DAHA
BÖYÜK UĞURLAR SORAĞINDA
(əvvəli ötən
saylarımızda)
Prezident İlham Əliyevin "Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamına
uyğun olaraq, 2011-ci ildə rayon üzrə
istehsalçılara yanacaq və motor yağlarına görə
1,7 milyon manat yardım verilmişdir. Buğda
istehsalçılarına isə 1,13 milyon manat yardım veriləcəkdir.
Ötən il əhaliyə 50% güzəştli qiymətlərlə
3056 ton mineral gübrə verilmişdir. 58 ədəd müxtəlif
adda kənd təsərrüfatı texnikası lizinq yolu ilə
torpaq mülkiyyətçilərinə
satılmışdır. Cəmi, sərəncamdan sonrakı
dövrdə dövlət yardımının məbləği
12,2 milyon manat təşkil etmişdir.
Ölkə Prezidentinin 15 dekabr
2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş
"2012-2020-ci illərdə
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı" Xaçmaz fermerlərinin də
qarşısına mühüm vəzifələr qoyur. Məlum
olduğu kimi 1980-ci illərin sonunadək rayonda 1800 hektardan
artıq üzüm bağları becərilmiş, lakin məlum
hadisələr nəticəsində bu bağların hamısı
məhv edilmişdir. Son illər bu gəlirli sahəyə
artan marağın nəticəsində yeni üzüm
bağları salınaraq, üzüm bağlarının
ümumi sahəsi 300 hektara çatmışdır.
Xüsusən, Yeni Həyat və
Köhnə Xudat İƏV-də torpaq mülkiyyətçilərinin
üzümçülük sahəsinə
marağının və səriştəsinin olması nəzərə
alınaraq, bu istiqamətdə ciddi nəticələr əldə
olunacağı gözlənilir.
Mütəxəssislərin
proqnozlarına görə 2020-ci ilədək rayonda
üzüm bağlarının sahəsini ən azı
800-1000 hektara çatdırmaq mümkündür. Rayonda fəaliyyət
göstərən "Xaçmaz-şərab" ATSC bu
istiqamətdə mövcud imkanlardan geniş istifadə edə
bilər.
Aqrar sahəyə yüksək
dövlət qayğısı nəticəsində kənd təsərrüfatının
maddi texniki bazasının gücləndirilməsi istiqamətində
rayonda kifayət qədər işlər
görülmüşdür.
Rayon üzrə 3 ədəd hər
biri 2000 tonluq, 1 ədəd 500 tonluq meyvə-tərəvəz
saxlanması üçün soyuducu anbarlar tikilib istifadəyə
verilmiş, 2000 tonluq daha bir anbarın tikintisi yekunlaşmaq
üzrədir. Bundan başqa birinin sahəsi 4 ha, digərinin 2
ha olmaqla iki tərəvəz yetişdirən istixananın,
bir meyvə-tərəvəz qurudulması sexinin və bir
fındıq emalı sexinin tikintisi aparılır.
Təhsil,
səhiyyə və mədəniyyət
Təhsil sahəsi bu gün ölkə
rəhbərliyi tərəfindən ən önəmli sahələrdən
biri kimi qiymətləndirilir. Təhsilin maddi texniki
bazasının gücləndirilməsi sahəsində işlər
uğurla davam etdirilmişdir. Bu sahədə ən
böyük uğurlardan biri Prezident tərəfindən
açılışı həyata keçirilən
Şahmat məktəbinin yeni binasıdır. Sentyabrın 15-də
Təhsil Nazirliyinin sifarişi ilə Gödəkli kəndində
inşa edilmiş 220 şagird yerlik yeni məktəb binası
istifadəyə verildi. İlin sonunda Heydər Əliyev
Fondunun təşəbbüsü ilə rayonun Şimali kəndində
inşa edilmiş 120 şagird yerlik yeni məktəb binası
istifadəyə verilmişdir. Bundan başqa hazırda rayonun
Köhnə Xaçmaz kəndində 640 şagird yerlik,
Uzunoba kəndində 480 şagird yerlik məktəb
binalarının tikintisi davam etdirilir. Xaçmaz şəhər
1 N-li uşaq bağçası üçün müasir
tipli yeni binanın tikintisi artıq başlanmışdır.
Yaxın günlərdə Müzəffəroba kənd orta məktəbi
üçün 180 şagird yerlik binanın tikintisinə
başlanacaqdır. Ötən il Təhsil Nazirliyi tərəfindən
Şahmat məktəbi, şəhər 6 N-li orta məktəbi
inventar və avadanlıqlarla tam təchiz edilmiş, məktəb
və uşaq bağçalarına xeyli sayda avadanlıq
alınmışdır. Xaçmaz şəhər 3 N-li orta
məktəbinin istilik sistemi tam yenidən qurulmuşdur.
Ötən 2011-ci il həm də
"Turizm ili" kimi yaşandı.
Rayonun səhiyyə müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
işlər uğurla davam etmişdir. Bu sahədə də ən
böyük uğur əsaslı təmirdən sonra Prezident tərəfindən
açılışı həyata keçirilən Mərkəzi
rayon xəstəxanasının 5 mərtəbəli korpusu
olmuşdur.
Bununla bağlı təsdiq
edilmiş Tədbirlər Planının icrası ilə əlaqədar
böyük turizm potensialına malik olan Xaçmazda kifayət
qədər işlər görülmüş və bu vacib
istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir.
Əraziyə turist axınının artırılması,
onlara göstərilən xidmət növlərinin genişləndirilməsi,
xidmətin keyfiyyətinin yüksəldilməsi, maraqlı
turist marşrutlarının təşkili istiqamətində
Mədəniyyət və Turizm şöbəsi fəaliyyətini
davam etdirməlidir.
2012-ci il Prezident sərəncamı
ilə "İdman ili" elan edilmişdir. Cari ildə ümumən
Respublika üzrə
10 olimpiya kompleksinin tikilməsi nəzərdə
tutulmuşdur ki, bunun da biri
Xaçmaz rayonunda inşa edilir. Doğrudur, indiyədək rayonda idmanın maddi-texniki bazası zəif olmuşdur. Lakin, buna baxmayaraq,
müxtəlif beynəlxalq
yarışların qalibləri,
dünya və avropa çempionatlarının
qalibləri və mükafatçıları arasında
xaçmazlı gənclər
də olmuşdur.
Görüşlər, səyyar
qəbullar
Respublika Prezidenti cənab
İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu
əsas vəzifələrdən
biri də vətəndaş müraciətlərinə,
qaldırılan problemlərə
diqqətlə yanaşılması,
operativ sürətdə
həlli məsələsidir
ki, bu istiqamətdə
rayon İcra Hakimiyyəti
Başçısının aparatı tərəfindən
müvafiq işlər
görülür.
İl ərzində rayon İcra Hakimiyyəti Başçısının ərazilərdə
52 səyyar qəbulu keçirilmiş, 1476 nəfər
vətəndaş qəbul
edilmişdir. Eləcə də
RİH-də keçirilən
qəbullarda 2073 nəfər
vətəndaş qəbul
edilmişdir. İl ərzində
RİHB yanında Şuranın
15 iclası keçirilmiş,
29 məsələ müzakirə
edilmişdir.
İlin əvvəlində İƏV-də 2011-ci ilin yekunlarına dair hesabat yığıncaqları
keçirilmiş, qaldırılmış
bütün məsələlər
ümumiləşdirilmiş, mövcud problemlər araşdırılmış və
həlli mümkün
olanların aradan qaldırılması üçün
müvafiq tapşırıqlar
verilmişdir.
Yeni uğurlara doğru
...2012-ci ilin elə əvvəlindən
rayonda bütün istiqamətlər üzrə
nəzərdə tutulmuş
tədbirlər həmişəki
ruh yüksəkliyi ilə davam etməkdədir. Istər sənaye və
kənd təsərrüfatı
sahələrində, istərsə
də tikinti, quruculuq və abadlıq işlərində.
Rayon rəhbərliyi camaatla birlikdə daha böyük uğurlar qazanmaq, Xaçmazın şərəfini
uca tutmaq əzmindədir.
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına
dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-12
aprel.-S.7.