HAMIMIZIN
ORDUSU
Onun problemlərini də birgə çözməliyik
Bu gün
ölkəmizdə tək-tək
ailələr var ki, ordumuzla, silahlı qüvvələrimizlə
təması yoxdu.
Ancaq həmin o tək-tək ailələr də bu və ya
digər formada Azərbaycan ordusundan və bu orduda
gedən proseslərdən
xəbər tutub.
Təbii
ki, ordumuzla bağlı mütəmadi
və geniş informasiyaları KİV-lər
və xüsusilə qəzetlər ictimaiyyətə
çatdırır. Bu
mənada orduda baş verən ən kiçik hadisə belə dərhal gündəmə
gətirilir. Bu, təbii olduğu qədər də narahatlıq hissi də doğurur. Özü də bir neçə
mənada.
Öncə onu deyim ki,
bu gün mətbuat konfransları keçirmək az
qala gündəlik işə çevrilib. Mətbuat klubları qapılarını
hamının üzünə
açıb. Ona görə
də evdə ailəsi ilə problemi olandan tutmuş, qızı qaçırılana, oğlu
həbsə düşənə,
hətta müdiri ilə, icra başçısı ilə
yola gedə bilməyənə qədər
hər kəs böyük mətbuat konfransları keçirir.
Şəxsən Qarabağ müharibəsinin
canlı şahidi və iştirakçısı
kimi ordu ilə bağlı keçirilən mətbuat
konfransları məni
həmişə narahat
edir. Çünki bu cür mətbuat konfranslarında
səsləndirilən fikirlərə
bəzən elə donlar geyindirir, təqdim edirlər ki, oğlu əsgərliyə
gedəcək və yaxud hazırlaşan valideyn artıq bəri başdan müəyyən sarsıntılar
yaşamağa başlayır.
Təəssüf ki, ordudakı neqativ hallar şahidlərin iştirakı ilə təsdiqlənəndə həmin
mətbu informasiya da vəziyyəti bir az da qəlizləşdirir. Ona görə də Azərbaycan ordusunda mövcud olan bugünkü durum millət
vəkillərini də,
hərbi ekspertləri
də, eləcə də adi vətəndaşalrı
da narahat edir.
Digər bir məqam
orduya nəzarətlə
bağlı konkret bir qanunun olmaması
ilə bağlıdır.
Bu nəzarətin olmaması üzündən
baş verən olaylar ya son dərəcə şişirdilib,
ya da elə
bir halda təqdim edilir ki, o, cəmiyyəti qane etmir. Əksinə,
məsələyə müxtəlif
prizmadan yanaşmalara gətirib çıxarır.
Bundan da əziyyət çəkən həm əsgər ailələri
olur, həm də ordunun özü.
Sovet dönəmində xidmət etmiş hər kəs orduda mövcud olan qanunları yəqin ki, unutmayıb. Bizim hər
birimiz sovet ordusunda xidmət keçirdiyimiz illərdə
"dedovşinanı" yaşamışıq.
Ciddi intizamı olan sovet ordusunda bunun qarşısını
almaq mümkün olmamışdı. Təəssüf
ki, həmin o yalnış və orduda qarşıdurma yaradan "qanun" Azərbaycan müstəqillik
əldə etdikdən
sonra bizim olrduda da "işləməyə" başladı.
Eyni millətin övladları
doğulduqları, özlərinə
aid olan məmləkətdə
ordunun həmin "özəl qanunu" bir-birlərinə tətbiq
etdilər.
Bu gün ordu ilə bağlı
olan insanlar ordu rəhbərliyinin verdiyi şərhlərə
baxmayaraq, birmənalı
olaraq həmin "dedovşina"nın yenə qaldığını,
yenə tətbiq edildiyini açıqlayırlar.
Hətta iş o yerə gəlib çatıb ki, ölkənin hərbi prokuroru Xanlar Vəliyev mətbuata açıqlamasında "dedovşina"nın mövcud olduğunu etiraf edibdi. Bundan başqa, Milli
Məclisin Təhlükəsizlik
və Müdafiə Komitəsinin bəzi üzvləri də məsələ ilə bağlı narahatlıqlarını
gündəmə gətiriblər.
Artıq
kökü ötən
onilliklərə gedib
çıxan bu məsələ ilə bağlı ölkə mətbuatının ciddi çıxışları müəyyən
qədər effekt verməyə başlayıb.
Burada onu da xatırladım
ki, son illərdə
media nümayəndələrinin hərbi hissələrə
səfərləri, canlı
ünsiyyət orduda müsbət dəyişikliklərin
baş verməsinə
azacıq da olsa təkan verib. Amma bugünkü durum narahatlıq hissinin çox ciddi şəkildə qaldığını
göstərir. Özü də
orduda baş verən cinayətlər, intiharlar onu göstərir ki, doğrudan da Azərbaycan əsgəri xidmət etdiyi hərbi hissədə çox ciddi problemlərlə üzləşir.
Bu problemlərin əsas xətti isə əsgər, zabit və əsgər-əsgər
münasibətindən keçir.
Bir az
da çılpaqlasaq,
əsas xətt "dedovşina" və bir də zabitlərimizlə
əsgərlərimiz arasındakı
münasibətin anlaşılmazlığıdır.
Bax, bu gün hamını
narahat edən ordudakı durum indi medianın əsas mövzularından birinə
çevrilib. Gündəmdə olan mövzu ilə bağlı səslənən fikirlər
arasında əsas yeri orduya ictimai
nəzarət tutur.
Həmçinin hərbi hissələrə
ombudsmanın nəzarəti
də ekspertlər tərəfindən səsləndirilir.
Lakin mətbuata açıqlama
verən millət vəkili Fazil Mustafa həmin ictimai nəzarət hüququnun millət vəkillərinə
verilməsini çıxış
yolu kimi görür və vurğulayır ki, bu məsələdə millət vəkilləri daha fəal olmalıdılar. Ancaq hərbi
ekspert, Qarabağ müharibəsinin iştirakçısı,
ehtiyatda olan zabit Üzeyir Cəfərli isə həmin nəzarətin ombudsmana verilməsini uğursuz təklif kimi dəyərləndirir.
Üzeyir Cəfərli
bildirir ki, bu gün Ombusman
Aparatının, o cümlədən
də onun rəhbəri Elmira Süleymanovanın
o qədər böyük
ictimai yükü var ki, onun
orduya nəzarət etməsi heç bir effekt verməyəcək.
Çünki həddindən
artıq yüklənmiş
Ombudsman Aparatı bu iş bolluğunun içərisində orduya
istənilən diqqəti
ayıra bilməyəcək.
Üzeyir Cəfərli vurğulayır
ki, bu nəzarət
funksiyasını ayrıca
hərbi Ombudsman Aparatının
yaradılmasında görür.
Yəni belə bir qurum
yaradılarsa, o da vaxtaşırı ordudakı
vəziyyəti araşdıra
bilər.
Bəli, bu gün Ali Baş
Komandanın orduya ayırdığı diqqət danılmaz
bir faktdı. O cümlədən ordunun maddi-texniki
bazasının, hərbi qulluqçuların sosial şəraitlərinin
yaxşılaşdırılması istiqamətində kifayət
qədər böyük işlər görülüb. Bax,
belə bir məqamda orduda baş verən neqativ hallar
sözsüz ki, acı təəssüf hissi doğurur. Lakin
təəssüf etməklə, hansısa bir açıqlama
yaymaqla mövcud nöqsanların qarşısını almaq
mümkün deyil. İstər mətbuat, istər ictimai təşkilatlar,
istər dövlət qurumları ayrı-ayrı şəkildə
yox, kompleks halda məsələnin köklü
araşdırılmasına və ordudakı nöqsanların
aradan qaldırılmasına xidmət edəcək qanunların
qəbuluna nail olmalıdır. Yəni hamı birlikdə
hamımızın olan ordumuzun qayğısına qalmalı,
onu neqativ hallardan xilas etməliyik. Çünki bu ordu Azərbaycan
bayrağını Şuşaya, Xankəndinə
sancmalıdır. Bu məqsəd yolunda gərəkli olan
addımları da hamımız birlikdə atmalıyıq.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2012.-14
avqust.-S.3.