Ya mədəd, mədəd
Nahid Şəmşir
Mən ki, bu yollara düşdüm, düşəli,
Dilimdə, könlümdə ya mədəd,
mədəd.
Səni zikr eyləyər, səni
xatırlar,
Dilim də, könlüm də, ya
mədəd, mədəd.
Yoxdan var eyləyər, varı
heç eylər,
Dəryanı qurudar, dağı
puç eylər
Əzəl qaydadır ki, biri
üç eylər,
Şəfqət də, zülm də,
ya mədəd, mədəd.
Bu həmən dünyadı,
doqquzu dondu,
Axırı əvvəldi, əvvəli
sondu,
Sənin təbirindən yoluma
qondu,
Həyat da, ölüm də, ya mədəd,
mədəd.
Min-min
Etimad Başkeçidə
Əzəldən binası qoyulub
belə,
Yaxşısı tək-təkdi,
yamanı min-min.
Bir ömür,
Sonunda iki qapısı,
İnsan oğlununsa gümanı
min-min.
Bəxtsiz hər neyləsə, hər işi cəncəl,
Vurnuxar, devikər, bir baş, iki əl,
Hayına hay verən tapılmaz, di gəl,
Küsəni min-mindi, umanı
min-min.
Artıq zamanıdır, sazını
endir,
Söylət asta-asta, danışdır,
dindir,
İblisin libası, donu min-mindir,
Tanrının güzəşti, amanı min-min.
O qıza eylədim nə eylədimsə
Bu zülmət
hayandan çökdü
üstümə,
niyə
pəncərəmdən Ay üzü dönmüş?
O qıza eylədim, nə eylədimsə,
sənə
neyləmişəm, ay üzü
dönmüş?
Üzündə-gözündə
sis-duman kimi
Bu nədir,
Əynində sarı bürüncək?
Gəlirsən-gedirsən
peşiman kimi,
Məni təkliyimlə qoşa görüncə
Gün batır
Sapsarı qürub üzümdə,
Mənim gözlərimdə qaralır axşam.
Qayıt, çiçəkləsin nurun
üzümdə,
Qayıt, gülüşünü yadırğamışam.
Bu işlək
əllərim donub, keyiyib,
Gəl, ərit həsrətin buzunu yenə -
Bəyaz gecələri əynimə
geyib,
Soyuq işığında isinim yenə.
Görmüşük
ot ölər,
ağac quruyar,
Görmüşük
vaxt ötər, qocalar insan,
Mən bilən adamdan adam soyuyar,
adamdan
Ay dönüb, necə
qanasan?
Büzüşüb,
kiçilib yazı masam da,
Yatmış duyğuları, hiss ayılt, gəl.
O qıza eylədim nə eylədimsə,
O dönməz
geriyə, sənsə
qayıt gəlg
Həyat yuxu deyil
Gör nələr eylədi bir quru vüqar,
Sənə yetişmədi nə
haray, nə ün.
Elə uzandıqca uzandı yollar,
Bir inad boyu da uzandı hər gün.
O tanış
güneyi dolaşdım
iz-iz,
Ürəyim haraylı, gileyli
dindi.
Mənəmg xatirələrg görüş
yerimiz,
bəs
sənin təsəllin
nə olub indi?
Eh, məndən
olsaydı, o vaxtı,
yeri,
Elə unudardım, bunu danmıram,
Mənə
"unut" - dedin,
"unut
röya tək",
Həyat yuxu deyil, unudammıram
Yenə çiçəklədi o tənha
çinar
Qızlar bir bahar da
gözəlləşdilər,
Qızlar bir çinar da gözəlləşdilər,
Yenə çiçəklədi o tənha çinar.
Yenə çiçəklədi o tənha
çinar,
Yenə də həsrətdən
bağrı- gözü
qan.
Bir cüt göz yollara dikilib, qalıb
Çinarın
altında bir çiçək bitib,
Öz gül qönçəsində
bükülü qalıb.
Yenə çiçəklədi o tənha
çinar,
Çox da arlısan,
Çox da uzağam,
Bu bahar təzədən tapacam səni,
Özündən
xəbərsiz, səndən
xəbərsiz,
Öpüb saçlarından, oxşayacağam.
Yenə çiçəklədi o tənha
çinar
O duman ömrümü, o çən
ömrümü.
Hər bahar təzədən
yaşayıram mən,
O çinar altında keçən
ömrümü.
Yenə çiçəklədi
o tənha çinar,
Yenə çiçəklədi
gözlərimdə qəm.
Bu bahar təzədən tapacam səni,
Bu bahar təzədən itirəcəyəm
Ədalət.-2012.-11
avqust.-S.12.