MÜQƏDDƏS
ARZULARA QOVUŞMAQ ZAMANI
(əvvəli
ötən sayımızda)
Çəmənli
kəndində Seyid Lazım Ağanın ziyarətgahında
böyük abadlıq işləri aparılmış,
Xındırıstan məscidinin həyətində
yardımçı bina tikilmiş, Quzanlı qəsəbə
qəbristanlığında 1 ədəd subartezian quyusu
qazılmış, 500 metr su xətti çəkilmiş,
bulaq kompleksi inşa olunmuş, hasar çəkilmiş, ətrafı
abadlaşdırılmışdır.
Bundan başqa Əfətli Uşaq
Musiqi Məktəbinin binası təmir olunmuş, əlavə
3 sinif otağı tikilmiş, Xındırıstan kəndinin
girişində müasir üslubda dayanacaq tikilərək ətrafı
abadlaşdırılmış, Quzanlı qəsəbəsində
250 yerlik ictimai xeyir-şər evi tikilib istifadəyə
verilmiş, Birinci Dördyol qəsəbəsində belə
bir ictimai xeyir-şər evinin tikintisi başa çatmaq
üzrədir.
Soltanbud təpəsindəki Bayraq
Meydanı yenidən qurulmuş, 16x8 metr ölçüdə
yeni Bayraq asılmış, Qalaətrafı parkın
abadlaşdırılması davam etdirilmişdir
Quzanlı qəsəbəsində
tikinti-abadlıq işləri davam etdirilmiş, Heydər Əliyev
prospektinin təhsil şöbəsi ilə yeni xəstəxanaları
birləşdirən hissəsində yeni səki
salınmış, işıqlandırma sistemi
quraşdırılmış, ətrafında ağaclar əkilmişdir.
Akademik Zərifə Əliyeva
küçəsinin yeni qəsəbənin
qarşısından keçən hissəsində iki tərəfdən
səki çəkilmiş, işıqlandırma sistemi
quraşdırılmış, ətrafına ağaclar əkilərək
abadlıq işləri aparılmışdır.
Dövlət
Proqramının icrası
Rayonda "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrası ilə bağlı bir çox işlər
görülmüşdür. Dövlət Proqramında səhiyyə,
mədəniyyət, idman və təhsil müəssisələrinin
inşası və yenidənqurulması üzrə Quzanlı
qəsəbəsində mərkəzi rayon xəstəxanası,
uşaq xəstəxanası və doğum evi tikilərək,
həmçinin Quzanlı Mədəniyyət Evinin əsaslı
təmir işləri başa çatdırılaraq istifadəyə
verilmişdir.
Rayon üzrə 2011-ci ildə
ümumi məhsul istehsalının həcmi 96.088.000 manat
olmuş, 2010-cu ilin müfaviq dövrü ilə müqayisədə
bu 93 faiz təşkil etmişdir. Sənaye məhsulunun
ümumi həcmi 4.930.000 manat, ticarətin dövriyyəsi
7.955.000 manat, göstərilən dövrdə əsas kapitala
yönəldilən vəsaitlər 17.888.000 manat olmuşdur.
Dövlət Proqramının
(2009-2013-cü illər) rayonda icrası ilə bağlı məlumatlar
vaxtında toplanıb icmallaşdırılaraq Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinə, rayon icra
hakimiyyəti başçısına, digər aidiyyatı
orqanlara göndərilmişdir. Rayonun sosial-iqtisadi göstəricilərini
əks etdirən 36 bülleten, 20 təhlili məruzə
hazırlanmışdır.
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə
təsdiq edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"nın və həmin proqrama prezidentin 2007-ci il
31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları
ilə təsdiq edilmiş əlavələrin icrası ilə
əlaqədar Ağdam rayonu üzrə 31 tədbirin
icrası nəzərdə tutulmuşdur. Ondan hal-hazıra kimi
17 tədbir icra edilmiş, icra müddətinə əməl
olunmaqla 4 tədbir icra olunur.
Bərdə və Ağcabədi
rayonları ərazisində çadır düşərgələrində,
eləcə də Bərdə rayonu ərazisində dəmiryolu
üzərindəki yük vaqonlarında müvəqqəti
yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi
köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin
yaxşılaşdırılması üçün 17 qəsəbə
salınıb istifadəyə verilmişdir.
Ağdam rayonundan olan 35 məcburi
köçkün ailəsinə rayonun ərazisində -
Qasımbəyli qəsəbəsində evlər tikilib
onların istifadəsinə verilmişdir.
Aqrar sahəyə xüsusi diqqət
Ağdam elə əvvəllərdən
də inkişaf etmiş kənd təsərrüfatı
rayonu olduğundan taxılçılığa xüsusi fikir
verilmişdir. Dövlət Proqramı (2009-2013-cü illər)
qəbul edildikdən sonra bu sahə daha da ön plana çəkilmişdir.
2011-ci ilin məhsulu üçün 19511 hektar sahədə
taxıl əkilmiş, ötən ilin müvafiq dövrü
ilə müqayisədə 386 hektar sahəyə artıq
taxıl səpilmişdir. Mövsümdə 16162 hektar sahədə
biçin aparılaraq 41071 ton məhsul əldə
olunmuşdur. Rayonda 2012-ci ilin məhsulu üçün 18419
hektar sahəyə taxıl səpilmişdir, bundan 15869 hektar
buğda, 2546 hektarı isə arpa sahəsindən ibarətdir.
Ərzaq məhsulu kimi tərəvəz
istehsalı da daima artırılmışdır. 2011-ci ildə
2622 hektar sahədə tərəvəz əkilmişdir ki, bu
da 2010-cu ildəkindən 357 hektar və ya 19,7 faiz çoxdur.
Artıq bu günə 2622 hektardan 48808 ton tərəvəz,
496 hektardan 8140 ton kartof və 200 hektar sahədən 4200 ton
bostan məhsulu toplanmışdır.
Rayon üzrə iribuynuzlu mal-qara
34160 baş, ondan inək və camışlar 15200, qoyun və
keçilər 102047 baş, ət istehsalı 3115 ton, süd
istehsalı 27100 ton, yumurta istehsalı 8046 min ədəd
olmuşdur. Ötən ilin müvafiq dövri ilə
müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 9
faiz, qoyun və keçilər 1,3 faiz, ət istehsalı 10,5
faiz, süd istehsalı 0,9 faiz, yun istehsalı 1,6 faiz
artmışdır.
(ardı gələn sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-20
aprel.- S.7.