Saatlı
yeni inkişaf mərhələsində
(əvvəli ötən
sayımızda)
Təbii fəlakətin son izləri
2
il əvvəl ölkəni ayağa qaldıran Kür
və Araz çaylarındakı
daşqınlar Saatlı rayonunda da ciddi problemlər
yaratdı. Sarısu gölünün bəndi
suyun təzyiqinə dözməyərək
dağıldı. Nəticədə rayonun
iqtisadiyyatına, eləcə də kənd təsərrüfatına
ciddi ziyan dəydi. Rayonun bir sıra kəndlərində
evlər su altında qaldı. Hesablamalara görə rayonun
5 yaşayış məntəqəsi sel
sularının qurbanına çevrilmiş,
545 ev qəzalı vəziyyətə düşmüşdür. Respublika
rəhbərliyinin göstərişi ilə, Nazirlər Kabinetinin sərəncamlarına əsasən
təcili işə başlanılmışdır.
Qısa vaxt ərzində Saatlı
rayonunda 421 yaşayış evi tikilib sakinlərin
ixtiyarına verilmişdir. Daha 112 yaşayış evinin
inşası davam etdirilir. 81 evdə isə bərpa-gücləndirmə
işləri aparılmışdır. 3 məktəb
binası, Nərimankənd qonaq evi, həkim ambulatoriyası,
Musalı və Dəllək kəndlərindəki məscidlər
əsaslı təmir edilmişdir.
178 mənzildən, 132 şagird
üçün məktəb binasından, 50 yerlik uşaq
bağçasından, bir sıra zəruri sosial obyektlərdən
ibarət Saatlı rayonunda yeni qəsəbə ərsəyə
gətirilmişdir. 2012-ci ilin aprel-iyun aylarında həyata
keçirilən nəzarət nəticəsində məlum
olmuşdur ki, daha 13 mənzilin inşası labüddür. 25
evdə bərpa-gücləndirmə, 5 evdə isə təmir
işləri həyata keçirilməlidir.
Daşqınlar nəticəsində
əmlaklara, təsərrüfatlara dəymiş ziyana görə
1191 ailəyə, əkin sahələrinə görə 1336
təsərrüfat subyektinə kompensasiya verilmişdir.
Təbii fəlakətin nəticələrini
daim diqqətdə saxlayan Azərbaycan Prezidenti İlham Əliyev
əlavə tədbirlərin görülməsi
üçün 29 mart 2012-ci ildə Sərəncam
imzalamışdır. Sərəncama əsasən bu işlərin
davamı üçün Fövqəladə Hallar Nazirliyinə
50 milyon manat vəsait ayrılmışdır.
Yaxın vaxtlarda Saatlı rayonunda təbii
fəlakətin son izləri də qalmayacaq. Çünki bu
yöndə heç bir problem yoxdur.
Rayonun aqrar uğurları
Saatlı rayonunun ictimai-siyasi, elmi həyatında
fəal iştirak edən ziyalılardan biri də Zakir Əmişovdur.
Rayonun bütün uğurlarına qəlbən sevinən, bu
uğurlarda az da olsa rolu olan Zakir müəllim yenə fərəhlə
danışdı:
- Camaatımız əməksevər,
torpağa bağlı insanlardır. Son illər
uğurlarımız çox olub, kənd təsərrüfatında
bir az da irəli getmişik. Bu ilin birinci yarısında kənd
təsərrüfatçılarımız ümumi dəyəri
47119,0 min manat olan məhsul istehsal etmişdir. Bu ötən
ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz
çoxdur. Bu ilin 01 iyul tarixinə 14010 hektar torpaq sahəsindən
49786 ton məhsul yığmışıq. 8439 ton arpa da bu
ilin birinci yarısında toplanmışdır.
Buğdanın məhsuldarlığı hər hektara görə
35,5 sentner, arpanınki isə 29,2 sentner olmuşdur.
Diri çəkidə 3538 ton ət,
18700 ton süd, 4581 min ədəd yumurta əldə edə
bilmişik. İndi təsərrüfatlarımızda
iribuynuzlu mal-qaranın sayı 66685 başa, xırdabuynuzluların
sayı 100616 başa çatmışdır. Pambıq
zavodları əhali və fiziki şəxslərlə 5647
hektar ərazidə pambıq əkilməsi üçün
müqavilə bağlamışdır. Qıraqlı kənd
ərazisində yaradılmış "GTS-Agro" MMC fiziki
şəxs və əhali ilə 2080 hektar pambıq əkini
üçün razılığa gəliblər.
Əkin torpaqlarının su təchizatını
yaxşılaşdırmaq üçün 2012-ci ilin birinci
yarısında 157 kilometr kollektor-derenajlar 452,7 min kub metr lildən
təmizlənmişdir. Bura lildən təmizlənmiş 277
kilometr suvarma kanallarını da əlavə edək. Uğurlarımız
çoxdur, mən ancaq bir neçəsini sadalaya bildim.
Əslində Zakir müəllim
Saatlının aqrar həyatından lazımi məlumatı
vermişdi.
Sosial
qayğılar həmişə var
Sosial qayğıları tam həll
olunmuş məkan varsa, demək orda insan yaşamır. Harda insan varsa, orda
mütləq kiçik
də olsa sosial qayğı var. İnsanın sosial qayğıları bitib-tükənməzdir.
Ancaq həyat üçün
çox vacib olan sosial qayğıların
həlli mütləq
vacibdir. Məsələn, kənd rayonu olan Saatlıda sakinlərin mavi qazla təmin edilməsi əsas amillərdən biridir.
Rayonun 44
yaşayış məntəqəsindən
Saatlı şəhəri
və Mollavazlı kəndi istisna olmaqla 1992-ci ildən mavi qazsız qalan rayonda son vaxtlar uğurlu layihələr həyata keçirilir. Qıraqlı,
Mustafabəyli, Bəylik
kəndlərinə mavi
qaz vermək üçün "İnşaat"
TQNQ tikinti idarəsi işə başlamışdır.
Yaxın
vaxtlarda bu siyahının böyüyəcəyi
gözlənilir. Şəhərin M.F.Axundov, Cavanşir, Müşfiq, Nizami, Nəsimi küçələrindəki
qaz xətlərində
təmir-tikinti işləri
aparılmışdır.
Rayonun müxtəlif yaşayış
məntəqələrində 22 modul tipli sutəmizləyici
qurğular tikilmişdir.
Saatlıdakı elektrik şəbəkələrinin
və yarımstansiyaların
yenidən qurulmasına
2009-cu ildən başlanmışdır.
2012-ci ilin 6 ayında
31,8 min manat xərc çəkilmişdir.
Sarıcalar və Qara Nuru kəndlərində bu işlərin davam etdirilməsinə qərar verilib.
Saatlı şəhərini və ətraf kəndləri keyfiyyətli su, davamlı kanalizasiya xətləri ilə təmin etmək üçün 30 may 2012-ci ildə
işə başlanılıb.
Saatlı rayonunda sosial
qayğılarla bərabər
digər qayğılar
da var. Ancaq sevindirici hal odur ki, Saatlıda
bütün bunları
həll edən və həll edəcək sağlam siyasi-iqtisadi kollektiv də var.
Səxavət Məmmədli
Ədalət.-2012.-15
avqust.-S.3.