ŞƏKİ:
UĞURLARIN PRİNSİPİAL İSTİQAMƏTİ
Cavanlaşan "qoca şəhər"
Son
vaxtlar Şəkidə görülən
işlərin ardıcıllığı və sürəti,
insanları yaxşı mənada çaşdırıb. Uzun illər boyu davam edən plansız
və lokal xarakterli quruculuq işləri sakinləri qane etmirdi. İndi
sosial-iqtisadi inkişafın bütün istiqamətləri üzrə
qazanılan uğurların sırasında geniş
miqyaslı tikinti-quruculuq və abadlıq
işləri də diqqət çəkir. Burada qədimlik və müasirlik
bir-birini tamamlayan bənzərsiz
məqamlardır, görənləri cazibəsinə çəkən
gerçək bir harmoniyadır.
Bu inkişafın, bu
gedişatın daxilində, gündəlik ritmində başqa
bir nüansı da diqqətə gətirmək gərəkdir.
Yəni bir vaxtlar buraxılmış nöqsanları aradan
qaldırmaq, indi qazanılan uğurları qoruyaraq daha
böyük məsələlərin həllinə köklənmək,
işgüzarlığın ən sağlam və fəal
formasında qala bilmək, Böyük Şəhəri daha
çox sevmək və sevdirə bilmək elə də asan məsələ
deyil. Ancaq respublika rəhbərliyinin yüksək
etimadını layiqincə doğruldan Şəki Şəhər
İcra Hakimiyyətinin başçısı Elxan Usubov və
onun tabeliyində olan məmur korpusu çətin və şərəfli
vəzifələri uğurla həll etməkdə, həyata
keçirməkdədir. Bunlar nədən ibarətdir? Təbii
ki, əsasən rayon iqtisadiyyatını real perspektivlərdə
inkişaf etdirilməsindən, eyni zamanda insanların sosial və
mədəni tələblərinin həll edilməsindən,
quruculuq və abadlıq tədbirlərinin dekorativ
görüntüdən fundamental, uzunmüddətli məqsədlərə
yönəldilməsindən. Məhz bu səbəbdən də
sakinlər Şəkidəki bir çox sosial problemlərin və
quruculuq - müasirləşdirmə tədbirlərinin sürətlə
həll edilməsini ölkə Prezidentinin siyasətinin yerli
hakimiyyət tərəfindən düzgün və səriştəli
həyata keçirilməsinin nəticəsi hesab edirlər.
2012 - Azərbaycan iqtisadiyyatı üçün
uğurlu illərdən biri
Respublikanın hər yerində
olduğu kimi, Şəki şəhərində də 2012-ci
ilin birinci yarısının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
yığıncaq keçirilmişdir. Yığıncaqda ətraflı
məruzə ilə çıxış edən Şəki
Şəhər İcra Hakimiyyətinin
başçısı Elxan Usubov bildirmişdir:
- İyulun 11-də cənab Prezidentimiz
İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər
Kabinetinin 2012-cu ilin I yarısının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında ölkənin sənaye potensialının gücləndirilməsi,
sosial proqram və layihələrin icrası geniş
müzakirə olunmuş, qarşıda duran vəzifələr
müəyyənləşdirilmişdir. Dövlət
başçısı 2012-cu ilin I yarısında da Azərbaycan
iqtisadiyyatının uğurla inkişaf etdiyini, bu müddət
ərzində ümumi daxili məhsulun 1,5 faiz, qeyri-neft
sektorunun 11,3 faiz, əhalinin pul gəlirlərinin 14,2 faiz
artdığını, inflyasiyanın 2,2 faiz olduğunu
bildirmişdir. Cənab Prezidentimiz Dövlət İnvestisiya
Proqramının və ölkənin sənaye
potensialının möhkəmləndiyini, iqtisadiyyatın
şaxələndirilməsi və ölkəmizin rəqabətə
davamlı olması ilə əlaqələndirmişdir. Nazirlər
Kabinetinin 2012-ci ilin I yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında çıxış edən cənab Prezidentimiz
demişdir: "İlin birinci ayları iqtisadi cəhətdən
cox müsbət idi və bu, bizə imkan verirdi ki, ümumiyyətlə,
2012-ci ili Azərbaycan iqtisadiyyatı üçün növbəti
uğurlu il kimi qiymətləndirək. Altı ayın
yekunları bu fikirləri bir daha təsdiqləyir.
Çünki altı ayda ölkə iqtisadiyyatı uğurla
inkişaf etmiş və qarşıda duran bütün vəzifələr
icra edilmişdir"...
...Şəkidə hansı işlər
görülmüşdür və görülməkdədir.
2012-cu ilin I yarısında rayonumuzun sosial-iqtisadi
inkişafının yekunları ilə tanış olmaq
üçün konkret faktlara nəzər salmaq kifayətdir.
Bu ilin I yarısında ilkin hesablamalara görə, faktiki qiymətlərlə
191 milyon 408 min manatlıq məhsul buraxılmışdır
ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə
132,2 faiz çoxdur. Adambaşına faktiki qiymətlərlə
1084 manatlıq, yaxud 2011-ci ilin müvafiq dövrü ilə
müqayisədə 32,2 faiz çox məhsul
buraxılmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı
222 manat olmuşdur. Bu əvvəlki ilin müvafiq dövrü
ilə müqayisədə 7 faiz çoxdur. 2012-cu ilin I
yarısında Şəki rayonunda 514 iş yeri
açılmışdır ki, onların da hamısı
daimi iş yerləridir. 2012-cu ilin I yarısında Şəki
rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi
134 milyon 112 min manat olmuşdur. Bu 2011-ci ilin müvafiq
dövrü ilə müqayisədə 14,6 faiz çoxdur.
Hazırda rayonumuzda 20 sənaye müəssisəsi fəaliyyət
göstərir ki, bunların da 12-si kiçik müəssisədir.
2012-ci ilin I yarısında Şəki rayonunda istehsal və
qeyri-istehsal sahələrinin inkişafına yönəldilmiş
investisiyanın həcmi 53 milyon 807 min manat olmuşdur. Bu
2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2
dəfə çoxdur. İstifadə edilmiş
investisiyanın 95,9 faizi dövlət mülkiyyətinin, 4,1
faizi qeyri-dövlət mülkiyyətin payına
düşür. 2012-ci ilin I yarısında əsas kapitala
yönəldilmiş investisiyanın 92,4 faizi tikinti
quraşdırma işlərinə sərf edilmişdir ki, bu
da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
2 dəfə çoxdur.
Şəki Rayon Məşğulluq
Mərkəzinə 2012-ci ilin I yarısında 234 nəfər
işaxtaran müraciət etmişdir. Hesabat dövründə
123 nəfər işə düzəlmişdir. İcra
Hakimiyyəti başçısının Sərəncamına
əsasən müəyyən edilmiş 18 kvota yerinə 6 nəfər
işə götürülmüşdür. 25 may 2012-ci ildə
Şəki şəhərində əhalinin məşğulluğunun
təmin edilməsi məqsədi ilə keçirilən
növbəti "Əmək Yarmarkası"na 26 müəssisədən
258 boş iş yeri
çıxarılmışdır.Yarmarkada göndəriş
verilmiş 50 nəfər işlə təmin olunmuşdur...
Sosial sahəyə dövlət qayğısı
Şəkililər ölkə rəhbərinin
əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti
yüksək qiymətləndirir, aztəminatlı əhali
qrupuna göstərdiyi böyük diqqət və
qayğının təzahürü kimi qəbul edir. Nazirlər
Kabinetinin iyul ayının 11-də keçirilən geniş
iclasında çıxış edən Prezidentimiz demişdir:
"Sosial məsələlərin həlli daim diqqət mərkəzində
olmalıdır, bazar iqtisadiyyatı prinsipləri əlbəttə
ki, bizim üçün əsasdır. Ancaq bəzi hallarda
bazar iqtisadiyyatı prinsipləri sosial ədalət ilə
üst- üstə düşmür. Amma Azərbaycanda hər
iki amil daim diqqət mərkəzindədir və görülən
tədbirlər bunun məntiqi nəticəsidir. Ünvanlı
sosial yardım proqramı icra edilir, hər bir ailəyə
verilən məbləğ 109 manat səviyyəsindədir və
143 min ailə ünvanlı sosial yardım alır. Bu da sosial
siyasətimizi gücləndirən amildir".
(ardı gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-9
avqust.-S.4.