"Ən yaxşı tanıdığım adam, özüməm"

 

  Bu həyatı mən seçməmişəm ki...

 

  "Həmkar" rubrikasının 13-cü qonağı-Cəlil Cavanşir - yazar, tərcüməçi, jurnalist. Bədii yaradıcılıqla yanaşı, müxtəlif publisistik yazıların və araşdırmaların müəllifidir. Boynuna düşən işin öhdəsindən gəlməyi özünə borc bilir. Bu üzdən də peşəsinə və qələminə məsuliyyətlə yanaşır. Və onda bu uğurlu alınır axı, deyəsən...

 

   "Çoxlarının utandığı, gizlətməyə çalışdığı mövzuları mən yazıram"

 

   - Cəlil Cavanşir kimdir- yazıçı, jurnalist, yoxsa...?

   - Cəlil Cavanşir yaşamaq, oğlunu böyütmək üçün mətbuatda çalışmağa məcbur olan, yazıçı-tərcüməçidir. Jurnalistika mənim yaşamağım üçün vasitədir. Özümü peşəkar jurnalist hesab etmirəm. İmkanım olsa, jurnalistika ilə məşğul olmaram. Özümü peşəkar yox, bacarıqlı jurnalist hesab edirəm. Amma elə gətirib ki, bəzən peşəkarlarla da kəllə-kəlləyə gələ bilirəm (gülür ).

   - Oğlunu özünü istədiyin kimi saxlaya bilirsənmi?

   - Hərdən çox ciddi çətinliklərim olur. Günlərlə siqaret almağa pulum olmayan vaxtlar da olub. Mən çətinliyə öyrəncəliyəm. Özümlə bağlı heç bir qayğım yoxdur. Çünki elə dostlarım var ki, məni qoruyurlar. Bəzən dostlarımın qayğısından narahat oluram, utanıram. Dostların dəstəyi mənə yaşamaq gücü verir. Hərdən haqqımı tapdalayan "dostlarım" da olur. Oğlum mənimlə yaşamır. Onun əsas qayğıları anasının üstündədir. Mən, sadəcə, maddi dəstək verə bilirəm. Amma onun daha çox mənəvi dəstəyə, yanında güvənəcəyi bir insanın olmasına ehtiyacı var. Bütün ətrafım məni yaxşı ata kimi tanıyır. Amma mən ata kimi özümdən çox narazıyam.

   - Mənə hədiyyə elədiyin "Underground sevgilər" kitabını oxudum. Hər sətirdən üsyankarlıq yağır. Bu bir imicdir, yoxsa yazdıqların yasadıqlarındır?

   - "Underground sevgilər" mənim üçüncü kitabımdır. Mən daxilən üsyankar adamam. Haqsızlığa qarşı qəti dözümüm yoxdur. Bəzən başqalarına edilən haqsızlıqlar da məni depressiyaya salır. Şeirdə daha çox yaşadıqlarımı yazıram. Hətta bir çox hekayələrimin qəhrəmanı özüməm. Azadlığın, sərbəstliyin bohem həyat tərzinin imic olması mümkün deyil. Mən sərbəst adamam. Həm yaradıcılıqda, həm şəxsi həyatda. Çoxlarının utandığı, gizlətməyə çalışdığı mövzuları mən yazıram. 

   - Şəxsi həyatınla bağlı danışmaq istərdin?

   - İstəsəm , heç nəyi gizlədə bilmərəm. Bir dəfə ailə qurmuşam çox bəsit səbəblərdən boşanmışam. Boşanmaq mənə çox pis təsir eləmişdi. Toparlanmağım xeyli çəkdi. Bir vaxtlar çox içki içirdim. Yenidən evlənmək barədə, demək olar ki, düşünmürəm. Ütülü, rəsmiyyətçi adam deyiləm. İmkan tapan kimi ucuz kafelərdə oturub içməyi sevirəm.  

   - İndi içirsən?

   - İndi çox az içirəm. Səhhətimlə bağlı içkini atmağa məcbur olmuşam. Yalnız az spirtli içkilər içə bilirəm. İçkini azaltmışam.

   - Dedin ki, hekayələrimin qəhrəmani ozüməm. vaxta kimi özünü yazacaqsan?

   - Mən yalnız bəzi hekayələrimin şeirlərimin qəhrəmanıyam. Romanım isə tamam başqa mövzudadır. Mən insanam hesab edirəm ki, hekayələrimin qəhrəmanı ola biləcək qədər maraqlı adamam. Bir hələki ən yaxşı tanıdığım adam, özüməm.

   - Hələ 28 yaşın var. Bu yaşda belə bədbin olmaq daha qorxulu şeylərə aparır məncə...

   - Bu həyatı mən seçməmişəm ki... Mən əslində deyib-gülən, zarafatcıl adamam. Həyat mənimlə çox oynadı. İndi istəsəm , nikbin ola bilmərəm. Bir telefonum kompyuterimdən başqa mənə məxsus olan heç yoxdur bu dünyada. Dünyada nəyəsə sahib olmaq arzusunda deyiləm.

   - Bəlkə , bu haqda danışmaq istəməyəcəksən. Amma bildiyimə gorə zamansa intihara cəhd eləmisən...

   - İntihara dəfələrlə cəhd eləmişəm. Amma etiraf edim ki, heç vaxt son anda ölmək istəməmişəm. Bu dünyada yaşamaq əzabdan başqa bir şey deyil.

   - Gəl bir az da yaradıcılığından danışaq. yazırsan, yaradırsan?

   - İndi iki qəzetdə çalışıram: həm "Ədalət" qəzetində, həm "Gündəlik Teleqraf" qəzetində. "Ədalət" qəzetində daha çox sərbəstəm burda yazdığım yazıların çoxu növbəti kitabım üçün matereal olacaq. Hal-hazırda gənc rejissor Orxan Əli ilə bir film üzərində çalışırıq. Filmin ssenarisini mən yazıram. Eyni zamanda, Daniel Kehlmann adlı müəllifin "Dünyanın ölçülməsi" romanını alman dilindən Azərbaycan dilinə tərcümə edirəm. Yəqin ki, yaxın vaxtlarda, ola bilsin ki, yayda yeni romana başlayacam. Amma hələ ki, bu romana başlamağa vaxtım yoxdur.

   - Bu qədər işə rəğmən hələ kirayədəsən. Müsahibədən əvvəl isə yeni kirayə axtardığını bildirdin...

   - Qazancımın böyük hissəsini oğluma ayırıram.Mən artıq şəxsi evimin olacağına inanmıram. Sadəcə, oğlumun gələcəyi düşündürür məni. Kirayədə qalmaq faciə deyil mənim üçün. Guya şəxsi evi olanlar çoxmu xoşbəxtdir? Mən heç vaxt böyük pullar qazanmamışam. Heç böyük pullar qazanmaq arzusunda da deyiləm. Ev, maşın, yaxşı qazanc...bunlar mənasız kiçik arzulardır.

   - Son il yarımda 2-3 yeri dəyişmisən. Deyəsən, bu mənada hec stabil deyilsən. Yoxsa harada daha cox qane eləyirsə, oradasan?

   -Bakıya yeni gələndə, mətbəədə işləmişəm bir ay. Sonra ATV telekanalında sənədli filmlərə ssenari yazmışam 5-6 ay. Daha sonra, 7 ay "Mərkəz" qəzetində çalışdım. Orda kütləvi şəkildə istefa oldu. Mən hamı kimi istefa verdim. Sonra bir müddət "kulis.az" saytıyla əməkdaşlıq elədim. Amma harada olmuşamsa, işləmişəm. İşimi sevmişəm. Ən önəmlisi isə, çalışdığım yerlərdə gördüyüm münasibətlər mənə çox şey öyrədib. Mən jurnalistika ilə, yaşamaq, ayaq üstə dayana bilmək üçün məşğul oluram. Harda haqqımı, zəhmətimi itirmirlər orda yazıram.

   - Həmkarlarla yaxşı yola getmirsən. Səbəb nədir?

   -Həmkarlarımla, bəlkə , ən yaxşı yola gedən mənəm. Mənim həmkarlarım yazıçılardır. Yeni çıxan kitablar haqqında çox vaxt ilk ədəbi-tənqidi yazını, tanıtım yazısını mən yazıram. Hətta elə qələm adamları var ki, ilk müsahibəsini mənə verib. Hal-hazırda heç kəslə problemim yoxdur. Kiminləsə münasibətim soyuqdursa, deməli, o adam mənə lazım deyil.

   - Gənc yazarlar, əvvəlcə birləşdilər, təcrubəli həmkarlarına qarşı cıxdılar. İndi isə özləri yola getmirlər. Onlardan da biri sənsən. baş verir?

   -Yaşlılara qarşı çıxmaq da, bir-birimizi tənqid etməyimiz normaldır. Mən kimi tənqid edirəmsə, obyektiv olmağa çalışıram. Bu yerdə bir atalar sözü yerinə düşür: "Çəkişməsən, bərkişməzsən". Mən qocaları çox tənqid eləmirəm, mənimki yaşıdlarımdır. O adam haqqında yazıram ki, ona dəyər verirəm. Mən kinlə, nifrətlə yazmıram. Bütün yazılarımda, hətta tənqidimdə sevgi var. Hər şeylə razılaşmaq, boyun əymək, yaltadlıq eləmək mənlik deyil. Hətta məni tərifləyən, dəstək olan adamlar haqqında da tənqidi fikir deyə bilərəm. Tənqidimdən incik düşənlərə isə təəssüf edirəm.

   - Cəlil, kirayəyə qədər ödəyirsən?

   - Hal-hazırda 100 manat.

   - Bəs aylıq qazancın?

   - "Qadından yaşını, kişidən maaşını soruşmazlar"

   - Bəlkə, bir pyes yazasan. Çünki, doğrudan da, hazırda teatrlarımızda yeni nəfəsə ehtiyac var.

   - Mən dramaturgiyanı, teatrı sevirəm. Amma ssenari yazmaq və filmlər daha maraqlıdır. Teatrlarda yeni nəfəsə ehtiyac olsa da, hamı bilir ki teatrların repertuarı inhisardadır. Amma təklif gəlsə, yaza bilərəm. Əsas odur ki, yazdığım yazı mənə qazanc gətirsin.

   - Məncə, indiki zamanda 28 yaşlı bir yazıcının teatrdan təklif gözləməsi üçün əvvəlcə nəsə ortaya qoymalıdır, sonra gözləməkdən söhbət gedə bilər.

   -Bəlkə də, haqlısan. Amma mənim xəyallar qanadında uçmaq vaxtım deyil. Təklif gəlsin, mən yazım. Yaş kompleksi bu ölkənin ən böyük problemidir. Mənə kinossenari yazmaq təklifi gəlirsə, serial üçün ssenari yazmaq təklifi gəlirsə, deməli, teatrdan da təklif gələ bilər. Özümü indi dəbdə olan dramaturqlardan bacarıqsız hesab eləmirəm. Kifayət qədər mətnlər qoymuşam ortaya və özümə isbat elədiyim həqiqətim var. Mən yaza bildiyimə əminəm. Sizə asan gəlməsin, 2 il öncə əyalətdən gələn bir gəncin qısa müddətə özünü təsdiqləməsi. Əgər bunu bacarmışamsa, niyə təklif gözləməməliyəm? 

   - Yaman özündənrazısan. Pyes demişkən, yolun teatrdan tez-tez düşür?

   - Sən yaxşı bilirsən ki, mən özümdənrazı deyiləm. Amma bacarıqlarımı kəşf eləmiş adamam. Teatra sonuncu dəfə, bir ay öncə getmişəm. Amma repertuar və tamaşalar yorucudur. Zövqümə uyğun tamaşalar olsa, hər həftə gedərəm. Amma mən filmlərə baxmağı sevirəm.

   - Hansı tamaşaya baxmışdın?

   - "Əlibaba və qırx quldur".

   - Oxuduğun imzalar kimlərdir?

   -Oxumadığım müəllif çox azdır. Yerli müəlliflərin yeni kitablarını hökmən oxuyuram. Eyni zamanda, ədəbiyyat saytlarından gündəlik izləyirəm. Daimi oxuduğum imzalar, İlqar Rəsul, Xanəmir, Pərviz Cəbrayıl, Mirmehdi Ağaoğlu, Qismət, Elnaz Eyvazlı, Şərif Ağayar, Murad Köhnəqala, Namiq Rəssam, Mövlud Mövlud və s.

   - Nə vaxtsa sırf sevdiyin işlə-yazıcılıqla məşğul olacağına inanırsan?

   -Sırf yaradıcılıqla məşğul olmaq ən böyük arzumdur. Amma Azərbaycanda bu arzumun reallaşacağına inamım yoxdur.

 

 

   İntiqam VALEHOGLU

 

   Ədalət.-2012.-26 aprel.- S.6.