Aldanma, Alça
ağacı
Üstündəki nə
çiçəkdi,
Kim saçına sığal
çəkdi?
Şaxta uzun sürəcəkdi,
Aldanma, Alça ağacı!
Bu çiçiəkdən bar
gözləmə,
Min bir dərdi var, gözləmə.
Vaxtdan etibar gözləmə,
Aldanma, Alça ağacı!
İnad etmə, gəl sözə
bax,
Qovuracaq səni sazaq.
Dərdlərini hara yazaq?
Aldanma, Alça ağacı!
Vallah, gün tovlayıb səni,
Minib, cilovlayıb səni.
İrəli qovlayıb səni,
Aldanma, Alça ağacı!
Ah çoxalıb, aman artıb,
Vaxtsız gələn duman artıb.
Yalançılar
yaman artıb-
Aldanma, Alça ağacı!
DAHA NƏ
GÖZLƏYİM MƏN BU BAHARDAN?
Yoluna göz dikdim, yolu uzandı,
Özgə səmtə açıq
qolu uzandı.
Əlimə çatmayan əli uzandı,
Daha nə gözləyim
mən bu bahardan?
Dəyişən
əhvalı dəmbə-dəm
oldu,
Nifrəti bol oldu, eşqi kəm oldu.
Sevinc gözləyirdim, payı qəm oldu,
Daha nə gözləyim
mən bu bahardan?
Mənə uyuşmadı, mənə
uymadı,
Görünür, dərdimi yaxşı
duymadı.
Şaxtası vurmamış çiçək
qoymadı,
Daha nə gözləyim
mən bu bahardan?
ÖMRÜMÜ
Çəkilmir
başımdan payızın
çəni,
Artıq unutmuşam olub
keçəni.
Vaxt dəyirman kimi üyüdür məni,
Günlər ilmə-ilmə sökür
ömrümü.
Özüm bağlamışam öz
əllərimi,
Özgələr nə bilər
dərdi-sərimi.
Qoyub tərəziyə əməllərimi
Çəkən imtahana çəkir
ömrümü.
Qoşa yaranıbdı sevinc ilə qəm,
Sevinc də dadmışam,
qəm də yemişəm.
Daha o yanlığam, mənimlə
bahəm
Tanrım kəfənimə bükür ömrümü.
ÖLÜM, QIYMA YAXŞILARA!
Ömür dəndi, sən dəyirman,
Üyüdursən zaman-zaman.
Heç fərqinə varırsanmı
Kimdi yaxşı, kimdi
yaman?
Gəl sən haqqı düzgün ara,
Ölüm, qıyma yaxşılara!
Ürəyini daş görmüşəm,
Haqsızlığa tuş görmüşəm.
Qəsd etdiyin qartalların
Yuvasını
boş görmüşəm
Qismət eyləmisən sara,
Ölüm, qıyma yaxşılara!
Nə tapmısan bu həvəsdə,
Tülkü kefdə, şir
qəfəsdə.
Ölməlilər
ölməliykən
Saxlayırsan gözün üstə
De, bu
dərdi yazaq hara?
Ölüm, qıyma yaxşılara!
Gəl hamıya yaman olma,
Vaxtsız gələn duman
olma.
Qana həris ac qurd kimi
Hər yetənə cuman
olma.
Ağ varağa salma qara,
Ölüm, qıyma yaxşılara!
YALANLAR
Mayasını
haramlıqdan alıbdı,
Haramlığın şər sözüdü
yalanlar.
Yalançının
yollarına nur saçan
Günəşli bir gündüzüdü
yalanlar.
Sirdaş olub əyrilərə, oğruya,
Vərdiş edib müdam
böhtan doğraya.
Düşmənidir,
meyl eləməz doğruya
Doğru sözün tərs
üzüdü yalanlar.
Ay Tərtərli, sən düzü seç, düzü gəz,
Təmizliyə, halallığa yox
əvəz.
Bərk ayaqda ayaq tutub
yeriməz,
Gücsüzlərin gücsüzüdü yalanlar.
Qədir Tərtərli
Ədalət.-2012.-11 aprel.-S.7.