"KARVAN
SARVANDAN KEÇİR"
Firdovsi Sarvanlı adını
özünə təxəllüs götürdüyü kənddə
dünyaya göz açıb. Orada oxuyub, orada yaşayır və
nüfuzlu maarif mütəxəssisi kimi dədə-baba məskənində
çalışır. Firdovsi Qasım oğlunun tale
kitabının mühüm hissəsi onun bədii yaradıcılığına
aiddir. O, şairdir, publisistdir, söz ustasıdır. Muğan
mahalının elə bir guşəsi yoxdur ki, Firdovsi
Qasımlını xeyir işlərdə aparıcı (masa rəisi)
kimi alqışlamasın. Bir özüm üçün də
başucalığı əxz edən cəhədi qeydə
alım: Firdovsi Sarvanlı mənim keçmiş, qabaqcıl,
fəal, ictimaiyyətçi tələbəmdir. O,
çağdaş ADPU-da (əvvəlki APİ-də),
coğrafiya fakültəsində romantikalı ixtisas üzrə
təhsil alıb. Firdovsi tələbəlik dövründə
ədəbiyyata, bədii aləmə, xüsusən poeziyaya
maraq göstərirdi. Mənim təşəbbüsümlə
işıq üzü görən divar qəzetində -
"Zirvə"də onun qısa, mənalı, kövrək
yazıları öz əksini tapardı...
Firdovsi Sarvanlı hazırda
nüfuzlu müəllim kimi fəaliyyət göstərməklə
bərabər, həm də mətbuat səhifəsində əsərlər
dərc etdirir. O, eyni zamanda neçə-neçə
kitabın müəllifidir. Mən məmnunam ki, onun
toplularından birinin redaktoruyam, digərinə isə müqəddimə
yazmışam.
F.Sarvanlı şəxsiyyəiti və
yaradıcılığı həmrəng olan yazarlara
nümunədir. Bu yazıda onun axırıncı kitabı
sayılan nəşr məhsulu barədə misallar əsasında
fikir, rəy və mülahizələrimi bildirmək istəyirəm
"Karvan Sarvandan keçir"ni
müəllif nəvələri Aytən, Qasım, Ayhan və
Xırdaxanıma həsr edir.
Kitab Salyan teatrının
tanınmış nümayəndəsi, Sarvan kənd sakini,
şəhid atası Cahangir Qaraşın
çıxış sözü ilə öz
qapısını üzümüzə açır.
Cahangir bəy öz təsirli,
düşündürücü yazısında Firdovsi
yaradıcılığının başlıca məziyyətlərinə
toxunur. Şair-publisistin qələm məhsullarını
işıqlandırmağa çalışır.
Kitabın birinci bölməsi belə
adlanır: "Sarvan şəhidləri". Müəllifin
qeydi: Sarvanlı igidlərin yolu Füzulidən, Zəngilandan,
Laçından, Kəlbəcərdən, Ağdamdan...
keçir. İsfəndiyar, Elnur, Salman, Rusulla, Nəsrəddin,
Zümrüd, Nail, Zahir və Zöhrab - əbədiyyətə
qovuşan kənd qartalları. Oxucunu sarsıdan qələm məhsulları:
"Ata da şəhiddir, oğul da", "Son məzar , ata
yurdu", "Zirvədən baxan şəhid",
"Şuşanın dağları başı
dumanlı".
20 yanvar faciəsi ilə əlaqədar
verilişə baxarkən atanın qəlbi döyünməkdən
qalır: 1991-ci ildə. Daha bir ağır yüklü təsvir:
"İki şəhid. Ata-oğul. İki tale, iki nakam
ömür".
Bütöv bu növ bəlaların
əsas günahkarları nankor qonşularımız və
onları üstümüzə göndərən
havadarlardır. Müəllif yazır: "Bu kiçik kəndin
doqquz şəhidi, iki itkin balası var. Bir sıra hərbi
qulluqçuları cəbhə xəttindədir".
Nail Kəlbəcər
döyüşlərinin birində yeddi əsgər
yoldaşı ilə birlikdə mühasirəyə
düşür. On yeddi gün qoz ağaclarının
yaşıl yarpaqları arasında qalır.
Nəhayət bir məqamda -
fürsət düşəndə erməni qulduru
öldürür, üç nəfəri isə hissəyə
gətirmişdi...
Firdovsi Sarvanlı kitabın siqlətini
artıran mənbələrə baş vurmağı
bacarır. Böyük türk şairi Akif Ərsayın
misralarından istifadəsi yerinə düşür:
Sahibsiz qalan Vətənin
batması haqdır,
Sən sahib olursan
bu Vətən batmayacaqdır!
...Bu kəndə əbədi
uyumsaq üçün şəhidlər qayıdıb gəlirdi:
Salman Zəngəzurun başı qarlı dağlarından,
Rusulla Murovun bəyaz zirvəsindən, Zümrüd və Nəsrəddin
Ağdamın külək vıyıltılı düzlərindən.
Nail Cahangir oğlu "Elə bilirəm
ki, Kəlbəcər dağlarından, Murovdan, Dəlidağdan
qürurla bizə baxır".
Elbrus Kiçik Qafqazda qeyd olub. Gülbacı ananın məzarı, yeri naməlum övladının daş
üzərindəki şəkli
onun üçün görüş rəmzidir.
Gözləri hələ də
yol çəkən,
için-için ağlayan
Ana Yaradandan imdad diləyir, övladının
harada olmasını soraqlayır.
Ümid aşılayan daha bir yazı belə
adlanır: "Hələ
qisas almamışıq".
Döyüşçü Rauf Əbil
yaralanaraq doğma kəndə qayıdır,
müalicə olunur.
Rauf ata-anasına deyir
ki, yenə Füzuli bölgəsinə,
silahdaşlarının yanına
dönməliyəm. Elnurun, İsfəndiyarın,
Salmanın, onlarla şəhidimizin qisasını
almalıyam". Bu sözlər çoxsaylı
vətənpərvər oğulların
ümumiləşmiş monoloqu
kimi səslənir.
Kitabın digər bölməsi
"Bala Kürün nəğmələri"dir.
Xəritədə Kürdən başlanğıc
götürüb, Muğan
düzündən axaraq
nəhayət Xəzərə
qovuşan bu qola "Ağquşa"
deyilir. Xalq etimologiyasına görə
həmin kəlmə ağ quşların
vətəni mənasındadır.
Quş sözü sahildə yerləşən kəndin
də adında var: sarquş, van-yer. Quş məkanı:
Qılıncı
kimi sıyrılan,
Ana Kürdən
ayrılan Ağquşa!
Ürəkdən deyirəm
mən:
Daim ləpələnəsən,
Nur tək səpələnəsən
Ağquşa!
Müəllif bala Kür boyunca
düzülmüş yaşayış
məntəqələrinin də adlarına aydınlıq gətirir: Dayıkənd Dəyə
(ərəbcə) - alaçıq,
Quyçu- tayfa...
"Müxtəlif
illərin şeirləri".
Dilimizin saflığı
naminə narahatlıq
hissi keçirən müəllif görün
nə deyir:
...Başımıza
min oyun
gətirdi
"qonağımız".
Enmək üçün qalxmayıb
üç
rəngli bayrağımız!
Maraqlı haldır ki, coğrafiya bir qərinədən də artıq müddətdə
öyrədən pedaqoq-şair
sevimli fənn ilə sevgi sahibləri arasında mənəvi körpü yaradır:
Kolumb Amerikanı kəşf eləyəndə
İnanan olmadı, ələ saldılar;
Qeysi Leyli dərdi dəli edəndə,
Məcnun adlandırıb çölə
saldılar.
Dostu Ələkbər İsgəndərlinin
yarıməsrlik bayramında
ən qiymətli hədiyyələrdən sayılır
F.Sarvanlının aşağıdakı
sətirləri:
Uzaq Şərqdən gəlibsən,
Bizdən xeyli uzaqdan;
Hər gəlişin toy-bayram,
Olmaz bu toy-büsatdan.
Şairin bu yaxınlarda dünyasını dəyişmiş
atası, 1941-1945-ci illər
müharibəsinin (ikinci
Cahan savaşının
iştirakçısı), Fransa Respublikasının mükafatına layiq görülmüş 80 yaşlı
dədə veterana dair qoşduğu misralar səmimidir:
Xəsisilik, paxıllıq səndən
çox uzaq,
"Lələ"
ayaması daşıyan
"Atam!
Gözəl evlər tikib övladlarına,
Anamla kümədə yaşayan
Atam!
1999-cu ildə Fransa səfirinin
iştirak etdiyi məclisdə oğul ata haqqında təbriki
şeirlə söyləyib. "Aynurun dilindən Nəsrəddin
üçün: "Dayım lay-lay"...
Malik Həsənlini də tərənnüm
edən Firdovsi müəllim ustad Əliməmmədi də
yaddan çıxarmır:
Sən çal, ay sənətkar,
qaytar keçmişə
Bizi bircə anlıq, o günlər
hanı?
Deyirəm toylarda çala həmişə
Yastı balabanı, qara zurnanı!
"Karvan Sarvandan keçir" -
maraq doğuran, oxunaqlı, mütaliəçini
düşündürən kitabdır. Əyalətdə
yaşayan, pedaqoji və bədii yaradıcılıq sahəsində
inamla çalışan Firdovsi Sarvanın uğurlu günlərinin
çoxu hələ qabaqdadır.
Oqtay
RZA,
Respublikanın
əməkdar
müəllimi,
Beynəlxalq Rəsul
Rza
mükafatı laureatı
Ədalət.-2012.-15
avqust.-S.3.