DAHA
BÖYÜK UĞURLAR SORAĞINDA
Dağlar
onun keşiyini çəkər, Dəniz ona nəğmələr
oxuyar...
Adlı-sanlı məşhur
insanlara həmişə qibtə ilə baxırlar. Onlara
xoşbəxt insanlar deyirlər. Xoşbəxt adamlar kimi,
xoşbəxt şəhərlər, kəndlər də olur.
Bu xoşbəxtlik alın yazısı kimi lap əvvəldən
bəllidir sanki. Xaçmaz adlı yurd yerimiz də belədir.
Tanrı bu rayona nələr bəxş
etməyib? Bəd nəzərlərdən uzaq...
Xaçmazın qismətinə başı qarlı dağlar,
zümrüd meşələr, çaylar, bulaqlar və Xəzər
düşüb. Və bu yurdun bu başından o
başına dağ havası, aran havası, dəniz havası
axıb-qarışıb qovuşar, bir möcüzə
yaradar. Yəni bu rayonun ərazisi boyu istəsən
ilıq-isti bir düzəmdə meyvə bağlarını,
tərəvəz sahələrini, gül-çiçəkli
yaşıllıqları doya-doya gəzərsən. İstəsən
yamaclardakı meşələrdən keçib dağlara
qalxarsan. İstəsən doğma Xəzərin
dalğaları ilə qucaqlaşarsan... Burada təbiət
qoynunu açıb sənin nazınla oynayar, sehrli bir qüvvə
kimi səni bütün istəklərinə çatdırar,
səni xoşbəxt edər...
Bu yerlərin hələ
bir Nabran nağılı da var ki...
Unutma, bu elin indi dünyanın çox yerində tanınan, haqqında xoş sözlər danışılan bir Nabran möcüzəsi də var ki,
bu, ayrı bir söhbətin mövzusu olacaq. Çünki, bu nağılın
bütün gerçəklikləri
Xəzərimizin... şor
sularından dad alıb
şirinləşir.
Bu gün
tam etiraf olunur ki, Xaçmaz rayonu şəhər və kəndləri ilə daha çox
inkişaf etmiş rayonlarımızdan biridir.
Bu rayona
uzun illərdir rəhbərlik edən təcrübəli dövlət
xadimi Şəmsəddin
Xanbabayev komandası ilə camaatla əl-ələ verib inkişafı daha da möhkəmləndirməyə,
qazanılan uğurların
miqyasını daha da genişləndirməyə
çalışır.
Sevindirici haldır ki,
bu uğurlar bütün istiqamətlərdə
reallaşaraq ümumi
nikbinlik bəxş edir. Biz bütün
bunlar barədə geniş təsəvvür
yaratmaq üçün
təkcə son bir ildə görülən işlərə diqqət
yetirsək kifayətdir.
Prezident görülən işlərdən razı
qaldı
Əvvəlcə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Xaçmaz rayonuna ötən ilki səfəri barədə 23 sentyabr
2011-ci ildə Prezident
İlham Əliyevin Xaçmaz rayonuna növbəti səfəri
xaçmazlılar üçün
ilin ən mühüm hadisəinə
çevrilmişdir. Prezident
İlham Əliyev xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra əsaslı surətdə yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış
oldu, əsaslı təmirdən sonra Mərkəzi Rayon Xəstəxanasının
açılışını həyata keçirdi.
Daha sonra ölkə başçısı tamamilə
yenidən qurulmuş Şəxsiyyətlər Muzeyi
ilə tanış
oldu, Şahmat məktəbinin, Xalça
Muzeyinin, Uşaq və Gənclər kitabxanalarının açılışını
həyata keçirdi.
Bakı prospekti boyu, 5 hektar ərazidə yeni yaradılmış Heydər
Əliyev Seyrəngahı
ilə-burada yaradılmış
İlham bulağı
və Heydər bulağı kompleksləri
ilə, Samovar kompleksi
ilə, magistral yolun üzərində tikilmiş piyada körpüləri və Heydər Əliyev prospektinin əzəmətli
Giriş qapısı
ilə tanış oldu. Müdafiə Sənayesi Nazirliyinin
ən müasir texnologiyalara əsaslanan Xaçmaz Kondensator zavodunun açılışını
həyata keçirdi.
Başçı
həmin anları iftixarla xatırlayır
Prezidentin Xaçmaza səfəri
barədə söhbət edərkən Şəmsəddin
müəllim bəzi məqamları xüsusi qürur və
iftixar hissi ilə vurğuladı:
- Rayonumuza gəlişi ilə
möhtərəm Prezidentimiz hər dəfə olduğu kimi,
bütün xaçmazlılara hədsiz sevinc hissləri
yaşatdı. Danılmaz bir həqiqətdir ki, sadalanan obyektlərin
hər biri, məhz cənab Prezidentimizin diqqət və
qayğısı sayəsində ərsəyə gəlmişdir.
Buna görə də rayonumuzun əhalisi adından Ulu Öndərimizin
layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevə ən dərin minnətdarlığımızı
bildirir, ona Vətənimiz Azərbaycan naminə dəyərli
fəaliyyətində yeni uğurlar diləyirik! Rayon ictimaiyyətinin
bir qrup nümayəndəsi ilə görüşü
zamanı möhtərəm Prezidentimiz "Xaçmaz Azərbaycanın
ən gözəl şəhərlərindən birinə
çevrilib və burada görülən işlərə
böyük məhəbbətlə, zövqlə
yanaşılıb" söyləyərək, rayonumuzda
görülən işlərə verdiyi yüksək qiyməti
bizi daha yaxşı işləməyə, əhalimizə
daha faydalı xidmət etməyə bir
çağırış hesab edərək, ölkə
başçısının bu
çağırışına öz əməli işimizlə
cavab verməyə hər zaman hazır olmalıyıq.
Möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən ötən illərdə
əldə olunan nailiyyətləri daha da artırmaq,
regionların inkişafını və əhalinin həyat səviyyəsinin
davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədilə
təsdiq edilmiş 2009-2013-cü illəri əhatə edən
yeni Dövlət Proqramında təkcə rayonumuz
üçün müxtəlif sahələri əhatə etməklə
17 bənd üzrə geniş tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur.
Bu tədbirlərin sırasında
rayonumuzda sənaye və kənd təsərrüfatı
istehsalının genişləndirilməsi, yol təsərrüfatında
ciddi işlərin görülməsi, elektrik enerjisi, istilik,
qaz və su təchizatının
yaxşılaşdırılması, səhiyyə, mədəniyyət,
idman və təhsil müəssisələrinin tikintisi və
yenidən qurulması üzrə tədbirlər daxildir. Artıq
nəzərdə tutulan işlərin müəyyən qismi
reallaşmaq üzrədir. Əminik ki, Möhtərəm
Prezidentimizin müdrik rəhbərliyi ilə bu Proqram da
böyük uğurla həyata keçiriləcək, növbəti
illərdə Azərbaycan regionları misilsiz inkişaf
dövrünü yaşayacaqdır...
(ardı gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-10
aprel.- S.7.