PORTRET
CİZGİLƏRİ
GEDƏSƏN
GƏRƏK
Həc yeri müqəddəs, inanc yerindi,
Tanrı dərgahından umanc yerindi,
Şər də, şər qüvvə də qınanc yerindi,
Halala tapınıb gedəsən gərək.
Ilkin nəfəsindən izin
qalıbsa,
Başın da dikdisə,
üzün, qalıbsa,
Xoş əhval bir kəlmən,
sözün qalıbsa,
Sonuca inanıb gedəsən gərək
Bu bir yol ayrıcı, bu bir səfərdi,
Bir yükdü boynunda, hər nə
təhərdi,
Bu elə dan üzü, elə səhərdi,
Şehinə qatdanıb gedəsən
gərək,
Baş vurub səmadan
aldığın varsa,
Ağ-ağ buludunda
qaldığın varsa,
Yeddi qat dünyaya vardığın
varsa,
Yüz anıb, min anıb
gedəsən gərək.
Ayna çeşmələrdə nəfsin
durula,
Min yalan ötürən səsin durula,
Çəkdiyin
azanda pəsin durula,
Tək ruha qapanıb
gedəsən gərək.
Həc yeri müqəddəs, inanc yerindi,
Tanrı dərgahından umanc yerindi,
Şər də, şər qüvvə də qınanc yerindi,
Halala tapınıb gedəsən
gərək.
SƏSİN
GƏLMƏDİ
Yaman it-bat oldun bu neçə
ayda,
Nə səsin gəlmədi,
nə də xəbərin.
Ötdü üstümüzdən sarışın
yay da,
Sənin də gül açdı,
Qülənçər səfərin, Lilpar
səfərin.
Ehtiram ayrıdı, inad ayrıdı,-
Nə başa gələndi,
nə vecə gələn.
Acı da gül kimi,
təndi, yarıdı,
Baxtına ya gündüz,
ya gecə gülən.
Tinin düz olanda mən yada düşdüm,
Sən iş-güc adamı,
nəkarəyəm mən.
Işə bax, böhtandan, şərdən üşüdüm,
Işə bax, qınandım
şeir deməkdən.
Qalmağal içində, qalda nə işim,
Günahın sahibi qalıb
qıraqda.
Yolunda nə işim, yolda nə işim,
Canım çarmıxında, canım
daraqda...
Külüng daşımdadı, daş
ayağımda,
Atıram çiynimə, özgəyə
dəyir.
Hər iş qəribədi solda, sağımda,
Ötüb, qarşımdakı güzgüyə dəyir.
Yaman it-bat oldun bu neçə
ayda,
Nə səsin gəlmədi,
nə də xəbərin.
Ötdü üstümüzdən sarışın
yay da,
Sənin də gül açdı,
Qülənçər səfərin, Lilpar
səfərin.
BALIQ
ADAM
Ay evin tikilsin adam
yiyəsi,
Bu adam
balina olacaq vallah.
Yaman işlək olub dişi, tiyəsi,
Bu adam
ortada qalacaq vallah.
Dənizə, nə suya girməyi
yoxdu,
Dəniz içindədi, su içindədi.
Bir kölgəlik dərdi dərməyi yoxdu,
Elə yeməyində, içməyindədi.
Yalanın altından ötməyi varmış,
Yerin dəyişməyi demirəm hələ.
Unvansız oturub bitməyi varmış,
Süfrəni eşməyi demirəm
hələ.
Üstündə
göz-qulaq, qayğı
lazımdı,
Yadda-yaddaşından
huş itib
gedib.
Çidarı
lazımdı, bağı
lazımdı,
Ayaq sözə baxmır
baş itib gedib.
Köhnə dəyirmandı, qulaq da dözmür,
Yorub-yoracaq da, yola salacaq.
Ovub-ovundurmaq, qılıq da dözmür,
Işindən-gücündən dala salacaq.
Harda aş bişirsə orda başdadı,
Özünə bir oxşar,
həmdərd tapacaq.
Gördünki,
kimisə söydü,
daşdadı,
Siyasət üstündə bir dərs yapacaq.
Qaçıb gizlənəcək, gərək
deyilsə,
Əlində çırağın gəz də, dolan da.
Tapacaq, taqəti, gücü əyilsə,
Tapacaq gileyə, sözə
dolanda.
Ay evin tikilsin adam
yiyəsi,
Bu adam
balina olacaq vallah.
Yaman işlək olub dişi, tiyəsi,
Bu adam
ortada qalacaq vallah.
ADA
BAX
Ada bax, şah adı,
xaqan adıdı,
Irzindən, idmindən yetimlik yağır..
Kürkə bax belinin ortasındadı,
Kürkə bax, üstündən
pintilik yağır.
Papaq əyri qalıb qaşının üstdə,
Bilmirəm Şamaxı, Gəncəmi
deyim
Kefi alabulud, başının üstdə,
Bilmirəm şitliyin öncəmi,
deyim.
Ələ bax, dar-dütdək cibindən çıxmır,
Qamət əyri qalıb,
bel əyri qalıb.
Gəliri heç yerin dibindən çıxmır,
Şor pendir qiymətdə,
Vaxtı yox sığala,
tel əyri qalıb.
Gözü həndəvərdə, qapı
tinində,
Gedəni, gələni əlindən
qoymur.
Günü-güzaranı dəllal
günündə,
Şəkəri, balını
dilindən qoymur.
Durular, saz olar, işığa qaçar,
Bığaltı gülüşü çaşdırar səni.
Arabir özü də qaşığa qaçar,
Bu tülkü
gəlişi, çaşdırar
səni.
Ada bax, şah adı,
xaqan adıdı,
Irzindən, idmindən yetimlik yağır..
Kürkə bax belinin ortasındadı,
Kürkə bax, üstündən
pintilik yağır.
ƏLİ
ÇIRAQLI
Aşağı baxıram yeri
görürəm,
Yuxarı baxıram
yarlı-yaraqlı.
Işə bax, özümü diri
görürəm,
Işə bax, gəzirəm əli
çıraqlı.
Baxıram, baxışım yola
gizlənib,
Sən demə yollara, izə
bağlıyıq.
Bu nə bənövşədi
kola gizlənib,
Bizki, son bahara, güzə bağlıyıq.
Danın dan üzünün ağı aldadır,
Sütül havasına, şehə
güvəndik.
Şuşaya bax, yenə, dağı aldadır,
Oturub, durub da mehə güvəndik.
Dəyişdi çölümüz, iç
ölüb getdi,
Yerişimiz yalan, kölgəmiz
yalan.
Arana, yaylağa
köç ölüb
getdi,
Neçə yurd yerimiz, bölgəmiz yalan.
Çəkib bu yükləri çəkib gətirdik,
Girib altınaca varıb
gedirik.
Sonraya ötürdük, sona ötürdük,
Bütün ümidləri qırıb,
gedirik
Aşağı
baxıram yeri görürəm,
Yuxarı baxıram yarlı-yaraqlı,
Işə bax, özümü diri görürəm,
Işə bax, gəzirəm
əli çıraqlı.
İZZƏT
BULAĞI
Bu bulağın yaşı, əzəli
qədim
Yol üstü, çox sayda, mərd
yola salıb.
Salavat bilib də üzə çəkmişik,
Neçə qəm, kədəri,
dərd yola salıb.
Elə aynalanıb neçə diləkdə,
Gülüb, çeşmələnib qarda,
küləkdə,
Gəlib dualanıb hür də, mələk
də,
Neçə yad baxışı,
bəd yola salıb.
Dönüb ziyarətə, pirə
dönübdü,
Göydəki ruhlar da, yerə,
dönübdü,
Dil açıb bu Rəmə, dərə
dinibdi,
Ocaq olub qalıb, yrd olub qalıb.
Qədim kurqan kimi Duzdağa
bir bax,
Böyründə,
başında yüz dağa bir bax,
Düşmən
olmuşlara gözdağı,
bir bax,
Duyub, duyğulanıb, sərt olub qalıb.
Çiçək
düymə-düymə, gül
düymə-düymə
Şeh küsüb tökülər,
əl, dəymə, dəymə,
Ocaqda kömbəsi, kül düymə-düymə,
Dəyirman ununa, şərt
olub qalıb.
Seçib, seçmələyib doğmanı,
yadı,
Qalıb ağızlarda, dodaqda dadı,
İzzət bulağıdı çoxdandı,
adı,
Neçə namərdləri, pərt
yola salıb.
Bu bulağın yaşı, əzəli
qədim,
Yol üstü, çox sayda, mərd
yola salıb.
Salavat bilib də üzə çəkmişik,
Neçə qəm, kədəri,
dərd yola salıb.
BİÇİLMİŞ
Sözə bax, içimdən düzlənib
gedir,
Boynuma biçilmiş, boya biçilmiş.
Döngədə, doqqazda gizlənib gedir,
Kölgəyə biçilmiş, Aya biçilmiş.
Ağrısı
ağrı tək, dərdi dərd kimi,
Nizamı, düzümü sərhəd,
sədd kimi,
Bir az şahmat
kimi, bir az, nərd kimi,
İllərə biçilmiş, aya biçilmiş.
Tutumu, çözümü yol olub qalıb,
Başı qalmaqalda, qal olub qalıb,
Kürümdə,
Arazda sal olub qalıb,
Dalğaya biçilmiş, suya biçilmiş.
Bu ilmə, bu düyün qıfılbənd deyil,
Yada, yovuşmaza yata, bənd, deyil,
Hər iş ki, kədərdən,
ya dərtdən deyil,
Səmaya biçilmiş, Göyə biçilmiş.
Bu savaş özümün öz
içimdədi,
Ocaq, içimdədi, köz,
içimdədi,
Sorğu köçümdədi,
söz köçümdədi,
Ova-ovxarıma, oya biçilmiş.
Ölüm saya salmır,
qaçaq düşübdü,
Əlindən xançalı,
bıçaq düşübdü,
Indi, cəhənnəmə,
çıraq, düşübdü,
Düyünə biçilmiş,
toya biçilmiş.
Sözə bax, içimdən
düzlənib gedir,
Boynuma biçilmiş, boya
biçilmiş.
Döngədə, doqqazda gizlənib
gedir,
Kölgəyə biçilmiş,
Aya biçilmiş
Fəxri
Müslüm
Ədalət.-2012.-25
aprel.- S.6.