DAHA BÖYÜK UĞURLAR
SORAĞINDA
(əvvəli ötən
sayımızda)
Dövlət Proqramının icrası uğurla davam
edir
İkinci Dövlət
Proqramının qəbulundan keçən müddət ərzində
rayonumuzda həyata keçirilmiş tədbirlər nəticəsində
4755 yeni iş yeri açılmışdır ki, onun da
2574-ü daimi iş yerləridir. Təkcə 2011-ci ildə
1503 iş yerləri açılmışdır ki, bunun da
1137-si daimi iş yerləridir.
2010-cu illə
müqayisədə 2011-ci ildə rayon
üzrə ümumi məhsul
buraxılışı 22%, sənaye məhsulu 37,3%, kənd təsərrüfatının
ümumi məhsulu 12,9 %, əhaliyə
göstərilən pullu xidmətlərin
həcmi 17%, pərakəndə əmtəə dövriyyəsi
25,1%, adambaşına düşən pul
gəlirləri 10%, orta
aylıq əmək haqqı 12% artmışdır. Əsas kapitala yönəldilən investisyaların həcmi
55,4% artaraq 71,1 milyon manat təşkil etmişdir.
İl ərzində ümumi
sahəsi 36710 m2 mənzil tikilib istifadəyə
verilmişdir ki, bu sırada Qarabağ əlilləri
üçün inşa
edilmiş 24 mənzilli bina
da vardır.
Ümumiyyətlə, Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünü təntənə ilə qeyd edilən
2011-ci il rayon üçün bir çox sahələrdə
uğurlu il olmuşdur. Xüsusən də tikinti-quruculuq və
abadlıq sahəsində kifayət qədər böyük həcmli
işlər həyata keçirilmişdir.
Heydər Əliyev Seyrəngahının
genişləndirilməsi işinə artıq
başlanmışdır. Seyrəngahın Qudyalçay
körpüsünədək artırılması
planlaşdırılır ki, bu da ərazinin
abadlaşmasına və insanların istirahətinə xidmət
edəcəkdir. Uzunluğu 2800 metr olan Heydər Əliyev
prospektində yeni abadlıq işlərinin aparılmasına
başlanmışdır. Prospekt boyu bütün hasarlar
üzlük daşla arxitektur qaydada yenidən işlənir.
Prospektin səkilərinin yenidən tikintisi, yolun asfalt
örtüyünün dəyişdirilməsi, işıq dirəklərinin
yeniləri ilə əvəz olunması, çoxmənzilli
yaşayış evlərinin dam örtüklərinin və
fasadlarının təmiri və s. işlərin
görülməsi planlaşdırılır. Şəhərin
N.Nərimanov küçəsində mərkəzi xəstəxananın
qarşısında piyadaların yoldan təhlükəsiz
keçidini təmin etmək məqsədi ilə inşa edilən
piyada körpüsünün tikintisi artıq başa
çatmaq üzrədir.
Xaçmaz şəhərinin Giriş
qapısı ərazisində yeni parkın (Çənlibel)
tikintisinə başlanmışdır. Burada 5 hektardan
artıq ərazidə gözəl bir park salınacaq və
Koroğlunun abidəsi həmin əraziyə
köçürüləcəkdir.
Xidmət sahəsində müəyyən
işlər görülmüşdür. Sentyabr ayında
rayonun ən böyük kəndlərindən olan
Qusarçay kəndinə təbii qazın çəkilişi
başa çatdırılmış, 5600 nəfər əhalisi
olan kənddə 1000-ə yaxın abonentə yeni qaz xətti
çəkilmişdir. Hazırda, Çarxı kəndinə
yeni qaz xəttinin çəkilişinə
başlanmışdır.
Əhalinin elektrik enerjisi ilə təchizatı,
ümumən rayonun elektrik təsərrüfatı sahəsində
ötən il müəyyən işlər
görülmüşdür. Xüsusən, yüksək gərginlikli
elektrik ötürücü xətlərinin Bakı prospektində,
Heydər Əliyev Seyrəngahı ərazisində və digər
ərazilərdən daha münasib ərazilərə keçirilməsi,
hava xətlərinin kabelə keçirilməsi istiqamətində
kifayət qədər böyük həcmli işlər həyata
keçirilmişdir. Əhali sektorundan elektrik enerjisinin dəyərinin
yığımı il ərzində 82,35% təşkil
etmişdir ki, bu göstəricinin daha da artırılması
üçün təsirli tədbirlərin görülməsi
tələb olunur. Ərazilərdə keçirilən hesabat
yığıncaqlarında bir sıra kəndlərdə
elektrik dirəklərinin və naqillərin yararsız vəziyyətdə
olması ilə əlaqədar problemlərin qalxması da
narahatlıq doğurmaya bilməz.
Ötən il Nabran kəndində
5 km yeni kanalizasiya xətti çəkilərək, təmizləyici
qurğuya birləşdirilmişdir. Respublika hökuməti və
Asiya İqtisadi İnkişaf Bankının birgə layihəsi
olan Xaçmaz şəhəri və ətraf 5 kəndin su və
kanalizasiya sistemlərinin yenidən qurulması
üçün layihələndirmə işləri artıq
başa çatdırılmışdır.
Qarşıdakı aylarda bu işlərin həyata
keçirilməsinə başlanacaqdır.
Rayon əhalisinə göstərilən
rabitə və poçt xidməti sahəsində müəyyən
işlər görülmüşdür. İl ərzində
rayonun Müqtədir, Bostançı, Dədəli, Həsənqala,
Pirquluoba, Yeni Həyat, Nərəcan, Uzunoba, Müşkür,
Qımılqışlaq, Çarxı, Qaradağbuduq,
Qobuqıraq kəndləri tam
elektronlaşdırılmışdır. Şəhərin
Bakı prospektində 3,4 km hava rabitə xətləri
yeraltı kabel xətləri ilə əvəz olunmuş, 468
abunəçiyə telefon xətti çəkilmiş,
sürətli internet abunəçilərinin sayı iki dəfədən
çox artırılaraq 2228-ə
çatdırılmışdır. Həmçinin,
Xaçmaz regional Poçt Filialı ötən il ərzində
23 kənd və 4 şəhər şöbəsi vasitəsilə
əhaliyə 25 adda poçt xidməti göstərmiş,
plan tapşırıqlarını 100% yerinə yetirmişdir.
Kənd
təsərrüfatı
2011-ci ilin məhsulu
üçün rayonda bütün təsərrüfat
qurumları daxil olmaqla 31569 ha (əvvəlki ildən 2371 ha
çox) sahədə taxıl bitkiləri əkilmişdir ki,
bunun 26584 hektarı buğda, 4985 hektarı arpa bitkisidir. Rayon
üzrə məhsuldarlıq hər hektardan 25,3 sentner olmaqla,
cəmi 80174 ton taxıl məhsulu istehsal edilmişdir. Bu
2010-cu illə müqayisədə hər hektardan 3,1 sentner
çox olmaqla, 14289 ton çox taxıl istehsal edilmişdir.
Ötən il rayonun təsərrüfatlarında
13424 ton kartof, 121334 ton tərəvəz bitkiləri, 83271 ton
meyvə, 5501 ton üzüm məhsulu
yığılmışdır. 2011-ci ildə 7663 ton diri
çəkidə ət, 39263 ton süd, 17,7 milyon ədəd
yumurta, 192 ton yun istehsal olunmuşdur. Təsərrüfatlarda
58.229 baş iribuynuzlu mal-qara, 95368 baş davar vardır.
2012-ci ilin məhsulu
üçün rayonun bütün təsərrüfat
qurumlarında 36.053 ha sahədə payızlıq taxıl
bitkiləri əkilmişdir ki, bunun 30202 hektarı ərzaqlıq
buğda, 5851 hektarı arpa bitkisidir. Əkilmiş taxıl sahələri
əvvəlki ildən 3953 ha çoxdur.
(ardı gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-11
aprel.-S.7.