ŞABRAN:
ƏFSANƏLƏRDƏN REALLIQLARA...
Onda qala, bütün
bunlar sənin ola...
...Vətən
torpağının hər
qarışı sevilər,
əziz tutular. Adi bir düzəngahı da, adi bir
qaya parçası da. Onda qala bu Vətənin sınırları
həm də zirvələri qılınc
tək parıldayan qarşı dağlardan başlayıb dünyanın
Ən Gözəl Dənizinə qədər
uzana, meşələri,
çayları, düzləri
bir-birinə qovuşdura.
Onda qala... Bütün hamısı sənin ola!
Və sən ömrün boyu bu müqəddəs gözəlliyin ovsununa
"əsir düşüb"
qalasan...
Min illərin
bir Şabran nağılı da var bu dünyada.
Torpağın altından üstünə
boylanan, bu yerlərə səslənən,
onu sevən insanlara ruh verən
bu nağılın şirinliyini yaşadınızmı?
Nağıl nağıldır, siz bu günün
Şabran nağılını,
Şabran poeziyasını
dinlədinizmi? Qarşı dağlar.
Sıx ormanlar, qədim-ulu abidələr,
möcüzə Xəzər...
dadlı bir xəyalmı? Indi oba-oba tikilən, qurulan, ucalan, müasirləşən gözəl
bir Şabran da var. Təbiətlə, qədimliklə birləşib
şirin bir nəğmə kimi oxunar...
Mahnı demiş, şeir demiş...
Mahnı demiş, nəğmə
demiş, bu gözəlim Şabranın
hər tərəfində,
hər bucağında
qəribə bir diqqətçillik, səmimilik
hiss edirsən. Gördüklərin
və eşitdiklərin
sənə gerçəkdən
qədim bir türkü təsiri bağışlayır; alma,
şaftalı, gilənar
çiçəkləri sənə
həm də tanış, amma çox tanış şeir misralarını da xatırladır. Burada sanki hər
tərəf nəğməli,
şeirli xatirələr
mövsümünü yaşayır...
Görüb eşitdiklərim
Mən Şabran şəhərinin
son 3-4 ildəki inkişafından
xəbərsiz idim.
Abad yolları, küçələri,
yaraşıqlı binaları,
park və meydanları
görüb çox sevindim. Gerçəkdən bütün Azərbaycan
inkişafda, yüksəlişdədir.
Prezident İlham Əliyevin diqqət və qayğısı, xalqın
rifahı üçün
arzuladıqları bu gün elə müasir Şabranın timsalında daha aydın görünür.
Şəhərdə rastlaşdığım bir neçə sakini "təsadüfi"
söhbətə çəkərkən
gözlədiyimdən də
artıq korrekt cavablar aldım. Vətəni
və doğma Şabranı çox sevdiklərini bildirən sakinlər göstərilən
qayğıya görə
ölkə rəhbərliyinə
minnətdardırlar. Həmişə camaatla bir yerdə
olan icra başçısının səmimiliyindən,
obyektivliyindən, rəhbərlik
bacarığından da
maraqlı söhbətlər
eşitdim. Bilmirdim, heç
demə başçı
Novruz Novruzov ötənlərdə, özünün
gənclik illərində
komsomol işində də çalışıb,
birinci katib vəzifəsinə qədər
çətin və məsuliyyətli bir yol keçib. Durub indi cığallığa
vərdiş eləmiş
obıvatellər hücuma
keçməyə tələsməsin.
Mən komsomolun siyasi fakturasını deyil, onun pillə-pillə ucalan və ucaldan zəhmətsevərlik,
səmimi dostluq, təşkilatçılıq və əsl vətənpərvərlik məktəbinin
əvəzedilməzliyini qəbul
və etiraf edirəm. Xatırlatmaq istəyirəm ki,
bütün bunlar sadə reallıqdır.
Ən yaxşısını elə
mənimlə həmfikir
olanlar bilər. Mənəvi-əxlaqi dəyərlərimizi,
tarixi keçmişimizi,
ədəbiyyatımızı da, digər gözəl bildiklərimizi
də Vətəni sevmək səviyyəsində
yaşaya bilənlər...
Eləcə dünən
də, bu gün də, sabah da!
Mövzudan uzaqlaşmayaq. Ancaq deyim
ki, Layihənin şərtləri yol versəydi, yazımı axıradək elə bu ruhda davam
etdirərdim. Hər halda
davam edən söhbətimizin özü
də uğurların
başqa bir sevincidir. Əslində
bir-birinin davamıdır,
yeni, daha maraqlı söhbətlərə
bir körpüdür..
Başçı danışır...
Şabran Rayon İcra Hakimiyyətinin
başçısı Novruz
Novruzovla bir çox mövzularda söhbətlərimiz oldu.
Təbii
ki, ən vacib məsələ rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən
işlərin, qazanılan
uğurların, tarixi
hadisəyə çevrilmiş
unudulmaz günlərin
xatırlanması, qarşıda
duran vəzifələrdən
söhbət açılması
idi. Söhbətimiz də məhz
elə bu istiqamətdə davam etdi.
Novruz müəllimin söylədiklərindən:
- Keçən il rayonumuz
üçün də bir çox cəhətdən yadda
qalan, əlamətdar il olmuşdur. İqtisadi, sosial, mədəni
quruculuq işləri sahəsində nəzərəçarpacaq
irəliləyiş əldə edilmiş, rayon mərkəzi,
kəndlərimiz xeyli abadlaşmış, sosial əhəmiyyətli
bir çox vacib məsələlər öz həllini
tapmışdır. 2011-ci il cənab Prezidentin rayonumuza səfəri
ilə şabranlılar üçün də əlamətdar
olmuşdur. Azərbaycan vətəndaşlarına
qayğını gündəlik fəaliyyət prinsiplərindən
biri kimi həmişə diqqət mərkəzində saxlayan
möhtərəm prezidentimiz səfər zamanı rayonumuzda
son illərdə aparılan abadlıq, quruculuq işləri ilə
yaxından tanış olmuş, Heydər Əliyev Mərkəzi,
Şabran Tarix Diyarşünaslıq Muzeyi, Uşaq
Yaradıcılıq Mərkəzi, Mədəniyyət
Sarayı və 80 çarpayılıq rayon Xəstəxanasının
yeni binasının istifadəyə verilməsində
iştirak etmişdir. Dövlət başçısı
rayonumuzun ərazisində tikilən dövlət əhəmiyyətli
layihə olan Vəlvələçay-Taxtakörpü
kanalının istismara hazır olan 10,7 kilometrlik birinci hissəsinin
açılışında iştirak etmiş,
"Taxtakörpü" Su anbarında aparılan tikinti
işlərinin gedişi ilə yaxından
maraqlanmışdır. Cənab Prezidentin yeni xəstəxananın
açılışından sonra rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşü
zamanı dediyi, "Mən Şabran rayonuna dəfələrlə
səfər etmişəm, buraya bir neçə dəfə gəlmişəm,
vəziyyətlə tanış olmuşam. Deyə bilərəm
ki, rayon çox sürətlə inkişaf etmişdir"
sözləri hər birimiz üçün çox dəyərlidir
və biz şabranlıları bundan sonra daha yaxşı
işləməyə, rayonumuzun inkişaf etmiş qabaqcıl
rayonlar səviyyəsinə çıxması
üçün bütün səy və
bacarıqlarımızı sərf etməyə səfərbər
edir...
Əsaslı
irəliləyiş
2011-ci ildə rayonda sosial-iqtisadi,
abadlıq və quruculuq işlərinin yerinə yetirilməsində
əsaslı irəliləyişlər əldə
edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 16
avqust 2011-ci il tarixli sərəncamı ilə Şabran
rayonunda abadlıq və quruculuq işlərinin sürətləndirilməsi
məqsədilə 2 (iki) milyon manat, Dövlət Neft Fondundan
1(bir) milyon manat vəsait ayrılmışdır.
Ayrılmış vəsaitin 1,9 milyon manatı ötən il ərzində
ən vacib işlərin yerinə yetirilməsinə sərf
edilmişdir. Heydər parkında tikinti və abadlıq işləri
başa çatdırılmış, 30 mənzilli 5 mərtəbəli
yaşayış binasının əsaslı təmiri
yekunlaşmışdır. Şəhərin küçə
və meydanlarında 2924 kv.m istinad divarı tikilmiş və
3028 kv.m üzlük daş vurulmuşdur. 2 fəvvarə, 3
söhbətgah, 2 Uşaq Əyləncə Kompleksi
tikilmişdir. Şəhərdə piyadaların gedişi
üçün 3496 metr yola 1350 kv.m asfalt, 2146 kv.m
üzlük daş, park və meydanlara isə 5262 kv.m (cəmi
7408 kv.m) dekorativ üzlük daş döşənmiş,
3728 metr uzunluğunda bardur qoyulmuşdur.
Şəhərin 4,2 km
uzunluğunda 4 küçəsinə, park və meydanlarda isə
4,8 km uzunluğunda müasir işıqlanma sistemi
quraşdırılmışdır. 60 mənzilli 5 mərtəbəli
daha bir yaşayış binasında təmir-bərpa işləri
başa çatmaq üzrədir. Görkəmli Azərbaycan
şairi Xaqaninin heykəli ucaldılmış və
qarşısında meydan tikilmişdir.
(ardı gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-13
aprel.- S.7.