Ölkə Prezidenti Salyanı təqdir etdi
(əvvəli
ötən sayımızda)
Gözəllik asan əldə edilmir
Ölkə başçısının Salyana səfəri ilə bağlı bəhs etdiyimiz ümumi təqdimat işdə elə də asan deyil.
Qazanılan bu uğurların
arxasında çox böyük məsuliyyət
və zəhmət dayanır. Rayonun girişindən hiss edilən
bu abadlıq-quruculuq işləri milli memarlıq üslubunda inşa edilmiş "Salyan şəhəri"
göstəricisindən başlayır.
Ələt-Astara yolunun
şəhər ərazisindən
keçən hissəsində,
Dövlət Bayrağı
Meydanında, Y.Qasımov,
X.R.Ulutürk, T.Xəlilbəyli,
Heydər Əliyev, Nizami küçələrində,
"31 mart Dünya azərbaycanlılarının
soyqrımı", "1941-1945-ci il Böyük Vətən Müharibəsi
"abidə komplekslərində,
sosial və ticarət obyektlərində
həyata keçirilən
təmir-tikinti işləri
işləri bu gün göz oxşayır. Təmizlənmiş, təmir edilmiş,
səkiləri yenidən
qurulmuş, fasadları
dəyişdirilmiş binalar,
küçələr, meydançalar
böyük zəhmətin
bəhrəsidir.
Etiraf etməliyik ki,
son bir ildə Salyanda görülən işlərin miqyası çox böyükdür.
Çünki, illərlə tökülüb
qalan təmir-bərpa,
abadlıq-quruculuq işlərini
bir ildə başa çatdırmaq elə də asan deyil.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin sərəncamı
ilə 2011-ci ilin 16 iyununda Salyan rayon İcra Hakimiyyəti İnzibati binasının
tikintisi üçün
2 milyon manat vəsait ayrılmışdır.
Artıq
binanın inşasına
başlanılmışdır. Müəllimlər İnsititutunun Salyan
rayon filialının inzibati
binasının və
yataxanasının təmiri
üçün ayrılmış
500 min manat vəsait təyinatı üzrə
xərclənmiş və
gözəl nəticə
əldə edilmişdir.
17 hündürmərtəbəli
binanın da dam örtüyü dəyişdirilmişdir.
Hər bir yenilik, yaradılan gözəllik
ağır zəhmətdən
keçir. Salyanda bu
gözəllikləri yaradanların
işləri hələ
çoxdur. Çünki rayonun buna ehtiyacı
çox, rəhbərliyin
həvəsi isə tükənməzdir. Prezident İlham
Əliyev də bu rayona tez-tez
yön salmağı sakinlərə söz verib. Belə səmimi görüşlər
üçün də
daha məsuliyyətlə
çalışmaq lazımdır.
Ötən ilin uğurları
2011-ci il Salyanda təkcə abadlıq-quruculuq
sahəsində uğurlar
əldə edilməyib.
İstər iqtisadiyyatın müxtəlif
sahələrində, istər
sosial sferada rayonun ümumi göstəriciləri təqdirə
layiqdir.
Ötən il Salyan
rayonunun yerli büdcəsinin gəlirləri
5 milyon 920 min manat olmuşdur. Büdcədə
sosial obyektlərin təmirinə 412 min manat,
yolların təmirinə
450 min manat, abadlıq
işlərinə 498 min manat
xərclənmişdir.
2011-ci ildə
16531 hektar taxıl sahələrindən 48438,2
ton məhsul əldə
edilmişdir. Ət istehsalı
12650.1 tona, süd istehsalı 42207.2 tona yüksəlmişdir. Rayonda 118 milyon
718 min manatlıq kənd
təsərrüfatı məhsulları
istehsal edilmişdir.
Müqayisə üçün
bildirək ki, bu 2010-cu ildəkindən
26 milyon 678.9 min manat artıq olmaqla 27.5 faiz çoxdur.
Rayonda sahibkarlığa diqqət xeyli artdığından bu sahədə müəyyən
uğurlar əldə
edilmişdir. Qaraçala qəsəbəsində
onlara torpaq sahələri ayrılmış
və lazımı şərait yaradılmışdır.
Rayonda istehsal edilən kənd təsərrüfatı
məhsullarının xarici
bazarlara çıxarılması
məqsədi ilə mühüm layihələr
həyata keçirilmişdir.
"Hacı-Camalxan" kəndli (fermer) təsərrüfatı tərəfindən
2011-ci ildə 450 min manatlıq
meyvə- tərəvəz
konserv məhsulları
ABŞ-a, Almaniyaya, Polşaya,
İsrailə ixrac edilmişdir. Salyandakı
1186.5 hektar üzüm
bağından kənd
əməkçiləri ötən
il 4615,5 ton məhsul götürmüşlər.
Kənd təsərrüfatı
bitkilərini vaxtında suvarmaq, torpaq sahələrinin
meliorativ vəziyyətinin yaxşılaşdırmaq məqsədi
ilə 364- kilometr dren şəbəkəsi, 562 kilometr suvarma
kanalları yenidən təmizlənmişdir.
Sakinləri təbii qazla daim təmin
etmək üçün Salyan şəhərinə
üç istiqamətdə orta təzyiqli qaz kəmərinin
çəkilməsinə başlanmışdır. Kənd
sakinlərinin də təbii qazla normal təminatı
üçün müvafiq tədbirlər görülür.
Arbatan, Çuxanlı, Babazanan, Qardili, Şəkərli, Həsənli,
Qarabağlı, Yolüstü kəndlərində yenidənqurma
və bərpa işləri aparılmışdır.
Rayondakı içməli su problemini
həll etmək üçün Azərbaycan və Yaponiya
hökumətləri arasındakı kredit layihəsi əsasında
Salyan şəhərinin su və kanalizasiya sisteminin yenidən
qurulması üçün 70 milyon dollar vəsait
ayrılmışdır.
Bir sözlə, Salyan rayonunda
iqtisadi-sosial göstəricilər 2011-ci ildəki
uğurların tam əksidir.
Hər
kəs sözünü deyə bilər
İnsanların yaşam tərzini
formalaşdıran iqtisadi durumun , sosial qayğıların, məişət
məsələlərinin həlli həmişə asan olmur. Heç
şübəsiz ki, rayon rəhbərləri belə məsələlərin
həllində sakinlərlə açıq təmasda
olmağa daha çox üstünlük verirlər.
Salyan rayon İcra Hakimiyyətinin
başçısı Tahir Kərimov bu tendensiyanı bir azda
genişləndirərək 2012-ci il martın 9-da
"Açıq mikrafon" günü keçirilmişdir.
Görüşdə iştirak və çıxış edən
icra başçısı son bir ildə rayonda görülən
abadlıq-quruculuq işlərindən, uğurlardan bəhs etməklə
bərabər insanların sosial və məişət
qayğılarını da nəzərdən
qaçırmadığını bildirmişdir. Və bu sahədə
sakinlərin öz fikirlərini sərbəst şəkildə
bildirməyi xahiş etmişdir. Ölkənin müxtəlif
telekanallarının, informasiya agentliklərinin, qəzetlərin
iştirak etdiyi "Açıq mikrafon" günündə
çıxış edən şəhər və rayon sakinləri
arzu və təkliflərini bildirməklə bərabər
onları narahat edən məsələlərdən də bəhs
etmişlər.
Ümumi fikir isə son bir ildə
Salyanda aparılan təmir-tikinti, abadlıq- quruculuq işlərinin
təqdir etməsi olmuşdur.
Səxavət
Məmmədli
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-18
aprel.-S.7.