"OVSUNÇU"

 

   Hekayə

 

   Eh, ülvi məhəbbət, ülvi sevgi! Haçan gəldin, haçan ovsunladın mənim niskilli, qəmli könlümü, heç bilmədim. Onu bildim ki, günəş dolub qəlbimə, gözümə: ağaclar çiçəkləyir, xallı kəpənək sinəmə qonur. Bənövşə bəndə düşüb, hey mənə deyir: sev, alış-yan, yolçular yol getsin qoy işığına!..

   Eh, qondarma məhəbbət, qondarma sevgi! Yalançı, ömrü bir aylıq, bir günlük, hətta bir saatlıq məhəbbət. Toruna düşən gözəli ram etmək üçün yağlı vədlər. Sonra zəruri ehtiyac və əl çək, ayrıl ondan, qoy qalsın iztirab odunda. Alışsın, yansıng

   Aşot bəzənib-düzənib, fransız ətrinin iyi uzaqdan vurur. Görüşə tələsir. Hansı qızla, nə deyəcək, nə danışacaq balacaboy, tısıq, yekəburun, qarnı qabağa süzülən bu erməni dığası?.. Mən deyəsən dəli olmuşam, nədi, alçaq millətin-düşmən dığasının yalançı, hiyləgər sevgisini vəsf etmək zorundayam, hə? At ttəpib başıma? Ağlım çaşıb? Yox, yox, hələ tələsməyin, məni qınağa çəkməyə! Onu görüşə təhrik edənlər var!

   Qayıdıram ötən əsrin 80-cı illərinə. Üç qafqazlı balası - azərbaycanlı Arif, gürcü Aftandil, erməni Aşot Almaniya Demokratik Respublikasında hərbi qulluqdaydılar, bir vızvodda xidmət edirdilər. İki il ötdü. Evə qayıdarkən Arif dedi:

   - Gəlin bu dostluğu davam elətdirək, harda olsaq, nə iş görsək, əlaqə saxlayaq, ildə bir dəfə Qara dəniz sahilində görüşək, istirahət eləyək.

   Razılaşdılar. Indi dostlar işləyirlər. Aşot leninakanda orta məktəb şagirdlərinə bədən tərbiyəsi və ibtidai hərbi hazırlıq dərsi deyir. Aftandil ata-baba peşəsini davam elətdirir: mağazaçıdı - əli çalıb, ayağı oynayır. Biləsuvarlı Arif Politexnik İnstitutuna qiyabi daxil olub. Tikinti idarəsində iş icraçısıdır. Hər üçü subaydırg hərdən radioda xalq artisti İslam Rzayev "Vaxt keçir" mahnısını oxuyanda anası sataşır Arifə: halal süd əmmiş qız tap, biz hazır.

   Nişan üçün hər şeyim var. Atanla elə sənin işarənə bəndik. Tələs, oğul, tələs

   İndi, ikinci ildi ki, onlar Arifin təklifini "göyərdirlər", putyovka tapıb gəlirlər Qara dənizin sahilində istirahətə, çimməyə, qızlarla kef etməyə. Budur, "Zelyonnaya roşşa" pansionatındadırlar - dənizin lap yaxınlığında. Hər tərəf qalın meşəlik, gecə də qoynundan ayrılmaq istəmədiyin lacıvərd sular. Cananlar da sağında-solunda. Üç dost bir yerdə gəzir, əylənir, zarafatları, atmacaları, lətifələri ilə diqqəti cəlb eləyirlər. Amma bir iş var, bir əngəl. Qonşu otaqdakı qız, heç kəsə qaynayıb-qarışmır, heç kəsə məhəl qoymur. Niyə? Ona görə gəlməyibmi ki, forsu, ədası, nazı ilə başqalarını, xüsusilə subay-salıq cavanları ovsunlayıb, yoldan çıxarmasın? O, mayor rütbəli, orta yaşlı, qaraqabaq, sərt baxışlı qadınla otaq yoldaşıdı, ikisi birlikdə axşam tərəfi çimmək, günəş vannası qəbul etmək məqsədilə ucqar yerlərə çəkilirlər. Qız həqiqətən füsünkardı: qədim yunan heykəllərinə bənzər uca boy, mütənasib bədən, iri parlaq mavi gözlər, ədalı yeriş. Saçını kəsdirməmişdir. Iki hörüyünü başının önünə bağlayır və bu, onu daha gözəl, yaraşıqlı göstərir. Bəzən dənizin dərin yürində arxası üstə üzür ki təkcə başı, iri, qabarıq döşləri görükür. Bir sözlə, əsl ququşudu, uzaqlardan uçub gələn qu quşu.

   - Necə olur-olsun, ələ keçirməliyik onu. Arif dedi və Afdandil üstün gəldi:

   - Bəyəm əylənmək üçün gəlməyiblər? özlərini çəkib dağ başına qoyublar. Qızı deyə bilmərəm, amma o mayorun üzü üzdər görüb ha!...

   Yeməkxanaya yaxın qabaqlarını kəsib, nahara dəvət elədilər. hər üçünə diqqətlə baxdı qız nüfuzedici baxışları varmış, ucadan şaqqanaq çəkdi: ürəkdən gələn gülüşü varmış.. Qadın başını yellədi, qıza "getdk" komandasını verdi. Pərt oldular. Lətifə söyləmək istəyi ürəyində qalan Arıf dedi:

   - Heç axşı girişmədik, o qız üçümüzə bir yerdə "hə" deməliydi? Gəlin təkbətək yaxınlaşaq. Bəlkə?

   - Fikirləşdilər, fikirləşdilər və Aşotu ötürdülər qabağa. Hə, budu, yuxarıda söylədiyim kimi bəzənib-düzənib erməni. Səhər yeməyindən sonra qonşuların otağına itələyib saldılar onu. Keçib oturdu divanda, qız salamını aldı, qadın arxasını çevirdi üzlü qonağa. Ikisi astaca pıçıldaşdı və stul çəkib qız Aşotla üzbəüz əyləşdi, başladı sorğu-suala: hardansan, hansı millətdənsən, təhsilin, məşğuliyyətin, evlisən, ya subayg Aşot üyüdüb tökdü: guya mühəndisdi, ev tikir, maşını var, özü də subaydı, gözəl, ağıllı qız sorağındadı. Qız güldü və qəribə şərt irəli sürdü:

   - Ç.Darvin deyir: insan meymundan əmələ gəlirg Mən o oğlanı xoşlayıram ki, bu nəzəriyyəni sübut eləsin - onun milləti həqiqətən meymundan əmələ gəlib.

   Aşotun gözləri güldü: "Hə yaxşı sözdü ədə, burda hapa-gopa basmağa nə var Amma ağıllı, inandırıcı danışmaq lazımdı" düşündü və başladı

   - Hə, biz ermənilər elə meymundan törəmişik də... Bax ey:

   - Obyaz-yan, Qərib-yan, Ağacan-yang

   Mayor qadın yaxın gəlib dedi:

   - Cavan oğlan, gedə bilərsiz. Biz başqa yerlərə zəng eləyib öyrənərik. Kökünüz elə meymun olsa, təzədən gələrsiz. Bəlkə bizim qız elə sizə bənd oldu, hə? Ya nəsib, ya qismət.

   - Axşam Aşot söz-söhbəti bitdə-bitdə, məzələnə-məzələnə nəql eləyəndə cin vurdu Arifin başına, tüpürdü Aşota:

   - Alçaqlar, bizim sözlərimizi çırpışdırıb dalına bir "yan" qoşub eləyibsiz özünüzkü. Bax, bala, köçəri, dəmirçi, nalbənd, qərib, Ağacan kimindi? Bizim! Çox həyasız millətsiz! Oğrular!

   Arifin əlinin duzunu yaxşı bilən Aşot qızarıb-bozarsa da, dili dolaşa-dolaşa mızıldandı:

   -Ara, bir dayan görək, sən məzhəb. Havalanma, özünüz məni itələyib salmadız o biri otağa?

   Demədiz birinci sən "xod" elə?

   -Cəhənnəm olsun meymun da, erməni də.. Ara məzhəb haqqı keçməli deyil o qız, par-par alışıb yanır. Elə bil ovsunu var, üzünə baxan kimi ağlın başından çıxır.

   -Rəqs meydançasında hərlənib-fırlandılar, oynatmaq istədilər qızı. Arifə lap başqa cür baxırdı, az qalmışdı onun təklifini qəbul eləsin, mayor qara keşiş kimi kəsdi aranı, sifətini turşudub, qızın qulağına nə pıçıldadısa, uzaqlaşdılar ordan.

   Pilləkəndən qalxanda deyəsən salamını almışdı qız, deyə ürəkləndi Aftandil:

   - Bu dəfə mən gedəcəm görüşə.

   Arif onun xasiyyətinə bələddi, xəbərdarlıq elədi:

   - Get, amma, səni də dolasalar, şapıldatma, iş içindən iş çıxar.

   Aftandili də soyuq qarşıladılar və yenə sorğu-sual. Qız gülürdü, qadın qaş-qabağını tökmüşdü. Qız məzələndi və gəldi meymun məsələsinə:

   - Şərti yəqin o birisi çatdırıb sənə - deyərək Ç.Darvin nəzəriyyəsini təkrarladı. Aftandil qızın gözlərinə baxan kimi hər şeyi unutdu, ovsunlandı:

   -Mən çox oxumuşam. Bizim millətin soykökü meymun əsillidi, bax:

   -Şimpanze-Şevardnad-ze, Dumbad-ze, Abaşıd-ze, Çelid-zeg

   Qız ucadan güldü, qadın yaxın gəlib, ehmalca qapını göstərdi:

   - Xoş gəldiniz, cavan oğlan, gedin, ikilikdə götür-qoy eləyərik. Bəlkə bizim qız sənə vuruldu, sənə qoşulub getdi Gürcüstana 

   Aftandil daha əyləşib boşboğazlıq etməyin faydasız olduğunu hiss etdi, soruşdu:

   - Bəs bu qız harda oxuyub, sənəti nədir?

   - Lomonosov adına MDY-nun biologiya fakültəsini bitirib, müəllimədi...g

   Gecə yatarkən Aşot dedi:

   - Ara, qardaşlar neynirik onu? Hər yan qız, qadın. Kefimizi çəkmirik?

   Bizi "atkaz" eləyən var? Gəlin unudaq o gözəlçəni.

   Iki gün ötdü beləcə. Dəniz, gəzintilər, görüşlər...g

  

   Həəə, sonra, günorta yeməyindən qayıdıb, dincəlirdilər ki, qonşu otaqda radio səsini eşitdilər: Lenin Mükafatı laureatı, SSRI xalq artisti L.Zıkina o dövr üçün dəbdə olan mahnılarını oxuyurdu. Bu dəfə Arifin qanı coşdu, qırmaq atıb balıq tutmaq, daha doğrusu, bəxtini sınamaq sevdasına düşdü:

   - Sizdən kar aşmadı, əfəl çıxdız, özüm gedəcəyəm görüşə. O qızı sizin yanınızda qucağıma alıb, əzizləməsəm, tay başıma papaq qoymaram.

   Aftandil güldü:

   - Qatso, o qızla qol-qola girib meşənin qalın yerinə getsən, qonaqlığın məndə.

   Aşot da replika atdı:

   -Ara, Arif qardaş, sən suyun içində onu qucaqlasan, mən bığımı qırxacam...g Amma, mənə elə gəlir o mayor qadın çox hiyləgərdi, sim-simin açarıdı elə bil. Yaxından baxanda adam onun gözlərində şeytamı görür.

   Səhər-səhər getdi Arif. Gecə köynəyində qız açdı qapını, elə xoş, mehriban üz göstərdi ki, özünü itirən kimi oldu Arif. Heç yaxından baxmamışdı, madonnaydı - hündürboy, işvəli-nazlı, dodağında təbəssüm, gözlərində bir dünyanın işığı.

   Yenə mayor qızı kənara çəkib, qulağına nəsə dedi. Üzbəüz əyləşən kimi sorğu-sual, müsbət cavablar. Hazırlaşmışdı, bülbül kimi ötdü Arif:

   - Meymun var - adı nədi bilirsiz?

   Qorilla! Biz də ondan əmələ gəlmişik. Baxın:

   Qorilla-Zəkul-la, Xeyrul-la, Fətul-la, Səyədul-la, Höcəttul-la

   Mayor dilləndi:

   - Sağ olun, sağ olun. Kifayətdi, fikirləşərik, götür-qoy elərukg Xəbər verərik sizə. Bizim qız ağıllıdı, savadlıdı, Darvin nəzərəyyisəni əla bilir.

   - Qapıdan çıxarkən arxaya döndü. Qız onu qryi-adi maraqla süzürdü. Deyəsən gözü tutmuşdu, bu lay divar, yaraşıqlı, əxlaqlı, tərbiyəli cavanı. Arif onu ofsunladı, nədi, hərdən gözünün altıyla baxır və köks ötürürdü.

   Növbəti il bir araya gələ bilmədilər. sonrakı yay fəsli Ariflə Aftandil görüşdülər Soçi mehmanxanasında. Bəs Aşot hanı? Ay etibarsız, ilqarsız erməni. Dənizə çimməyə gələrkən, pah, gözlərinə inanmadılar, kimi görsələr yaxşıdı: Aşot və o qız, o gözəl. Birlikdə dincəlirlər.

   Məlum oldu ki, Aşot getmiş Moskvaya, qapazaltılığı qəbul edərək evlənmişdi Larisa Dmitiryevna ilə. Müdafiə Naziri D.Yazovun qızı ilə. Indi paltpalkovnikdi, az keçməz lap general da olar.

   Larisa Arifə baxdı, birdə baxdı, dərindən köks ötürdü, gözləri ilə sanki dedi: ay lay divar, xoşuma gəlmişdin, yuxuma girirdin. Heyf, heyf, ötənləri geri qaytarmaq çətindi, bəlkə heç mümkün də deyil.

 

 

   Əlibaba Rəhimov

 

   Ədalət.-2012.-16 avqust.-S.3.