CƏLİLABAD
- TİKİLİR Kİ, İZ QALSIN...
(əvvəli qəzetimizin
ötən sayında)
İşiniz uğurlu, eviniz nurlu olsun!
Son illər rayonda yeni istehsal
müəssisələrinin, ticarət, iaşə və məişət obyektlərinin tikilməsi
hesabına yüzlərlə
işsiz özünə
iş yeri tapıb. "Azərbaycan
Respublikası Regionlarının
Sosial-İqtisadi İnkişafı
Dövlət Proqramı"nın və digər tədbirlərin yerinə yetirilməsi nəticəsində son 8 il
ərzində 24150, o cümlədən
2011-ci ildə 824 iş
yeri açılıb
və iş yerlərinin yarıdan çoxu daimi xarakterlidir.
Son illər olduğu kimi ötən
il də şəhid ailələrinə və Qarabağ əlillərinə,
qaçqın və məcburi köçkünlərə
diqqətlə yanaşılıb. Tikintisi başa
çatmış 16 və 36 mənzilli yaşayış
binalarının mənzilləri xüsusi komissiya vasitəsilə
sosial ədalət prinsipi əsasında bölünüb, 42
Qarabağ müharibəsi əlili və şəhid ailəsi,
2 Böyük Vətən Müharibəsi əlili, 2 nəfər
20 Yanvar əlili və 6 Çernobl iştirakçısı
mənzillə təmin edilib.
2011-ci ildə rayon sakinlərinə
rabitə xidmətinin göstərilməsində də
uğurlar əldə olunub. Rayon poçtamtı üzrə
tarif gəlirləri proqnozu 105 faiz yerinə yetirilib, əhaliyə
96,4 min manat pullu xidmət göstərilib. Astanlı kənd
poçt şöbəsi üçün yeni bina tikilib.
Astanlı kəndinə 7,5 və Ağdaş kəndinə
6,5 kilometr kabel çəkilib, Cəlilabad-Yardımlı yolunun
tikintisi ilə əlaqədar 13,5 kilometr kabel yenisi ilə əvəzlənib.
Cəlilabad və Göytəpə şəhər, Sabirabad,
Qarazəncir, Alar və Günəşli kənd elektron avtomat
telefon stansiyalarında əlavə nömrə
quraşdırılması üçün DSLAM
avadanlığı alınıb.
Dövlət Proqramına
müvafiq olaraq əhalinin elektrik enerjisi ilə təchizatını
yaxşılaşdırmaq məqsədilə Cəlilabad
şəhərində elektrik təsərrüfatının
yenidən qurulması uğurla başa
çatdırılıb. Şəhərin yeni
yaşayış massivində 6, habelə Bədirli,
Adnalı, Cəfərxanlı, Uzuntəpə və
Üçtəpə kəndlərində yeni transformator
istifadəyə verilib, 14,5 kilometr yararsız elektrik xətləri
yenisi ilə əvəzlənib.
Ötən il Günəşli kəndində
yeni qazpaylayıcı stansiya tikilib, Günəşli və
Alar kəndlərinə təbii qaz verilib, rayon üzrə
1161 paqonmetr qaz xətti dəyişdirilib. Bu il Cəlilabad
şəhərinin yenidən qazlaşdırılması və
12 kəndə təbii qazın bərpa edilməsi nəzərdə
tutulub.
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nda Cəlilabadın
şəhər və kənd yaşayış məntəqələrinin
su təchizatı ilə yaxşılaşdırılması
nəzərdə tutulub. Ölkə prezidentinin
tapşırığına əsasən Cəlilabad şəhərində
su və kanalizasiya sisteminin yenidən qurulması
üçün texniki şərtlər hazırlanıb,
içməli suyun Viləşçaydan gətirilməsinə
dair layihə təsdiq olunub. Dünya Bankının vəsaiti
hesabına Almaniya, Türkiyə və Azərbaycan mütəxəssislərinin
həyata kecirəcəyi bu mühüm tədbir nəticəsində
2013-cü ilədək Cəlilabad şəhərində yeni
su və kanalizasiya sistemi çəkiləcək,
bütün çirkab sular yeraltı borular vasitəsilə təmizləyici
qurğuya axıdılacaq.
Dərsə gedən min uşaq...
Rayonda təhsilin inkişafına
diqqət artırılıb və bu prosesə gündəlik
nəzarət olunur. Nəticə də göz
qabağındadı. Ötən il Gülməmmədli kəndində
360 şagird yerlik tam orta məktəbin tikintisi başa
çatdırılıb. Cəlilabad şəhər 2
saylı tam orta məktəbi üçün 640, 6 saylı
ümumi orta məktəbi üçün 180 və Sabirabad kənd
1 saylı tam orta məktəbi üçün 480 şagird
yerlik məktəblərin tikintisi davam edir. Soltankənd kəndində
180, Həziabad kəndində 360 və Zəhmətabad kəndində
80 şagird yerlik tam orta məktəbin tikintisi də nəzərdə
tutulub.
Cəlilabad ötən ilki məzunları
ilə də fəxr edə bilər. 2010-2011-ci dərs ilini
başa vurmuş məzunlardan 232-si ali, 120-si isə orta ixtisas
məktəblərinə qəbul olunub. Cəlilabad şəhər
1 saylı məktəb-liseyin 695 bal toplayan məzunu Mirfaiq Mirhəsənov
Prezident təqaüdünə layiq görülüb. Rayon
İcra Hakimiyyəti yüksək bal toplayan 11 nəfərə
aylıq təqaüd təyin edib.
Akademik Zərifə Əliyeva
adına orta məktəbin XI sinif şagirdi İlahə Təhməzova
xalq yazıçısı Mirzə İbrahimovun 100 illiyi ilə
əlaqədar inşa müsabiqəsində qalib gəldiyi
üçün I dərəcəli diploma layiq
görülüb.
Məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatını
yaxşılaşdırmaq üçün rayonun 110 məktəbində
739 dəst kompüter quraşdırılıb. Təhsildə
qazanılan uğurlara görə Cəlilabad şəhər
8 saylı məktəb-liseyin müəllimi Qərənfil Əhmədova
"Respublikanın əməkdar müəllimi" fəxri
adına layiq görülüb, akademik Zərifə Əliyeva
adına tam orta məktəbin direktoru Elminaz Nadirova "Tərəqqi"
medalı ilə təltif olunub. Cəlilabad şəhər 1
və 8 saylı məktəb-liseyləri "İlin ən
yaxşı məktəbi" müsabiqəsinin qalibi elan
ediliblər.
Rayonda tibbi xidmətin səviyyəsi
əvvəlki illərə nisbətən yüksəlib,
ötən il imtiyazlı xəstələr 229,7 min
manatlıq pulsuz dərman preparatları ilə təmin olunub.
Açılışında ölkə prezidenti cənab
İlham Əliyevin iştirak etdiyi dünya standartlarına
cavab verən müalicə-diaqnostika mərkəzi istifadəyə
verildikdən sonra əhaliyə göstərilən səhiyyə
xidməti daha da yüksəlib.
Rayon mədəniyyət və
turizm şöbəsi il ərzində tarixi hadisələr, əlamətdar
günlər, bayramlar və yubileylər münasibətilə
maraqlı kütləvi tədbirlər keçirib, əhalinin
asudə vaxtının təşkili üçün
davamlı tədbirlər görüb.
Turizm sahəsində də bir
sıra işlər görülmüş, Cəlilabadın
turizm potensialı düzgün dəyərləndirilərək
bu sahəni daha da inkişaf etdirmək üçün
xüsusi proqram hazırlanıb. Bu gün rayon ərazisində
8 turizm obyekti fəaliyyət göstərir ki, onların da
ikisinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
lisenziya verilib. Həmin obyektlərdə beynəlxalq
standartlara cavab verən meyarlar əsasında xidmətin səviyyəsini
yüksəltmək və əlavə obyektləri istifadəyə
vermək üçün tədbirlər görülür.
Açılan qapılar, açıq
qapılar
Vətəndaşların müəyyən
olunmuş qrafikə uyğun olaraq qəbulu, onların
müraciətlərinə vaxtında baxılması və
haqlı tələblərinin həll edilməsinə
xüsusi diqqət göstərilib. Müraciətlərin əksəriyyəti
dərhal həll olunub, həlli mümkün olmayan problemlər
barədə vətəndaşlara müvafiq izahatlar verilib.
Rayonun imkanı xaricində olan problemlər barədə isə
müvafiq qurumlar qarşısında məsələ
qaldırılıb.
Cəlilabadın zəhmətsevər
insanları son illər rayonun abad və gözəl olması
üçün çox işlər görüblər. Onların
əməyi sayəsində Cəlilabad tikilir, yenidən
qurulur. Tikilir ki, iz qalsın...
Etibar
CƏBRAYILOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-25 aprel.- S.7.