Paulo Koelyonun sirləri
Bu gün milyonlarla oxucusu olan,
kitabları əldən-ələ gəzən Koelyonun
böyük yazıçı olmaq üçün cadu
etdirdiyini bilirdinizmi? Yəqin ki, yox. Amma bu tam dəqiq məlumatdır
Koelyo məşhur olmaq üçün həm cadu etdirib, həm
də şeytanla müqavilə bağlayıb. Bütün bu
hadisələr, illər öncə baş verib. Yəni
artıq Koelyo dahi kimi qəbul olunur və onun cadu etdirməyə,
şeytanla müqavilə bağlamağa ehtiyacı yoxdur.
Koelyonun həyatından bəhs edən
"Bir döyüşçünün həyatı"
adlı bioqrafiyanı qələmə alan Fernando Morais belə
deyir: "Bu kitabın içində hər şey varg Seks,
şiddət, narkotik, az da olsa homoseksualizm, rok və
satanizm..."
"Kimyagər", "Veronika
ölmək istəyir", "Portobello cadugəri" və
"Əlif" kimi əsərlərin müəllifinin
qaranlıq və dəhşətli həyat hekayəsi ilə
yaxından tanış olaq.
Həyatı
əsərlərindən daha maraqlı olan Koelyo...
Məncə Paulo Koelyonun əsərlərindən
daha maraqlı, daha qəribə həyat tarixçəsi var.
Gənclik illərinin bir hissəsi
Rio de Janeyroda psixiatriya xəstəxanalarından birində
keçsə də, güclü sakitləşdiricilər və
elektroşok müalicəsi ruhundakı fırtınanı
azaltmaq yerinə, daha da şiddətləndirmişdi. O
psixoloji problemlərdən əziyyət çəkirdi.
Psixiatrik xəstəxanadan
çıxdıqdan sonra jurnalistikayla məşğul olub. Daha
sonra musiqiçi Raul Seixasla tanış olub və birlikdə
populyar mahnılara imza atıblar. Koelyo mahnılar yazır,
Raul isə oxuyurmuş. Bu qədər qarmaqarışıq həyat
yaşayan, Koelyo bir müddət də davamlı olaraq narkotikdən
istifadə edir.
Jurnalistika ilə məşğul
olduğu illərdə yalan xəbərlər, dezinformasiyalar
yazır, oxucuları aldatmaqla məşğul olur. Məsələn,
Con Lennonun evindən reportaj hazırlamaq üçün
getdiyi günü xəbərdə belə yazıb:
"Lennon əvvəl könülsüz idi, amma kim
olduğumu başa düşən kimi, məni içəri
dəvət etdi və saatlarla söhbət etdik. Yola salanda isə,
qapıya qədər də məni ötürdü". Həqiqət
isə belə yazılmalı idi: "Sərt
baxışlı qapıçı o gün məni
qapıdan içəri buraxmamışdı".
"Bir döyüşçünün həyatı",
yoxsa "Cadugər"?
Məncə bu məlumatlar o qədər
də qəribə deyil. Bir çox yazıçılar
narkotik də istifadə edib, yalan da danışıb, bəlkə
falçı yanına da gedib. Amma Koelyonun bir müddət
öncə çap olunan bioqrafiyası, braziliyalı
yazıçının çox qaranlıq və vəhşi
həyatını açıq-aydın göz önünə
sərir. Təbii ki, çox maraqlıdır, əsl adı
"Cadugər" olan kitabı nə üçün
türkcədə "Bir döyüşçünün həyatı"
olaraq tərcümə ediblər?
Məncə, kitabın türk
naşiri, yazıçının çox əcaib, bir az da
qorxulu həyat hekayəsinə mötəbərlik
qazandırmaq istəyib. Hər halda bu cəhd o qədər də
əhəmiyyətli deyil. Koelyo, dünyanı təəccübləndirməyi
bacarıb.
Fernando Morais, "Bir
döyüşçünün həyatı"nı
("Cadugər"i) yazmaq üçün üç il
Paulo Koelyonun icazəsini gözləmiş, öz diliylə
desək, "həyatını didik-didik etmiş, xüsusi əlaqələrini
geniş araşdırıb, vəsiyyətini oxuyub, dərmanlarını
öyrənib, ciblərini axtarıb və eşq macəralarının
meyvəsi ola biləcəyini düşündüyü
uşaqlarını axtarıb". Ən önəmlisi,
Koelyonun qırx ildir yazdığı qeydləri
araşdırıb. Və yazarın altmış illik həyatına
sığdırdıqlarını bir anın parçaları
kimi birləşdirərək onun kitablarının
hamısından daha təsirli bir iş ortaya
çıxarıb. Mənə elə gəlir ki, Koelyonun həyatı
daha maraqlıdır.
Cadu
etdirən Koelyo
Morais hissələrinin çoxu
Koelyonun köhnə sevgililərinin adını daşıyan
kitabı belə izah edir: "Bu kitabın içində hər
şey var... Seks, şiddət, narkotik, az da olsa homoseksualizm,
rok və satanizm..." Necə, satanizm? Necə yəni?
Sülhməramlı, Paulo Koelyo ilə satanizmin nə əlaqəsi
ola bilər? Ancaq var imiş. Koelyonun 200 cildlik gündəliklərini
oxuyub onunla söhbət edib 100 kaset dolduran Moraisin gəldiyi nəticə:
Paulo Koelyo bir zamanlar satanist imiş. İllərlə cadu
etmiş, hətta heyvan qurban edərək ovsunlar edən, bu
şəkildə dünyanı dəyişdirməyi
qarşısına məqsəd qoyaraq şeytanın məbədinə
gedirmiş. Sadəcə, məbədə getməyib, həm
də şeytanın sadiq müridi olub. Ən böyük
arzusunun reallaşması üçün, yəni
böyük bir yazar ola bilmək üçün ruhunu
şeytana satmağı belə sınayıb. Sınayıb
deyirəm, bəlkə də bacarıb. Nəhayət ki, o
artıq çox zəngin və məşhur bir
yazıçıdır. Ancaq bu da mümkün variantdır
Şeytanla müqavilə
Amma deyilənə görə,
Koelyo çoxlu faciələr yaşadığı
üçün qorxub, şeytanla müqaviləsini pozub.
Morais yazır ki, Roman Polanskinin
hamilə arvadı Şaron Dadası və rəfiqələrini
qətlə yetirən Çarlz Mensonun ömür boyu həbs
edilməsi haqqında gündəliyinə "İnsanlar
Mensonu anlamadıqları üçün çarmıxa
çəkirlər" deyə yazıbmış. Bu gün
şirin təbəssümüylə mistikadan, müqəddəs
şeylərdən danışan Paulo Koelyonun bu cür iyrənc
keçmişi olub.
Ən qəribəsi budur ki, oxucuları
yazıçının gündəliklərini
bioqrafiyadakı seçmələrdən kənarda heç
zaman oxuya bilməyəcək. Çünki
yazıçı ölərsə bunların
yandırılmasını vəsiyyət edib.
Camaatın içində lüt gəzmək
Bioqrafiyaçısı Morais,
Koelyonun cinsi təcrübələrinin də çox dəhşətli
olduğunu söyləyir. Bunların çoxu kitabda yoxdur. Məsələn,
yazıçı gündəliklərindən birində, hələ
yetkinlik vaxtında qız dostuyla onun yaşlı və iflic
qohumunun gözləri qarşısında necə sekslə məşğul
olduqlarını yazır.
Kitabdan öyrəndiyimizə görə
yazıçının gəncliyində insanlar arasında
çılpaq gəzmək kimi iyrənc vərdişi var
imiş. Bütün qəribəliklərinə,
iyrəncliklərinə baxmayaraq Koelyo dünyanın ən
çox oxunan müəl.liflərindəndir. Mənə elə
gəlir ki, oxucular Koelyonun həyatını
araşdırmağa vaxt ayırmaqdansa, kitablarını
oxusular daha yaxşı olar.
Cəlil Cavanşir
Ədalət.-2012.-25 aprel.- S.4.