"SARI
GƏLİN"ə TÜRKİYƏDƏN BAXIŞ - 1
Amma öncə:AMAN "SARI GƏLİN"
Və nədən:AMAN! Təbii, bu sözün iki məna daşıdığını
bir kimsə danmaz və buna görə də kiçik bir izahata etiyac
var.
Olubmu, olmayıbmı, bu SARI GƏLİN və nədən SARI? Kimdi,bu SARI GƏLİN? Mən
bu ədəbi aləmin içində olandan bu müzakirə
olunur və iş o yerə çatıb ki, bir müddət Türkiyədə yaşadığım
illərdə də mən bu SARI GƏLİN məsələsinin müzakirə
olunduğunun, bir çoxlarının da bu SARI GƏLİNi üzdən iraq
yerlərə yozduğunun
da şahidi oldum. Və bir çox
zaman bunu eləyənlər özləri
də türklər idilər və ya geniş anlamda
desək Türk vətəndaşlığı adını daşıyan
sənətçilər idilər.
Bunu araşdırmaq bir o qədər asan deyil. İş o yerə gəlib çıxıb ki, artıq SARI GƏLİN bir
emblem, bir müzakirə
imkanı yaradan bir səviyyədədir.Yəni
bu müzakirə cızığından çıxmış
kimi görünür
və çox acı bir şey:
Erməni SOYQIRIMI məsələsində
bu SARI GƏLİN bir
ortam yaratmaqla SOYQIRIM qondarmasına qarşı
qoyulmuş bir dilemmaya,bir tezisə çevrilməkdədir.Və təbii,
mən uzun illər bu ədəbi
aləmin içində
olduğumdan vaxtilə
"QOBUSTAN" toplusunda da
bu məsələ barədə bir neçə yazının
yayınlanmasında ANAR müəllimin
böyük əməyi
olduğunu vurğulamaq
istərdim ki, hələ o zaman bu məsələ bugünkü qədər
asan müzakirəyə
çıxarılmırdı və onu da
bilmirəm ki,Türkiyədə
bu məsələ bizim mətbuatda müzakirə olunduğu illərdə araşdırılırdımı
və ya Akif İslamzadə o məşhur oxuması ilə bizim içimizi titrədəndə
SARI GƏLİN oxuması Türkiyədə
oxunurdumu, oxunmurdumu? Bunu mən dəqiq bilmirəm, çünki mən araşdırıcı
deyiləm.
Amma, bu gün görünən budur ki, SARI GƏLİN artıq
bir əks dilemmaya çevrilib.
Daha doğrusu, hətta SOYQIRIM
kimi bir bəlanın inkar edilməsində bir vasitə olub və Türkiyə SARI GƏLİN
adında bir film çəkməklə Türk
ictimaiyyəti bir erməni rejissor tərəfindən bir filmə- ARARAT filminə qarşı bu vasitədən istifadə
edib.
Yəni SARI GƏLİN
mövzusu artıq dünyada daşlaşmış
və Türkiyənin
uzun illərdən bəri mübarizə elədiyi ERMƏNİ SOYQIRIMI məsələsinə
qarşı Türk tərəfinin bir iddiası kimi ortaya atılmışdır.Təbii,
film çəkilib və
onun haqqında kiçik bir məlumatı verməzdən
qabaq çox acı və öyrədici olan (neçənci dəfə,
Allahım) bir olmuşu oxucuların diqqətinə çatdırmaq
istəyirik və keçdiyimiz günlərdə
Türk qəzetlərindən
birindən aldığımız
bu örnək belədir.
NYU-YORKDA AĞLAYAN BİR ERMƏNİ
"ƏSƏR BADİ SƏBA
ZÜLFİN TELİNƏ
GƏL SƏNİ
GÖTÜRÜM İSLAM ELİNƏ..."
Bir türk yazarın anlatdığı: Nyu-Yorkda
bir marketdə qarşılaşdığım birisi türk olduğumu bilmiş, "haralısan, həmşərim"-deyə məndən soruşdu. "Yozqatlıyam"-
dedim."Yozqatın harasındansınız"-soruşdu həmən.
Bir az çaşan
kimi oldum. "Sizdəmi yozqatlısınız"-deyə soruşdum.
"Yox, mən Sivaslıyam"- dedi. Sonra məndən Aşıq Veysəli soruşdu.
Sivaslı alevi,şiyə vətəndaşlarımızdan
birisi bildim onu. Amma o qayıdıb:
" Erməniyəm"-
dedi.
50-60 sənə
əvvəllər köçmüşlər.
"Veysəl
indi nə eləyir"- soruşdu məndən. "Ölüb,
Veysəl"- dedim. Baxdım ki, gözləri doldu. Üzünü çevirdi və
başladı ağlamağa.
"Çox yaxındıq, ailə dostumuz idi, Aşıq
Veysəl. Çörəyini
çox yedik, - dedi erməni, - suyunu içdik. Bir-birimizin.
Oralara gəlmək istəyirəm"- dedi.
Bu qədər
illərdən sonra bu qərib bir
ölkədə və
Amerika kimi bir kosmpolit bir
ölkədə öz
kökündən qopa
bilmirsə və bu yaşda gözləri
dolursa və ağlayırsa, bir erməni və illərcə eyni havanı udduğumuzu, eyni suyu içdiyimizi,hələ
eyni quşların civiltisini eşitdiyimizi xatırlayırsa, insanlarla
dil tapıb yaşamaq mümkündür
demək. Əgər bunu düşünsək
bizim türkülərimizin
ermənilər tərəfindən
sevilib, cana
yaxın bilinməsi heç də təəccüblü deyil.
SARI GƏLİN türküsünün isə
xüsusi bir tarixi və taleyi var. Türkünün
ən birinci qaynaq insanı olan Ərzurumlu və Ərzurum türkülərinin ustadı
HAFİZ FARUK QALAdır. Böyük türk bəstəkarı
Tanpınar özünün
"BEŞ ŞƏHƏRDƏ" kitabında
danışır ondan.
"SARI GƏLİN" bu beş şəhərdəki
coğrafiyanın,o yerlərin ORTAQ bir türküsüdür. Orta Anadoluda
"AĞ GƏLİN" deyə bir türkü var, eynən buna bənzər.
Bəs "AĞ GƏLİN" türküsünün
sözləri necəydi?
Ağ Gəlin də gəldi indi yaylaqdan
Qaşın deyil, gözün
məni ağladan.
Sənə bu gözəllik Qədri Mövladan
Alaram əhdimi kamam,Ağ
gəlin.
(burada
kiçik bir izahata ehtiyac var: AĞ sözü bugünkü türkcədə
həm də TOR deməkdir. Məsələn:
BALIQ AĞLARA DÜŞDÜ VƏ YA TOPU AĞLARA GÖNDƏRDİ...
Amma burada AĞ sözü əsil mənasında Orta Anadadoluda işlənən kimi
AĞ (Siyah) mənasındadır.
Və Ağmaya bir
GƏLİNƏ aşiq olan
və muradına çatmayan bir ermənin o gəlinin arxasınca söylədiyi
bir ağıdır
bu.
Həzin bir eşq hekayəsi olan "SARI GƏLİN"
Doğu tərəflərin
bir türküsü.
Azərbaycanı
da içinə alan Qafqazlar
adlı çoğrafiyada
bu mahnı hər zaman yaşamış və yaşamaqdadır. Belə
bir təxmin var: "SARI GƏLİN" bir
erməni, amma o türkünü YARADAN və
OXUYAN bir türk. Belə şeylərin çox örnəkləri var. Elazıqda
AXÇİ deyə erməni
qızına söylənən
bir türkü var.
Türk insanı gözəl
görünən hər
şeyə tez aludə olur və vurulur. Dininə, kitabına baxmaz. Harputda bir gənc bir
axçiya aşiq olmuş.
Və belə bir şeir
də var:
Axçığı
yolladım Urum elinə
Əsər badi-səba zülfün telinə
Gəl səni götürüm İslam elinə
Məni bu dərdlərə salan,o Axçi.
Vardım bir kilsəyə,
xaç suya dəyər.
Axçini gərənin ürəyi
yanar
Mən dindən dönərsəm
el məni qınar
Sərimi sevdaya salan
o Axçi.
Buna bənzər
şeylər çox
çoxdur və Dadaloğluda da var.Bir erməni qızına aşiq olmuş.Sadəcə sultanlar
aşiq olmur. Gönül fərman dinləməz.
(DAVAM EDƏCƏK)
PƏRÇİM
Sevimli yazarımız Faiq Qismətoğlu
"Ədalət" qəzetindən aldığı
qonararı və yaxın bir adamının ad günü
üçün yığdığı pul cibində bərəkəllahla
deyib evinə gedən marşrut avtobusuna minir və düşəndə
baxır ki, pullar yoxdu. Adamı sanki ildırım vurur, Allah eləməmiş.
Çox sadəlövhlüklə özünü sahə
polisinin yanına atır və məsələni onlara
danışır.Polis onu dinləyir və adama ümid verir. Əsas
iş də bundan sonra başlayır. Faiq bəy
danışır ki,məni o qədər sorğu-suala çəkdilər
ki, gördüm ki,bunlar mənim özümü günahkar
çıxaracaqlar.O çıxan çıxdım ordan.
Oxşar bir şey mənim də
başıma gəlmişdi.Bir az sakitləşmək
üçün otağıma gələn yazarlardan
soruşmağa başladım: Bakıya gəldiyiniz gündən
cibinizə girən olubmu?
Məlum oldu ki, bəzi
yazarların cibinə bir neçə dəfə giriblər və
nə var hamısını aparıblır
Sevimli Qulu Ağsəs daha uzun bir
hadisə danışdı, onu yadda saxlamağa yaddaş yox,
amma qısası: uzun illər qabaq (və sonralar da) lap elə
şəhərə ilk ayaq basan gün bütün
varidatını çıxarıblar cibindən.
Elçin Hüseynbəyli,
maşallah boylu-buxunlu igid bir oğlan, balam, onun da cibinə girən
olub.
Bir neçə il öncə faciəli
surətdə yazar Musa Mərcanlının cibindən telefonun
çıxarıblar. ( Özü də otuz saniyə ərzində.
Bunu ayrıca vurğulayır.)
Elnur Astanbəyli başına bir
neçə dəfə bu işlər gəlsə də,
deyir ki, bir dəfə də yazılarım içində
olan sumkanı metroda oturacağa qoyub, keyflə qəzet
oxuduğu zaman yanında oturan bir adam usulca o sumkanı
götürüb əkilmiş və Elnurun bütün sənədləri
və var-yoxu da içində.
Pul-mul cəhənnəm, o
sumkanı aparan ERMƏNİ SOYQIRIMINA aid nadir bir şəkli
də o yazılarla birgə aparmış.
Elnur deyir ki, Allaha yalvarırdım
ki, pul cəhənnəm, amma sənədləri və o şəkli
geri verməsini çox arzu edirdim.
Azad dünyada hər şey
azaddır.
Tofiq Abdin
abdin41@mail.ru
www.tofigabdin.com
Ədalət.-2012.-14
aprel.- S.15.