Əməkdar artistimizə
"Sülhməramlı səfir"
diplomu təqdim edildi
Onu italyanlar çoxdan tanıyır və sevirlər
AzərTAc xəbər verir
ki, Azərbaycanın əməkdar artisti Fidan Hacıyevaya klassik italyan musiqisinin təbliğindəki
xidmətlərinə görə
"Sülhməramlı səfir"
diplomu təqdim edilib.
Onun könülləri oxşayan, bənzərsiz
və məlahətli
səsinin sorağı
bu dəfə də uzaq İtaliyadan
gəldi. Həmişə olduğu kimi, yenə də onu dinləməyə gələnlərin sayı
nəzərdə tutulduğundan
qat-qat çox idi. Hamı səbirsizliklə onun səhnəyə çıxacağı anı
gözləyirdi.
İtaliyanın
Berqamo şəhərindəki
Donisetti adına
teatrda təşkil edilmiş "Gran Gala" konsertinə
həmyerlimizi məşhur
italyan dirijoru və pianoçusu Stefano Miceli dəvət etmişdi. Bu səbəbdən
də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
solisti, Beynəlxalq müsabiqə laureatı,
Əməkdar Artist Fidan
Hacıyevanın çıxışı
bütün tamaşaçılar
üçün gözlənilməz
idi. Axı, onu italyanlar çoxdan tanıyır və sevirlər...
Həmişəki kimi o, bu dəfə də səhnəyə böyük
sevgi ilə çıxdı. Elə
ilk ifadan tamaşaçı
sevgisinin tükənməzliyini
ona ünvanlanan alqışlardan duyub hiss etdi. F.Hacıyeva ona ayrılmış
vaxtda əsl vətənpərvər olmasını
bir daha nümayiş etdirməyi bacardı. İlk dəfə olaraq İtaliya Simfonik Orkestrinin müşayiəti
ilə yeni əsərləri - "Odlar
Yurdu" və "Bahar yağışı"nı ifa etdi. Azərbaycan və italyan
dillərində oxuyan
Fidan xanım dinləyicilərin nəzərlərində
doğma Vətəninin
"portretini" cıza
bildi. O, konsert zamanı Azərbaycan və dünya bəstəkarların əsərlərini
də böyük ustalıq və məharətlə dinləyiciyə
çatdırmağı bacardı.
Konsertin
son anları isə onun üçün gözlənilməz oldu.
Festivalın təşkilatçıları
Fidan Hacıyevanı klassik italyan musiqisinin təbliğindəki
xidmətlərinə görə
"Sülhməramlı səfir"
diplomu ilə təltif etdilər. Bununla da o, doğma Azərbaycana şərəf
və şöhrət
gətirən böyük
bir uğura imza atmış oldu.
Yuxularından birinin də gerçəkləşdiyini söyləyən
Fidan Hacıyeva deyir: "Bu, təkcə mənim deyil, bütünlükdə Azərbaycanın
uğurudur. Bu gün dünyanın hansı səhnəsində
çıxış edirəmsə,
ilk olaraq Vətənimi
düşünür və
onun musiqisini təbliğ etməyimlə
qürur duyuram. Əgər az da olsa
mənsub olduğum xalqı tanıda bilirəmsə, bu mənim üçün böyük fəxrdir".
Sənətçi deyir ki, bir neçə ölkədə geniş konsert proqramları ilə çıxış
etmək niyyətindədir.
Artıq
bununla bağlı təkliflər də alıb. Eyni zamanda, italyan
dirijoru və pianoçusu Stefano Miceli Azərbaycana gətirməyi
də düşünür.
Ədalət.-2012.-27
aprel.- S.8.