"SARI
GƏLİN"Ə TÜRKİYƏDƏN BAXIŞ - 2
AMAN
"SARI GƏLİN"...
Amma öncə:
Və nədən:AMAN! Təbii bu sözün
iki məna daşıdığını bir kimsə danmaz və buna görədə kiçik bir izahata etiyac var
Olubmu, olmayıbmı, bu SARI GƏLİN və nədən SARI? Kimdi,bu SARI GƏLİN. Mən
bu ədəbi aləmin içində olandan bu müzakirə
olunur və iş o yerə çatıb ki, bir müddət Türkiyədə yaşadığım
illərdə də mən bu SARI GƏLİN məsələsinin müzakirə
olunduğunun, bir çoxlarının da bu SARI GƏLİNi üzdən iraq yerlərə yozduğunun
da şahidi oldum.Və bir çox zaman bunu eləyənlər özləri də türklər idilər və ya geniş
anlamda desək Türk vətəndaşlığı
adını daşıyan
sənətçilər idilər.
Bunu araşdırmaq bir o qədər asan deyil.İş o yerə gəlib çıxıb ki, artıq SARI GƏLİN bir
emblem, bir müzakirə
imkanı yaradan bir səviyyədədir.Yəni
bu müzakirə cızığından çıxmış
kimi görünür
və çox acı bir şey:
Erməni SOYQIRIMI məsələsində
bu SARI GƏLİN bir
ortam yaratmaqla SOYQIRIM qondarmasına qarşı
qoyulmuş bir dilemmaya,bir tezisə çevrilməkdədir.Və təbii,
mən uzun illər bu ədəbi
aləmin içində
olduğumdan vaxtilə
"QOBUSTAN" toplusunda da
bu məsələ barədə bir neçə yazının
yayınlanmasında ANAR müəllimin
böyük əməyi
olduğunu vurğulamaq
istərdim ki, hələ o zaman bu məsələ bugünkü qədər
asan müzakirəyə
çıxarılmırdı və onu da
bilmirəm ki,Türkiyədə
bu məsələ bizim mətbuatda müzakirə olunduğu illərdə araşdırılırdımı
və ya Akif İslamzadə o məşhur oxuması ilə bizim içimizi titrədəndə
SARI GƏLİN OXUMASI Türkiyədə
oxunurdumu oxunmurdumu.Bunu
mən dəqiq bilmirəm, çünki mən araşdırıcı
deyiləm.
Amma, bü gün görünən budur ki,SARI GƏLİN artıq bir əks dilemmaya çevrilib.Daha doğrusu,
hətta SOYQIRIM kimi bir bəlanın inkar edilməsində bir vasitə olub və Türkiyə
SARI GƏLİN adında bir
film çəkməklə Türk ictimayəti, ARARAT
filminə qarşı
bu vasitədən istifadə edib.Yəni SARI
GƏLİN mövzusu artıq
dünyada daşlaşmış
və Türkiyənin
uzun illərdən bəri mübarizə elədiyi ERMƏNİ SOYQIRIMI məsələsinə
qarşı Türk tərəfinin bir iddiası kimi ortaya atılmışdır.
"ARARAT"
FİLMİNƏ QARŞI "SARI GƏLİN""
Ermənilərin
bir çox illərdən bəri soyqırım deyərək
Türklərin dünya
arenasında başını
ağrıdan bir olaya artıq türklər siyasi yolla deyil, sənət
yoluyla da cavab vermək fikrindədirlər.Buna gərə
də Türkiyə Cümhuriyyətinin dəstəyilə
çəkilən SARI GƏLİN adlı film Erməni soyqırımının iç
üzünü açır.
Türk ictimayəti və türk sənətçiləri
belə düşünür.
Çəkimləri 11 ölkədə arapılan bu sənədli film 5 dilə
çevriləcək.
Erməni soyqırımını Avropadan Amerikaya və dünyanın bir çox ölkələrinə acı
bir olay kimi sırıyan ermənilər çox zaman əsil həqiqətləri gizlədərək
və daha doğrusu, hər zaman əsl həqiqətləri gizlədərək
bəzən qanun, bəzən də görüşmələr sonucu
Türkiyənin xarici
siyasətində əngəl
olmaqda davam etməkdədir. Bunu bilməyən
daha yoxdur.Bu sözdə soyqırım
Türkiyənin dünya
siyasətinə çıxmasına
da mane olan ən vacib amillərdən
və ya belə deyək ki, bəhanələrdən,
əslində elə budur bizim fikrimizcə,
məhz bəhanələrdən
biridir. Və uzun illər
bu mübarizənin içində olan Türkiyə artıq siyasi yoldan, sənət yoluna baş vurmağı qarşısına məqsəd
qoymuşdur. Bu sənədli
filmə yenə də mübahisələrə
səbəb ola
biləcək bir ad verildi. "SARI GƏLİN".
ÇƏKİMLƏR NECƏ GEDİB?..
Rejissor İsmayıl Umac,professor,doktor
Nəsən Koni,professor,doktor
İlbert Ortaylı,professor,doktor
Mim Kamal Öke ilə altı ay öncə vəfat edən professor,doktor Necat Göyüncün yardımlarıyla
və məsləhətçiliyi
ilə "SARI GƏLİN-Erməni məsələsinin
içüzü" adlı
bəlgəsəlin, sənədli
filmin çəkilişi
üçün yaradıcı
heyətin Amerika,Fransa,İtaliya,Yunanstan,
təbii Ermənistan,Gürcüstan
və Azərbaycanda da parçalar çəkmişlər.
HƏR
KƏSƏ SÖZ HAQQI VERİLMİŞ BU FİLMDƏ
Türkiyə üçün 3 hissədən və xarici ölkələrdə
göstərmək üçün
5 dildə bir hissədən ibarət olacaq bu bəlgəsəl
soyqırım məsələsinə
indiyə qədər
bilinməyən bir çox gerçəkləri,
həqiqətləri sənədlərlə
gün işığına
çıxaracaq. Sənədli
filmdə Fransada Erməni soyqırımını
hazırlayan millət
vəkillərindən ASALA VƏ PKK-nın da vəkilliyini
eləyən Patrik Dəvəçiyan, bu qanunu məclisdən keçirmiş olan
François Roshebloine və
Fransada Erməni radiosunun sahibi Henri Papazyan kimi soyqırım
iddiasında olan bir çox başqalarının fikirləri
filmə daxil edilmişdir və canlı danışıqlar
alınmışdır sənədli
filmə. Bu filmdə"DƏDƏLƏRİMİZİ
QƏTL ETDİNİZ" deyə bağıran sıravi ermənilərə də
yer veriləcək.
24 İYUN SOYQIRIMI ANMA
GÜNÜ FİLMƏ DAXİL EDİLMİŞDİR.
Filmin yaradıcıları bunun üçün xüsusi olaraq həmin gün tədbirlərdə iştirak
eləmiş və burada canlı ermənilərlə görüşmüş
və onların danışıqlarını da
filmə daxil etmişlər. Burada
danışanlar adi ermənidən tutmuş ali təhsilli
ermənilərə kimi
vardır.
BU
FİLM ALTERNATİV BİR FİLMDİR.!
SARI GƏLİN film bir neçə ay qabaq Kann festivalında
göstərilən ARARAT filminə
qarşı çəkilmişdir.
Amma bizim fikrimizcə ARARATdan öncə çəkilsəydi daha gözəl olardı.
ARTIQ
AYILMALIYIQ
ABŞ-da 54 Dərnəyi təmsil edən Türk-Amerikan Dərnəyi
Assambleyası Cümhurbaşqanı
Əhməd Necdət
SEZƏRƏ müraciət edərək ermənilərin
VAŞİNQTONDA muzey açmalarına
qarşı olduqlarını
və bunu baykot edəcəklərini
bildirmişlər.Assambleyanın Başqanı Orxan Kaymakçalan bu işin öncüllərindən
biridir.
***
Və belə çıxır ki,TÜRKLƏR ayılıblar, amma necə?
Və belə çıxır ki,TÜRKLƏR ayılıblar, amma necə?
"Milliyət"
qəzetinin Köşə
yazarı Nəsən
Pulur keçdiyimiz günlərdə Türkiyədə
nümayiş etdirilən
və reklamlara inansaq bizlərdə nümayiş etdiriləcək
"SARI GƏLİN" filmi haqqında
NƏSƏN PULUR:
"SARI GƏLİNİ" başqaları da seyr etsə
Türkiyə
"Milliyət" qəzetinin
Köşə yazarı
Nəsən Pulurun
qeydləri
"SARI GƏLİN"
bəlgəsəlini seyr
etdinizmi?
Biz birinci bölümü TRT də
seyr etdik...
Rejissor:
"SARI CƏLİN",Türk-Erməni
münasibətlərinin ortaq
kültür və ortaq tarix baxımından
dəyərləndirilən,Cümhuriyyət
tarixinin ən
monumental" bəlgəsəli deyir işi haqqında.
6 bölüm olaraq hazırlanan bəlgəslin araşdırma
çalışmaları üç
ilə başa gəlmiş,çəkimlər
və onun tamamlanması isə bir il olmuşdur.
Yurt içində
15 ayrı-ayrı yerlərdə
araşdırma və
incələmələr aparılmış,yurddan
qıraqda 11 ölkədə
arxiv materialarına baxılmış, on minə
yaxın yazılı
materiala müraciət
edilmiş, Erivan,Moskava,Beyrut,Bakı
və Hələbdə
iki dəfə əldə edilən bilgilər diqqət keçirilmiş və bəlgəsəldə yer
almış 13 ayrı
ölkədə çəkimlər
olmuş və intervyülər alınmış.
***
TANITIM dosyasında
daha çox bilgi var...
Amma biz öncə nəyi axtardıq bilirsinizmi bu bəlgəsldə
Belə bir bölümü:
"SARI GƏLİN" İngiliscə,Almanca,Almanca,Rusca kopyalarını 24 apreldən
öncə dünyanın
səsi keçən,sayılı
ölkələrinin televizyonlarında,
kinozallarında gösərilməyə
başlamışdırmı?"
Amma, biz nəylə qarşılaşdıq,bu TANITIM dosyasına baxdıqda:
"Bəlgəsəlin
60 dəqiqəlik İngiliscə,almanca,fransızca, rusca
versiyaları hələ
də tərcümə
olunmaqdadır".
***
Bu qafamızı
bir az dəyişdirib
Türkü Türkə
analatmaqdan bir vaz keçsə bilsəydik!.
Əlbəttə,
bizim bizi tanmamız da önəmli, amma önəmli olan yabançıların bizi
tanıması,tanıyaraq,bəlkə
anlaması daha önəmli deyilmi?
Yenə də bir şeylər eləyə bilirik. "SARI GƏLİN"i
dünya televizyonlarına
çıxara bilməmiz
üçün bir az hərəkətə
gəlməliyik.
Amma bu hərəkət xətirlə, gönüllə
olmaz.Ermənilərin,bizə
qarşı dindən
və illərdən bəri apardıqları propaqandadan irəli gələn üstünlükləri
olsa da, bunun yanında nələr elədiklərini,
nələr xərclədiklərini
hər halda bilirik.
***
Əgər bu olmazsa "SARI CƏLİN"
Türkiyənin içində
qalır, sadəcə
SARI GƏLİN türküsü Ermənilərinmi, yoxsa bizimmi mübahisəsi ilə iş bitir və xatırlanır
Bir də bunu dartışmağa nə
gərək var, ha Ermənicə söylənsin,
ha Türkcə. "SARI
GƏLİN" bu torpaqda
yaşayan insanların
türküsüdür.
***
Bəlgəsəldə bizi nə etkilədi bilirsinizmi?
Vyanada ASALA qatiləri tərəfindən
öldürülən Türkiyə
Böyük Elçisi
Daniş Tunalıgilin
həyat yoldaşının
söylədikləri: "MƏN ERMƏNİLƏRƏ
KİN DUYMURAM. ASALA BAŞQA, ERMENİLƏR BAŞQA!"
Erivanda universitet tələbəsi
olan bir gənc erməni isə bunları demiş: "QARDAŞIMI ÖLDÜRƏNİ
MƏN DƏ ÖLDÜRƏRƏM"
Bunu dünyaya çatdıra bilsək, yetər!
(Davam edəcək)
Tofiq Abdin
abdin41@mail.ru www.tofigabdin.com
Ədalət.-2012.-28
aprel.- S.15.