TİTANİK
Nə vaxtsa oxumuşdum ki,
""Titanik" İngiltərədən Amerikaya səfər
edərkən 1912-ci ildə aprel ayının 14-dən 15-nə
keçən gecə aysberqə toxunmuş, bu səbəbdən
okean sularına qərq olmuşdur, xeyli sayda insan tələf
olmuşdur", "1912-ci ildə "Titanik" batandan az
sonra Rusiyada istehsal olunan kibrit qutularının üzərində
gəminin təsviri və "Titanik"
yazılmışdı", "Gəminin batmasının əsl
səbəbi qaçaq yolla aparılan Misir Fironlarından II
Ramzesin arvadının mumiyası olmuşdur",
"Titanik" barəsində yazılmış əsər
gerçək gəminin batmasından xeyli əvvəl
yazılmışdır", "Titanik" dünyada SOS
siqnalı verən ilk gəmi olmuşdur"...
Hafizəmdə 1980-ci illərin
sonlarında "Titanik" barədə oxuduqlarım təsirli
iz salanda unudulmuş "Titanik" yeni-yeni gündəmə
gələrək xarici ölkə mətbuatından
sızırdı. Və hələ böyük sevgi
dramını özündə yaşadan, yüzlərlə
insanı okean sularına qərq edən, ilk və son səfərində
özü də dəryanın dibinə
çökmüş əfsanəvi "Titanik" barədə
kinorejissor və rəssam Ceyms Kameron tərəfindən filmin
çəkilişinə çox var idi.
Təsadüf,
yoxsa zərurət
1997-ci ildə çəkilmiş
film ekranlara çıxaraq təkcə milyonların qəlbinə
yol tapmadı, həm də öz sirli dünyası ilə həyatla
əfsanə, həqiqətlə uydurma, gerçəkliklə
mif, təsadüflə zərurət arasındakı
bağlılığın və bu bağlılıqda bizim
hələ də anlaya bilməyəcəyimiz həqiqətlərin
heyrətamiz təsdiqi oldu.
Amerikalı yazıçı
Morqan Robertson 1897-ci ildə "Boş yerə" adlı
romanını deyəsən boş yerə
yazmayıbmış. Bir vaxtlar özü də dənizçi
olmuş Morqan olacaqları bilirmiş kimi qələmə
almışdı. Roman 1998-ci ildə çapdan
çıxdı, ilk vaxtlar müəllifin gözlədiyi
uğuru qazanmasa da romanla 14 il sonra baş vermiş həqiqət
arasında eynilik heyrət doğuracaq qədər maraqlı və
ağrılı oldu. Romanın yazılışı ilə
ekran versiyası arasında yüz illik zaman fasiləsi, ekran
versiyası ilə "Titanik" in batmasının
yüzüncü ili arasındakı 14 illik vaxt, Morqan
Robertsonun "Titanik"in batmasından 3 il sonra qəfləti
ölümü, "Titanikin" yüzüncü ilinə 3
il qalmış gəminin sonuncu sakini, həm də
özünün 100 yaşının tamamına 3 il
qalmış İngiltərəli Millvina Dinin ölümü
, bütün bunlar təsadüfdürmü?
"Titanik" filmində artıq
101 yaşlı qocalmış Rouzu canlandıran amerikalı
aktrisa Qloriya Stüart filmə çəkilərkən 86
yaşında ikən ömrünü məhz həmin
yaşa çatdıra bildi. Məhz bu roluna görə
"Oskar" və "Qızıl qlobus"
mükafatlarının nominantı olan aktrisa ötən il 100
yaşında dünyasını dəyişdi. Cavan və
gözəl Rouzun rəsmi isə elə ötən il hərraca
çıxarılaraq 16000 dollara alıcı tapdı (Hollivud
ulduzu Keyt Uinsletin filmin çəkilişi üçün
kinorejissor və rəssam C.Kameron tərəfindən çəkilmiş
rəsm əsəri). Amma gəmidən 2 aylıq xilas
olmuş M.Din nə səbəbdənsə filmi görmədən
bu dünyadan köçdü.
2010-cu ilin sonlarında
aldığım informasiyada isə "Titanik"in necə
batdığına dair yeni versiyanın gəminin sağ
qalmış sərnişinlərindən birinin nəvəsinin
açıqlamasının həqiqətə nə dərəcədə
yaxın olduğunu bilməsəm də hələ talesiz
"Titanik" barəsində uzun illər
danışılacaq mövzuların tükənməyəcəyinə
əminəm.
"Titanik"
Kaledoniya kanalında dirildi
Faciə zamanı sağ
qalmış, lakin artıq dünyasını dəyişmiş
bir sərnişinin nəvəsi Ledi Pattenin yazdıqlarına
görə gəmi indiyədək söyləndiyi kimi, həddindən
artıq sürətlə hərəkət etdiyi və nəticədə
aysberqdən qaçmağın mümkünsüz
olmadığı səbəbindən batmayıb. Faciəyə
səbəb sükançının səhvi olub.
"Aysberqi görən zaman gəmini
ondan qaçırtmaq üçün kifayət qədər
vaxt olub. Amma onu idarə edən şəxs kobud səhvə
yol verərək, "Titanik"i tərs tərəfə
döndərməyə başlayıb. Sonradan o səhvini
düzəltməyə çalışsa da, gec olub və gəmi
aysberqə dəyib",-deyə Patten yazır. O, bildirir ki, hətta
toqquşmadan sonra da sərnişinləri xilas etmək
mümkün imiş: "Əgər həmin an gəmini
saxlasaydılar, sərnişinlər həlak
olmayacaqdı". Çünki yaxınlıqdakı gəminin
"Titanik"ə çatması üçün cəmi 4
saat vaxt lazım idi. "Titanik"in məxsus olduğu (vhite
Star Line) şirkətin rəhbəri isə insidentin onun
şirkətinin imicinə zərbə vuracağını
düşündüyündən kapitanı sürətlə
üzməyə davam etməyin vacibliyinə inandıra bilib.
Nəticədə aysberqin zədələdiyi yerdən su gəminin
içərisinə daha sürətlə dolmağa
başlayıb və "Titanik" suyun dibinə
mümkün olandan bir neçə saat tez gedib". Bu sirri
100 ilə yaxın heç kim bilməyib. Gəminin heyət
üzvlərindən olan Çarlz Laytoller bu həqiqəti
yalnız sevimli arvadına-mənim nənəm Silviyaya
danışıb. Nənəm mənim 16 yaşım olanda
dünyasını dəyişib. O, bu haqda mənə
danışsa da, bu haqda kiməsə nəsə deməyimi
qadağan etməmişdi", - deyə Patten bildirir.
Hansı səbəbdən
batmasından asılı olmayaraq bu gəmi möhtəşəmliyi
ilə yanşı insan tələfatının sayına
görə faciəvi idi. Ətrafında gedən sirrli, müəmmalı
söz-söhbətlər isə macərasevənlərin diqqətini
özünə çəkməkdə davam edir.
"Titanik"lə bağlı olan əşyaların hərraclarda
alınıb-satılmasından tutmuş,
kolleksiyaçıların kolleksiya toplamasına qədər,
kiçik modelindən tutmuş oxşarını, eynisini
yaratmağa qədər .
İngiltərəli Sten Freyzer də
batan "Titanik" sərnişin gəmisinin modelini
hazırlayıb. Evinin arxasındakı bağçada,
Kaledoniya kanalında duran "Titanik"in uzunu 38 metrdir. "Titanik"lə
bağlı faciənin
bir əsrlik il dönümünə
hazırlaşdığını deyən Sten Freyzer bu işdə
anasının xatirəsinin
ona yardımçı
olduğunu söyləyib.
O, gəmidə muzey və kafe olacağını
deyir. Onun maketini hazırlayanda
bağçamda iki köhnə maşınım
vardı. İşə başlayandan sonra qonşular da yardım etdilər. Nəticədə 1:10 miqyasda maket
hazırlaya bildim",-Freyzer
söyləyib.
"Titan",
yoxsa "Titanik"
Rəqəmlər hadisələrin
özü qədər müəmmalı və həm də
maraqlıdır.
Romandakı "Titan" da həqiqətdəki
"Titanik" də eyni limandan-İngiltərənin
"Şouthamton" limanından yola
düşmüşdür. Hər iki gəmi ilk dəfə səfərə
çıxmışdır. "Titan" 70 min,
"Titanik" 66 min ton, "Titan" 248 m. "Titanik"
252 m. olmuşdur. Hər iki gəmidə üç minə
yaxın sərnişin olmuş, romanda 1500 gerçək qəzada
1503 (bəzi mənbələrdə 1513 min) nəfər həlak
olmuşdur. Hər iki gəminin 3 pərvanəsi olmuşdur.
Romandakı "Titan" Nyu Foundland (Şimali Amerika)
yaxınlığında Atlantik okeanında aysberqə
çırpılıb, 14 il sonra gerçək
"Titanik" də. Bu qədər uyğunluq və
oxşarlıq 14 illik zaman kəsiyində sirli dünyanın
insanlara hansı mesajıdır demək çətindir. Amma
maraq doğuran sirrlərlə dolu məsələlər
bununla bitmir. Bir İngiltərəli jurnalist-Villam T Stead da
ölümündən 20 il əvvəl "Titanik"
adlı hekayə yazıbmış və gerçəkdə
olduğu kimi onun yazdığı hekayədə də gəmi
buz dağına çırpılaraq batmışdır.
Acı həqiqət isə ondan ibarətdir ki,Villam gerşək
"Titanik"lə birgə okean sularına qərq
olmuşdu. Demək çətindir bütün bunlar təsadüfdürmü?
Gerçək "Titanik"in ilk
və son səfərindən 20 il və 14 il əvvəl
yazılmış "Titanik", "Boş yerə"
zamanı qabaqlamış yoxsa...
Demək çətindir gəminin
sonuna sirli Misir mumiyası çıxmışdır...
Titanikin sahibi "The White Star Line" deyilen
bir şirkət imiş. Bu firmanın ortaqlarından olan Sir Ceyms Colenin atası
Misirdə Ramzes mumyasının qazıntılarına
qatılan 70 adamdan biriymiş. Buna görə ailəsiylə
birlikdə sonsuza qədər lənətlənmişdir.
Mister Cole qazıntılardan
qısa bir müddət sonra digər yoldaşları kimi məlum olmayan xəstəlikdən
ölmuşdür. Üstəlik cənazəsini daşıyan
gəmi də Aralıq Dənizində itmişdir. Oglu Ceyms isə
həyatı boyunca bu lənətdən nəsibini almışdır.
Anası
və bacısını
evlərində baş
verən yangında itirmişdi. 18 yaşına qədər yetimlər evində yaşamaq məcburiyətində
qalmışdır. Yenə
də müvəffəqiyyətli
bir iş adamı olub "The White
Star Line" adlı bir
dəniz şirkətini
yaratmaga nail olmuşdur.
Ancaq atasının qatıldıgı
qazıntının 20-ci ilində
şirkətin gəmiləri
tək-tək talehsiz qəzalar keçirməyə
və batmaga başlamışdır. Şirkət bir müxtəlif qəzaların qarşısını
ala bilməmişdir. Üstəlik mətbuatda hər gün tənqid yazıları çıxırdı.
Şirkətin zərəri faciəvi
ölçülərə çatmışdır. "The
White Star Line" son oyununu oynamağa
qərar vermişdi.
Bütün mal-pulunu üç
böyük super lüks
gəmiyə yatırmışdı.
Bu gəmilərin adları "Olympic Titanik"
və "Britannik"
imiş. Bu üç gəminin üzərində bir lənət varmış.
İlk gəmi- "Olympic" 1911-ci ildə
Atlantik okeanında bir aysberqə çırpılmışdır. Təmir üçün gətirildiyi
limanda çıxan bir yanğında da tamamilə yanmışdır. "Titanik" qeyri-qanuni bir şəkildə mumya daşıdığı
söz-sohbətlərinə baxmayaraq 1912-ci ildə səfərə çıxmışdır.
"Titanik"in traqik hekayəsini hər kəs bilir, onun da
yoluna bir aysberq çıxmışdır.
"Britannik" isə I Dünya Müharbəsi əsnasında
1916-cı ildə meydana
gelən bir partlamada batmışdır.
Qısa müddət sonra "The
White Star Line" şirkəti dənizçilikdən çəkildiyini
açıqlamışdır. Ceyms Colenin atasının qatıldığı qazıntıda
mumyası çıxardılan
Ramzes lənəti isə beləymiş.
..MƏNİ YERİMDƏN OYNADAN HƏR KƏSİ SULARA
BASDIRACAGAM...
Bu qorxulu
nağıla bənzər
ağrılı bir həqiqətdir. Amma
gəmidəki 2 min 233 sərnişin
və ekipaj üzvündən xilas olmuş 706 nəfərin hər birinin özlərindən sonra qoyub getdikləri saysız qorxulu "Titanik" nağılları
yaşayır. Gəmi isə
Titanik kimi batmaq zərb məsəli.
Afət Babayeva
Ədalət.-2012.-17
aprel.-S.7.