tapa,
Taleyə bağlarıq ümidimizi.
Əriyər güneydə qar topa-topa,
Qüzeylər
hifz edər izlərimizi.
Bu tale oyunu gizlənpaç deyil,
Qəm yemə, sən varsan,
mən varam, demək.
Bu dünya çiçəkmiş-lalə, qərənfil,
Bir azca tufanmış, bir azca külək.
Vaqif YUSİFLİ
Ədalət.-2012.-7
aprel.-S.19.