Ölkə Prezidenti Salyanı təqdir etdi
Ola bilsin ki, hələ
bir neçə il öncə
bölgələrlə bağlı
hökumətin çıxardığı
qərar bir çoxlarında şübhələr
də yaratmışdır.
Əslində isə belələri
yanılmışdır. İqtisadi potensialı hər gün bir qədər də artan respublika
çox düzgün
bir proqramla əyalətlərin inkişafına
rəvac verdi.
Daim diqqətdə saxlanılan
regionların sosial-iqtisadi
proqramı tezliklə
öz nəticəsini
ortaya qoydu. İndi Azərbaycanın ən ucqar rayonlarında belə bu iradənin
nəticələri görünməkdədir.
Bu barədə
təzə söz demək, yazmaq bəlkə də nəyisə təkrarlamaq
kimi görünsə
də əslində bu məsuliyyətlə həyata keçirilən
işlərin nəticəsinin
əksidir axı.
Ölkənin regionlarla bağlı
həyata keçirdiyi
dövlət proqramı
yerlərdə bu uğurların qazanılması
üçün aparılan
abadlıq-quruculuq işləri
bu gün göz önündədir.
Bununla bağlı indi nəyisə yazmaq, şərh etmək yalnız regionlar haqqında təəssüratların
genişlənməsinə xidmət edir.
Bu mənada
Salyan rayonunda da son bir ildə
həyata keçirilən
abadlıq-quruculuq işlərini
ölkə ictimaiyyəti
müxtəlif televiziya
kanalları ilə izləyə bildi.
Azərbaycan Prezidenti İlham
Əliyevin Salyan rayonuna etdiyi səfərlə bağlı
hazırlanan reportajlarda
ürəkaçan məqamlar
əks etdirildi.
Ölkə Prezidenti Salyanda
Martın 13-də bu rayonda
səfərdə olan
Prezident İlham Əliyev öncə rayon mərkəzindəki Heydər
Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət etməklə başladı.
Son bir
ildə Salyanda görülmüş abadlıq-quruculuq
işləri ilə bağlı ona verilən məlumatdan göründü ki, çoxmərtəbəli binaların
fasadları müasir memarlıq üslubunda layiqincə təmir edilmiş, milli ornamentlərlə bəzədilmişdir.
Təmir
edilən, abadlaşdırılan
küçələrə 630 ədəd işıqlandırma
dirəyi qoyulmuşdur.
Ələt-Astara yolunun Salyan
şəhərindən keçən
hissəsində 5 kilometr
uzunluğunda istinad divarı tikilməklə
"Gülbax" daşla
üzlənmişdir.
Salyan rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin tikintisində olan, Heydər Əliyev Fondunun təşəbbüsü
ilə tikilən Uşaq Texniki Yaradıcılıq Mərkəzinin
açlışında iştirak
edən Prezident əsaslı təmirdən
çıxmış "Kür " otelinə baş çəkməyi
də unutmadı.
1865-ci ildə inşa olunmuş, sonradan müəyyən səbəblərdən uçulub-dağılmış
nəhayət, son illərdə
əsaslı təmir
və bərpa edilmiş Salyan şəhərindəki Cümə
məscidində olmağa
da vaxt tapan
İlham Əliyev Babazanan dağında aşkar edilən müxtəlif dövrlərə
aid əmək alətləri,
bəzək əşyaları
ilə tanış olmuşdur.
İbadət üçün hər
bir şəraiti olan məsciddə görülən işlərdən
ölkə Prezidenti razı qalmışdır.
Prezident
sevincini də gizlətmədi
10 mindən çox əhalinin yol
problemini həll edən, uzunluğu 23.5 kilometr, eni 10 metr olan,
Prezidentin ehtiyat fondu hesabına təmir edilən Kürsəngi-Yolüstü
kənd arası avtomobil yolunun açılışında rəmzi
qırmızı lenti kəsən İlham Əliyevə burda
aparılan işlər haqqında geniş məlumat verildi. Bildirildi
ki, bu yol Kürsəngi, Birinci Varlı, Yolüstü, Yeni
Uluxanlı kəndlərinin ərazisindən keçməklə
bərabər Peyk və İkinci Varlı kənd sakinlərinə
də xidmət edəcək.
Buradakı rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşən
İlham Əliyev sevincini də gizlətmədi: " Bu
gün gördüklərim məni sevindirir. Gözəl
binalar, gözəl yollar, iş yerləri, ticarət yerləri.
Şəhərin abadlaşması əlbəttəki,
çox müsbət haldır.
Kəndlər də
abadlaşır. Kəndlərdə insanlar yaxşı
yaşamalıdırlar. Qazlaşdırma prosesi gedir. Yəqin
ki, gələn ilin sonuna qədər Salyan rayonunun
bütün kəndləri qazlaşdırılacaqdır.
İçməli su layihələri icra edilir. Elektrik enerjisi
ilə bağlı problem yoxdur. Kənd yollarının
tikintisi gedir. Salyanda əvvəlki dövürdə Mərkəzi
Rayon Xəstəxanası yenidən qurulmuşdur, Olimpiya
İdman Kompleksi, böyük elektrik yarımstansiyası
tikilmişdir. Növbəti illərdə rayonun uğurlu
inkişafı üçün əlavə tədbirlər
görüləcəkdir".
Heç şübhəsiz ki,
ölkə Prezidentinin bu çıxışı xüsusən
son bir ildə Salyanda aparılan abadlıq-quruculuq, təmir
-tikinti işlərinə yüksək bir qiymət idi.
Həm də onun 2011-ci il 19 aprel
tarixli Sərəncamı ilə ayırdığı 2 milyon
manat vəsaitin təyinatı üzrə səmərəli
istifadə edildiyindən doğan razılıq duyğusu
ayrıca hiss edilirdi. Bu səmimi görüşdə Prezident
çox incə mətləblərə də toxundu: " Mən
Salyanda tez-tez oluram. Bir məqamı da xatırlamaq istəyirəm
ki, mən 2003-ci ilin prezident seçkiləri
kampansiyasını məhz Salyandan başlamışam. Ulu
Öndər də seçki kampaniyasını 1998-ci ildə
məhz Salyandan başlamışdır. Bu gün isə
sizinlə bərabər bu gözəl hadisəni qeyd edirik.
Yenə də deyirəm bu, mənim Prezident kimi Salyana
beşinci, ya altıncı səfərimdir. Bundan sonra
açılışlar çox olacaq. Gözəl tədbirlər
olacaqdır".
Görüşün sonunda
İlham Əliyevlə xatirə şəkli çəkdirən
Prezidenti gözəl əhval -ruhiyyə ilə yola salan
salyanlılar bir daha əmin oldular ki, ölkə
başçısı hələ onlarla çox
görüşəcəkdir.
(ardı var)
Səxavət
Məmmədli
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-17 aprel.-S.7.